EUMA-ya yeni rəhbər TƏYİN EDİLDİ .....                        ABŞ-İran müharibəsinə hazırlıq gedir? .....                        TBMM sədri: Tarixi məsuliyyət yerinə yetiriləcək .....                        Qalatasaray Yuventusu darmadağın etdi .....                        Çox ölkədə Ramazan sabah başlayır .....                        Bakıda torpaq sürüşməsi baş verib - VİDEO .....                        Cenevrədə danışıqların birinci günü başa çatıb .....                        İranla ABŞ barışır .....                        Ukraynanın keçmiş ədliyyə naziri həbs olunub .....                       
Tarix : 20-12-2016, 18:10
Rusiya, İran və Türkiyə Suriyada sülhə zəmanət verdilər

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Rusiya, İran və Türkiyə Suriyada sülh prosesi üçün zəmanət verməyə hazırdır.

Butov.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu gün Moskvada keçirilən üçtərəfli danışıqlardan sonra Rusiyanın müdafiə naziri bu bəyanatla çıxış edib.

Şoyqu türk və iranlı həmkarları-Fikri İşık və Hüseyin Dehqan ilə üçtərəfli danışıqlardan əvvəl tərəflərlə təkbətək görüş keçirib.

Dehqan ilə keçirdiyi görüşdə Şoyqu üç ölkənin mütəxəssisləri tərəfindən Suriya böhranının həlli ilə əlaqədar atılacaq addımlara aid bəyannamə hazırlandığını bildirdi.

Şoyqu ABŞ və müttəfiqləri ilə razılaşdırılan ortaq addımların bölgədə heç bir təsir gücünə sahib olmadığı üçün uğursuz olduğunu vurğulayaraq deyib: "Rusiya, İran və Türkiyə Suriya böhranının həll edilməsi üçün zəmanət verə bilər".

Rusiyalı nazir böhrana aid bəyənnamənin Rusiya, Türkiyə və İranın xarici işlər və müdafiə nazirləri tərəfindən də təsdiq ediləcəyini bildirib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!