Azərbaycanda uşaqlı ailələrə hansı güzəştlər var? .....                        Bakıda xəstəxanadan oğurluq edildi .....                        Ermənistanda Azərbaycan benzininin satış qiyməti AÇIQLANIB .....                        Dəmir Yolları maliyyə vəziyyətini açıqladı .....                        Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır - Əli Əsədov .....                        Probasiya 10 mindən artıq məhkuma tətbiq olunacaq .....                        "Azneft"in 31 ildə məhsuldarlığı olmayıb - İqtisadçı .....                        “Kəpəz” iki əcnəbi futbolçu ilə yollarını ayırdı .....                        Xırdalanda dəm qazından zəhərlənən 3 nəfərin son durumu AÇIQLANDI .....                       
11-03-2025, 21:19
Xankəndidə bayram tonqalları yandırıldı


Xankəndidə bayram tonqalları yandırıldı- FOTO

Bu gün Xankəndi şəhərində Novruz çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsi qeyd olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə əlaqədar, Xankəndi şəhərində Yel çərşənbəsi tonqalı alovlandırılıb. Şəhərin mərkəzində yandırılan tonqalın ətrafına ictimaiyyət nümayəndələri, rayon sakinləri, tələbələr, orta məktəb şagirdləri toplaşıb.
[/center]
Yel çərşənbəsi münasibəti ilə bir çox küçələrdə və həyətlərdə tonqallar qalanıb. Rayon mərkəzində qurulmuş bayram tonqalı ətrafında uşaqlar və gənclər rəqs edib, mahnı oxuyublar.
Qeyd edək ki, martın 18-də meydanda bayram konserti olacaq.




7-03-2025, 15:01
Pensiyalar vaxtından əvvəl ödənildi


Pensiyalar vaxtından əvvəl ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mart ayının pensiyalarını qrafikdən əvvəl ödəyib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, ölkənin digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu ay qrafikdən əvvəl ödəniləcək.
5-03-2025, 17:32
Azərbaycanda 75 min ailəyə ayda 470 manat yardım verilir


Azərbaycanda 75 min ailəyə ayda 470 manat yardım verilir

Aztəminatlı ailələrin rifahına mühüm dəstək olan ünvanlı dövlət sosial yardımı proqramı hazırda 331 min ailə üzvü olan 75 min ailəni əhatə edir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin ailələrə hər ay orta hesabla 470 manat ödənilir.
"Son illər ünvanlı yardım proqramına əlçatanlığın artırılması, yardımın təyinat şərtlərinin yumşaldılması üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilib. Ötən il isə “Ünvanlı yardım” e-sistemi yenidən qurulmaqla, yardım üçün müraciət proseduru xeyli sadələşdirilib.
Yardım üçün müraciət edən şəxslərdən artıq ailə üzvlərinin sosial ödəniş almaları, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, kommunal xərcləri, əlilliyinin olması və s. məlumatları qeyd etmələri tələb olunmur.
Eləcə də ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent, sayğac nömrələri, həyətyanı sahə və digər məlumatların “Ərizə-bəyannamə”də düzgün göstərilmədiyi aşkarlandıqda, bu məlumatlara yerindəcə düzəliş edilməklə, müraciətə yenidən baxılır. Ünvanlı yardım almış ailə yardım üçün təkrar müraciət etdikdə isə, əgər:
Ailənin tərkibi və yaşayış ünvanı dəyişməyibsə,
ailədə ailə başçısını itirməyə görə pensiya və ya müavinət alan varsa,
ailədə I dərəcə əlilliyi olan ailə üzvü varsa,
II dərəcə əlilliyi olan iki və daha çox ailə üzvü varsa,
üç və daha çox uşaq varsa,
ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmır.

