20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
5-03-2026, 16:11
Namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! - Prezident


Namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! - Prezident

Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda çıxışı zamanı Prezident İlham Əliyev İrana edilən yardımları xatırladıb:
"Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək".
5-03-2026, 16:08
Silahlı Qüvvələrimiz səfərbərlik vəziyyətinə gətirilib - Ali Baş Komandan


Silahlı Qüvvələrimiz səfərbərlik vəziyyətinə gətirilib - Ali Baş Komandan

"Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar".
Bu barədə Təhlükəsizlik Şurasının bugünkü iclasında Prezident İlham Əliyev deyib.
"Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək" - ölkə başçısı çıxışı zamanı bildirib.
Qeyd edək ki, bu gün İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib. Hücum nəticəsində 4 nəfər yaralanıb.
5-03-2026, 16:07
Prezident Təhlükəsizlik Şurasının iclasını keçirdi


Prezident Təhlükəsizlik Şurasının iclasını keçirdi

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:
- Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.
Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb. Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat “Kalaşnikov”la, “Molotov” kokteyli və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi. Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi. Bu dəfə də cavab eyni olacaq. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.
Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi.
Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər.
Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək.
5-03-2026, 15:56
İranın diplomatik qüvvəsi qalmayıb - Politoloq


İranın diplomatik qüvvəsi qalmayıb - Politoloq

"İranın Naxçıvan istiqamətinə dron atması diplomatik izahı olmayan bir addımdır və bu, Azərbaycana qarşı təcavüz kimi qiymətləndirilə bilər".
Bu barədə siyasi ekspert Nəsib Nəsibli bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin bu hadisəyə sərt reaksiya verməsi ehtimalı böyükdür.
Ekspert qeyd edib ki, bu addım İran hakimiyyətində müəyyən dairələrin Azərbaycana qarşı apardığı düşmən siyasətinin təzahürüdür.
“Biz Azərbaycan vətəndaşları olduğumuz üçün məsələyə öz tərəfimizdən baxırıq. İran tərəfindən baxılarsa, bu hadisənin onlar üçün xüsusi əhəmiyyəti yoxdur. Bu, İran rejimindən qalmış tör-töküntülərin təzahürüdür”, - deyə o bildirib.
Politoloq vurğulayıb ki, analoji addımlar daha əvvəl də atılıb və İran bu cür hərəkətlərə görə izahat verməli olacaq. Onun sözlərinə görə, bu addımın əvəzi də ödəniləcək.
N.Nəsibli bildirib ki, baş vermiş hadisə İran tərəfindən atılmış irrasional addımdır və mövcud vəziyyətdə Azərbaycan ilə İran arasında uzunmüddətli siyasi-diplomatik danışıqların aparılması real görünmür:
"Hazırda İran belə danışıqlar aparmaq iqtidarında deyil və baş verənlər hadisələrin şokunu yaşayan SEPAH-ın növbəti düşünülməmiş addımıdır".
Ekspert qeyd edib ki, Azərbaycan tərəfi hadisə ilə bağlı rəsmi izahatın verilməsində israrlı olacaq.
Xatırladaq ki, martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvana pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib. Nəticədə 4 nəfər mülki şəxs yaralanıb.
5-03-2026, 15:47
İsrail də Azərbaycana dron hücumunu pislədi


İsrail də Azərbaycana dron hücumunu pislədi

İsrail XİN rəhbərinin müavini Şaren Haskel "X" sosial şəbəkəsinə İrandan Azərbaycana edilən dron hücumunu pisləyib.
Şaren Haskel qeyd edib ki, İsrail İranın Azərbaycanın Naxçıvan Beynəlxalq hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirməsini pisləyir.
"Naxçıvandakı hadisə İran rejiminin təcavüzkar siyasətinin bariz nümunəsidir", - o qeyd edib.
Şaren Haskelin sözlərinə görə, beynəlxalq birlik bu təhlükəyə qarşı biganə qalmamalıdır.
Qeyd edək ki, martın 5-də İrandan Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb.
5-03-2026, 15:41
Naxçıvana atılan ARASH-2 dronunun texniki göstəriciləri


