Meşə yanğınları Fransanı da ağuşuna aldı .....                        Sahibə Qafarova Cenevrəyə getdi .....                        Əməkdar məşqçi vəfat etdi .....                        Kamboca və Tailand arasında atışma yenidən başladı .....                        Polis çimərliklərdə tədbirləri davam etdirir - VİDEO .....                        Arif Babayevin vəziyyəti ağır olaraq qalır .....                        Yunanıstanda meşə yanğınları davam edir .....                        Rusiyada “görünməz” dron .....                        Tayland-Kamboca sərhədində gərginlik - Qarşılıqlı hücumlar .....                       
2-12-2023, 14:31
Bakıda təhsil müəsisələri dezinfeksiya edilir


Bakıda təhsil müəsisələri dezinfeksiya edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə start verilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirlib ki, paytaxt məktəblərində şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
BŞTİ-nin təşəbbüsü ilə təhsil müəssisələrində aparılan dezinfeksiya işləri davamlı xarakter daşıyır və vəziyyət nəzarətdə saxlanılır.
Qeyd edək ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib.
Səhhətində narahatlıq müşahidə edilən məktəblilərin valideynləri ilə əlaqə saxlanılır, vəziyyətə uyğun tədbirlərin görülməsi təmin edilir.
Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.
2-12-2023, 14:26
Sahibə Qafarova sülhə əngəl olanlara çağırış etdi


Sahibə Qafarova sülhə əngəl olanlara çağırış etdi

Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Yan Lipavski ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələrə şöbəsindən verilən xəbərə görə, Sahibə Qafarofa görüşdə bildirib ki, regiondakı reallıqları təhrif edən tamamilə qeyri-adekvat və qəbuledilməz bəyanatlar sülh sazişinin imzalanması ilə bağlı səylərə xələl gətirir.
Azərbaycan parlamentinin spikeri sülh sazişinin imzalanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində aparılan vasitəçiliyin ədalətli olmasının zərurətini vurğulayıb. Görüşdə Milli Məclisin sədri beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartları tənqid edərək deyib ki, bəzi dövlətlərə münasibətdə qəbul olunan qərarlar dərhal icra olunduğu halda, bəzən isə beynəlxalq hüquqa məhəl qoyulmadığının şahidi oluruq. O, xatırladıb ki, Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalından əziyyət çəkib. Başda BMT Təhlükəsizlik Şurası olmaqla, demək olar ki, bütün beynəlxalq təşkilatlar işğal faktının aradan qaldırılması ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etsələr də, otuz ilə yaxın bir dövrdə bu sənədlər kağız üzərində qalıb. Üç il əvvəl isə Azərbaycan öz gücü hesabına bu qərarların icrasını təmin edərək, torpaqlarını işğaldan azad edib.
Milli Məclisin sədri Azərbaycanın hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirdiyini qeyd edərək vurğulayıb ki, ölkəmiz sülhpərvər siyasət həyata keçirir. Azərbaycan regionda daimi sülhün təmin olunmasını istəyir. Ona görə də, işğala məruz qalmış ölkə olmasına baxmayaraq, məhz Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərini təqdim edib.
2-12-2023, 12:39
Sabahın havası


Sabahın havası

Dekabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, az çiskin. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.
2-12-2023, 12:26
Ağdərə rayonun yaradılması bu tarixdə Milli Məclisdə müzakirəyə çıxarılır


