Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
7-09-2024, 15:03
Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur


Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur

Regionların inkişafı Qarabağın işğaldan azad edilməsi ilə yeni mərhələyə qədəm qoyub. Azərbaycan dövlətinin qarşısında Qarabağın aran və dağlıq hissəsi də daxil olmaqla, Şərqi Zəngəzur iqtisadi zonasının dirçəldilməsi kimi mühüm vəzifə dayanır. Vətən savaşındakı tarixi Qələbəmizə qədərki dövrdə ölkənin digər regionlarında görülən işlər - infrastrukturların yenilənməsi, quruculuq, abadlıq işləri, yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi, səhiyyə, təhsil müəssisələri, mədəniyyət ocaqlarının inşa edilməsi, turizmin inkişafı üçün münbit şərait yaradılması istiqamətində sürətli sosial-iqtisadi inkişaf göz qabağındadır. Sosial-iqtisadi proses daimi xarakter daşıdığından işlər bu gün də uğurla davam edir.
Bunu açıqlamasında fəlsəfə doktoru Cavanşir Feyziyev deyib.
İşğaldan azad edilən ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin dövlətimizin başçısının xüsusi diqqət və nəzarətində olduğunu diqqətə çatdıran Cavanşir Feyziyev əlavə edib:
“Prezident İlham Əliyevin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafına təkan verməklə, aparılan işlərlə yerində tanış olmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı rayonlara hər səfərində yeni obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirak edir, görülən və həyata keçiriləcək işlərlə tanış olur, tapşırıq və tövsiyələrini verir. Bu səfərlər bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, regionların inkişafı üçün uğurla reallaşdırılan dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı artımına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun təmin olunmasına təkan verir. Bir sözlə, ölkə Prezidentinin səfərləri bütövlükdə Azərbaycan cəmiyyətinin azad olunmuş rayonlara qayıdış siyasətinə böyük önəm verdiyini aydın şəkildə göstərir və özlüyündə bu səfərlərin hər biri doğma torpaqlarımızın çiçəklənməsi, erməni vandalizmindən azad edilmiş ərazilərin potensial imkanlarından səmərəli istifadə olunması istiqamətində tarixi hadisəyə çevrilir.
Bu mənada, Prezidentin sentyabrın 2-də Kəlbəcər rayonuna səfəri təkcə kəlbəcərlilərin deyil, hər bir azərbaycanlının böyük sevincinə səbəb oldu. Kəlbəcərin abadlaşdırılması, füsunkar təbiətə, əsrarəngiz gözəlliyə, göz oxşayan fərqli relyefə malik şəhərin müasir memarlıq nümunələri ilə yenidən qurulması, sözün həqiqi mənasında, təbiət-cəmiyyət vəhdəti yaradır. Təbiətin bəxş etdiyi gözəlliklər dövlətimizin başçısının rəhbərliyi ilə aparılan yenidənqurma və abadlıq işləri ilə tamamlandıqca daha cəlbedici mənzərə yaranır”.
Fəlsəfə doktorunun sözlərinə görə, Kəlbəcər təkcə Azərbaycanın və Cənubi Qafqazın deyil, bəlkə də dünyanın ən gözəl, füsunkar, zəngin təbii ehtiyatlara malik dilbər guşələrindən biridir. Eyni zamanda, Azərbaycanın Kəlbəcər rayonu istiqamətində Ermənistanla sərhədinin uzunluğu 109 kilometrdir, yəni, ən uzun sərhəd xətti Kəlbəcər istiqamətindədir. Təbii ki, bu da Kəlbəcərin təhlükəsizlik baxımından da ölkəmiz üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu təsdiqləyir.
Kəlbəcər rayonunun mürəkkəb coğrafi relyefə malik olduğunu, Ermənistanın törətdiyi misli görünməmiş vəhşiliklər nəticəsində bu yaşayış məntəqəsinin infrastrukturunun darmadağın edildiyini nəzərə alsaq, qısa müddət ərzində Kəlbəcərdə görülən işlərin nə qədər çətinliklə həyata keçirildiyini müəyyənləşdirə bilərik. İşğaldan azad edildiyi gündən digər ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də böyük quruculuq-abadlıq işləri həyata keçirilir və bütün bu proses Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yol xəritəsinə uyğun şəkildə gerçəkləşdirilir. Azad olunmuş ərazilərimizə, o cümlədən Kəlbəcərə münasibətdə dövlətimizin başçısının strateji, gələcəyə hesablanmış bir baxış bucağı var. Görülən işləri təhlil etdikcə əminliklə söyləyə bilərik ki, gələcəyin Azərbaycanının quruculuq prosesi azad olunmuş ərazilərimizdən başlayır. Qarabağ, Şərqi Zəngəzur ən müasir, modern və müstəqil Azərbaycanın gələcək modelidir.
Cavanşir Feyziyev qeyd edib ki, bütövlükdə Qarabağda, Şərqi Zəngəzurda görülən işlər Azərbaycan dövlətinin, xalqının nə qədər böyük qurucu potensiala və yaradıcı təfəkkürə malik olduğunu nümayiş etdirməklə yanaşı, həm də 30 ilə yaxın zaman kəsiyində cənnət guşələrimizi cəhənnəmə çevirən zehniyyətlə fərqimizi ortaya qoyur. Sentyabrın 2-də gerçəkləşən səfər çərçivəsində dövlətimizin başçısının Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirakı, Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyması, eyni zamanda, Kəlbəcər Şəhər Təhsil Kompleksində bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi və 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olması, Xudavəng monastır kompleksinə ziyarəti, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşaatla yaxından maraqlanması, Kəlbəcər rayonunda “AzərEnerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının açılışı, SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışı fikirlərimizin parlaq təsdiqidir.
“Prezident İlham Əliyevin Kəlbəcər səfərini hadisəyə çevirən isə “İstisu” mineral su zavodunun açılışı oldu. Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqayın sözləri ilə desək: “Kəlbəcər rayonundakı “İstisu” mineral su bulağı təbiətin qeyri-adi hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqları ilə eynidir, hətta bir çox xüsusiyyətlərinə görə dünyada yeganədir”.
Görkəmli kimyaçı-alim E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral suları analiz etdikdən sonra “İstisu”yun müalicəvi əhəmiyyətini Çexiyanın məşhur “Karlovı-Varı” suyundan daha yüksək tərkibdə olduğunu qiymətləndirmiş və bu müalicə ocağının təkcə bu əraziyə, bu regiona deyil, ümumilikdə Azərbaycana, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir.
Bu mənada, mübaliğəsiz deyə bilərik ki, ölkə başçısının diqqət və nəzarəti ilə hazırda tikilməkdə olan “İstisu” Müalicə-İstirahət Kompleksi yaxın gələcəkdə beynəlxalq səviyyəli müalicə mərkəzinə çevriləcək. 32 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, istirahət üçün nəzərdə tutulan iaşə obyektləri də yaradılacaq ki, bütün bunlar, Kəlbəcəri özünü maliyyələşdirməklə yanaşı, büdcəyə gəlir gətirən bir rayona, beynəlxalq və yerli turizm mərkəzinə çevirəcək. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” ifadəsi artıq öz əməli təsdiqini tapan reallıqdır”, - deyən fəlsəfə doktoru fikirlərini yekunlaşdırıb.
7-09-2024, 14:47
Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi


Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Orxan Aslanovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə əlaqədar Instagram hesabında paylaşım edib.
Butov.az paylaşımı təqdim edir:

"Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!"


7-09-2024, 13:48
Atletimiz Paralimpiya çempionu oldu


Atletimiz Paralimpiya çempionu oldu

Parisdə keçirlən Yay Paralimpiya Oyunları daha bir idmançımız üçün qələbə ilə yekunlaşıb.
T13 kateqoriyasında uzunluğa tullanma yarışında iştirak edən Orxan Aslanov "Paris-2024"də qızıl medal qazanıb.
O, 7,29 metr məsafə göstərici ilə Paralimpiya çempionu adına layiq görülüb.
Bununla da Azərbaycan paralimpiyaçılarının Parisdə qazandığı medalların sayı 9-a (4 qızıl, 2 gümüş və 3 bürünc) çatıb.
6-09-2024, 17:55
ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsi Şəhidlər Xiyabanını ziyarət etdi


ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsi Şəhidlər Xiyabanını ziyarət etdi

Azərbaycanda səfərdə olan ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsi Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.
ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Şəhidlər Xiyabanında ehtiramını bildirib.
O, münaqişə nəticəsində yaxınlarını itirən ailələrə başsağlığını ifadə edib.
6-09-2024, 17:47
Şuşada 32 ildən sonra ilk toy - FOTO


Şuşada 32 ildən sonra ilk toy - FOTO

Şuşanın toylu-büsatlı günləri yenidən başlayıb - 32 ildən sonra şəhərdə ilk dəfə toy mərasimi keçirilir.
44 günlük Vətən müharibəsi veteranı Elmir Məmmədlinin toy mərasimi İsa bulağında təşkil edilib.
Qeyd edək ki, Şuşa şəhərində indiyədək 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin olunub.




