Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
21-09-2024, 15:25
Seçkilərlə əlaqədar 6 müraciət üzrə cinayət işi başlanıb


Seçkilərlə əlaqədar 6 müraciət üzrə cinayət işi başlanıb

Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.
Bunu parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov deyib.
Eyni zamanda məruzəçi Kamran Şəfiyev bildirib ki, Baş prokurorluq seçkilərlə əlaqədar 6 müraciət üzrə cinayət işi başlanması qərara alıb.
Xatırkadaq ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib.
Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb və bütün dairələr üzrə lider namizədlər müəyyənləşib.
21-09-2024, 15:18
Qarabağdakı faydalı qazıntı yataqları ilə bağlı qərar


Qarabağdakı faydalı qazıntı yataqları ilə bağlı qərar

Nazirlər Kabineti 10 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”na dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqları istifadəyə verilməsi, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə ayrılan yerin təki sahələri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə birbaşa danışıqlar yolu ilə istifadəyə verilməsi müddəti daha 2 il artırılaraq 2027-ci il yanvarın 1-nə qədər uzadılıb.
21-09-2024, 15:13
Naxçıvan tezliklə blokadadan xilas olacaq


Naxçıvan tezliklə blokadadan xilas olacaq

Naxçıvan Muxtar Respublikası 30 ildən çoxdur blokada şəraitində yaşa­yır. Naxçıvan əhalisi blokadaya görə 15 ilə yaxın qazsız qalıb, hətta elektrik enerjisi olmayıb. Azərbaycanın əsas hissəsindən gələn enerji xətləri Ermə­nistan tərəfindən kəsilib.
Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləş­dirən dəmir yolunun keçdiyi Zəngəzur dəhlizi 1992-ci ildən birdəfəlik bağla­nıb. Lakin ötən müddətdə beynəlxalq birlik Naxçıvanın dinc sakinlərinin problemlərinin, eyni zamanda, bloka­danın aradan qaldırılması üçün heç bir addım atmayıb və Ermənistana bu məsələdə heç bir təzyiq etməyib.
Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Naxçıvan blokadadan gec-tez xilas olacaq:
"Naxçıvan Muxtar Respublikası Ermənistan və onun havadarlarının destruktiv mövqeyinə görə hələ də blokadada yaşayır. Bu yenilməz diyar insanların qəhrəmanlığı, torpağına, elinə bağlılığı ilə həmişə fərqlənib. Uzun illərdir ki, naxçıvanlılar bütün çətinliklərə sinə gəliblər. 2020-ci il Vətən Müharibəsindəki şanlı qələbəmizdən sonra 10 noyabr üçtərəfli bəyanat imzalandı. Həmin bəyanatın 9-cu bəndi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizini özündə ehtiva edir. Təəssüflər olsun ki, hələ də Ermənistan bu məsələnin həlli üçün konkret addımlar atmır. Bu da azmış kimi ABŞ, Fransa və Hindistan kimi ölkələrdən hücum silahları almaqdadır. Bu, təbii olaraq, onu deməyə əsas verir ki, Ermənistan Zəngəzur dəhlizinin açılması üçün real addımlar atmır. Amma rəsmi Bakı,dəfələrlə, Ermənistan tərəfə sülh müqaviləsinin imzalanması üçün vacib addımlar atıb, təzyiqlər göstərir. Ermənistan isə bu və ya digər formada hələlik sülh müqaviləsini imzalamaqdan, Zəngəzur dəhlizinin açılmasından yayınmaqdadır. Hələlik orada dəhlizin açılıb Naxçıvanla quru yolu ilə əlaqələrin təmin edilməsi üçün yaxın zamanda real görünmür. Yəni Azərbaycan bu məsələlənin həlli üçün vacib addımlar atır. Dəmir yolu və avtomobil yollarının çəkilməsi istiqamətində addımlar atır və siyasi iradə ortaya qoyur. Mütləq bu yol açılıb, fəaliyyət göstərəcək. Sadəcə olaraq zamanla bağlı problemlər var. Hələlik güclər öz aralarında mübarizə aparmaqdadırlar. Burada İranın anlaşılmaz mövqeyi var. Bu ölkə yalnız özünə qırmızı xətlər çəkməklə məşğuldur. Burada Rusiyanın və ABŞ-nin mövqeyi də mövcuddur. Bu görüşlər bir-birilə kəsişmədiyi üçün hələlik Zəngəzur dəhlizi məsələsində konkret konsensus yoxdur. Hesab edirik ki, bunlar öz həllini tapacaq və burada əsas rolu rəsmi Bakı oynayacaq".
Deputat vurğulayıb ki, Naxçıvan blokadadan çıxdıqdan sonra daha da uğurla inkiaşf edəcək:
"Bizim üçün əsas məsələ dəhlizin açılması Naxçıvanla əsas hissəmizin quru yolu ilə birləşməsidir. Bu quru yolu həm də Türkiyə və digər türk dövlətləri ilə əlaqələrimizin inkişaf etməsi anlamı daşıyır. Bu ideyanın müəllifi olan cənab Prezident İlham Əliyevdir. Bu, ölkəmizin gələcək hərtərəfli inkişafında əvəzsiz rol oynayacaq. Həm siyasi, həm də iqtisadi tərəfdən bu, bizim uğurumuz sayılmalıdır. Gec-tez bu, böyük layihə öz həllini tapacaq. Artıq onda Naxçıvan da blokadadan çıxmış olacaq. Bir tranzit bölgə kimi Naxçıvan uğurla hərtərəfli inkişaf edəcək".
21-09-2024, 15:00
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi


“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd edək ki, Qoruq Azərbaycan Prezidentinin 2023-cü il 16 iyun tarixli 3920 nömrəli Sərəncamı ilə yaradılıb.
21-09-2024, 14:52
Ekologiya və Təbii Sərvətlər Nazirliyində dəyişiklik


Ekologiya və Təbii Sərvətlər Nazirliyində dəyişiklik

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi dəyişib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini kollegiyaya əlavə edilib.
Xatırladaq ki, avqustun 15-də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini postu yaradılıb.
Həmin vəzifəyə Rəşad Sahil oğlu İsmayılov təyin edilib.
21-09-2024, 14:44
Xaricdən dələduzlar zənglər edirlər - DİN-dən vətəndaşlara müraciət


Xaricdən dələduzlar zənglər edirlər - DİN-dən vətəndaşlara müraciət

"Yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglər olunur."
Bu barədə Daxili İşlər Nazirliyi vətəndaşlara çağırış edib.
Bildirilib ki, süni intellekt vasitəsilə səslər eyniləşdirilir və onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib, yardım göstərilməsi üçün pul tələb edilir.
"Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib. Qeyd olunanları nəzərə alaraq bir daha çağırış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər", - deyə məlumatda qeyd olunub.
21-09-2024, 14:05
Azərbaycan mina qurbanları ilə bağlı birgə bəyanatın təşəbbüskarı oldu