Ağdərə rayonun yaradılması bu tarixdə Milli Məclisdə müzakirəyə çıxarılır

Ağdərə rayonunun yaradılması ilə bağlı məsələnin Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix açıqlanıb.
Parlamentin 5 dekabr tarixli iclasının gündəliyinə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsi daxil edilib.
Qeyd edək ki, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.
Layihəyə əsasən, Ağdərə rayonunun inzibati ərazi bölgüsünə aşağıdakı ərazi vahidləri daxil ediləcək:
- Ağdam rayonunun Baş Güneypəyə kəndi inzibati ərazi dairəsi tərkibindəki Baş Güneypəyə kəndi, Xatınbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Xatınbəyli kəndi, Məlikli kənd inzibati ərazi dairəsi tərkibindəki Məlikli və Qazançı kəndləri, Orta Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Orta Güneypəyə kəndi, Sırxavənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sırxavənd, Ballıqaya, Bəşirlər və Qaraşlar kəndləri, Yeni Qaralar kənd inzibati ərazi dairəsi tərkibindəki Yeni Qaralar kəndi;
- Kəlbəcər rayonunun Çərəktar kənd inzibati ərazi dairəsi tərkibindəki Çərəktar kəndi, Çıldıran kənd inzibati ərazi dairəsi tərkibindəki Çıldıran, Dəvədaşı və Mehmana kəndləri, Dovşanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Dovşanlı, Bazarkənd və Hayad kəndləri, Heyvalı kənd inzibati ərazi dairəsi tərkibindəki Heyvalı və Yayıcı kəndləri, Həsənriz kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənriz kəndi, İmarət Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindəki İmarət Qərvənd, Çapar və Zardaxaç kəndləri, Kolatağ kənd inzibati ərazi dairəsi tərkibindəki Kolatağ və Damğalı kəndləri, Qızılqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Qızılqaya və Yuxarı Ortatağ kəndləri, Qozlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlu kəndi, Qozlukörpü kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlukörpü kəndi, Narınclar kənd inzibati ərazi dairəsi tərkibindəki Narınclar kəndi, Vəngli kənd inzibati ərazi dairəsi tərkibindəki Vəngli, Çormanlı və Şahmansurlu kəndləri;
- Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsi tərkibindəki Ağdərə şəhəri, Ağabəyyalı kənd inzibati ərazi dairəsi tərkibindəki Ağabəyyalı kəndi, Canyataq kənd inzibati ərazi dairəsi tərkibindəki Canyataq və Gülyataq kəndi, Çardaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çardaqlı, Lüləsaz və Meqrelalay kəndləri, Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Çaylı, Suqovuşan və Təpəkənd kəndləri, Həsənqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənqaya, Çiləbürt, Göyarx və Maralyansarov kəndləri, Kiçik Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Kiçik Qarabəy kəndi, Qızıloba kənd inzibati ərazi dairəsi tərkibindəki Qızıloba, Seysulan və Yarımca kəndləri, Aşağı Oratağ kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Oratağ, Qasapet və Dəmirli kəndləri, Şıxarx qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şıxarx qəsəbəsi, Talış kənd inzibati ərazi dairəsi tərkibindəki Talış kəndi, Ulu Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Ulu Qarabəy kəndi, Umudlu kənd inzibati ərazi dairəsi tərkibindəki Umudlu və Zəylik kəndləri.
Layihədə qeyd edilib ki, Baş Güneypəyə, Xatınbəyli, Məlikli, Orta Güneypəyə, Sırxavənd və Yeni Qaralar kənd inzibati ərazi dairələri Ağdam rayonunun, Çərəktar, Çıldıran, Dovşanlı, Heyvalı, Həsənriz, İmarət Qərvənd, Kolatağ, Qızılqaya, Qozlu, Qozlukörpü, Narınclar və Vəngli kənd inzibati ərazi dairələri Kəlbəcər rayonunun, Ağdərə şəhər, Şıxarx qəsəbə, Ağabəyyalı, Canyataq, Çardaqlı, Çaylı, Həsənqaya, Kiçik Qarabəy, Qızıloba, Aşağı Oratağ, Talış, Ulu Qarabəy və Umudlu kənd inzibati ərazi dairələri Tərtər rayonunun tabeliyindən Ağdərə rayonunun tabeliyinə veriləcək.
2-12-2023, 11:29
Milli Məclisin sədri dostluq qrupunun üzvləriylə görüşdü


