Suriya ilə danışıqlarda irəliləyiş var - Netanyahu .....                        Polşa ilə döyüşmək istəmirik - Xrenin .....                        Gürcüstan Prezidenti ABŞ-yə getdi .....                        Rusiya Ukraynanın 19 PUA-sını vurdu .....                        Peruda etirazçılarla polis arasında toqquşma .....                        "Formula 1": Bakıdakı sıralama turunda yeni rekord .....                        Britaniya qırıcıları Polşa səmasında .....                        Türkiyədə zəlzələ oldu .....                        İsrail İordan çayının sahilinə əlavə qüvvələr yerləşdirir .....                       
17-01-2024, 17:53
Bakının bu qəsəbələrində Hepatit “A” virusu xəstəliyi yayıldı


Bakının bu qəsəbələrində Hepatit “A” virusu xəstəliyi yayıldı

Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında 2023-cü ilin dekabr ayından başlayaraq yoluxucu Hepatit “A” virusu xəstəliyi yayılıb.
Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, xəstəliyi yayılması ilə bağlı tədbirlər davam etdirilir:
"Aparılan profilaktik tədbirlər ilə əlaqədar “Azərsu” ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçirilir. Profilaktik tədbir olaraq su şəbəkəsində qalıq xlorun müvəqqəti yüksəlməsi ilə bağlı Əmircan və Bülbülə qəsəbələrini qidalandıran +54 Ramana mərkəzi su anbarının ərazisində 1 ədəd xlor tərkibli reagent dozalayıcı nasos quraşdırılıb. Eyni zamanda, “Azərsu” ASC-nin Suraxanı rayon Sukanal idarəsinin mütəxəssisləri rayon GEM-nin əməkdaşları ilə birgə fərdi yaşayış evlərində yerləşən ehtiyat su çənlərinin yuyulub dezinfeksiya edilməsi ilə bağlı tədbirlər həyata keçirilib", - məlumatda vurğulanıb.
17-01-2024, 17:00
XİN Başçısı Uqandaya işgüzar səfərə çıxdı


XİN Başçısı Uqandaya işgüzar səfərə çıxdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uqanda Respublikasına işgüzar səfərə yola düşüb.
XİN-dən verilən xəbərə görə, səfəri çərçivəsinə nazir Ceyhun Bayramovun Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirakı və yüksək səviyyəli yerli və xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
17-01-2024, 16:32
Prokurorluqda 4 nəfərə töhmət verildi, 1 nəfər vəzifəsindən azad edildi


Prokurorluqda 4 nəfərə töhmət verildi, 1 nəfər vəzifəsindən azad edildi

Ötən il Bakı Şəhər Prokurorluğunda 4 nəfərə töhmət verilib, 1 nəfər vəzifəsindən azad edilib.
Bu barədə Bakı Şəhər Prokurorluğunun 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində məlumat verilib.
Bildirilib ki, xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad edilib.
17-01-2024, 16:01
Elektron resept olmadan apteklərdən dərman almaq mümkün olmayacaq


Elektron resept olmadan apteklərdən dərman almaq mümkün olmayacaq

Elektron reseptdə yalnız Tarif Şurasının təsdiqlədiyi və dövlət qeydiyyatına alınan dərman vasitələri qeyd olunacaq.
Bunu Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin şöbə müdiri Kəbutər Mövsümlü Nazirliyinin rəsmi "İnstagram" hesabında canlı yayım zamanı bildirib.
O, bundan sonra apteklərdən elektron resept olmadan dərman əldə etməyin mümkün olmayacağını vurğulayıb.
Nazirlik rəsmisi qeyd edib ki, dövlət tərəfindən pulsuz dərman preparatları ilə təmin olunan şəxslərə elektron resept şamil olunmayacaq: "Dərman preparatları ilə təmin olunma dövlət müalicə-profilaktika müəssisələrinin aptek məntəqələri vasitəsilə həyata keçirilir. Pulsuz dərman reseptləri yazmaq hüququ olan dövlət müalicə-profilaktika müəssisələrinin siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bir ödənişsiz reseptdə yalnız bir dərman preparatı yazılır”.
Onun sözlərinə görə, ödənişsiz şərtlərlə dərman almaq hüququna malik olan şəxslər və ya onların qanuni nümayəndəsi yaşayış yeri üzrə poliklinikaya müraciət edib, bu hüquqları təsdiq edilən əsas sənədləri təqdim etməlidirlər:
"Bəzi pasiyentlər üçün verilən reseptlərdə 2 və ya 3 möhür tələb olunur. Bu, elektron reseptdə də saxlanılıb. Bundan başqa, elektron reseptdə firma dərmanlarının və ya bioloji aktiv qida maddələrinın yazılması mümkün olmayacaq. Misal olaraq reseptdə yazılan dərman sayı 10 ədəddir, lakin müraciət etdiyi aptekdə yalnız 5 ədəd qalıb. Onda aptekdə olan qədər alınır və elektron resept aktiv qalır, vətəndaş başqa əczaçılıq müəssisəsində müraciət edib dərman vasitələrini ala biləcəklər. Yəni qalan dərman sayına görə yenidən resept yazılmasına ehtiyac olmayacaq. Onu da nəzərə alaq ki, resept oxunuşu əczaçılar üçün müəyyən çətinlik yaradırdı, elektron resept sisteminin təşkili ilə bu problem arandan qaldırılmış olur”, - Kəbutər Mövsümlü vurğulayıb.
Qeyd edək ki, elektron resept tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur. Elektron resept sistemi vətəndaşlara dərman vasitələrinin yazılması və əldə olunması prosesində tam şəffaflığı və əlçatanlığı təmin edir. Pasiyent müayinə olunduqdan sonra ona yazılacaq hər bir dərman preparatı, elektron sistemdə vahid olaraq yerləşdirildikdə, ümumi sistemdən görünəcək.
Elektron reseptdən istifadə üçün "Reseptim" tətbiqini yükləmək lazımdır. Vətəndaşlar FİN-ə (fərdi identifikasiya nömrəsi) uyğun olaraq elektron resepti əldə edə biləcəklər. Elektron resept tətbiq edildikdən sonra bütün əczaçılıq və tibb müəssisələrinin inteqrasiyası da təmin ediləcək.
17-01-2024, 01:53
Dəllər-Şəmkir dəmir yolu yaxınlığında silah-sursat aşkarlandı


