Arvadını boğamaqda şübhəli bilinən kişi saxlanılıb .....                        Hacıqabul sakini qızılcadan öldü .....                        Hacıqabul sakini qızılcadan öldü .....                        İsrail və HAMAS danışıqları nəticəsiz yekunlaşdı .....                        İranda sel: 5 mindən çox sakin zərər çəkib .....                        “Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi .....                        Rezidenturaya qəbul imtahanı keçirildi .....                        Ululardan, Babadağdan soraq aldım Hissələr .....                        12 minə yaxın şəxs imtahan verdi .....                       
5-01-2022, 11:14
Azərbaycanda bu dərmanın istifadəsi QADAĞAN OLUNDU

Azərbaycanda daha bir dərmanın istifadəsi qadağan edilib.

Bu barədə Bütöv.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, “Sanofi” şirkətinin davam edən tədqiqatlarına əsasən “Lozap®” ticari adlı losartan potassium - 50 mg tərkibli örtüklü tabletlər №30 (3x10) blisterdə, karton qutu qablaşdırmada, 2660720 seriyalı, son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriyalı, son istifadə tarixi 1/1/2023 olan dərman vasitələrinin tərkibində azid qatışıqlarının yol verilən gündəlik maksimum limitdən çox olması ehtimal edilir.

"Bu ehtimalı nəzərə alaraq, 2660720 seriya ilə buraxılmış son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriya ilə buraxılmış son istifadə tarixi 1/1/2023 olan “Lozap®” ticari adlı dərman vasitəsitələri geri çağırılması qərarı qəbul olunub və ölkəyə idxalı, topdan və pərakəndə satışı dayandırılıb"- mərkəzdən bildirilib.

Qeyd edək ki, 2021-ci ildə “EQİS əczaçılıq zavodu” QSC-yə məxsus “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide 0010319 seriya (2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blister, “Svvissmed Service” MMC şirkətinin müraciətinə əsasən Sloveniyanın “Lek Pharmaceuticals d.d.” şirkətinin istehsalı olan KN0066 seriya ilə buraxılmış 50 mg tərkibli örtüklü tabletlər №50 və 028361 seriya ilə buraxılmış “Fosfalyugel” ticarət adlı dərman vasitəsinin Azərbaycanda satışı qadağan edilib.
4-01-2022, 20:41
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 183 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 96, buster doza üzrə vaksinasiya olunanların sayı isə 75 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 548, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 760, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 357 təşkil edir.

Bütöv.az
4-01-2022, 17:41
Beyin nəyi xoşlamır? - Xeyirli və zərərli vərdişlər

Rumıniyanın professoru, neyrocərrah Vlad Siurea beynimizin nə tələb etməsi və nəyi sevməməsi barədə maraqlı açıqlama edib.

