“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
4-08-2022, 10:20
3-08-2022, 19:46
Bullinqlə mübarizə istiqamətində təlim proqramının icrasına başlanıb


Bullinqlə mübarizə istiqamətində təlim proqramının icrasına başlanıb

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Stop or Stop it” layihəsi çərçivəsində təlim proqramının icrasına başlanılıb.

“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Butov.az-a verilən məlumata görə, təlim proqramına uyğun olaraq 25 gəncə bullinq və onun əsasları, kiberbullinq, uşaqlarla sosial iş, emosional zəka, şəxsiyyətin formalaşması və digər mövzularda maarifləndirici sessiyalar keçirilib. Layihə boyunca iştirakçı gənclər bir sıra enercayzer və komanda işlərində öz bacarıqlarını sınayıblar. Təlim proqramına habelə natiqlik, təqdimat və effektiv ünsiyyət bacarıqları, komanda quruculuğu və başqaları aiddir.

Qeyd edək ki, təlim proqramını uğurla başa vurduqdan sonra multiplayer kimi formalaşmış gənclər müxtəlif auditoriyalar üçün təlimlər keçəcəklər. Bu mərhələdə 500-ə yaxın gəncin iştirakı planlaşdırılır. Ümumilikdə isə layihənin əsas məqsədi gənclər arasında bullinqin fəsadları haqqında maarifləndirmə aparmaq, özünəinam, şəxsiyyət hissinin formalaşmasına yardımçı olmaqdır.
2-08-2022, 19:51
İllik su təsərrüfatı balansı təsdiqləndi


İllik su təsərrüfatı balansı təsdiqləndi

Ölkə üzrə 2021-ci il üçün illik su təsərrüfat balansı təsdiqlənib. İllik su təsərrüfatı balansı su obyektlərində su ehtiyatlarının mövcudluğunun və onlardan istifadə dərəcəsinin qiymətləndirilməsi məqsədi daşıyır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib. O qeyd edib ki, respublika üzrə illik su təsərrüfatı balansı son üç ilin faktiki məlumatları, cari ilin gözlənilən, növbəti ilin isə rüblük və illik proqnoz göstəriciləri əsasında tərtib edilir. M.Əbdülhəsənovun sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunması nəticəsində artıq iki ildir ki, ölkə üzrə illik su təsərrüfatı balansında Qarabağın və Şərqi Zəngəzurun su ehtiyatları haqqında məlumatlar da öz əksini tapıb. Nazirlik rəsmisi onu da bildirib ki, respublika üzrə illik su təsərrüfatı balansı su təsərrüfatı sahəsində müasir informasiya sisteminin yaradılmasına mühüm dəstəkdir.
1-08-2022, 18:52
Zəngilanda bərpa işləri necə gedir? - Prezidentin xüsusi nümayəndəsi açıqladı


Zəngilanda bərpa işləri necə gedir? - Prezidentin xüsusi nümayəndəsi açıqladı

İşğal illərində erməni vəhşiliyi nəticəsində tamamilə dağıdılan Zəngilanda hazırda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Butov.az-ın məlumatına görə, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun xüsusi nümayəndəsi Vahid Hacıyev xəbər verir ki, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilir, yaxınlığında isə şəhərin ümumi əhali sayını nəzərə alaraq yeni daha böyük bir məscidin tikintisinə başlanılıb. Həmçinin Zəngilanda İşğal, Zəfər muzeyləri kompleksi və Memorial Parkın tikintisi də planlaşdırılıb. “Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolu xətti 2023-cü ildə, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu isə 2024-cü ildə yekunlaşacaq. Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün 2021-ci ilin aprel ayından tikintisinə başlanılan Zəngilan Beynəlxalq Hava Limanı isə bu ilin sentyabr ayında başa çatdırılacaq”, - deyə Vahid Hacıyev bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!