Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi işdən çıxarıldı .....                        Qazaxda 4 nəfər dəm qazından zəhərləndi .....                        Azərbaycanda zəlzələ oldu .....                        Ceyhun Bayramov Çavuşoğlunun atasının dəfn mərasimində - FOTO .....                        Çin orbitə 6 peyk buraxdı .....                        Bakının mərkəzi küçələrindən biri bağlanır .....                        Gürcüstan Azərbaycandan kömək istədi .....                        Bulvarda dənizdən meyit çıxarıldı .....                        Açıq qalan Qarabağ məsələsi yoxdur - Ceyhun Bayramov .....                       
Tarix : 18-04-2017, 10:43
Azərbaycanda şərab istehsalı 5 dəfə artacaq

“Ölkədə şərab və konyak məhsullarının ixracı qısa müddət ərzində 5 dəfə artırıla bilər. Bu sahənin inkişafı ilə bağlı əlavə təkliflər hazırlanacaq”.

Butov.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsindən deyib: “Üzümçülük üçün bizim gözəl təbii şəraitimiz var. Burada səsləndi, 1970-1980-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üzümçülük nə qədər inkişaf edib. Biz indi üzümçülüyü bərpa etməliyik və bərpa edirik. Yeni üzüm bağları salınmalıdır və bizim şərab zavodlarımız da tam gücü ilə işləməlidir. Mənə verilən məlumata görə, şərab zavodlarının istehsal potensialı ildə 100 milyon butulkadır. Ancaq biz bunun təqribən 20-30 faizini istifadə edirik. Ona görə, üzüm istehsalı, o cümlədən texniki üzümün istehsalı artmalıdır, şərab zavodlarımız tam gücü ilə işləməlidir və ixrac da kəskin şəkildə artmalıdır. Məndə olan məlumata görə, keçən il ixrac artıb. Ancaq əgər biz rəqəmlərə baxsaq görərik ki, konyak və şərab ixracı ölkəmizə cəmi 17,5 milyon dollar vəsait gətirib. Ona görə, biz şərab və konyak məhsullarının ixracını ən azı 5 dəfə artıra bilərik, özü də qısa müddət ərzində. Biz buna da nail olmalıyıq. Üzümçülüyün, şərabçılığın inkişafı ilə bağlı əlavə təkliflər hazırlanacaq”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!