23-03-2022, 09:47
Akardan Ukrayna açıqlaması: Bu, müzakirə mövzusu deyil!Hər iki ölkə ilə əlaqələrimiz var. Bu toqquşmanın ən qısa vaxtda dayanmasını, atəşkəsin təmin olunmasını, regionda sülhün və sabitliyin bərqərar olmasını istəyirik.
Bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukraynada davam edən müharibə haqda qeyd edib.
"Humanitar yardımlar da daxil olmaqla, indiyədək əlimizdən gələni etmişik və bundan sonra da edəcəyik. Bizim hansısa formada sanksiyalara əməl etməməyimiz müzakirə mövzusu deyil. BMT-nin sanksiyalarına uyğun davranırıq. Həmçinin tərəflərin görüşməsi, müzakirəsi və atəşkəsin təmin olunması üçün təmaslarımızı davam etdiririk”.
19-03-2022, 08:21
Kiyev bunun tərəfdarıdır, Moskva da etiraz etmir - ÇavuşoğluUkrayna Türkiyənin mümkün təhlükəsizlik təminatçıları sırasına daxil edilməsinin tərəfdarıdır.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Lvovda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlardan sonra deyib.
Çavuşoğlu qeyd edib ki, Rusiya da Türkiyənin təhlükəsizlik təminatçısı olmasına etiraz etmir:
“Bu müharibədə axan qanı tez bir zamanda dayandırmaq lazımdır. Türkiyə rəhbərliyi bu istiqamətdə fəal səylər göstərir”.