Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
4-10-2025, 14:06
Ukrayna Rusiyanın hərbi gəmisinə zərbə endirdi


Ukrayna Rusiyanın hərbi gəmisinə zərbə endirdi

Oktyabrın 4-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra mühüm obyektlərinə zərbələr endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ötən gecə Ukrayna qüvvələri “Kirişinefteorqsintez” müəssisəsinə zərbələr endirib. Bu obyekt Leninqrad vilayətinin Kirişi şəhərində yerləşir. Obyektdə partlayışlar və yanğın qeydə alınıb.
Bu, Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. İllik gücü 18,4 milyon ton neft emalı təşkil edir.
Bundan əlavə, Kareliya Respublikasında yerləşən Oneqa gölü yaxınlığında kiçik raket gəmisi olan “Buyan-M” zədələnib. Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir.
Bu, yerüstü hədəfləri vurmaq, sahil əməliyyatlarını dəstəkləmək və sahil zonalarını müdafiə etmək üçün nəzərdə tutulmuş çoxfunksiyalı sahil əsaslı Rusiya hərbi gəmisidir. Onun silahlanmasına həm dəniz, həm də quru hədəfləri vurmağa imkan verən “Kalibr” qanadlı raketləri, zenit sistemləri və artilleriya daxildir.
Ötən gecə Müdafiə Qüvvələri Kursk vilayətində “İskəndər” taktiki raket kompleksindən “Qarmon” radar sistemini və daşıyıcı-yükləyici maşını məhv edib.
Eyni zamanda, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində yerləşən Rusiya Silahlı Qüvvələrinin 8-ci Ordusunun komando məntəqəsinə də zərbə endirilib. Hədəf vurulub. Nəticələr dəqiqləşdirilir.
4-10-2025, 13:42
Çox yaxın bir dostumuzu itirdik - Əbülfəz Qarayev


Çox yaxın bir dostumuzu itirdik - Əbülfəz Qarayev

"Mən onunla şəxsən dostluq edirdim. O, çox gözəl insan və dəyərli bir həmkar idi”.
Bunu sabiq səhiyyə naziri, Oqtay Şirəliyevlə vida mərasimində sabiq mədəniyyət naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlamasında deyib.
O, Oqtay Şirəliyevin heç vaxt insanların çətinliklərinə biganə qalmadığını bildirib.
“Mədəniyyət işçilərinin və ya başqa sahələrdə çalışan insanların ən kiçik problemi belə olanda, Oqtay müəllim canla-başla yardım etməyə çalışırdı, nə lazımdırsa, edirdi”.
Ə.Qarayev həmçinin qeyd edib ki, onun yaradıb-qurduğu Respublika Diaqnostika Mərkəzi bu gün də Azərbaycanın səhiyyə sistemində mühüm yer tutur:
“Düşünürəm ki, onun haqqında yalnız müsbət xatirələr qalacaq. Biz çox yaxın bir dostumuzu itirdik. Allah ona rəhmət eləsin".
4-10-2025, 13:29
Oqtay Şirəliyev dəfn olundu - FOTO


Oqtay Şirəliyev dəfn olundu - FOTO

Sabiq səhiyyə naziri Oqtay Şirəliyev dəfn olunub.
Mərhum nazir Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

***

10:54

Ötən gün vəfat edən sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi keçirilir.
Mərasim Təzəpir məscidində baş tutur.
Vida mərasimində səhiyyə naziri Teymur Musayev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və digər vəzifəli şəxslər iştirak edir.


