Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 25-05-2022, 15:14
Latviyanın Xidmət rəhbəri: “AQTİ-nin laboratoriyalarında müayinələr yüksək peşəkarlıqla həyata keçirilir”

"Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) tabeliyində fəaliyyət göstərən laboratoriyaların yüksək səviyyədə olması bizi təəcübləndirdi".

Butov.az-ın "Report"-a istinadən xəbərinə görə, bunu Latviyanın Dövlət Bitki Nəzarəti Xidmətinin direktoru Kristine Lomakina Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirərkən deyib.

O bildirib ki, AQTİ-də qurulan laboratoriyalarda müayinələr yüksək peşəkarlıqla həyata keçirilir:

“Müasir texnologiya və avadanlıqlara malik laboratoriyaların fəaliyyəti və bu sahədə mövcud işin davamlı təkmilləşdirilməsi istiqamətində görülən işlər olduqca təqdirəlayiq haldır. Çox şadam ki, bizim Tvininq layihəsi çərçivəsində qeyd olunanların hamısı reallıqda öz bəhrəsini verib. Sizin mütəxəssilər artıq layihə çərçivəsində öyrəndiklərini tədris edirlər. Həqiqətən də laboratoriyalarınızın yüksək səviyyədə olması yaxşı mənada bizi təəcübləndirdi. İrəliyişlər təqdirə layiqdir. Hər zaman inkişaf və təkmilləşmə üçün şərait var. Təbii ki, metodlar, analizlər, təhlillər, eləcə də yeni müxtəlif təhlil alətləri inkişaf etməkdədir. Bu baxımdan, daim və hər zaman inkişaf etməliyik”.

Kristine Lomakina regionda fəaliyyət göstərən laboratoriyaların iş şəraiti ilə tanış olduqlarını, burada da peşəkar kadrların çalışdığını qeyd edib: “Ölkənizlə çoxtərəfli əməkdaşlığımız mövcuddur. Mütəxəssislərimizin regionları da ziyarət etmək imkanı olub ki, burada da müəyyən naliyyətlərin olduğunu deyə bilərik. Ümumiyyətlə hər zaman sizə dəstək göstərməyə hazırıq. hazırıq. Burada gördüklərimdən deyə bilərəm ki, çox işlər görülüb, təbii ki, daha da irəli getmək də lazımdır”.


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!