Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 8-09-2021, 15:03
Üzüm bitkisinin karantin əhəmiyyətli xəstəlikləri


Üzüm qiymətli, eləcə də yüksək iqtisadi əhəmiyyətə malik kənd təsərrüfatı bitkisidir. Üzümkimilər fəsiləsi 14 cins və 1000-ə yaxın növdən ibarətdir. Təzə üzüm yüksək qidalılıq qabiliyyətinə malikdir.

Üzüm giləsinin tərkibi orqanizm üçün vacib olan faydalı, eləcə də asan mənimsənilən A, C, B, B1, B2 vitaminləri, mineral maddələr və üzvi birləşmələrlə zəngindir.

Azərbaycanda üzümçülük ölkə iqtisadiyyatının ənənəvi və aparıcı sahələrindən biridir. Strateji əhəmiyyətli üzüm bitkisində müxtəlif xəstəliklər, xüsusilə də virus və fitoplazmaların öyrənilməsi ölkəmizdə üzümçülük və şərabçılığın inkişafı üçün əsas prioritet istiqamətlərdən biridir. Statistik hesablamalara əsasən, dünyada üzümçülük təsərrüfatı virus və fitoplazma xəstəliklərinə görə hər il 10-15 faiz məhsul itirir.

Fitoplazmalar hüceyrə divarları olmayan mikroskopik prokariot orqanizmlərdir. Həmin yoluxmaların meyvə ağaclarında, xüsusilə də üzüm bitkisində biokimyəvi və fizioloji təsiri haqqında məhdud saytda məlumatlar var. Üzüm bitkisinin fitoplazma xəstəlikləri ümumi şəkildə üzümün sarılığı adlanır. Fitoplazmaların yayılmasında yarpaq mənənələri, ballıca kimi yarpaq şirəsi ilə qidalanan həşəratlar xüsusi rol oynayır.

Qeyd edək ki, üzümün sarılığı xəstəliyinə səbəb olan fitoplazmalar qrupunun ən azı doqquz müxtəlif fitoplazma növü üzümdə xəstəliklər törədir. Onlardan ən təhlükəlisi üzümdə qızılı saralma fitoplazması xəstəliyidir. Xəstəliyin yayılması Scaphoideus titanus həşəratı ilə baş verir. Yoluxma zamanı üzüm bitkisinin tumurcuq, yarpaq, çiçək və meyvələrində xəstəliyin əlamətləri meydana gəlir. İlkin vegetasiya dövründə yoluxmuş üzüm bitkisində meyvənin məhsuldarlığı azalır, çiçəklər quruyaraq tökülür. Sonrakı mərhələdə isə çiçək topaları qəhvəyi rəng alaraq büzüşür və çiçək saplağı quruyur. Bəzi sortların meyvələri isə adi toxunuşla tökülür. Ağ üzüm sortlarında fitoplazma xəstəlikləri nəticəsində yarpaqlar xlorotik saralır, qızılı rəng alaraq burulur. Qırmızı üzüm sortlarında isə yarpaqlar zəif çəhrayı rəng alır, bu qızartı əvvəlcə mərkəzi damarın kənarlarından başlayır və getdikcə yarpağın digər hissələrini də əhatə edir. Bitkinin metabolizmində baş vermiş dəyişikliklər nəticəsində üzüm salxımları büzüşür və yararsız hala düşür. Xəstəliyə qarşı fitosanitar tədbirlər aparılmadıqda çox ciddi yoluxmaya səbəb ola bilir. Yoluxmanın gücündən asılı olaraq məhsul itkisi yaranır. İnfeksiyalı salxımların yüksək turşu və aşağı şəkər tərkibli olması şərab istehsalında məhsulun keyfiyyətini aşağı salır. Üzümdə qızılı saralma fitoplazması müşahidə edildiyi halda davamlı yoluxma mənbəyi olan yoluxmuş bitkilər mütləq məhv edilməlidir. Xəstəliyin əlaməti 3 ilə qədər büruzə vermədiyindən yoluxmuş üzüm bitkilərinin mövcud olduğu bağlardan qələm, çilik, calaq kimi çoxaltma materialları götürülməməlidir. Həmçinin sahib bitkilərə qarşı mübarizə tədbirləri aparılmalıdır.