4-10-2025, 12:47
Xəzər dənizində əməliyyat: yarım ton narkotik - VİDEO


Xəzər dənizində əməliyyat: yarım ton narkotik - VİDEO

Xəzər dənizi vasitəsilə Azərbaycana 510 kq narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər dənizində keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb.
Sentyabr ayının 27-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizində naməlum hədəf aşkar edilib.
Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirib.
Azərbaycan ərazi sularında və sahilboyu ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində üzmə vasitəsinin saxlanılması məqsədilə "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq atəşi açılıb, üzmə vasitəsi Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilə yan almağa məcbur edilib.
İlkin dindirmə zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları - 1979-cu il təvəllüdlü Atacani Tahir Xaləd, 1987-ci il təvəllüdlü Məxtumi Sadiq Ərazqurban və 1989-cu il təvəllüdlü Qangerme Omid Çalce olması müəyyən edilib.
Sərhəd pozucularının üzərindən aşkar edilmiş "Garmin" markalı GPS qurğusunun yaddaşına baxış keçirilərkən onların İran ərazisindən 1074 km məsafə qət edib Türkmənistan ərazi sularından keçməklə Azərbaycan ərazisinə daxil olması müəyyən edilib.
Saxlanılmış "Layner" tipli üzmə vasitəsinin hərəkət trayektoriyasında və hadisə yerində həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 509 kq 800 qram narkotik vasitə aşkarlanaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı nəticəsində hadisə yerində "Niva" markalı nəqliyyat vasitəsində 4 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb.
Fаkt üzrə Baş Prokurorluqla birgə istintaq-əməliyyаt tədbirləri dаvаm еtdirilir.

4-10-2025, 12:42
Zəngəzur dəhlizi İran üçün yeni imkanlar yarada bilər - Cavad Zərif


Zəngəzur dəhlizi İran üçün yeni imkanlar yarada bilər - Cavad Zərif

"Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol (Zəngəzur dəhlizi - red.) İran üçün yeni imkanlar yarada bilər".
Bunu İranın keçmiş xarici işlər naziri və sabiq vitse-prezidenti Məhəmməd Cavad Zərif bildirib.
"Bu gün vəziyyət dəyişib. Məsələn, Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol bizim üçün bir fürsət ola bilər. Əgər keçmişdə ilişib qalsaydıq, bunu təhdid kimi görərdik. Halbuki biz təhdidləri fürsətə çevirməyi öyrənməliyik", - deyə Zərif vurğulayıb.
O bildirib ki, keçmişin əsiri olmamaq lazımdır və İranın bir çox problemləri məhz keçmişə yönəlmiş baxışdan qaynaqlanır.
Zərif keçmiş təcrübələrin təkrarlanmasının yeni uğursuzluqlara gətirib çıxara biləcəyi barədə də xəbərdarlıq edib.
4-10-2025, 12:10
Sabah 25 dərəcə isti olacaq


Sabah 25 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-17, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.
4-10-2025, 11:46
Prezident onların maaşını artırdı - SƏRƏNCAM


Prezident onların maaşını artırdı - SƏRƏNCAM

Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 1,5 – 3 dəfə artım əmsalları tətbiq edilib.
Sərəncan 2025-ci il avqustun 1-dən tətbiq edilir.
4-10-2025, 07:21
Əsl musiqi və insan şüuru


Əsl musiqi və insan şüuru

Klassik musiqi bəşər övladının çatmış olduğu Böyük Həqiqətin bədii ifadəsidir.

