12-12-2023, 11:42
Mirzoyan: “Moldova və Ukraynanın Aİ ilə üzvlük danışıqlarını alqışlayırıq”"Ermənistan Moldova və Ukraynanın Aİ ilə üzvlük danışıqlarını alqışlayır".
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı nazirlərinin görüşündə deyib.
O əlavə edib ki, İrəvanın da Avropa istəkləri var.
“Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaqla qlobal hüquq sisteminin gücləndirilməsinə yardım edir. Ermənistan öz milli maraqlarına əsaslanan qərarlar qəbul etmək üçün suveren hüququnu təsdiqləyib”, - XİN rəhbəri bildirib.
12-12-2023, 11:23
Ermənistan OPEK-dən 50 milyon avro kredit alırErmənistan OPEK-dən 50 milyon avro kredit alacaq. Bunu ölkənin maliyyə nazirinin müavini Eduard Akopyan açıqlayıb.
"Bu, ətraf mühitin yaxşılaşdırılması üçün lazımdır", - deyə Akopyan bildirib.
"Kreditin qaytarılma müddəti 20 ildir, lakin əsas borcun ödənilməsi 2028-ci ildən hesablanacaq", - nazir müavini əlavə edib.
12-12-2023, 11:14
Azərbaycanda güclü zəlzələ olma ehtimalı yoxdur - Qurban YetirmişliÖtən gün Azərbaycanda 47 yeraltı təkan qeydə alınıb.
Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
O, hansısa bir zonada güclü zəlzələnin baş verməsi ehtimalının olmadığını vurğulayıb.
"Narahatlığa heç bir əsas yoxdur", - Qurban Yetirmişli qeyd edib.
Baş direktor bildirib ki, bu cür yeraltı təkanların olması enerji boşalması üçün əhəmiyyətlidir.
12-12-2023, 00:37
Azərbaycanın yeni ildə COP29-a ev sahibliyi etməsiylə bağlı tədbir keçirildiDekabrın 11-də Dubayda Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi münasibətilə tədbir təşkil olunub.
COP28 çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda təşkil olunan tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər ölkələrdən olan qonaqlar iştirak ediblər.
Sonra tarzən Şəhriyar İmanovun rəhbərliyi ilə Azərbaycanın milli kompozisiyalarından ibarət konsert proqramı təqdim olunub.
11-12-2023, 22:44
Polşaya yeni Baş nazir təyin olunduPolşa Seymi dekabrın 11-də keçirilən iclasında Donald Tuskun ölkənin baş naziri postuna namizədliyini dəstəkləyib.
Bu barədə Polşanın PAP agentliyi məlumat yayıb.
248 deputat lehinə, 201 deputat əleyhinə səs verib.
“Təşəkkürlər Polşa, bu, həqiqətən də gözəl gündür. Mənim üçün deyil, illər keçdikcə hər şeyin daha da yaxşılaşacağına və qaranlığı və şərdən uzaqlaşacağımıza dərindən inananların hamısı üçün”, - səsvermə başa çatdıqdan sonra Donald Tusk bildirib.
Donald Tusk 2007-2014-cü illərdə Polşanın baş naziri olub. 2019-cu ilə qədər Avropa Şurasının prezidenti olub.
11-12-2023, 22:04
Prezident Heydər Əliyevin anım günüylə bağlı paylaşım etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Butov.az paylaşımı təqdim edir:
11-12-2023, 21:44
Mirzoyan fransalı həmkarıyla görüşdüErmənistan xarici işlər naziri Ararat Mirzoyanla fransalı həmkarı Ketrin Kolonna ilə görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Brüsseldə keçirilən görüşdə nazirlər İrəvan-Bakı münasibətlərindəki son vəziyyətdən danışıblar.
Görüş zamanı Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə edilib.
11-12-2023, 19:48
Sülhməramlılara məxsus maşın Xankəndidə qəzaya uğradıRusiya sülhməramlılarına məxsus zirehli döyüş maşını Xankəndidə qəzaya uğrayıb.
Maşının dərəyə aşması nəticəsində 1 rusiyalı hərbi qulluqçunun öldüyü, iki nəfərin isə yaralandığı bildirilir.
Yaralılardan birinin vəziyyəti ağırdır.
Onlar Xankəndidəki tibb müəssisəsinə çatdırılıb.
11-12-2023, 18:40
BMT konfransı - COP 29 gələn il Azərbaycanda keçiriləcəkİqlim Dəyişikliyi üzrə BMT konfransı - COP 29 gələn il Azərbaycanda keçiriləcək.
Bu barədə qərar Dubayda keçirilən COP28 plenar sessiyada elan olunub.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kyoto Protokolu müzakirə olunmuşdu.
2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.
11-12-2023, 18:21
Azərbaycan və Ukrayna XİN Başçıları görüşdü - FOTOBrüsseldə keçirilən Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşünün çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Dmytro Kuleba ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.