Rusiya Azərbaycandan rəsmi qaydada üzr istəməlidir .....                        Ermənistan Zəngəzur dəhlizinə razılıq verib? - İrəvandan reaksiya .....                        “IDEF 2025”-də imzalanma mərasimi - FOTO .....                        Avro 2 manatadək bahalaşdı: dolların məzənnəsində isə... .....                        Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası .....                        Bu yolda hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə! .....                        Kəmaləddin Heydərov mayoru rəis təyin etdi .....                        Türkiyə ilə Britaniya razılığa gəldi - Saziş İMZALANDI .....                        Kəlbəcərə köçənlər bu binalarda yaşayacaq - FOTO .....                       
6-11-2023, 19:42
Zəfər Günü münasibətilə Baş Prokurorluqda tədbir keçirildi


Zəfər Günü münasibətilə Baş Prokurorluqda tədbir keçirildi

Ölkəmizin ərazi bütövlüyünün bərpasının, əzəli və əbədi torpaqlarımızın azadlığının təcəssümü olan milli bayram – Zəfər Günü münasibətilə noyabrın 6-da Baş Prokurorluqda tədbir keçirilib.
İlk öncə Baş Prokurorluğun rəhbər heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin unudulmaz xatirəsini ehtiramla yad edib.
Tədbirdə vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbçilərin və mülki vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq əməkdaşlarını, prokurorluğun veteranlarını və xalqımızı bayram münasibətilə təbrik edib.
Yüksək səviyyəli tədbirdə Türkiyənin Hakimlər və Prokurorlar Şurasının geniş tərkibli nümayəndə heyəti həmçinin, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak edib.
Baş prokuror diqqətə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnib, 19-20 sentyabr 2023-cü il tarixlərdə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyimiz və konstitusiya quruluşu bərpa edilib.
Bayrağımızın tarixi torpaqlarımız olan Xankəndidə, Ağdərədə, Əsgəran, Xocavənd, Xocalıda yüksəldildiyini qürurla qeyd edən Baş prokuror Qarabağ bölgəsindəki qondarma rejimin ləğv edildiyini, bölgədə olan bütün silahlı erməni dəstələrinin tərksilah edildiyini, qondarma rejimin keçmiş “rəhbər”ləri və digər separatçıların isə tutularaq cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə çatdırıb.
Kamran Əliyev qeyd edib ki, zəfərin təməlini Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyası və ordu quruculuğu, habelə bu uğurlu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən inamla reallaşdırılması təşkil edib.
44 günlük vətən müharibəsində, həm də ondan sonrakı dövrdə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək diqqət və qayğının nümayiş etdirildiyini nəzərə çatdıran Baş prokuror, həmçinin, azad edilmiş bölgələrdə gerçəkləşən və bütün dünyanı heyrətləndirən quruculuq və bərpa işlərinin aparıldığını, əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”ın yüksək səviyyədə icra olunduğunu vurğulayıb.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ərazilərdə hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə səlahiyyətləri daxilində dəstək göstərilməsi istiqamətində prokurorluq əməkdaşları xidmətlərini daha səmərəli və peşəkar təşkil edilib.
Tədbir zamanı çıxış edən türkiyəli nümayəndə heyətinin rəhbəri, Hakimlər və Prokurorlar Şurasının 1-ci Dairə üzvü xanım Aysel Demirel 8 noyabr Zəfər Günü münasibətilə təbriklərini ifadə edib, əlamətdar tarixdə Azərbaycana gəldiklərindən məmnunluğunu bildirib.
İki qardaş ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini nəzərə çatdıran xanım Aysel Demirel Türkiyə dövləti və xalqının Azərbaycanın əldə etdiyi nailiyyətlərə sevindiyini və bunun davamlı olmasını arzuladığını qeyd edib.
Sonda 44 günlük Vətən Müharibəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.