Azərbaycan mina qurbanları ilə bağlı birgə bəyanatın təşəbbüskarı oldu

Dünən Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində "Mina və müharibənin partlayıcı qalıqlarının insan hüquqlarına təsirlərinə baxılması" adlı birgə bəyanat yayılıb.
Bəyanat Xorvatiyanın nümayəndəsi tərəfindən sənədin təşəbbüskarları qrupu - Albaniya, Azərbaycan, Çili, Mozambik, Panama və Xorvatiya adından səsləndirilib. "İnkişaf hüququ da daxil olmaqla, bütün insan hüquqlarının, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların təşviqi və qorunması" bəndinin müzakirəsi çərçivəsində yayılmış sənəddə qeyd olunur ki, "yerüstü minalar və müharibənin partlayıcı qalıqları geniş insan hüquqları spektri, o cümlədən həyat, sağlamlıq, təhsil, əmək və hərəkət azadlığı hüquqlarına" qarşı həm dərhal, həm də uzunmüddətli mənfi təsirlərə malikdir.
Bundan əlavə, bəyanatda xüsusilə "yerüstü minaların müvəqqəti məcburi köçkünlərin (IDP) təhlükəsiz şəkildə geri dönməsinə də maneə olduğu" vurğulanır. Bununla əlaqədar, bəyanatı imzalayanlar BMT-nin İnsan Hüquqları Şurasına yerüstü minaların və müharibənin partlayıcı qalıqlarının insan hüquqlarına təsiri ilə bağlı məsələlərin həllində mühüm rolun həyata keçirilməsində konkret addımlar atmağla bağlı müraciət ediblər.
Bəyanatda mina partlaması nəticəsində zərər çəkmişlərin insan hüquqlarının pozulmasına görə məsuliyyətin istifadəçi dövlətlərin üzərinə düşdüyü birmənalı şəkildə qeyd edilir: "Dövlətlərin insan hüquqları sahəsindəki öhdəlikləri minaların istifadəsi və mövcudluğu ilə bağlı problemlərin həlli məsələsində milli və beynəlxalq siyasətlərini müəyyən etməlidir".
Bununla yanaşı vurğulanıb ki, mina xəritələrinin mübadiləsi insan hüquqları sahəsində beynəlxalq hüquqda təsbit olunmuş beynəlxalq əməkdaşlığın ən vacib vəzifələrindən biridir və bu da öz növbəsində BMT Baş katibinin sözlərinə görə, "davamlı sülhün və davamlı inkişafın əsaslarından biridir".
Yayıldığı anda bəyanat Avropa, Afrika, Latın Amerikası və Asiyanı təmsil edən 65 ölkədən ibarət geniş regionlararası qrup tərəfindən dəstəklənərək imzalanıb.
Qeyd edək ki, bu mövzuda birgə bəyanat təşəbbüsü ilk dəfə Azərbaycan XİN nümayəndəsi tərəfindən iyunun 27-də BMT-nin Cenevrə qərargahında keçirilmiş "Minasız sülhə doğru irəliləmək və qurbanların hüquqlarını bərpa etmək üçün insan hüquqları sistemindən istifadə" konfransı zamanı səsləndirilib.
Bundan başqa 65 ölkədən ibarət geniş koalisiya tərəfindən dəstəklənmiş sözügedən sənədin hazırlanmasında Azərbaycan diplomatları həmmüəllif qismində çıxış ediblər.
21-09-2024, 13:27
İlham Əliyev razılaşmanı təsdiqlədi


İlham Əliyev razılaşmanı təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiqləyib.
Prezident İlham Əliyev 20 fevral 2024-cü il tarixli “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamının icrası ilə əlaqədar yeni sərəncam imzalayıb.
21-09-2024, 13:08
Bazar gününün havası


Bazar gününün havası

Sentyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometrologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 762 m civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
21-09-2024, 12:51
Xəzərdə 300 min manatlıq qaçaqmal aşkarlandı


Xəzərdə 300 min manatlıq qaçaqmal aşkarlandı

Dövlət Sərhəd Хidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində dövlət sərhədinin mühafizəsi, bioloji resursların, enerji ehtiyatlarının, sualtı neft-qaz boru kəmərlərinin, platformaların qorunması, Xəzər dənizində beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiya və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri ən yüksək səviyyədə dаvаm еtdirilir.
Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, sentyabr ayının 18-də Sahil Mühafizəsinin sərhəd gəmiləri, sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin mərkəzi istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə külli miqdarda tütün məmulatının keçirilməsinin qarşısı alınıb:
"Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan müasir gecəgörmə, müşahidə sistemləri ilə təchiz edilmiş sərhəd gəmiləri tərəfindən aparılmış axtarış tədbirləri və sahil xəttinin qapadılması nəticəsində 3 (üç) ədəd “Yamaha-250” mühərriki ilə təchiz edilmiş bayda tipli sürətli üzmə vasitəsi və suyun üzərində olan 117 (yüz on yeddi) ədəd şübhəli bağlama müəyyən olunub.
Üzmə vasitəsinə və bağlamalara baxış zamanı dəyəri təqribən 300.000 AZN məbləğində aksiz markasız 146.790 (yüz qırx altı min yeddi yüz doxsan) qutu tütün məmulatı aşkar olunaraq götürülüb".
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!