Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
26-12-2023, 13:53
Ağdamda mina partladı: ANAMA əməkdaşı xəsarət aldı


Ağdamda mina partladı: ANAMA əməkdaşı xəsarət aldı

Dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.
26-12-2023, 13:11
İlham Əliyev Sankt-Peterburq səfərə getdi - FOTO


İlham Əliyev Sankt-Peterburq səfərə getdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
Sankt-Peterburq şəhərinin “Pulkovo-1” hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.




25-12-2023, 23:46
XİN Başçısı sülh haqqında danışdı - VİDEO


XİN Başçısı sülh haqqında danışdı - VİDEO

“44 günlük Vətən müharibəsi dövründən - 2020-ci ilin oktyabr ayından bu günə kimi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Azərbaycana qarşı yeddi sənədin qəbul edilməsi çağırışları olub. Təkcə bu il üç belə cəhd olub”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “AzTV”də yayımlanan “Əsas Məsələ” verilişinə müsahibəsində bildirib.
O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasında irəli sürülən təşəbbüslər və çağırışlar Azərbaycanı beynəlxalq səviyyədə tanınan ərazisində süverenliyini bərpa etməsi üçün keçirdiyi antiterror əməliyyatlarına mane olmaq cəhdləri idi.
Nazir onu da bildirib ki, bu ilin 19-20 sentyabr 2023-cü il tarixində keçirilən antiterror əməliyyatını zəruri edən hallar var idi:
“Ermənistan və üçüncü tərəflərin Qarabağda qalmış qanunsuz silahlı birləşmələri gücləndirmək və Azərbaycanın ərazi bütövlüyünü təhlükə altına qoymaq cəhdləri var idi”.
Həmin müsahibəni təqdim edirik:

[media=https://youtu.be/XUrfUtkZPVI]
25-12-2023, 23:11
SEPAH zabiti Suriyada öldü


SEPAH zabiti Suriyada öldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri Razi Musəvi Suriyada ölüb.
O, İsrailin zərbələri nəticəsində həyatını itirib.
Məlumata görə, Musəvi İsrail silahlı qüvvələrinin Dəməşqin ətrafına zərbələr endirməsi zamanı ölümcül yaralanıb.
Qeyd edək ki, Suriya paytaxtı ətrafındakı Seyidə Zeynəb bölgəsində partlayış baş verib.
25-12-2023, 22:58
Qəzza zolağında ölənlərin sayı 20 mini keçdi


Qəzza zolağında ölənlərin sayı 20 mini keçdi

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 20 min 674 nəfərə çatıb.
Bu barədə Fələstin Səhiyyə Nazirliyi öz teleqram kanalında məlumat yayıb.
Məlumata görə, daha 54 min 536 nəfər xəsarət alıb.
25-12-2023, 22:21
Fransa öz ölkəsində heç nəyi həll edə bilmir - Lukaşenko


Fransa öz ölkəsində heç nəyi həll edə bilmir - Lukaşenko

Avropada Fransa nəsə etməyə çalışır.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqda keçirilən Avrasiya İttifaqı Ali İqtisadi Şurasının iclasından sonra jurnalistlərə müsahibəsində deyib.
"Onlara kim kömək edəcək? Fransada nələrin baş verdiyini görürsünüz. Öz ölkələrində heç nəyi həll edə bilmirlər. Ermənilər də bunu görürlər", - deyə o bildirib.
25-12-2023, 22:16
Prezident yeni illə bağlı paylaşım etdi


Prezident yeni illə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2024 - Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Butov.az həmin paylaşımı təqdim edir.

25-12-2023, 21:33
Putin Lukaşenkodan yumurta istədi


Putin Lukaşenkodan yumurta istədi

Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinin iclası zamanı belaruslu həmkarı Aleksandr Lukaşenkodan ölkəsinə yumurta tədarük etməsini istəyib.
O, Lukaşenkodan zarafatla xəsis olmamağı xahiş edib.
Lukaşenkonun sözlərinə görə, Belarus, demək olar ki, 100% öz istehsalı olan məhsullarla - taxıl, donuz əti, quş əti, süd, tərəvəz, bitki yağları ilə təmin olunub. O, toyuq yumurtasına xüsusi diqqət yetirib.
“Bizə bir az ver! Xəsislik etməyin”, - deyə Putin gülümsəyərək cavab verib.
25-12-2023, 20:20
Lukaşenko: “Düşünmürəm ki, ermənilər axmaq insanlardır”


Lukaşenko: “Düşünmürəm ki, ermənilər axmaq insanlardır”

“Ermənistan iqtisadi cəhətdən ölmək istəyirsə, biz onu itirə bilərik”.
Bunu Avrasiya İqtisadi İttifaqının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitinə qatılan Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
“Amma düşünmürəm ki, ermənilər axmaq insanlardır” - Lukaşenko qeyd edib.
25-12-2023, 19:32
“Dövlət qulluğu haqqında” qanuna dəyişikliklə bağlı fərman imzalandı


“Dövlət qulluğu haqqında” qanuna dəyişikliklə bağlı fərman imzalandı

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Qərar bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi daşıyır.
Qanunda, həmçinin aşağıdakı dəyişikliklər nəzərdə tutulub:
- Sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunur və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alırlar;
- Növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir;
- Böyük, orta və kiçik xüsusi rütbələr müvafiq təqdimat əsasında müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən verilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!