6-11-2023, 18:39
Ceyhun Bayramov Rumıniya parlamenti Senatının sədriylə görüşdü


Ceyhun Bayramov Rumıniya parlamenti Senatının sədriylə görüşdü

Noyabrın 6-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin parlamenti Senatının sədri Nikolae Çuka ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan və Rumıniya arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə regionda və dünyada mövcud vəziyyət müzakirə olunub.
C.Bayramov, ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Rumıniya ilə ötən il diplomatik münasibətlərimizin 30 illiyinin tamam olduğunu qeyd edərək, bu illər ərzində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında qarşılıqlı səfərlər, təmasların, o cümlədən parlament diplomatiyasının rolunu vurğulayıb. Bu istiqamətdə, münasibətlərin daha da genişləndirilməsi məqsədilə iki ölkə arasında mövcud müqavilə-hüquq bazasının inkişafının zəruri olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafı ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində dəstək və həmrəyliyə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunun təqdirəlayiq olduğunu qeyd edib.
İki ölkə arasında strateji tərəfdaşlığın bir sıra istiqamətlərində, xüsusilə ticarət dövriyyəsinin artırılması, iqtisadi, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və s. istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Alternativ enerji, rəqəmsal inkişaf sahəsində əməkdaşlığın inkişaf potensialı diqqətə çatdırılıb.
Görüş zamanı qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın yenidənqurma, reinteqrasiya və sülh quruculuğu fəaliyyəti barədə ətraflı məlumatlandırılıb. Nazir Ceyhun Bayramov, xüsusilə cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində tərəfimizdən görülən, qeyri-qanuni erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyan anti-terror tədbirlərindən sonra regionda reinteqrasiya və sülh gündəliyinin irəlilədilməsi üçün münbit şəraitin yarandığını vurğulayıb.
Mövcud çətinlik və çağırışlara baxmayaraq, ölkəmizin bundan sonra da Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi üzrə əməli addımlar atmaqda qərarlı olduğu diqqətə çatdırılıb.
Senatın sədri Nikolae Çuka, Rumıniyanın Baş naziri qismində ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə, cari ilin oktyabr ayında isə Parlament Senatının sədri qismində Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirdiyi görüşlərə istinad edərək, bu kimi təmaslar çərçivəsində ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirəsinin əməkdaşlığa töhfə verdiyini bildirib. Rumıniyanın Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində Azərbaycanın səylərini dəstəklədiyi diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
6-11-2023, 16:36
Xorvatiya minaların təmizlənməsində dəstək olacağını bildirdi


Xorvatiya minaların təmizlənməsində dəstək olacağını bildirdi

Xorvatiya minaların təmizlənməsi məsələsində Azərbaycana dəstək verəcək.
Bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 6-da Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşündə müzakirə edilib.
Görüşdə Xorvatiyanın minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycana bu sahədə dəstək vermək niyyəti müsbət qarşılanıb, minaların təmizlənməsi sahəsində təcrübə mübadiləsinin və əməkdaşlığın vacibliyi qeyd edilib.
6-11-2023, 16:19
Ombudsman Ermənistana çağırış etdi


Ombudsman Ermənistana çağırış etdi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistanın ekoloji terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
Bu barədə Ombudsman Aparatının “X” hesabında paylaşım edilib.
“Bu gün biz bir daha ekologiya və ətraf mühitin mühafizəsi sahəsində çalışan beynəlxalq təşkilatları Ermənistanın törətdiyi ekoloji terrorun nəticələrinin aradan qaldırılması üçün təsirli tədbirlər görməyə çağırırıq!”, - paylaşımda bildirilib.
6-11-2023, 15:47
Laçında “Bayraq yürüşü” keçirildi


Laçında “Bayraq yürüşü” keçirildi

Laçın şəhərində “Bayraq yürüşü” keçirilib.
Yürüşü Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə təşkil edib.
Qeyd edək ki, “Bayraq yürüşü” bu il ilk dəfə işğaldan azad edilmiş ərazidə baş tutub.







6-11-2023, 15:34
Qarşı tərəfdən də konstruktiv yanaşma və qarşılıqlı addımlar gözləyirik - Nazir


Qarşı tərəfdən də konstruktiv yanaşma və qarşılıqlı addımlar gözləyirik - Nazir

Azərbaycan torpaqlarının 30 ildən sonra işğalının başa çatması və bu torpaqlarda suverenliyimiz bərpası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı yeni perspektivlər açır.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Buxarestdə rumıniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
“Bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında bu normallaşma yalnız Azərbaycana və Ermənistana xidmət etməyəcək, bu, həmçinin region və onun sərhədləri xaricində istifadə olunmamış əməkdaşlıq imkanlarının açılmasını təmin edəcək. Fürsətdən istifadə edib Azərbaycanın sülh gündəliyini bir daha vurğulayıram. Biz qarşı tərəfdən də konstruktiv yanaşma və qarşılıqlı addımlar gözləyirik. Biz ümid edirik ki, bu xüsusi şans bir daha itirilməyəcək”, - nazir qeyd edib.
6-11-2023, 15:28
Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bildirdi


Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bildirdi

Ermənistanın Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində, Arazdəyən (Yerasx) qəsəbəsi yaxınlığında 16,500 kvadratmetr sahədə, illik istehsal gücü 108,000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən 3 iyun 2023-cü ildə sosial media hesabında məlumat və bu faktı təsdiq edən videogörüntülər yayılıb.
Ermənistan 1991-ci il BMT-nin Avropa İqtisadi Komissiyasının “Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyası”nın (bundan sonra – “Konvensiya”) 3.1-ci bəndinə əsasən, sərhədyanı zonada tikiləcək metallurgiya zavodu barədə təsirə məruz qala biləcək ölkə kimi Azərbaycanı rəsmi xəbərdar etməyə və Konvensiyanın 5-ci bəndinə əsasən Azərbaycanla müvafiq məsləhətləşmələr aparmağa dair öhdəliklərə malikdir. Bu xüsusda qeyd edilməlidir ki, sözügedən fəaliyyət Konvensiyasının 1-ci əlavəsində transsərhəd təsiri gözlənilən fəaliyyətlərin siyahısına daxildir. Lakin Ermənistan tərəfindən mövcud olan kommunikasiya kanalları vasitəsilə Azərbaycana bu barədə hər hansı rəsmi bildiriş verilməmiş və Azərbaycanla məsləhətləşmələrə başlanılmamışdır.
Məlumat mətbuatda açıqlanan zaman Azərbaycan tərəfindən məsələyə operativ reaksiya verilmiş və Ermənistan tərəfinə məktub ünvanlanmışdır. Məktubda Ermənistandan Konvensiya üzrə öhdəliklərinə əməl edilməsi, layihənin zərərli transsərhəd təsirlərini müəyyən etmək məqsədi ilə məsləhətləşmələrə başlamaq üçün zəruri məlumatların təqdim edilməsi və zavodun tikintisinin həmin ərazidə dayandırılması tələb edilmişdir.
Ermənistan tərəfinin cavab məktubunda Konvensiya üzrə öhdəlikləri pozulmadığı, sözügedən fəaliyyətin Azərbaycanın ətraf mühitinə əhəmiyyətli mənfi təsir etməyəcəyi bildirilmiş və Azərbaycanın məsləhətləşmələr aparmaq, sənədləri təqdim etmək və zavodun tikintisinin həmin ərazidə dayandırılması ilə bağlı tələbləri rədd edilmişdir.
Bunu nəzərə alaraq, cari ilin sentyabr ayında Azərbaycan Konvensiyasının 3.7-ci maddəsinə və 4-cü Əlavəsinə əsasən məsələnin araşdırılması üçün BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibinə müraciət ünvanlamışdır. Müraciətdə Katiblikdən təcili olaraq zavodun transsərhəd təsiririni müəyyən etmək üçün təhqiqat komissiyasının yaradılması, ətraf mühitə təsir müəyyən edilənədək zavodun inşasının dərhal dayandırılması üçün Ermənistana müraciət edilməsi, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və mümkün təsirlərin azaldılması tədbirləri daxil olmaqla, inşaatla bağlı mümkün məlumatların əldə edilməsinə Azərbaycana köməklik edilməsi xahiş edilmişdir. Müraciətin surəti Ermənistan tərəfinə də müvafiq qaydada çatdırılmışdır.
13 oktyabr 2023-cü il tarixində icraçı katib adından Azərbaycan tərəfinə cavab məktub ünvanlanmışdır. Məktubda Ermənistanın müzakirələr aparmağa, ətraf mühitə təsir və layihə sənədlərinin təqdim edilməsinə dair öhdəliklərinin olduğu təsdiq edilmişdir.
Azərbaycanın BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinə müraciəti və Ermənistana qarşı davamlı hüquqi-diplomatik təzyiqləri nəticəsində 31 oktyabr 2023-cü il tarixində Ermənistanın iqtisadiyyat naziri zavodun inşasının (sərhəddən uzaq olan) yeni yerə keçirilməsi barədə mətbuata açıqlama vermişdir. Eyni zamanda, Ermənistanın ətraf mühit naziri icraçı katibə müraciət ünvanlayaraq Azərbaycanla danışıqlara hazır olduğunu bildirmişdir.
6-11-2023, 15:20
Ceyhun Bayramov Rumıniyanın Baş naziriylə görüşdü


Ceyhun Bayramov Rumıniyanın Baş naziriylə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın Baş naziri Marcel Ciolacu ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər ikitərəfli və regional məsələləri müzakirə edib, strateji tərəfdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.


6-11-2023, 15:15
“Müharibə veteranı” adı almış şəxslər bu ödənişdən azad olundu


“Müharibə veteranı” adı almış şəxslər bu ödənişdən azad olundu

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Peşə təhsili haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
Qanun 2023-cü il sentyabrın 1-dən tətbiq edilir.
6-11-2023, 14:43
Ermənistanın Azərbaycana qarayaxma kampaniyası sülhə xidmət etmir


Ermənistanın Azərbaycana qarayaxma kampaniyası sülhə xidmət etmir

Ermənistanın Azərbaycana qarşı ardıcıl qarayaxma kampaniyası aparması sülhə xidmət etmir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 6-da Buxarestdə rumıniyalı həmkarı Luminica Odobesku ilə görüşdə deyib.
C.Bayramov ölkəmizin 24 saat ərzində həyata keçirdiyi antiterror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib.
O, Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyini bildirib. Eyni zamanda, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri diqqətə çatdırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!