Milli Məclisin sədri dostluq qrupunun üzvləriylə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Çexiyaya rəsmi səfəri çərçivəsində Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova Milli Məclisin sədri kimi Çex Respublikasına ilk dəfə səfər etdiyini, bu səfərin və keçirilən görüşlərin münasibətlərin daha da genişlənməsinə müsbət təsir edəcəyinə inandığını bildirib. Spiker Sahibə Qafarova parlamentlərimiz arasında münasibətlərin Azərbaycan və Çex Respublikası arasında əlaqələrin mühüm bir hissəsini təşkil etdiyini qeyd edərək, qarşılıqlı səfərlərin və müntəzəm dialoqun önəminə diqqət çəkib.
O, xüsusilə dostluq qrupları arasında təmasların daha da genişləndirilməsinin qarşılıqlı əməkdaşlığa töhfə verəcəyini vurğulayıb.
Milli Məclisin sədri, həmçinin regionda mövcud olan vəziyyət, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsləri barədə məlumat verib.
Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yan Kubik Azərbaycana, o cümlədən, işğaldan azad olunmuş Ağdam rayonuna səfərləri, keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını bölüşüb. O, ölkələrimiz haqqında həqiqətlərin, məlumatların ictimaiyyətə doğru çatdırılmasının, parlamentlərimiz arasında əlaqələrin genişləndirilməsinin, qarşılıqlı səfərlərin önəmini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
1-12-2023, 22:46
Güləşçilərimiz dünya çempionatının üçüncü günündə 5 medal qazandı


Güləşçilərimiz dünya çempionatının üçüncü günündə 5 medal qazandı

Kişi güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının üçüncü gününü 5 medalla başa vurublar.
63 kiloqram çəki dərəcəsində mübarizə aparan Ziya Babaşov rusiyalı rəqibinə qalib gələrək qızıl medal qazanıb.
Yunan-Roma güləşçisi Ülvi Qənizadə də (72 kiloqram) əlcəzairli Merabet Abdelmalekini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycanın digər təmsilçisi Murad Əhmədiyev (92 kiloqram) final görüşündə italiyalı rəqibini məğlubiyyətə uğradaraq birinci yerin sahibi olub.
Fərid Sadıqlı (55 kiloqram) və Azad Əliyev (82 kiloqram) isə bürünc medal uğrunda görüşlərdə rəqiblərindən üstün olaraq üçüncü yerləri tutublar.
Bununla da yığma komandanın dünya çempionatında qazandığı medalların sayı 18-ə çatıb. Yarış dekabrın 3-dək davam edəcək.
1-12-2023, 20:40
Nazir Ermənistanın sülh prosesinə qarşı törətdiyi maneələrdən danışdı


Nazir Ermənistanın sülh prosesinə qarşı törətdiyi maneələrdən danışdı

Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 1-də Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunan Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransının xüsusi sessiyasında çıxış edib, Ermənistan tərəfindən sülh prosesinə qarşı törədilən maneələrdən danışıb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, çıxış zamanı nazir post-münaqişə dövründə Azərbaycanın xarici siyasət prioritetləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin perspektivləri, habelə regional vəziyyət barədə ölkəmizin mövqeyini diqqətə çatdırıb.
Xarici işlər naziri 19 sentyabr tarixində keçirilmiş antiterror tədbirlərini səciyyələndirən amillər barədə məlumat verib.
O, ölkəmizin bölgədə apardığı bərpa və quruculuq işləri barədə məlumat verib. Bununla yanaşı, Ermənistanın ölkəmizə qarşı törətdiyi mina təhdidlərini xüsusi vurğulayıb.
C.Bayramov həmçinin Ermənistanın hərbi potensialını gücləndirməyə və bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyətinə diqqət çəkib. Bu kimi fəaliyyətin bölgədə sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb.
Antiterror tədbirlərindən sonra ölkəmizə qarşı qərəzli və təxribatçı ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə ziddiyyət təşkil etdiyi və ölkəmizə qarşı iddiaların əsassızlığının sübut olunduğu xatırlanıb.
Xarici işlər naziri həmçinin son illər ərzində Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüsləri diqqətə çatdırıb, çoxtərəfli diplomatiya sahəsində ölkəmizin fəal rolundan bəhs edib.
Son dövrlərdə bölgədə və dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətindən bəhs edən nazir C.Bayramov, enerji təhlükəsizliyinin təmin edilməsi, alternativ enerji sahəsində səylərə, eləcə də nəqliyyat dəhlizlərinin şaxələndirilməsi istiqamətində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət yönəldib.
Daha sonra o, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) təşkilatçılığı və Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilmiş konfransda Avropadan 30-dan çox düşüncə və tədqiqat mərkəzinin nümayəndələri, habelə nüfuzlu mütəxəssislər iştirak edib.
İlk dəfə ötən il Varşavada keçirilmiş Azərbaycan tədqiqatları üzrə Avropa Konfransı ölkəmizlə bağlı siyasi, iqtisadi və mədəni mövzular daxil olmaqla fərqli sahələr üzrə tədqiqatların təşviq edilməsi, eləcə də Azərbaycan barədə məlumatların dünya ictimaiyyətinə düzgün çatdırılması və akademik səviyyədə obyektiv təhlillərin aparılmasına töhfə məqsədini daşıyır.
1-12-2023, 19:44
Sahibə Qafarova Çexiyada rəsmi səfərdədir