Naxçıvana atılan ARASH-2 dronunun texniki göstəriciləri

Martın 5-də İran ərazisindən Naxçıvana olan hücum Arash-2 dronu ilə həyata keçirilib.
İranın kamikadze tipli uzun mənzilli pilotsuz uçuş aparatı (PUA) rəsmi olaraq İran Silahlı Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən istifadəyə verilib.
Sistem İranın Müdafiə Nazirliyinin Aerokosmik Təşkilatı tərəfindən hazırlanıb və əsasən strateji hədəflərə zərbə endirmək üçün nəzərdə tutulub.
Arash-2 sistemi İranın pilotsuz zərbə arsenalında uzun mənzilli hədəflərə qarşı istifadə üçün hazırlanmış “loitering munition” – yəni hədəfi tapdıqdan sonra özünü partladaraq məhv edən dron kateqoriyasına daxildir.
Sistem əsasən, uzaq məsafədə yerləşən hərbi obyektlər, infrastruktur və canlı qüvvəyə zərbə endirmək üçündür.
Arash-2 ilk dəfə 2022-ci ildə İran Silahlı Qüvvələrinin təlimləri zamanı nümayiş etdirilib. Sistem İran ordusu və SEPAH tərəfindən istifadə üçün hazırlanıb.
Müxtəlif açıq mənbələrdə göstərilən məlumatlara görə, Arash-2 aşağıdakı xüsusiyyətlərə malikdir:

Tip: Kamikadze (loitering munition) PUA

Uçuş məsafəsi: təxminən 1 500 – 2 000 km

Sürət: saatda təxminən 180–260 km

Uçuş hündürlüyü: orta taktiki hündürlük (dəqiq rəqəm rəsmi açıqlanmır)

Döyüş başlığı: təxminən 200–260 kq partlayıcı

İdarəetmə: əvvəlcədən proqramlaşdırılmış koordinatlar və peyk naviqasiyası

Təyinat: infrastruktur, hərbi bazalar, radar sistemləri və canlı qüvvənin məhv edilməsi

Dron hədəf bölgəsinə yaxınlaşdıqdan sonra koordinatları müəyyən edir və hədəfə çırpılaraq partlayır. Bu səbəbdən də “kamikadze dron” adlandırılır.

Arash-2 İranın uzaq məsafədən zərbə endirmə strategiyasının bir hissəsi hesab olunur. Bu dron aşağıdakı məqsədlərlə istifadə oluna bilər:

Hava hücumundan müdafiə sistemlərinin aşılması

Strateji obyektlərin məhv edilməsi

Uzaq məsafədən psixoloji və hərbi təzyiq

Düşmən radar və komanda məntəqələrinin vurulması

İran rəsmiləri bəyan ediblər ki, bu dronlar regiondakı potensial rəqiblərə qarşı uzun məsafəli zərbə vasitəsi kimi nəzərdə tutulub.

Arash-2 İranın digər məşhur kamikadze dronu olan Shahed‑136 ilə müqayisədə daha böyük döyüş başlığına və daha uzaq uçuş məsafəsinə malik hesab olunur. Bu isə onu strateji hədəflərə qarşı daha təhlükəli edir.

Analitiklər hesab edirlər ki, İranın kamikadze dronları – xüsusilə Arash-2 – ölkənin hərbi strategiyasında mühüm rol oynayır. Çünki bu tip PUA-lar:

nisbətən ucuz istehsal olunur,

uzun məsafəni qət edə bilir,

hava hücumundan müdafiə sistemlərini yükləmə taktikasına məruz qoyur.

Bu səbəbdən Arash-2 İranın pilotsuz zərbə sistemləri arasında uzun mənzilli hücum vasitələrindən biri hesab edilir.
5-03-2026, 15:39
“İran aydın və əsaslandırılmış   izahat verməlidir”

“İran aydın və əsaslandırılmış

izahat verməlidir”


