Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
3-01-2024, 12:44
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah havanın əsasən yağmursuz keçəcəyi, temperaturun 15 dərəcə isti olacağı gözlənilir.
Bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
3-01-2024, 00:39
Bərdə-Ağdam dəmiryolunun son görüntüləri yayıldı


Bərdə-Ağdam dəmiryolunun son görüntüləri yayıldı

Bərdə-Ağdam dəmiryolunun tikintisindən son görüntülər yayılıb.
Ümumi uzunluğu 104 kilometr olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması davam edir.
Tikintinin gələn il başa çatacağı planlaşdırılır. Artıq Ağdam istiqamətində bütün xətlər salınıb, dayanacaqlar müəyyən edilib.
3-01-2024, 00:17
İsrail HƏMAS-ın mərkəzinə zərbə endirdi - 7 üzvü öldü


İsrail HƏMAS-ın mərkəzinə zərbə endirdi - 7 üzvü öldü

Xəbər verdiyimiz kimi, İsrail ordusu Livanın paytaxtı Beyrutda HƏMAS silahlı qruplaşmasının mərkəzinə zərbə endirib.
Dron hücumu nəticəsində HƏMAS-ın yüksək vəzifəli nümayəndələri daxil olmaqla yeddi üzvü ölüb.
Təşkilat HƏMAS-ın siyasi büro sədrinin müavini Saleh əl-Arurinin ölümünü etiraf edib
Ölənlərin arasında “İzzəddin əl-Qəssam” briqadasının komandiri Əbu Amer kimi tanınan Samir Fəndi də olub.
2-01-2024, 23:32
Azərbaycanda zəlzələ baş verdi


Azərbaycanda zəlzələ baş verdi

Xəzər dənizinin Xaçmaz sahilində 3,3 maqnitudalı zəlzələ olub.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Qusar stansiyasından 63 km şimal-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınmışdır”, – Mərkəz bildirib
Yeraltı təkanların Bakı vaxtı ilə 23:03-də qeydə alındığı vurğulanıb. Zəlzələnin dərinliyi 11 km olub.
2-01-2024, 22:35
Müğənninin anası yanaraq öldü


Müğənninin anası yanaraq öldü

Ötən gün Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən 1959-cu il təvəllüdlü Sevinc Tağıyeva vəfat edib.
Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, yanğın nəticəsində ölən Sevinc Tağıyeva müğənni Ziba Osmanlının anasıdır.
2-01-2024, 21:48
ABŞ təyyarədaşıyan gəmisini bu ərazidən çıxarır


ABŞ təyyarədaşıyan gəmisini bu ərazidən çıxarır

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra Aralıq dənizinin şərqinə göndərdiyi dünyanın ən böyük hərbi gəmisi olan “Gerald R. Ford”u geri çağırıb.
Bu barədə açıqlamada təyyarədaşıyan gəminin mayın 2-də başlayan səkkiz aylıq səyahət çərçivəsində hərbi təyinatlı ilk yerdəyişməsindən sonra Virciniyaya qayıda biləcəyi bildirilib.
Qeyd edək ki, 2017-ci ildə Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilən “Gerald R. Ford” ABŞ donanmasının 40 ildən çox müddətdə layihələndirdiyi yeni və ən müasir təyyarədaşıyan gəmisidir.
“Gerald R. Ford” təyyarədaşıyan gəmisi oktyabrın əvvəllərində Aralıq dənizinin şərqinə gəlib.
Xatırladaq ki, oktyabrın 7-də Qəzzada yerləşən HƏMAS yaraqlıları İsrailin cənubuna qanlı hücum həyata keçirib. Buna cavab olaraq İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb.
2-01-2024, 18:56
Səudiyyə Ərəbistanı rəsmi olaraq BRİKS-ə qoşuldu


Səudiyyə Ərəbistanı rəsmi olaraq BRİKS-ə qoşuldu

Səudiyyə Ərəbistanı rəsmi olaraq BRİKS-ə qoşulub.
Bu barədə Səudiyyə Ərəbistanının “Al Ekhbariya” dövlət telekanalı məlumat yayıb.
Açıqlamada deyilir ki, Krallığın Rusiya, Çin və digər ölkələrin daxil olduğu BRİKS qrupuna tamhüquqlu üzvlüyü rəsmən başlayıb, bu da onun dünyada mövqeyini gücləndirir.
Qeyd edək ki, avqust ayında qrup altı ölkəni qoşulmağa dəvət edib.
2-01-2024, 18:34
Özünü yandıraraq intihar edən vəkilin atası danışdı - VİDEO


Özünü yandıraraq intihar edən vəkilin atası danışdı - VİDEO

Vəkillər Kollegiyasının yanında özünü yandıraraq intihar edən vəkil Zaur Məmmədovun atası İsa Məmmədov Baku TV-yə danışıb.
O qeyd edib ki, oğlunun intiharına səbəb müstəntiqə verdiyi pulu geri ala bilməməsi olub:“İşi düzəltmək üçün müstəntiqə 10 min manat pul verib. Pulu verən adam şikayət edib, Zaur da gedib müstəntiqdən pulu istəyib, amma ala bilməyib. Ona görə də özünə qəsd edib”.
Mərhumun atasının sözlərinə görə, oğlu problemi olduğunu ailəsindən gizlədirmiş:
“Həftədə, on gündə bir dəfə gəlirdi. Telefonla da əlaqə saxlayırdıq. Həmişə deyirdi ki, işim yaxşıdır, problem yoxdur”.
Ətraflı videonu təqdim edirik:

[media=https://youtu.be/v0MR2MRIH10]
2-01-2024, 17:33
Ağır qəza: 4 nəfər öldü, 36 nəfər yaralandı


Ağır qəza: 4 nəfər öldü, 36 nəfər yaralandı

Türkiyədə ağır yol qəzası baş verib.
İstanbuldan Malatyaya gedən sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılaraq aşıb.
Qəza nəticəsində 4 nəfər ölüb, daha 36 nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Qəzaya səbəbin qatı duman olduğu bildirilir.
2-01-2024, 17:27
Türkiyədən Rusiyaya ixrac 17% artıb - Ərdoğan


Türkiyədən Rusiyaya ixrac 17% artıb - Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı bildirib ki, 2023-cü ildə Türkiyə ixracının həcmi 255,8 milyard dolları keçərək tarixi rekorda imza atıb.
Ərdoğan bildirib ki, Türkiyədən Rusiya Federasiyasına ixrac isə təxminən 17% artıb.
Türkiyə İxracatçılar Şurasının iclasında çıxış edən Ərdoğan, “ixracımız 2022-ci illə müqayisədə 0,6% artaraq 255 milyard 809 milyon dollar təşkil edib, bu da ölkə tarixində record deməkdir” bildirib.
İxracda Türkiyənin vilayətləri arasında birinci yeri İstanbul, ikinci yeri Kocaeli, İzmir, Bursa və Tekirdağ tutur.
Türkiyə mallarının ən çox ixrac olunduğu ilk üç ölkə bunlardır: 63,4% BƏƏ, 16,9% Rusiya Federasiyası, 150,4% Səudiyyə Ərəbistanı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!