Son illər qeyd edilən dəyişikliklər proqramın əhatə dairəsinin genişlənməsi ilə nəticələnir. Məsələn, ünvanlı yardım alan ailələrin sayı 2018-ci ilə nisbətən ötən dövrdə 1,8 dəfə artaraq 42,7 mindən 2024-cü ildə 76 minə, ailə üzvlərinin sayı isə 173,1 mindən 334 minə çatıb.
Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği 2018-ci ildəki 175 manatdan 2,7 dəfə artaraq 2024-cü ildə 473 manata çatıb.
Ünvanlı yardımlar üzrə əhaliyə ödənilən vəsaitlərin illik həcmi həmin dövrdə 4 dəfəyə yaxın artıb və bu istiqamətdə hazırda illik 400 milyon manat ətrafında vəsait yönəldilir. Ümumilikdə 2018-2024-cü illərdə ünvanlı sosial yardım proqramı üzrə əhaliyə 1,7 milyard manat vəsait ödənilib.
Ünvanlı sosial yardım təyin edilmiş ailələrdəki 1 yaşadək uşaqlara görə həmin ailələrə aylıq müavinət də ödənilir və bu müavinətin məbləği 2018-2024-cü illərdə 2 dəfəyə yaxın artırılaraq 100 manata çatdırılıb",- deyə məlumatda qeyd edilib.
4-03-2025, 21:59
Həsənriz  kəndində çərşənbə tonqalı yandırıldı

Həsənriz kəndində 33 ildən sonra ilk dəfə çərşənbə tonqalı yandırıldı - FOTO

Ağdərə rayonunun Həsənriz kəndinə qayıdan ailələr 33 ildən sonra ilk dəfə olaraq Od çərşənbəsi tonqalı yandırıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, öz doğma torpaqlarına qayıdan sakinlər Od çərşənbəsini bayramı coşqusu ilə qeyd ediblər. Kəndin mərkəzində çərşənbə tonqalı yandırılıb. Tonqal ətrafına yığışan sakinlər burada bir-birlərini təbrik ediblər.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlarımıza
Keçmiş məcburi köçkün ailələrinin köçürülməsi təmin edilir.
Qeyd edək ki, ötən gün Ağdərə rayonunun Həsənriz kəndinə 25 ailə, 91 nəfər köçürülüb.
4-03-2025, 21:34
Xankəndidə bayram ab-havası:

Xankəndidə bayram ab-havası: Tonqal yandırılıb- FOTO

İşğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Xankəndi şəhərində də həyat öz axınına düşüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, uzun illərdən sonra Xankəndi şəhərində insanlar bu gün öz adət-ənənələrinə uyğun olaraq doğma torpaqlarında Od çərşənbəsini qeyd edirlər. Axşam saatlarında şəhərin girişində bayram tonqalı yandırılıb. Sakinlər tonqal ətrafına toplaşaraq, od çərşənbəsini birlikdə qeyd ediblər. Bayram tonqalı uşaqlar üçün daha maraqlı olub. İnsanlar tonqalın üzərindən hoppanaraq öz niyyətlərini dilə gətiriblər.Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə bayramlar xüsusilə qeyd olunur. Xankəndi şəhərində də Novruz bayramı münasibətilə böyük konsert proqramı təşkil ediləcək.
3-03-2025, 12:38
QHT yeni layihəyə start verir