Üzüm bitkisinin digər karantin əhəmiyyətli bakterial xəstəliyi Pirs xəstəliyi və ya üzümün bakteriozudur. Pirs xəstəliyi üzüm bitkisinin ən təhlükəli bakterial xəstəliyi olub, inkişaf etməsində həssas üzüm bitkiləri, alternativ sahib bitkilər və bakteriyalar, ksilema boruları ilə qidalanan həşəratlar, həşərat və sahib bitkilər üçün uyğun mühit amilləri tələb olunur. X. fastidiosa vektor mənşəlidir. Adətən qısa məsafələrə uçan (təqribən 100-150 metr) Cicadellidae və Ceropidae fəsilələrindən olan, deşici-sorucu ağız aparatına malik, ksilema boruları ilə qidalanan vektor həşəratlar vasitəsilə yayılır. Ksilema borularının bakteriya ilə tıxanması nəticəsində mineral maddələrin və suyun daşınmasının qarşısı alınır və nəticədə xəstəliyin simptomları meydana gəlir. Üzüm bitkisində xəstəliyin ilkin əlamətlərinə yarpağın dilimli hissələrinin quruyaraq qəhvəyi rəngə çevrilməsi və nəticədə nekrotikləşməsi aiddir. Nekroz ətrafı toxumalar isə sarı və ya qırmızı rəng almağa başlayır. Belə yarpaqlar büzüşərək tökülür, yarpaq saplağı isə zoğda qalır. Daha sonrakı illərdə də sirayətlənmiş bitki zəif inkişaf edir, zoğları qısa, xlorozlu olur. Çox həssas olan üzüm növləri yalnız 2-3 ilə qədər həyat qabiliyyətini saxlaya bilir. Davamlı sortlarda isə yoluxmalara daha az rast gəlinir və bu bitkilər həyat qabiliyyətini 5 ildən çox saxlaya bilir. Xəstəlik meyvələrin qurumasına, məhsuldarlığın kəskin şəkildə aşağı düşməsinə səbəb olur. Həssas növlərdə məhsul itkisi özünü daha geniş miqyasda göstərir. Yoluxmuş ağaclar qırılmağa daha çox meyilli olur və onlarda uclardan geriyə doğru məhvolma prosesi müşahidə edilir. Xəstəliyin yoluxmamış ərazilərə daxil olmasının və yayılmasının qarşısının alınmasının ən effektiv üsulu xaricdən gətirilən bitki materialları, sahib bitki və vektorlar üzərində yoxlamalar aparmaq, ciddi fitosanitar tədbirləri tətbiq etməkdir. Patogendən azad, sertifikatlı tinglərdən istifadə edilməli, yoluxmuş bölgələrdən gətirilən tinglər 3 saat müddətində 45 dərəcə C temperaturda olan suda saxlanılmalıdır. Bitkidə yoluxmuş budaq və zoğlar xəstəliyin olmadığı yerə qədər budanmalı və budanmış bitki qalıqları məhv edilməlidir.

Üzüm bitkisinin sarı damar mozaik virusu xəstəliyinə pomidorun həlqəvi ləkəlilik virusu və ya tütünün həlqəvi ləkəlilik virusu nepovirusları səbəb olur. Həmin virusların hər ikisi də Xiphinema spp. nematodları, eləcə də toxum, əkin və çoxaltma materialları vasitəsilə daşınır. Nematodlar virusu üzüm və ya alaq otlarının yoluxmuş kökləri ilə qidalanaraq ötürür və virus vektorlarını uzun müddət özündə saxlayır. Pomidorun həlqəvi ləkəlilik və tütünün həlqəvi ləkəlilik viruslarının əlamətləri identik olsa da, ikisi arasında bir neçə əhəmiyyətli fərq var. Yoluxma zamanı yarpağın damarları boyu sarı xətlər və rəngli nöqtələrin meydana gəlməsi müşahidə edilir. Salxımda gilələrin sıxlığı azalır, həmçinin qeyri-bərabər yetişir. Yoluxmanın birinci ilində xəstəliyi müəyyən etmək çətindir. İkinci ildə yoluxmuş toxumadan əmələ gələn tumurcuqlar qışda soyuq hava şəraitinə çox həssas olduğundan zoğlar inkişafdan qalır, üçüncü ildə isə bütün inkişaf ləngiyir. Nəticədə üzüm bitkisi məhv olur. Soyuq hava şəraitində tumurcuqların aşağı temperatura davamlılığının azalması səbəbindən daha ciddi əlamətlər müşahidə edilir. Xəstəliyin qarşısının alınması məqsədilə viruslardan azad, sertifikatlı əkin materiallarından, eləcə də virusların yayılma ehtimalı çox olan ərazilərdə nematod və virusa davamlı sortlardan istifadə tövsiyə edilir. Yoluxmuş bitkilər sahədən çıxarılmalı və məhv edilməlidir.

Respublikamızda üzümçülüyün intensiv inkişafını təmin etmək məqsədilə kəndli-fermer üzümçülük təsərrüfatlarının və fərdi üzüm bağlarının sahələrinin artırılmasına, eləcə də ölkədaxili və dünya bazarının müasir standartlara cavab verən, bazar rəqabətinə davam gətirən keyfiyyətli və nisbətən ucuz başa gələn təzə üzüm və onun emal məhsulları ilə fasiləsiz təmin olunmasına xüsusi diqqət yetirilməlidir. Təyinat istiqamətindən asılı olaraq süfrə və texniki üzüm sortlarının ayrı massivlərdə yerləşdirilməsi, sahələrin gen cərgəli və hündür ştamplı formaya salınması üzüm kollarının xəstəlik və zərərverici riskini azaltmaqla yanaşı, bitkinin optimal bar yükünü də balanslaşdıraraq bol və keyfiyyətli məhsulun əldə olunmasına imkan yaradır. Bundan əlavə, üzüm bitkisinin vegetativ və generativ orqanlarının bir qisminin kəsilməsi ilə (yaşıl əməliyyat) tənəyə verilən forma məhsulvermə ilə böyümə arasındakı asılılığın nizamlanması, torpağa qulluq, eləcə də xəstəlik və zərərvericilərə qarşı mübarizə işlərinin asanlaşmasına səbəb olur.


Paylaş



Bölmə: Sosial / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!