Dəllər-Şəmkir dəmir yolu yaxınlığında silah-sursat aşkarlandı

DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının Zazalı Dəmir Yolu stansiyasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Sahib Həsənov saxlanılan zaman onun üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin avtomata aid patron darağı və 10 ədəd 5.45 kalibirli patron aşkar edilərək götürülüb.
Polis Şöbəsinə Dəllər-Şəmkir dəmir yolu yaxınlığında silah-sursat olması barədə daxil olan məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirmiş bu zaman oradan 2 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRMQ” markalı partladıcı, 2 ədəd “Çermuxa” markalı tüstü qumbarası, 4 ədəd avtomat darağı, 47 ədəd müxtəlif silahlara məxsus patron aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində isə Gəncə şəhər sakini özünəməxsus, müvafiq sənədləri olmayan ov tüfəngini könüllü təhvil verib.
Bundan başqa XPŞ-nin və Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Əlixan Hüseynov saxlanılaraq Polis Bölməsinə gətirilmiş, üzərinə baxış keçirilən zaman 470 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

17-01-2024, 00:45
“Sədərək” Ticarət Mərkəzini su basdı


“Sədərək” Ticarət Mərkəzini su basdı

Bir neçə gün öncə yağan qarın əriməsi nəticəsində “Sədərək” Ticarət Mərkəzini su basıb.
Bu barədə görüntülər İTV-də yayımlanıb.
Hadisə nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.
Ərazidə olan ticarət və iaşə obyeklərinə ziyan dəyib.
Həmin görüntüləri təqdim edirik:
16-01-2024, 23:37
Qızılcaya yoluxanlarən sayı getdikcə artır


Qızılcaya yoluxanlarən sayı getdikcə artır

Cəlilabad rayonu üzrə ötən ilin noyabr ayından bugünədək 339 nəfər qızılca virusuna yoluxub.
Onlardan 236 nəfəri 18 yaşdan kiçiklər və 103 nəfəri 18 yaşdan böyüklərdir.
Hazırda aktiv xəstə sayı 73 nəfərdir. Onlardan 69 nəfəri ambulator, 4 nəfəri isə stasionar şəraitdə müalicə alır.
Ötən ilin dekabrın 1-dən peyvənd vurulan uşaqların sayı 2 104 nəfərdir.
Ötən gün 17 nəfər bu virusa yoluxub. Hələlik bu rəqəm rayon ərazisində gündəlik yoluxma ilə bağlı qeydə alınmış ən yüksək say hesab olunur. Yoluxma sayının artımı havaların kəskin soyuması ilə əlaqədar olması bildirilir.
16-01-2024, 22:36
FHN xilasediciləri partlayışla bağlı axtarışlara davam edir


FHN xilasediciləri partlayışla bağlı axtarışlara davam edir

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bu barədə nazirlikdən bildirilib.
Qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
16-01-2024, 16:41
Gənc əsgərlərin qəbulu prosesi davam edir


Gənc əsgərlərin qəbulu prosesi davam edir

Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu prosesi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xidmətə yeni gələn çağırışçılar hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçir, tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunur, sonra mövsümə uyğun hərbi geyim və digər təminat növləri ilə təmin edilirlər.
Bütün hərbi hissələrdə şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir. Əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla yüksək kalorili, keyfiyyətli yeməklər hazırlanır.
Çağırışçılar hərbi xidmətin xüsusiyyətləri, təhlükəsizlik qaydaları, nizamnamələrin tələbləri barədə ətraflı məlumatlandırılır. Onlarla maarifləndirici və fərdi söhbətlər aparılaraq, psixoloji xüsusiyyətləri öyrənilir.
Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq çağırışçılarla fərdi hazırlıq məşğələləri keçirilir.
15-01-2024, 22:27
Namizədlər dəyirmi masa formatında çıxış etdilər - VİDEO


Namizədlər dəyirmi masa formatında çıxış etdilər - VİDEO

Bu gün İctimai Televiziyanın efirində prezidentliyə namizədlərin təşviqatına start verilib.
Namizədlər dəyirmi masa formatında çıxış ediblər.
Prezident İlham Əliyevi dəyirmi masada onun səlahiyyətli nümayəndəsi Tahir Budaqov təmsil edir. Deputat Qüdrət Həsənquliyevin əvəzinə isə onun səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli çıxış edib.
Digər namizədlər Fazil Mustafa, Zahid Oruc, Fuad Əliyev, Razi Nurullayev və Elşad Musayev debatda şəxsən iştirak edib.

[media=https://youtu.be/01ZgycX3lBk]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!