Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 12-02-2019, 14:26
Əfqanıstanın taleyi Türkiyədə müzakirə olunacaq

Rusiya prezidenti Vladimir Putinin Əfqanıstandakı xüsusi nümayəndəsi Zamir Kabulov ilə ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzad fevralın 22-də Ankarada görüş keçirəcəklər.
Butov.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Zamir Kabulov özü 5-6 fevral tarixlərində Moskvada “Taliban” silahlı hərəkatı nümayəndələri ilə keçirdiyi görüşlərin yekununa dair mətbuat konfransında bəyan edib. Bildirib ki, Əfqanıstanda davamlı sülhə nail olmaq üçün ABŞ hərbçilərinin bu ölkəni tərk etməsi və həll variantı kimi tərəflər arasında siyasi danışıqlar yolunun seçilməsidir.
“ABŞ prezidenti Donald Tramp da bildirib ki, Amerika nəticəyə varmadan çoxlu resurs və insan itkisi verib. ABŞ, nəhayət ki, bu müharibəyə son qoymalı olduğunun fərqinə vardı. Xarici bir ölkəyə məxsus hərbi qüvvələrin Əfqanıstanda olması istənilmir. Amma hələ ki, bu barədə danışmaq üçün çox tezdir”, - Kabulov vurğulayıb.
Putinin təmsilçisi onu da bildirib ki, regionda sülhün bərqərar olması üçün Rusiya əfqan xalqına lazımı dəstəyi verməyə hazırdır. Zamir Kabulov Rusiya və ABŞ-la yanaşı, Əfqanıstan probleminin həllində Pakistan və İranın da açar ölkələr olduğunu və bu prosesdə iştiraklarının vacibliyini diqqətə çatdırıb.


Paylaş



Bölmə: Siyasət / Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!