QHT yeni layihəyə start verir

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamını nəzərə alaraq əsas fəaliyyət istiqaməti uşaq hüquqlarının təmin olunması, onların pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi, həmçinin təhsilə olan maraqlarının artırılması ilə bağlı mövcud problemlərin həllinə dəstək göstərilməsini daim diqqətdə saxlayan “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi “Biri vardı, biri yox: nağıldan gerçəkliyə” layihəsinə start verir.
Layihə respublikanın paytaxtı və bölgələrində yerləşən 20-yə yaxın dövlət və özəl uşaq bağçalarını əhatə etməklə cari ilin sonuna kimi davam edəcəkdir. Chevik.az platformasında yayımlanacaq layihənin əsas məqsədi gələcəyimiz olan uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşmaq, onların təlim və tərbiyəsi ilə bağlı aktual problemlərin həllinə hərtərəfli köməklik göstərməkdir. Bu məqsədlə layihə çərçivəsində uşaq bağçalarının müdiriyyəti və kollektivi, müəllim və tərbiyəçilər, eləcə də valideynlər arasında genişmiqyaslı sorğuların keçirilməsi və müşahidələrin aparılması, əldə edilmiş nəticələrin təhlili və ümumiləşdirilməsi, uşaq bağçalarının fəaliyyətinin yaxşılaşdırılması istiqamətində təkliflərin hazırlanması və müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulub. Müasir dövrdə azyaşlı uşaqların idrak fəaliyyətinin formalaşmasında, milli-mənəvi dəyərlər və əxlaqi keyfiyyətlər çərçivəsində tərbiyə olunmasında, onların məktəb həyatına hərtərəfli hazırlığının təmin edilməsində uşaq bağçalarının mühüm rol oynadığını nəzərə alaraq, anket sorğusunda respondentlərə bağçalarda təlim və tərbiyə prosesinin təşkili və keyfiyyəti, bağça təhsilinin durumu, pedaqoji kadrların, eləcə də texniki heyətin kəmiyyət və keyfiyyət baxımından fəaliyyəti, uşaqların əqli inkişafı və fiziki sağlamlığının təmin edilməsi, sosiallaşması və ətraf mühitə adaptasiyası, məktəb həyatına hazırlığı və ünsiyyət bacarıqlarının inkişafı istiqamətində atılan addımlar, onların qidalanması və məişət problemlərinin həlli ilə bağlı görülən işlər, eləcə də valideynlərin bağçada həyata keçirilən təlim-tərbiyə prosesinə münasibəti kimi bir sıra mühüm məsələlərə aydınlıq gətirə biləcək suallarla müraciət ediləcəkdir.
İctimai birliyin rəhbərliyi və üzvlərinin layihə çərçivəsində sorğu keçiriləcək uşaq bağçalarında pedaqoji kollektiv və texniki heyətlə, uşaqlar və onların valideynləri ilə görüşləri və söhbətlərinin keçirilməsi də planlaşdırılır. Sorğu nəticəsində əldə edilmiş məlumatlar təcrübəli pedaqoqların, psixoloqlar və sosial işçilərin iştirakı ilə təhlil edilib ümumiləşdirildikdən sonra QHT tərəfindən müvafiq qurumlara təkliflər paketi təqdim ediləcəkdir.
Layihənin icrası dövründə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi müxtəlif dövlət qurumları və özəl təşkilatlar, media nümayəndələri və vətəndaş cəmiyyətinin digər üzvləri ilə sıx əməkdaşlıq etməyə hazırdır.
“Sağlam və savadlı, ağıllı və tərbiyəli gələcək nəslin yetişdirilməsində səylərimizi birləşdirməliyik... Yaşa dolduqca, uşaqlıq illəri bizə nağıl kimi görünür. Danışılan, dinlənilən nağıl kimi yox, yaşanan nağıl kimi... Gəlin əl-ələ verib bu nağılı övladlarımız üçün gerçəkliyə çevirək” – deyən layihə rəhbəri, QHT sədri Könül Quliyeva növbəti mərhələdə uşaq bağçaları ilə orta məktəblər arasında sıx əməkdaşlığın inkişafı istiqamətində də maraqlı və faydalı tədbirlərin təşkilini vacib hesab edir: “Uşaqlara qayğılı münasibət xalqımızın əsrlər boyu qoruyub yaşatdığı milli-mənəvi dəyərlərdən biri, dövlətimizin uşaq siyasətinin təməl daşıdır. Onların müdafiəsi, davamlı olaraq hər birimizin diqqəti və qayğısı ilə əhatə olunması məsələsi bütün dövrlərdə istər dövlətimizin, istərsə də cəmiyyətimizin başlıca vəzifələrindən biri olmuşdur. Uşaqlar həyatda ən böyük ümid bəslədiyimiz, ən çox sevdiyimiz varlıqlardır. Onların azad və müstəqil ölkədə xoşbəxt gələcəyinin təmin edilməsində, sağlam və ağıllı, nəcib və ləyaqətli övlad, xalqına və dövlətinə sadiq vətəndaş kimi yetişdirilməsində ailə ilə yanaşı, təlim-tərbiyə müəssisələri, uşaq bağçaları və məktəblər yaxından iştirak edir, gənc nəslin formalaşması işinə ayrı-ayrılıqda öz töhfəsini verir, bu nəcib işdə bir-birini tamamlayırlar. Unutmayaq ki, təbiətin ali məxluqu olan insanın ömür yolu uşaqlıq dövründən başlayır. Uşaq - mənəvi paklığın və saflığın bariz nümunəsidir. İnsan kapitalının ilkin mənbəyidir. Hər bir uşağa diqqət və qayğı ilə yanaşmaq, onu həssaslıqla böyüdüb bəsləmək, hüquq və azadlıqlarını təmin etmək və layiqli vətəndaş kimi yetişdirmək hər birimizin borcudur”.
25-02-2025, 17:07
Pensiyalar artımla ödənildi