Hər insan bir nəğmədir, əlbəttə. Kədərlisi var, sevinc dolu olanı var, qəlbi bəşəri ritmlərlə döyünəni, sakit-sakit, həzin bir nəfəsə bürünüb içindəcə ağlayanı, güləni var. İndi düşünək ki, ritm, musiqimi ilk öncə yaranıb, ya canlı aləmmi? Bu məqamda həmən hansısa eposdan tanış bir SƏS qulağımıza pıçıldayır: "İlk öncə SƏS..." Bəli, ALLAH HÖKMÜnün, TƏBİƏTin, YARANIŞın, HƏYATın səsi... Bu üzdən də tonundan, qammasından aslı olmayaraq, bu möcüzəvi Yaranışın bir an belə yoxluğunu təsəvvür etməyimiz elə öz yoxluğumuza bərabər bir duyğudur, şübhəsiz. Səsin hava-su qədər əhəmiyyətliliyini az qala həyatın özü qədər fərq edən bəşər övladı Onu vəsf etdikcə-etdi, haqqında məsəllər yaratdı, və... təbii olaraq ruhunu ona bağışlayaraq sayəsində cilalandırıb melodiyalaşdırdı, bununla da həyəcanını, eşqini, qəzəbini, möhtəşəm, mübhəm hisslərini pərvazlandırıb könüllərin ruhuna qovuşdurdu, onların həzin dəqiqələrində, ağrılı anlarında, söykənəcəyə ehtiyacları, dillənməyə heyləri, susmağa səbrləri, həsrətləri belə hicrana düşdüyü anlarında... Yaşam gəzdikləri nəfəs dərimlərində bu möcüzəni onların məhz ehtiyac bərəsinə döndürdü. Demək ki, bununla O, musiqi ilə birgə həm də ikinci bir MƏNi yaratmış oldu. Musiqinin əsrarəngiz qəribəlikləri bitməzdir. Onlardan biri, təbiətən (bəli) coğrafiya, məkan tanımayan, bütün zamanların fövqündə durmağı özünə məhz "aid bilən" musiqinin həm də onu yaradan xalqın, fərdin özünə bənzəməsidir. Və fərdin qlobal düşüncəliliyi səbəbindən zəkası kainata nə qədər açıqdırsa, onun "ruhi məhsulu" da bir o qədər könüllərin doğma, əvəzsiz döyüntüsünə, hətta dünya içərisində bir dünyasına çevrilir. Bu baxımdan, klassik musiqinin təməl naxışı danılmazdır.
Çünki O, beynin ən incə, yatmış belə neyronlarından süzülüb gələn ağrı şirəsi, həqiqəti ifadə etmək təşnəsidir... bu eşq səbəbindən həyatla, onun hər bir damlası ilə mücadilə etmək ehtiyacı, onu dilləndirməklə isə əslində Tanrının Öz nur selindən ona ötürmüş olduğu zərrənin doğurduğu bir vəcdlə cəmi Yaranmışın məsum, məzlum olan ruhunu kiritmək... sevdalandırmaq... yaşatmaq.... əbədiyyətə çatdırmaq ehtiyacıdır. "Gülmək istəyirəm, ürəyimdəki hönkürtü səsini batırmaq üçün..." timsalı, ən həzin hayqırtını eşitdirməyin yolu təkcə məzarıstandan keçmir axı...

Hörmətlərimlə: Gülgəz NUR
4-10-2025, 00:42
Bakıda qəza zamanı 3 nəfər ölməsi xəbəri yanlışdır - RƏSMİ


Bakıda qəza zamanı 3 nəfər ölməsi xəbəri yanlışdır - RƏSMİ

Bakıda yol qəzasında üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, əslində bu gün saat 21:30 radələrində paytaxtın Səbail rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Belə ki, "Hyundai" markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Opel" markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Faktla bağlı araşdırma aparılır.

***

22:55

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Salyan şosesinin Səbail rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Su İdman Kompleksinin qarşısında üç nəqliyyat vasitəsi toqquşub. İlkin məlumata görə, hadisə zamanı üç nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
4-10-2025, 00:00
Cəbrayıl 5 ildir ki AZADDIR


Cəbrayıl 5 ildir ki AZADDIR

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 5 il ötür.
Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə öncə rayonun Böyük Mərcanlı, Nüzgar kəndləri, daha sonra 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri düşməndən təmizlənib.
Oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Həmin gün Cəbrayıl şəhəri ilə yanaşı, rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəjəl, Mahmudlu, Cəfərabad kəndləri də ermənilərdən geri alınıb.
Cəbrayıl şəhərinin işğaldan azad edilməsini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib.
Qeyd edək ki, Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi olub. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb.
Onu da bildirək ki, Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!