Bu vaxta kimi 23.000 beyin əməliyyatı icra edən tanınmış həkim deyir ki, beyin bizim öz səhvlərimizdən xəstələnir. Çox adam ödünün, mədəsinin qeydinə daha çox qalır, nəinki beyni. Ümumiyyətlə, beyni ilə necə davranacağını bilmir.
Bütöv.az medicina.az-a istinadən beyninə xeyir və zərər verəcək səbəbləri təqdim edir
-Səhər yeməyini unutduqda və ya bilərəkdən imtina etdikdə beyin əziyyət çəkir.
Ayaq üstə, maşında və telefona baxa-baxa yemək beyni gərginləşdirir
-Beyninizə təmiz, sağlam, yağsız qida lazımdır. Şəkərdən tam imtina etmək olmaz, heç olmasa bal yeyin.
-Qara şokolad, su beyinə çox lazımdır.
-Əgər siz gündə 10 saat planşet, telefon, komputerdə asılıb qalmısızsa, elə hesab etməyin ki, bu beyinin xoşuna gəlir və ona yaxşı informasiya "yedizdirdiyinizə” görə sizə minnətdar olacaq.
-Beyin virtual yox, əyani, real ünsiyyət üçün yaranıb. Bütün günü sosial şəbəkələrdə danışmadan yazışmaq beyini izolyasiya edir
-Beyin səhər tezdən oyanmağı sevir. Onun oyanma vaxtı 7-8 arasıdır. Əgər onu yatmağa məcbur etsəniz, o əziyyət çəkəcək
-Yuxu zamanı beyin yatmır və işləyərək digər orqanlara nəzarət edir. Siz bu zaman onun digər köməyindən də istifadə edə bilərsiz. Əgər çətin bir sual, məsələ, iş varsa, çıxış yolu tapmırsızsa, yuxudan öncə həmin sualı beyinə verin və ona tapşırın ki, bu tapşığırığı işləsin. Sabahı gün artıq cavab sizə gələcək. Beyin fikirlə reallıq arasında əlaqə yaradıb, mümkün həll yolunu ideya olaraq sizə ötürəcək.
-Beyin bu 3 şeyi xoşlamır: yağ, tütün və alkoqol.
Siqaret ürək damar kimi beyinə də mənfi təsir edir.
Eləcə də duz ona ziyandır
-Ət beyinə lazım olmasa da, bütün bədənə lazımdır. Ona görə yağsız ət qəbul edin
-Kakao, bal, şərbət, tünd şokolad – beynin həzzidir.
-Beynin aktiv saatları: səhər 10:00- 12:00 və 16:00-18:00 arası olur.
-Əgər zehni iş çox yorsa, çox tünd olmayan qəhvəni aram-aram içə bilərsiz
-Beyin gülüşü, zarafatı sevir. Tez-tez gülün, güldürün.
-Beyni məşq etdirin: çox gəzmək, ətrafda, təbiətdə detallara baxmaq, yeni bir şeylə məşğul olmaq, film, kitab və s. Eləcə də krosvord həll edin
-Beyin üçün hərəkətlər: yazmaq, gəzmək və nitq.
-50 yaşdan sonra rəqslərə getməyin Alsgeymer xəstəliyini önlədiyi sübut olunub
-Beyni zibildən təmizləyir: 6 saatlıq gecə yuxusu
3-01-2022, 17:59
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 80 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55, buster doza üzrə vaksinasiya olunanların sayı isə 7 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 365, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 149, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 664, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 282 təşkil edir.

Bütöv.az
3-01-2022, 17:31
"Omicron"un ağ ciyərlərə təsiri bəlli oldu

Koronavirusun dünyaya sürətlə yayılan "omicron" ştamının ağ ciyərlərə təsiri açıqlanıb.

Bütöv.az xəbər verir ki, ayrı-ayrı ölkələrdə aparılan araşdırmaların nəticələrinə görə, bu virus növünün daha çox boğazda çoxaldığı və ağciyərlərə az təsir etdiyi bəlli olub.
Tədqiqatçılar virusun boğaza daha çox təsirini nəzərə alaraq qeyd ediblər ki, "omicron"nun yoluxuculuğu buna görə sürətlidir.

Qeyd edək ki, yeni ştam 100-dən çox ölkədə aşkar edilib. Onların arasında qonşu ölkələrdən Türkiyə, İran və Gürcüstan da var.
3-01-2022, 10:41
Dərmanların qiyməti niyə bahalaşıb -  VİDEO

Tarif Şurasından isə bildirdilər ki, belə hallar olduqda vətəndaşlar öz şikayətlərini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bildirə bilərlər.

