Şuşa ilə Xankəndi arasında kanat yolu - Prezident AÇIQLADI .....                        “Öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq .....                        Hindistanla Pakistan silahları susdurdu - Müharibə ehtimalı hələ də qalır... .....                        Xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər .....                        Ulu Öndərin bütün həyatı Azərbaycan xalqına həsr edilib .....                        Yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var .....                        Hindistan və Pakistan arasında atəşkəs əldə olundu .....                        Bu gün bərpa olunan Qarabağı görürük - Prezident .....                        Gənc əsgərlər and içdilər - FOTO .....                       
Tarix : 7-04-2017, 10:55
“Sağlamlıq və xoşbəxtlik günü” münasibətilə Bakı Mühəndislik Universitetində keçirilən yarışlar başa çatıb

“Sağlamlıq və xoşbəxtlik günü” münasibətilə Türkmənistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrinin tələbələri arasında Bakı Mühəndislik Universitetində (BMU) keçirilən futbol, stolüstü tennis və yüngül atletika üzrə idman yarışının final mərhələsinə yekun vurulub.

Butov.az xəbər verir ki, BMU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildiriblər ki, ali məktəbin rektoru professor Havar Məmmədov reallaşan turnirin əhəmiyyətindən danışıb, idmanın insan həyatındakı rolunun önəmini qeyd edib. Prezident İlham Əliyevin Azərbaycanda təhsillə yanaşı, gənclərin fiziki sağlamlığına, onların idmanla məşğul olmasına da diqqət və qayğı göstərdiyini söyləyən rektor ölkəmizin beynəlxalq turnirlərə ev sahibliyi etdiyini və dünyada idman dövləti kimi tanındığını xüsusi vurğulayıb. Qeyd edib ki, universitetin yeni yaradılmasına baxmayaraq, burada tələbələrin idmanla məşğul olmaları üçün hər cür şərait var.

Türkmənistan səfirliyinin konsulu Batır Rəcəbov bildirib ki, hər il aprelin 5-i ölkəsində “Sağlamlıq və xoşbəxtlik günü” kimi qeyd olunur. Bu münasibətlə artıq dörd ildir Azərbaycanda da səfirlik və universitetlər tərəfindən turnirlər təşkil edilir.

Sonra yarışın qaliblərinin mükafatlandırılması mərasimi olub. Qaliblər təşkilatçılar tərəfindən kubok və diplomlarla təltif ediliblər.
“Sağlamlıq və xoşbəxtlik günü” münasibətilə Bakı Mühəndislik Universitetində keçirilən yarışlar başa çatıb


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!