Türkiyədə helikopter qəzaya uğradı .....                        Mərkəzi Asiya ikinci Fars körfəzinə çevrilə bilər .....                        Ermənistan anklavları Azərbaycana təhvil verir? .....                        Abşeron kanalında balıqlar tələf oldu .....                        Suraxanıda bina yandı - ÖLƏN VAR .....                        Azərbaycandan gedən buğda ilə bağlı iddiaya erməni nazirdən reaksiya: “Birinci özüm yeyəcəyəm” .....                        Paşinyan Avropa səfirləri ilə görüşdü .....                        Qarsdan Naxçıvana dəmir yolu tikilir - FOTO .....                        Naxçıvanda məşhur muzeyin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA .....                       
16-03-2024, 18:19
Hikmət Hacıyev İran səfiriylə görüşdü


Hikmət Hacıyev İran səfiriylə görüşdü

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Bu barədə səfir "X" hesabında paylaşım edib.
Görüşdə Qəzza regionunda baş verən son hadisələri və ikitərəfli əlaqələri nəzərdən keçirilib. Eləcə də iki qonşu dövlət arasında münasibətlərdə yeni fəsil açılmasının vacibliyi vurğulanıb.
16-03-2024, 18:08
Baş nazir Məhəmməd Yunusu qəbul etdi


Baş nazir Məhəmməd Yunusu qəbul etdi

Baş nazir Əli Əsədov martın 16-da Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus ilə görüşüb.
Görüşdə XI Qlobal Bakı Forumunun önəmi vurğulanıb, çox sayda ölkədən dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin burada iştirakı tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirilib.
Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər və dinamik inkişaf yolu barədə məlumat verilib. Ölkəmizdə bütün sahələrdə, xüsusilə iqtisadi sahədə aparılan genişmiqyaslı islahatların müsbət nəticələr verdiyi vurğulanıb.
Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusun dünya miqyasında yoxsulluğa qarşı mübarizə istiqamətində uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.
16-03-2024, 17:30
Gürcüstanın Baş nazirinin rəsmi səfəri başa çatdı


Gürcüstanın Baş nazirinin rəsmi səfəri başa çatdı

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Respublikasına rəsmi səfəri martın 16-da başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir İrakli Kobaxidzeni Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər yola salıblar.
16-03-2024, 17:22
*“Məktəbli könüllü” proqramının açılış mərasimi keçirilib*

“Məktəbli könüllü” proqramının açılış mərasimi keçirilib

Martın 15-də 132-134 nömrəli təhsil kompleksində Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü ilə həyata keçirilən “Məktəbli könüllü” proqramının açılış mərasimi keçirilib. Açılış nitqi ilə çıxış edən təhsil kompleksinin direktoru Sara Xanlarova proqram üzvlərinə uğurlar arzulayıb. Daha sonra layihə rəhbəri, ”Bir könüllü” Tələbə Təşkilatının sədri Leyla Zeynalova tədbir iştirakçılarına proqramın məqsəd və hədəfləri barədə məlumat verib. Leyla Zeynalova bildirib ki, proqram 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında ictimai fəal və sosial məsuliyyətli məktəbli profilinin formalaşdırılmasına xidmət edir. İlkin mərhələdə yalnız Bakı, Xırdalan və Sumqayıt ərazilərində yerləşən ümumi təhsil müəssisələrini əhatə edən proqrama bu günə qədər 1000-dən çox müraciət daxil olub. Müsahibə mərhələsinə 720 nəfər dəvət edilib və onlardan 350-si proqrama üzvlük haqqı qazanıb. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov proqramın əhəmiyyəti və məktəblilərin həyatındakı rolundan danışıb, iştirakçılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam etdirilib.

16-03-2024, 17:11
İlham Əliyevin Kobaxidzeylə geniş tərkibdə görüşü keçirildi


İlham Əliyevin Kobaxidzeylə geniş tərkibdə görüşü keçirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə nahar əsnasında geniş tərkibdə görüşü keçirilib.
16-03-2024, 16:27
Kütləvi məzarlıqda tapılan insan qalıqlarının sayı 18-ə çatdı - FOTO


Kütləvi məzarlıqda tapılan insan qalıqlarının sayı 18-ə çatdı - FOTO

İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar aparılır.
Bu barədə Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb.
Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların ən azı 18 nəfər şəxsə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.
Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, həmçinin, iş üzrə həmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə ekspertiza və laborator müayinələr aparılır, eləcə də digər zəruri prosessual hərəkətlər həyata keçirilir.
Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 8 nəfərin şəxsiyyəti müəyyən edilib:

(Xocalı rayon sakinləri)

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il

3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il

4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il

5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935

(Xankəndi şəhər sakinləri)

6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il

7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il

8. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il

İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.
Toplanmış materiallar Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işinə əlavə edilərək araşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.








