Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 4-07-2022, 15:16
Botanika İnstitutunun gənc mütəxəssisi Pakistanının Karaçi Universitetində ezamiyyətdə olub

AMEA Botanika İnstitutunun Mikologiya laboratoriyasının böyük laborantı Yaqut Yusifova Pakistanın Karaçi Universitetində ezamiyyətdə olub.

Butov.az xəbər verir ki, İnstitutdan AZƏRTAC-a bildirilib ki, Yaqut Yusifova ezamiyyət müddətində “Ksilotrof dərman əhəmiyyətli göbələklərin tədqiqi” layihəsi üzrə tədqiqatlar aparıb. Karaçi Universitetinin Biotransformasiya laboratoriyasında Atia-tul-Vahabın rəhbərliyi ilə aparılan tədqiqatlar zamanı gənc tədqiqatçı göbələk növlərinin tərkibindəki bioloji fəal maddələri və onların antifungal, antimikrob aktivliyini tədqiq edib, həmçinin nazik təbəqəli xromatoqrafiya, yüksək performanslı maye xromatoqrafiya, NMR və Mass xromotoqrafiya metodlarını mənimsəyib.

Y.Yusifova ezamiyyət müddətində Karaçi Universitetinin təşkilatçılığı ilə keçirilən “Təbii məhsullar kimyası” adlı 15-ci beynəlxalq simpoziuma “Yabanı bitən göbələklərin bioloji aktiv maddələri” mövzusunda poster məruzə ilə qatılıb. Həmçinin İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) təşkilatçılığı ilə keçirilən “Gələcək dünya üçün rəqəmsal texnologiyalar” üzrə beynəlxalq simpoziumun iştirakçısı olub. Khairpur şəhərində Şah Abdul Latif Universitetinin təşkil etdiyi Khairpur beynəlxalq konfransda isə “Yabanı göbələklərin bioloji aktiv maddələrinin TLC ilə ilkin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!