Dərmanların qiyməti elə bahalaşıb ki, həkimin yazdığı dərmanların yarısını almışam, yerdə qalanlarına da pul çatmadı deyə pensiya veriləndə alacağam.
Bu sözləri 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) yaxınlığında yerləşən aptekdən dərman alan Qətibə Müslümova deyir. Həkimin ona yazdığı 5 dərman preparatından üçünü almağa pulu çatan Q.Müslümova hər ay pensiyasının xeyli hissəsini dərman almağa xərclədiyini bildirir...
Bütöv.az xəbər verir ki, Sputnik Azərbaycan-ın dərman preparatlarının qiyməti ilə bağlı paytaxtda apardığı sorğu zamanı dərmanların qiymətinin son dövrlər bahalaşdığı, bəzi dərman preparatlarının isə ümumiyyətlə tapılmadığı üzə çıxıb...
"Bu ay həkimə gedib dərmanlarımızı gələn ay alırıq"
Öncə yolumuzu 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yerləşən apteklərdən salırıq. Xəstəxananın ətrafında çoxlu sayda aptek olduğundan tibb müəssisəsindən çıxan xəstələrin mütləq əksəriyyəti həkimlərin onlara yazdığı reseptlərlə ətrafdakı apteklərə yaxınlaşırlar. Apardığımız müşahidələr göstərdi ki, aptekə daxil olan xəstələrin çoxu dərmanların qiymətini öncə kassada hesabladır, daha sonra alıb-almamaq barədə qərar verirlər.
Qətibə Müslümova da həmin xəstələrdən biridir. O, Sputnik Azərbaycan-a bildirib ki, dərmanların ikisini almağa pulu çatmadığından pensiyasının köçməsini gözləyəcək: "Həyat yoldaşıma da həkim dərman yazıb. Bir ayda iki xəstənin dərmanını almağa imkan olmur. Ona görə də bu ay həkimə gedib dərmanlarımızı gələn ay alırıq".

Q.Müslümova dərmanların qiymətinin bahalaşmasından da şikayətlənir. Deyir ki, dərman preparatlarının qiymətində son bir ayda daha çox artım var: "Əvvəl 17 manata aldığım dərman 21 manat olub. Dərmanlar da ərzaq kimi hər gün bahalaşır".
Şiraslan Rüstəmov da təqaüdçüdür. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həm özü, həmçinin də həyat yoldaşının səhhətində problemlər var. Dərman isə çox baha olduğundan almağa maddi imkanları çatmır.

Apteklərdən birindən dərman alıb çıxan paytaxt sakini Fətəliyev Qərib aldığı dərmanlara 64 manat pul xərclədiyini bildirdi. Onun sözlərinə görə, son bir ayda dərmana 440 manatdan çox pul xərcləyib: "Dərmanların qiyməti çox bahadır. Alıb istifadə edə bilmirik. İndi aptekə girib bir neçə dərman aldım, 64 manat pul tutdu. Bu da qəbzi, baxa bilərsiniz..."
Gənc valideyn Könül Orucova isə bildirdi ki, ötən ay uşaq üçün 9 manat 90 qəpiyə aldığı "Depovit" preparatını dünən 10 manat 30 qəpiyə alıb. 3 manat civarında olan Anaferon preparatının qiyməti isə 9 manata çatıb. "Prospan" adlı öskürək əleyhinə preparat isə 7 manat 40 qəpikdən 8 manat 40 qəpiyədək bahalaşıb.
Digər sorğu iştirakçısı isə "Epivulan-500 mg" dərman preparatının son bir ildə 22 manatdan artaraq 25-30 manat olduğunu bildirdi.

Paytaxt sakini Müşviq Abdulla deyir ki, koronavirusun müalicəsində qandurulducu kimi istifadə olunan və çox zəruri preparat sayılan "Kleksan" iynəsi 2020-ci ilin avqust ayında apteklərdə 6,5-7 AZN-ə təklif olunurdu: "Tələbatın artmasından istifadə edib hazırda apteklərdə və xəstəxanalarda "Kleksan"ı pasiyentlərə 25-26 manata satırlar. Halbuki, "Kleksan" xəstələrə pulsuz verilməlidir".
Bəzi dərmanlar qəhətə çəkilib
Sorğumuzda iştirak edən digər respondentlər isə dərmanların əksəriyyətini tapmadıqlarından şikayətləndilər. Onların sözlərinə görə, apteklərdən "NormaKids", "Ventalin", " Acc", "Alfa " ,"Vizin", "Vikasol", "Doktor MOM", "İmodum", "Ulkavis", "Reqidron"," "Finlepsin", "Mukossi" hətta bor-spirt məhlulu, rvanol, marqans kimi vasitələr də yoxa çıxıb. Paytaxt sakinləri bildirdilər ki, apteklərdən onlara sadalanan dərman preparatlarının firmalar tərəfindən gətirilmədiyi bildirilib.