16-03-2024, 16:12
Zaqatalada 18 yaşlı gənc qumbara partlayışından öldü


Zaqatalada 18 yaşlı gənc qumbara partlayışından öldü

Zaqatala rayonunda 18 yaşlı gənc partlayıcı maddənin partlaması nəticəsində ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Bildirilib ki, martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Araşdırma aparılır.
16-03-2024, 16:05
Qurban Qurbanov "Union Berlin" klubundan təklif aldı


Qurban Qurbanov "Union Berlin" klubundan təklif aldı

Azərbaycanın məşhur futbol mütəxəssisi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniya Bundesliqasında mübarizə aparan klubdan təklif alıb.
Supersport.az-ın məlumatına görə, söhbət "Union Berlin" klubundan gedir.
Məlumata görə, alman komandasının rəhbərliyi Leverkuzendə "Bayer"lə qarşılaşan "Qarabağ"ın baş məşqçisiylə görüşüb.
"Bayer"in baş məşqçisi Xabi Alonso Berlin klubunun prezidenti Dirk Zinglerə yeni baş məşqçi olaraq Qurban Qurbanovu məsləhət görüb. "Union"un 20 ildir ki, rəhbəri olan Zingler Leverkuzendə "Qarabağ"ın 52 yaşlı baş məşqçisiylə görüşərək istəyini çatdırıb.
Azərbaycanın məşhur məşqçisi Qurban Qurbanov Almaniya klubunun rəhbərliyinə təşəkkür edib, lakin təklifi qəbul etməyib.
117 yaşa malik "Union Berlin" komandasını hazırda 52 yaşlı Nenad Belitsa çalışdırır. Xorvat mütəxəssis ötən ilin noyabrında gətirilsə də, müqavilənin müddəti göstərilməyib.
Berlin klubu ötən mövsüm Bundesliqada 4-cü olsa da, hazırda çempionatda zəif çıxış edir. "Union" 18 klub sırasında 25 turdan 25 xalla 14-cü pilləni tutur. Bundesliqada 5 ildir yarışan Berlin komandasının futbolçularının qiyməti 149.95 milyon avrodur.
UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Bayer"in baş məşqçisi Xabi Alonso Azərbaycan klubunun Bundesliqada mübarizə aparmağa layiq olduğunu bildirmişdi. Xabi Alonso ilə Qurban Qurbanov arasında dostluq münasibətləri də var.
16-03-2024, 15:34
Sahibə Qafarova BMT rəsmisini qəbul etdi


Sahibə Qafarova BMT rəsmisini qəbul etdi

Martın 16-da Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, görüş zamanı ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə uğurlu əməkdaşlığı, Azərbaycanın beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təmin olunması istiqamətində BMT Nizamnaməsinin məqsədlərinə nail olunması sahəsində verdiyi töhfələr haqda danışılıb.
Görüşdə qonağa regionda mövcud olan vəziyyət barədə məlumat verən spiker Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra həyata keçirdiyi genişmiqyaslı yenidənqurma və bərpa işləri, Ermənistan tərəfindən basdırılmış minaların törətdiyi təhlükə haqda danışıb, qeyd olunan istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın və dəstəyin əhəmiyyətinə toxunub. Milli Məclisin sədri məhz Azərbaycanın sülhün bərqərar olunması istiqamətində təşəbbüslə çıxış etdiyini və sülh gündəliyinə sadiq qaldığını bildirərək, Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümidini ifadə edib.
Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində görüləcək işlərdən söz açan spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin iqlim dəyişmələri kimi qlobal çağırışların həlli üzrə aparılan müzakirələrə parlament töhfəsinin təmin olunması istiqamətində səyləri haqda danışıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumlarındakı fəaliyyətini, göstərdiyi səyləri yüksək qiymətləndirdiyini deyib.
Baş Assambleya prezidenti Azərbaycan xalqı və hökuməti ilə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını deyərək, BMT-nin məqsədlərinin dəstəklənməsində parlamentlərin rolunun əhəmiyyətini vurğulayıb.
Dennis Fransis COP29-un gələn il Azərbaycanda keçirilməsi ilə bağlı təbriklərini çatdıraraq, ölkəmizin bu tədbiri ən yüksək səviyyədə keçirəcəyinə əmin olduğunu bildirib.
Azərbaycanın regionda sülhün və əmin-amanlığın təmin olunması istiqamətində göstərdiyi səyləri təqdir edən Dennis Fransis bölgədə dayanıqlı sülhün bərqərar olunmasının davamlı inkişafın və firavanlığın əsas şərti olduğunu, bu təşəbbüslərin BMT tərəfindən dəstəkləndiyini bildirib.
Söhbət zamanı qonağa Milli Məclisin strukturu və fəaliyyəti haqda da məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
16-03-2024, 15:16
Prezident: “Beynəlxalq hüquq normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur”


Prezident: “Beynəlxalq hüquq normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur”

Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüquq normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz.
Bu fikri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.
“Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş və öz ərazi bütövlüyünü, suverenliyin bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüquq normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiə etmə hüquq tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək öz ərazi bütövlüyünü bərpa etmişdir”, - deyə dövlətimizin başçısı bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!