6-09-2024, 17:42
Özünü öldürən hərbçimiz bu rayondandır


Özünü öldürən hərbçimiz bu rayondandır

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlu intihar edib. O, odlu silahdan istifadə etməklə özünü öldürüb.
Hərbçimiz Bərdə rayonunun Həsənqaya kəndindəndir.
O, 2006-cı ildə həmin kənddə anadan olub. Hərbçimizin Həsənqaya kəndində dəfn olunacağı bildirilir.
Qeyd edək ki, fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib.
Müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
6-09-2024, 17:35
Azər Rəşidoğlunun diaqnozu açıqlandı


Azər Rəşidoğlunun diaqnozu açıqlandı

Bu gün Milli Onkologiya Mərkəzində əməliyyat olunan tanınmış jurnalist Azər Rəşidoğlunun son durumu ilə bağlı açıqlama verilib.
Bu haqda Azər Rəşidoğlunun yaxın dostu Rəsul Mirhəşimli danışıb:
“Dostum Azər Rəşidoğlunun Milli Onkologiya Mərkəzində cərrahiyyə əməliyyatına məruz qalıb.
Qeyd edim ki, Azər Rəşidoğlu aqressiv fibromatoz diaqnozu ilə dünən xəstəxanaya yerləşdirilib, bu gün günorta saatlarında əməliyyat olunub. Həkimlər cərrahiyyə əməliyyatının çox uğurlu keçdiyini bildirib. Əməliyyatda iştirak edən bütün həkimlərə və tibb işçilərinə də xüsusi təşəkkür edirəm.
Azər artıq palataya köçürülüb, özünü yaxşı hiss edir. Həkimlər Azərin vəziyyətinin yaxşı olduğunu nəzərə alıb, onu reanimasiyada saxlamağı məsləhət bilməyiblər.
Allahın izni ilə Azər yaxın günlərdə xəstəxanadan çıxıb, əvvəlki enerjisi ilə işlərini davam etdirəcək”, - deyə R.Mirhəşimli bildirib.
Qeyd edək ki, A.Rəşidoğlu bir sıra KİV-lərdə, o cümlədən "Azadlıq", "Ayna-Zrkalo", "Bu gün", "Yeni Müsavat" qəzetlərində, APA agentliyində çalışıb. Jurnalistin hazırkı iş yeri "Qaynarinfo.az"dır.
6-09-2024, 16:51
Cüdoçumuz Avropa çempionu oldu


Cüdoçumuz Avropa çempionu oldu

Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Millimiz aktivinə daha bir qızıl medal yazdırıb.
73 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə 1/16 final mərhələsində kosovolu Dion Şarapollini üstələyib. O, daha sonra Emre Karadumana (Türkiyə) qalib gəlib. Qələndərzadə1/4 finalda Peter Jeanı yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. O, növbəti rəqibi Mate Beruaşvilini (Gürcüstan) də məğlub edib.
Qələndərzadə finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
6-09-2024, 16:38
Atasını döyərək öldürən şəxs anlaqsız vəziyyətdə imiş


Atasını döyərək öldürən şəxs anlaqsız vəziyyətdə imiş

Cari il aprelin 29-da Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Göyçay rayon prokurorluğundan verilən məlumata görə, istintaqla 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Kamal Əhmədova Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri nəticəsində cinayət əməli törədilən zaman Kamal Əhmədovun anlaqsız vəziyyətdə olması, habelə cəmiyyət üçün təhlükəli olaraq qalmaqda davam etməsi müəyyən edildiyindən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.
İş üzrə istintaq tamamlanaraq Kamal Əhmədov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
6-09-2024, 16:30
Gömrük Komitəsinin böyük inspektoru həbs edildi


Gömrük Komitəsinin böyük inspektoru həbs edildi

Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun böyük inspektoru Nəsibov Tural Yurik oğlu və digərlərinin qanunsuz əməlləri ilə bağlı həmin qurumdan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş cinayət işinin istintaqı tamamlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, ibtidai istintaqla Tural Nəsibovun qeyd olunan vəzifədə işləyərkən tanışları Ramazanov Tehran Xəlil oğlu və Babayev Cavid Şəmistan oğlu ilə qabaqcadan əlbir olaraq dövlət qeydiyyatından keçirilməyən külli miqdarda dərman vasitələrini, habelə külli miqdarda aksiz markası ilə idxal olunmalı malları bəyan etməyərək qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tural Nəsibov, Tehran Ramazanov və Cavid Babayevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq), 213-1.2.1 və 213-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan edilib.
İş üzrə Tehran Ramazanov barəsində polisin nəzarəti altına vermə, Tural Nəsibov və Cavid Babayev barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!