“Naxçıvan Muxtar Respublikasında yerləşən mülki hava limanına pilotsuz uçuş aparatı ilə hücum xəbəri hər bir azərbaycanlı kimi məni də ciddi şəkildə narahat etdi. Azərbaycanın suveren ərazisində yerləşən mülki infrastrukturun hədəfə alınması təkcə bir təhlükəsizlik hadisəsi kimi başa düşülməməli, eyni zamanda regionda məsuliyyətsiz davranışın təhlükəli nəticəsi kimi qiymətləndirilməlidir”.
"Butov.az" xəbər verir ki, bunları Milli Məclisin komitə sədri Sadiq Qurbanov İranın Naxçıvan aeroportuna zərbə endirməsinə münasibət bildirərkən deyib.
Deputat xatırladıb ki, Azərbaycan dövləti uzun illərdir regionda gərginliyin artmaması üçün son dərəcə ölçülü və məsuliyyətli siyasət yürüdür. “Bu siyasətin əsas prinsiplərindən biri də Azərbaycanın hava məkanının başqa dövlətlər tərəfindən üçüncü tərəfə qarşı hərbi məqsədlərlə istifadəsinə yol verilməməsidir. Azərbaycan dəfələrlə göstərib ki, onun ərazisi və hava məkanı heç bir ölkəyə qarşı düşmənçilik platforması kimi istifadə edilə bilməz. Belə bir mövqe nümayiş etdirən dövlətə qarşı mülki obyektlərin hədəfə alınması isə ciddi suallar doğurur. Bu addım regionda onsuz da həssas olan təhlükəsizlik mühitinə xidmət etmir, əksinə, qarşılıqlı etimadı sarsıdır və gərginliyi artırır.
Hesab edirəm ki, İran tərəfi bu məsələ ilə bağlı məsuliyyətli mövqe nümayiş etdirməli, baş verən hadisəyə aydın və əsaslandırılmış izahat verməlidir. Qonşu dövlətlər arasında münasibətlər qarşılıqlı hörmət, suverenliyə ehtiram və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik üzərində qurulmalıdır. Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyi isə hər zaman dövlətimiz və cəmiyyətimiz üçün dəyişməz prinsip olaraq qalacaq. Regionda sabitliyin qorunması yalnız məsuliyyətli davranış, dialoq və qarşılıqlı hörmət yolu ilə mümkündür”.
5-03-2026, 15:13
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat oldu


Dövlət Neft Fondunun rəhbərliyinə təyinat oldu

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyinə təyinat olub.
Bu barədə Fonddan bildirilib. Məlumata görə, Vadim Pşeniçnıy bu ilin mart ayından etibarən ARDNF-in İcraçı direktoruna müşavir təyin edilib.
Qeyd edək ki, V. Pşeniçnıy 2005-ci ildən ARDNF-də müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən yeni vəzifəsinə qədər Fondun risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində işləyib.
5-03-2026, 14:46
Dron hücumunda yaralanan şəxslərin kimliyi AÇIQLANDI


Dron hücumunda yaralanan şəxslərin kimliyi AÇIQLANDI

Dron hücumları nəticəsində Naxçıvan Hava Limanında xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir.
Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Babək rayon Nehrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin qiymətləndirilməsi məqsədilə tibbi müayinələr aparılır.
Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov da hadisə zamanı xəsarət alıb. Onun çiyin nahiyəsində yaralanma qeydə alınıb. Yaralıya tibbi müdaxilə olunub və zəruri müalicə tədbirləri görülüb. Hazırda müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Hazırda onun müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb. Ona tibbi yardım göstərilib və müalicəsi davam etdirilir.
Həkimlərin verdiyi məlumata əsasən, yaralıların vəziyyəti stabildir, həyati təhlükə yoxdur. Səhiyyə müəssisələri tərəfindən zəruri tibbi tədbirlər görülür və xəstələrin vəziyyəti nəzarətdə saxlanılır.
İctimaiyyətə tövsiyə olunur ki, yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etsinlər.
5-03-2026, 14:19
İranın dron hücumundan xəsarət alanların sayı 4-ə çatıb


İranın dron hücumundan xəsarət alanların sayı 4-ə çatıb

İranın Naxçıvana dron hücumu ilə bağlı Naxçıvan Səhiyyə Nazirliyinə dörd nəfərdən müraciət daxil olub.
Bunu Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirilib.
Onun sözlərinə görə, xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir.
Onlardan 2 nəfərə baş-beyin travması, digər 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub.
Hazırda hər biri müvafiq şöbələrə yerləşdirilib və müalicələri davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!