Pensiyalar artımla ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə fevral ayının pensiya ödənişləri yekunlaşdırılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 11-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
22-02-2025, 16:17
Ən çox uzun müddət evli olanlar boşanır - STATİSTİKA


Ən çox uzun müddət evli olanlar boşanır - STATİSTİKA

Ölkəmizdə hər keçə il nikah saylarının azalması ilə yanaşı boşanma sayları da artmağa davam edir. Dövlət Statistika Komitəsinin 2023-cü il statistikasına əsasən, ölkəmizdə həmin il 21 688 boşanma sayı qeydə alınıb.
2023-cü ildə 18-19 yaşlı evli tərəflər arasında isə 4 boşanma halı qeyd alınıb kimi ki, bu da evlilik müddəti 5 ilə qədər davam edən cütlükləri əhatə edir.
Nikahın davametmə müddətinə görə ölkəmizdə ən çox boşanma evlilik müddəti 10-19 ili əhatə edən cütlüklər arasında baş tutub. Belə ki, 5 ilə qədər evli qalaraq boşananların ümumi sayı 5814, evlilik müddəti 5-9 il olanlar arasında boşanma sayı 5805 nəfəri əhatə edir, evlilik müddəti 10-19 il olan cütlüklər arasında boşanma sayı isə 7735-dir. Boşananların ümumi statistikası içərisində ən az boşananalar evlilik müddəti 20 il və daha çox olanlardır.

10-19 il müddətinə evli olanlar arasında ən çox boşananlar 35-39, 40-44 yaşlı cütlüklərdir. Evlilik müddəti 5 ilə qədər, həmçinin 5-9 il olan cütlüklər arasında 30-34 yaşlı cütlüklər daha çox boşanıb. 20 il və daha çox evli olanlar arasında isə 50-54 yaşlı cütlüklər arasında boşanma daha çox qeydə alınıb.
22-02-2025, 15:16
Xankəndidə yollar nizamlanır

Xankəndidə yollar nizamlanır

Xankəndidə yollarda piyada və avtomobillərin hərəkətini nizamlamaq üçün aidiyyatı qurumlar səhər saatlarından işə başlayıb. Şəhərin küçələri qardan təmizlənir. Yollara duz və qum səpilir.

Xankəndidə 2 gündür ki, yağan və ötən axşamdan etibarən yollarda nəqliyyatın hərəkətini çətinləşdirən qarın təmizlənməsi üçün işlər görülür. Səhər saatlarından etibarən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin müvafiq strukturu prosesə cəlb olunub.Yollarda piyadaların və avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlərə başlanıb. Yollara duz və qum səpilib.Şəhərin küçə və prospektlərində, səkilərdə qarın təmizlənməsi işlərinə xeyli sayda texnika və işci qüvvəsi cəlb edilib.
Qarlı hava şəraitinin davam edəcəyi günlər boyunca yolların qardan təmizlənməsi işləri davam etdiriləcək.
Qeyd edək ki, havaların qarlı və şaxtalı keçməsinə baxmayaraq şəhərin içməli su, işıq və qaz təchizatında heç bir problem yoxdur.




21-02-2025, 15:14
Əmək pensiyaları ilə bağlı yenilik


Əmək pensiyaları ilə bağlı yenilik

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasında dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə xüsusi rütbəli şəxslərin ailə üzvlərinə, eləcə də daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ olduqda əmək pensiyaçısına müvafiq əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılacaq.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!