Nərimanovda bina yanır .....                        CHP-də qurultay - Kılıçdaroğlu qatılmadı .....                        ABŞ Donbası Rusiyaya verir? .....                        Dünyanın ən hündür 10 teleqülləsi .....                        Binəqədidəki yanğın söndürüldü .....                        Abşeronda evlərdən və marketlərdən oğurluq edildi .....                        Tacikistan-Əfqanıstan sərhədində hücum: 3 çinli öldürüldü .....                        Ehtiyatda olan hərbçilər təlimə çağrıldı - VİDEO .....                        Bakı məktəblərində istiliklə bağlı SON VƏZİYYƏT .....                       
Tarix : 3-03-2017, 12:11
Bayram ərəfəsində dollar ucuzlaşsada sahibkarlar qiymətləri endirmirlər

“Bir ay öncə manat dollara nisbətən möhkəmlənməyə başladı. Belə ki, fevralın 3-də manatın dollar kursu əvvəli günə nisbətən 1.9200-dən 1.911-dək dəyişdi. Nəticədə, manat bü günə 1.7548 məzənnəsi ilə daxil oldu”.

Butov.az-ın FaktXəbər-ə istinadən məlumatına görə, bunu iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. O qeyd edib ki, manat möhkəmlənən və ya dollar manata nisbətən ucuzlaşan zaman sahibkarlar 1 aydan sonra qiymət azalamalarını olacağını demişdilər: “1 ay arxada qaldı, amma hələ də qiymətlərdə eniş yoxdur. Xüsusən də, idxal olunan malların qiymətinin enməməsi və ya enidirilməməsi təəccüb doğurmaya bilməz. Əvvəlki, günlərdə anbarlarda məhsulların olması bəhanə gətirilirdisə artıq bu arqument də işləmir. Digər tərəfdən, xeyli sayda ərzaq məhsullarının saxlama müddəti günlərlə ölçülür.

Maraqlıdır ki, dollar manata nisbətən möhkəmlənən zaman məhsulların qiymətini artıran sahibkarlar indi nədənsə qiyməti aşağı salmaq haqda düşünmürlər. Mart ayının bayramlar ayı olduğunu da nəzərə alsaq, sahibkarların qiymət endirimlərində maraqlı olmayacağını proqnozlaşdırmaq çətin deyil. Hətta əvvəlki illərin təcrübəsi göstərir ki, bayramlar zamanı qiymətlərin azalması deyil, artımı müşahidə edilir. Bazar qaydaları çərçivəsində qiymət monitorinqlərin gücləndirilməsinə ehtiyac var ki, qiymət azalmaları gözləyən istehlakçılar əksinə yeni qiymət artımları ilə üzləşməsinlər”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!