Sahibə Qafarova Çexiyada rəsmi səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Çex Respublikasına rəsmi səfərə gəlib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Çex Respublikasının paytaxtı Praqanın Vatslav Havel Beynəlxalq Hava Limanında nümayəndə heyətini Çexiya Parlamentinin Deputatlar Palatasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Yan Kubik, Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdə nümayəndə heyətimiz Çexiya Parlamentdə olacaq, keçirilən görüşlərdə ikitərəfli və parlamentlərarası əlaqələrimizin inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
1-12-2023, 16:20
Regionlarda “Qəhrəmanını tanı” layihəsi həyata keçirilib


Regionlarda “Qəhrəmanını tanı” layihəsi həyata keçirilib

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Vətən müharibəsində iştirak etmiş qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq məqsədilə regionlarda “Qəhrəmanını tanı” layihəsi icra olunub.
Layihə çərçivəsində Mingəçevir Dövlət Universitetində, Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində və Lənkəran Dövlət Universitetində Vətən müharibəsi qaziləri ilə tələbə gənclərin silsilə görüşləri həyata keçirilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə həyata keçirilən görüşlərdə təşkilatın idarə heyətinin üzvləri, tərəfdaş qurumların nümayəndələri, Vətən müharibəsi qaziləri və tələbə gənclər iştirak ediblər.
Çıxış edən natiqlər bu kimi layihələrin keçirilməsində əsas məqsədin qələbənin əldə olunmasında gənc döyüşçülərin rolunun diqqətə çatdırılması, qəhrəmanlıq ənənələrinin qorunması, onların gələcək nəsillərə ötürülməsi, eyni zamanda, gənclərimizin milli-mənəvi dəyərlərə sadiq, hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsi olduğunu vurğulayıblar. Müharibədə zəfərin qazanılmasında hərbi qulluqçuların döyüş qabiliyyətinin və ruh yüksəkliyinin mühüm rol oynadığını diqqətə çatdırıblar.
Qeyd olunub ki, düşmənə qarşı vuruşan döyüşçünün qalibiyyət əzmi onun yenilməzliyinin təməlində dayanan başlıca cəhətdir. Hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.
Görüşlərdə qazilərimiz özlərinin keçdiyi döyüş yolu ilə yanaşı, döyüş yoldaşlarının qəhrəmanlıqlarını da gənclərin diqqətinə çatdırıblar. Qazilərin çıxışından sonra görüşlər sual-cavab formatında davam edib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təşkilat tərəfindən ötən illərdə bu formatda görüşlər Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən ali təhsil və orta ixtisas təhsili müəssisələrində təşkil olunub.









1-12-2023, 16:04
Ermənistan və Azərbaycan XİN Başçılarının görüşü planlaşdırılmır


Ermənistan və Azərbaycan XİN Başçılarının görüşü planlaşdırılmır

Şimali Makedoniyanın paytaxtı Skopyedə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadəbu bildirib.
Qeyd edək ki, 30 noyabr - 1 dekabr tarixlərində Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçirilir.
Toplantıda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan da iştirak edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!