Şəhid jurnalistlərin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub .....                        "Az səhv edib qələbə qazanmaq istəyirik" .....                        Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü .....                        Mən olmasaydım, dünyada altı böyük müharibə gedirdi - Tramp .....                        Ərdoğan Tokayevi hava limanında qarşıladı .....                        Azərbaycanlı qazi jurnalistlər AA, CNN TÜRK, Azərbaycan evində - FOTO .....                        Dənizdə meyit tapıldı .....                        Vəzifəli qadın azərbaycanlı futbolçunun evindən oğurluq edib .....                        Sahibə Qafarova Baş katiblə görüşdü .....                       
27-12-2023, 17:29
Abdullahian Bakıyla İrəvan arasında sülhün bərqərar olma tarixini açıqladı


Abdullahian Bakıyla İrəvan arasında sülhün bərqərar olma tarixini açıqladı

İran Ermənistanın Baş naziri Nikol Paşinyanın “Sülhün kəsişməsi” layihəsi ilə bağlı təşəbbüsü alqışlayır.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İrəvanda erməni həmkarı ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Tehran Cənubi Qafqazda sülhün bərqərar olmasını tam dəstəkləyir.
Abdullahian deyir ki, İrəvanla Bakı arasında davamlı sülhə 2024-cü ilin ilk aylarında "3+3" platforması çərçivəsində nail olmaq olar.
27-12-2023, 17:24
Ağdərə rayonunun da deputatı ola bilər - Tahir Rzayev


Ağdərə rayonunun da deputatı ola bilər - Tahir Rzayev

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Ağdərə rayonunun yaradılması haqqında” qanunu təsdiqləyib. Qanuna əsasən, 3 rayonun ərazisi hesabına Ağdərə rayonu yaradılacaq.
Dövlət başçısı, həmçinin Ağdərə Rayon İcra Hakimiyyəti yaradılması barədə fərman imzalayıb. Qərarda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılıb. Bunun üçün hökumətə 1 ay vaxt verilib.
Yeni qanunla Kəlbəcər rayonun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan 73,74 kvadrat kilometr Ağdərə rayonunun inzibati ərazisinə verilib və yeni rayonun ərazisi 1 660,83 kvadrat kilometr olub.
Ağdərə rayonunun yaradılmasından sonra ərazini təmsil edən deputatın olub-olmaması da sual doğurur.



Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, rayon tam formalaşdıqdan sonra mütləq deputatının olmasını söyləyib:
“Seçicilərin sayı qanunvericiliyin tələblərinə cavab verərsə, ayrıca oranın deputatı ola bilər. Ancaq indiki vəziyyətdə bu, rayon formalaşdıqdan sonra ola bilər. Rayon bərpa olunandan, sakinləri köçdükdən sonra bu barədə işlər aparıla bilər. Ancaq yenə də bildirim ki, mütləq oranı təmsil edən deputat olmalıdır”.
27-12-2023, 17:17
Regionda sülhün yaranmasına sadiq olduğumuzu dəfələrlə bəyan etmişik - Mirzoyan


Regionda sülhün yaranmasına sadiq olduğumuzu dəfələrlə bəyan etmişik - Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh üçün real imkan pəncərəsi görür.
Bu barədə erməni nazir iranlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Mirzoyan vurğulayıb ki, İrəvan Azərbaycanla danışıqlarda xoş niyyətlə və konstruktiv iştirak etmək əzmini dəfələrlə nümayiş etdirib, məqsədi münasibətləri normallaşdırmaq və sülhü bərqərar etməkdir.
“Biz prosesə və ümumiyyətlə, regionda davamlı sülhün bərqərar olmasına sadiq olduğumuzu dəfələrlə bəyan etmişik”, - Mirzoyan vurğulayıb. O qeyd edib ki, danışıqlar bir neçə mərhələdə aparılır və hazırda konkret olaraq sülh sazişi layihəsi üzərində iş gedir.
Mirzoyan qeyd edib ki, rəsmi İrəvan bir neçə gün əvvəl Azərbaycandan növbəti təkliflər alıb:
“İndi həmin təklifləri öyrənib cavab verəcəyik, təkliflərimizi təqdim edəcəyik”.
Onun sözlərinə görə, çoxları prosesi başa çatdırmaq üçün real imkan pəncərəsinin olduğunu iddia edir.
“Və mən mütləq bununla razılaşmalıyam. Çətinliklərə və “Dağlıq Qarabağ”ın erməni əhalisinin deportasiyasına, aqressiv ritorikaya baxmayaraq, həqiqətən də sülh imkanı var. Biz bu fürsəti görürük və hökumət də öz növbəsində prosesi başa çatdırmaq üçün hər şeyi edir. Amma təəssüf ki, heç bir dövlət bunu birtərəfli edə bilməz. Azərbaycanın konstruktiv mövqeyi lazımdır. İmkan var, lakin bu, təkcə Ermənistandan asılı deyil və biz ümid edirik ki, Azərbaycan konstruktivlik nümayiş etdirəcək”, - deyən Mirzoyan bildirib.
Mirzoyanın sözlərinə görə, Azərbaycan həm əsirlərin azad edilməsi kimi müsbət impulslar nümayiş etdiri, həm də aqressiv çağırışlar səsləndirir.
Nazir Azərbaycanın məsələlərə konstruktiv yanaşacağına və sülh müqaviləsinin imzalanacağına ümid etdiyini bildirib.
27-12-2023, 16:45
Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildi


Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildi

Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.
Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə Fərmanında əksini tapıb.
Fərmanla “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 720) 1.6-cı bəndinə “Ağdam,” sözündən sonra “Ağdərə,” sözü əlavə olunub.
Dəyişikliklə Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.
Qarabağ iqtisadi rayonunun tərkibinə - Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.
27-12-2023, 16:30
Prezident fərman imzaladı: Ağdərə Rayon İcra Hakimiyyəti yaradılır


Prezident fərman imzaladı: Ağdərə Rayon İcra Hakimiyyəti yaradılır

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Ağdərə rayonunun yaradılması haqqında” qanunu təsdiqləyib. Qanuna əsasən, 3 rayonun ərazisi hesabına Ağdərə rayonu yaradılacaq.
Dövlət başçısı, həmçinin sözügedən Qanunun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, Ağdərə rayonu Qarabağ iqtisadi rayonunun ərazisinə daxil edilib. Fərmanda, həmçinin Ağdərə Rayon İcra Hakimiyyəti yaradılması nəzərdə tutulub.
Qərarda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılıb. Bunun üçün hökumətə 1 ay vaxt verilib.
26-12-2023, 22:46
İlham Əliyev və Paşinyan sülh gündəmindəki məsələləri müzakirə etdi


İlham Əliyev və Paşinyan sülh gündəmindəki məsələləri müzakirə etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının qeyri-rəsmi sammitində bir araya gəlib.
Ermənistan hökuməti tərəflər arasında təmasların olduğunu açıqlayıb.
Liderlər ayaqüstü söhbət zamanı sülh gündəmindəki məsələləri müzakirə ediblər.
Qeyd edək ki, görüş qeyri-rəsmi formatda baş tutub.
26-12-2023, 22:28
Prezident MDB dövlət başçılarının birgə naharında iştirak etdi


Prezident MDB dövlət başçılarının birgə naharında iştirak etdi

Dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının birgə naharı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
26-12-2023, 22:07
Minaya düşən ANAMA əməkdaşının fotosu yayıldı


Minaya düşən ANAMA əməkdaşının fotosu yayıldı

Xəbər verdiyimiz kimi, bu gün Ağdam rayonunda Azərbayca Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Zaur Mahmudov minaya düşüb.
O, Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə gətirilib.
Z.Mahmudovun yaxını Mahmud Mahmudovun sözlərinə görə, yaralanan şəxs Bakı şəhərinə aparılacaq. İlkin məlumata görə, ANAMA əməkdaşının sol ayağının daban nahiyəsində problem var. Ümumilikdə isə huşu yerindədir və yaxınları ilə danışır.
Qeyd edək ki, Zaur Mahmudov Qazax rayonundadır və üç ildən artıqdır ANAMA-da çalışır.
26-12-2023, 21:11
Mina qurbanlarının sayı artmaqda davam edir - Hikmət Hacıyev


Mina qurbanlarının sayı artmaqda davam edir - Hikmət Hacıyev

Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin “X” sosial şəbəkəsindəki səhifəsindəki paylaşımda qeyd edib.
Prezidentin köməkçisi bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş verən mina partlayışına diqqət çəkib.
Paylaşımda mina qurbanlarının statistikasını əks etdirən infoqrafika da verilib.
İnfoqrafikada qeyd olunub ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 341 vətəndaşı mina qurbanı olub.
Göstərilən müddət ərzində mina partlamalarından 65 nəfər ölüb, 276 nəfər isə yaralanıb.
2020-ci il noyabrın 10-dan 2023-cü il dekabrın 6-dək Azərbaycanda minalardan 50 mülki şəxs və 15 hərbçi həlak olub. Eyni zamanda 112 mülki şəxs və 164 hərbçi yaralanıb.
26-12-2023, 20:52
İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçirildi


İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçirildi

Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmədə İlkin Süleymanovun vəkilləri çıxış edərək İlkin Süleymanova oxunan hökmün qərəzli olduğunu, bir daha həmin hökmün dəyişdirilməsini istəyiblər.
Növbəti məhkəmə prosesi yanvarın 16-na təyin olunub.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın altısında yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. İlkin Süleymanov məhkəmənin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!