Apteklərdən bizə də verilən cavab təxminən eyni oldu. Sadalanan dərman preparatlarının hansı səbəbdən satılmadığını soruşduqda, firmaların həmin dərman preparatlarının ölkəyə gətirilməsinə gələn ildən başlayacağı deyildi. Aptek satıcılarının sözlərinə görə, onlar dərman firmaları və depolardan daxil olan dərmanları satırlar. Sadalanan dərman preparatları isə bir neçə aydır ki, apteklərə satışa verilmir.
Depolar isə gömrükdə yaranan problem üzündən bəzi dərman preparatlarının ölkəmizə idxalının ləngidiyini söylədilər.
Apteklər and-aman edir ki...
O ki qaldı dərmanların qiymətinin baha olmasına, apteklər 20 faiz dərmanların qiymətində dəyişiklik olduğunu bildirdilər. "Şəfa" aptekdən əczaçı bildirdi ki, dərmanların 20 faizinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Yerdə qalan dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyindən, qiymət artımından söhbət gedə bilməz!
Cədvəldə bir qiymətdir, aptekdə bir qiymət
Vətəndaşların qiymət artımından şikayətləndiyi bir neçə dərman preparatı ilə bağlı araşdırma apardıq. Tarif Şurasının saytında yer alan, "dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri cədvəlində" Rusiyanın istehsalı olan "ANAFERON INTERFERON" 3 mq sorma tabletin topdansatış qiyməti 6,59, pərakəndə satış isə 7 manat 91 qəpik göstərilib. Eyni adlı dərmanın uşaqlar üçün olanı isə cədvəldə topdansatış qiyməti 6 manat 72 qəpik, pərakəndə satış isə 8 manat 6 qəpik göstərilib. Halbuki, bu gün satışda bu adda dərman preparatı 8 manat 40 qəpik, 9 manatdan ucuz satılmır.

"Epivulan-500 mg" dərman preparatının isə cədvəldə qiyməti 23-25 manatdır. Bu gün bu dərman preparatı satışda 25-30 manata təklif olunur.
"Kleksan" inyeksiya üçün məhlulun iki ədədinin 0,2 ml şprisdə topdansatış qiyməti isə Tarif Şurasının qiymət cədvəlində 5 manat 62 qəpik, pərakəndə satışda 6 manat 74 qəpik göstərilib. 0,4 ml şprisdə isə topdansatış qiyməti 11 manat 88 qəpik, pərakəndə satışda 14 manat 26 qəpik təşkil edir. Amma bu qiymətə satışda "Kleksan" tapmaq müşkül məsələdir.
Dərdimizi kimə deyək?
Apteklərdən də Sputnik Azərbaycan-a bildirdilər ki, "Kleksan"a koronavirus xəstələri tələbatı artırıb. Ona görə də bu inyeksiya elə depolardan baha gəlir.
Apardığımız araşdırma zamanı bəlli oldu ki, apteklərdə dövlət tərəfindən qiyməti tənzimlənən dərman preparatlarının əksəriyyətinin qiyməti bahadır.
Tarif Şurasından isə bildirdilər ki, belə hallar olduqda vətəndaşlar öz şikayətlərini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bildirə bilərlər. Bu zaman həmin apteklərə qarşı qanunamüvafiq tədbir görüləcək.

Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də İcbari tibbi sığorta xidmətləri göstərilir. İcbari Tibbi sığorta hazırda təxirəsalınmaz təcili yardım, ilk yardım, ambulator müayinə və stasionarda yatışın xərclərini ödəsə də gələcəkdə ambulator xəstələrin dərman preparatlarını da pulsuz alması nəzərdə tutulur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi qrupunun rəhbəri Könül Ələkbərov jurnalistlərə açıqlamasında bildirib ki, ambulator, yəni evdə müalicə alan xəstələr resept üzrə dərmanları aptekdən öz hesabına almalıdır:

"Bəzən xəstələr özlərində hiperdiaqnostika aparmağa meyilli olurlar. Özləri KT, MRT, rentgendən keçir, əməliyyat olunmaq, xəstəxanada yatmaq istəyir. Amma ailə həkimi müayinə edib, adi bir soyuqdəymə, keçici bir hal olduğunu təyin edir, resept yazır və evə müalicəyə göndərir. Lakin çox xəstələr bununla razılaşmır. Səbəb məlumdur. Məsələn, xəstə antibiotik içməlidir. Bu müalicəyə özü xərc çəkməsin deyə, stasionarda yatış tələb edir. Çünki orada dərmanlar da pulsuzdur. Bu xəstəxanaların yüklənməsi, xərclərin çoxalmasına səbəb olur, insanlar icbari tibbi sığortadan şikayət etməyə başlayır".
Ələkbərovun sözlərinə görə, yaxın gələcəkdə icbari tibbi sığorta dərman təminatını da pulsuz edəcək, elektron resept qüvvəyə minəcək. Xəstə həkimin yanından çıxıb aptekdə şəxsiyyət vəsiqəsini göstərəcək, əczaçı sistemdə dərhal həkimin reseptini görəcək və ona uyğun da dərmanlarını pulsuz verəcək. Bu zaman xəstələrin özbaşına lazımsız dərmanlar almasının da qarşısı alınacaq. Reseptlər onlayn olanda, dərmanlar pulsuz veriləcək, bununla da insanların, xüsusən rayonlarda pasiyentlərin xəstəxanaya düşmək istəyi də sönəcək.

30-12-2021, 20:52
Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 103 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 591, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 718 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 318 107, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 166 741, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 673 411, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 477 955 təşkil edir.

Bütöv.az
29-12-2021, 20:38
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 157 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 908, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 659, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 590 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 286 004, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 163 947, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 669 820, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 452 237 təşkil edir.

Bütöv.az
29-12-2021, 18:56
“Omikron”dan qorunmağın yolu açıqlandı

Koronavirusun bir neçə variantına yoluxandan sonra qrupa xas immunitetin formalaşması “Omikron” ştammından qoruya bilər.

Bütöv.az xəbər verir ki, bu barədə rusiyalı virusoloqlar Aleksandr Butenko və Pyotr Çumakov bildiriblər.
“Virusun müxtəlif genotiplərinin birləşməsi insanlarda qrupa xas kütləvi immunitetin formalaşmasına səbəb olur. Söhbət müxtəlif genotiplərdən qorunmanı təmin edə bilməkdən gedir”, - deyə Butenko qeyd edib.

O izah edib ki, koronavirusun müxtəlif variantları ilə çoxsaylı təmas nəticəsində formalaşan immunitet peyvəndlərlə birlikdə COVID-19-a qarşı kollektiv müdafiəni təmin edəcək.

Çumakovun sözlərinə görə, “Omikron” ştammı mutasiyalar nəticəsində S-zülalını əhəmiyyətli dərəcədə dəyişib ki, bu da onun peyvənddən sonra əmələ gələn anticisimlərdən yan keçmək şansını artırır.

“Ancaq S-zülalından başqa viruslarda bir sıra başqa antigenlər var və insan xəstələnəndə bütün bu antigenlərə qarşı anticismlər əmələ gəlir. Ona görə də “Omikron”la qarşılaşanda o, artıq qorunur, çünki digər antigenlər işləməyə başlayır. Bu, qrupa xas immunitetdir. Və o, koronavirusda mövcud olan bütün antigenlər qrupuna aiddir”, - deyə Çumakov izah edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!