Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
6-12-2023, 17:02
Peyvənddən sonra qızılcadan ölüm halları 85 faiz azalıb - Rəsmi


Peyvənddən sonra qızılcadan ölüm halları 85 faiz azalıb - Rəsmi

Müasir dövrdə bir sıra infeksiyaları peyvəndlərlə idarə edə bilirik.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi instaqram səhifəsində “Qızılca” mövzusunda yayımlanan canlı yayımda deyib.
Azərbaycan Respublikasında qəbul olunmuş milli peyvənd təqvimində 11 infeksiyanın peyvəndlərlə idarə olunması məsələsinin olduğunu diqqətə çatdıran T.Eyvazov qızılcanın da onlardan biri olduğunu qeyd edib: “Qızılca əleyhinə peyvənd ilk dəfə ötən əsrin 60-cı illərində tətbiq olunub. Peyvənd tətbiq olunmadığı dövrlərdə təxminən 15-16 yaşlı uşaqların 90 faizi qızılcanı keçirirdi. Dünya üzrə peyvənd olmadığı dövrlərdə 1 il ərzində 2 milyon şəxs qızılcadan vəfat edirdi. Peyvəndlərin tətbiq olunması nəticəsində qızılcaya yoluxma hallarının sayı kəskin azalmışdı. Ən aşağı ölüm göstəricisi 2016-cı ildə oldu ki, bu da 100 mindir. Təxminən 85 faiz ölüm halları azaldı. Bu, onu göstərir ki, peyvənd kifayət qədər effektivdir. Peyvənd uzun illərdir tətbiq olunur, öz təhlükəsizliyini və effektivliyini sübut edib”.
Mütəxəssis-ekspert iki yaşadək uşaqlar və hamilə qadınların yanaşı xəstəlikləri olmasa belə qızılcanın fəsadlaşması üçün risk qrupuna aid olduqlarını bildirib.
6-12-2023, 16:53
Amerikalı müğənni "2023-cü ilin adamı" elan edildi


Amerikalı müğənni "2023-cü ilin adamı" elan edildi

Amerikalı müğənni Teylor Svift nüfuzlu “Taym” jurnalı tərəfindən "2023-cü ilin adamı" reytinqində qalib elan edilib.
Teylor Svift bu titul uğrunda mübarizədə Rusiya prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və Barbi kuklasını qabaqlayıb.
Reytinq təşkilatçıları qeyd ediblər ki, “Qremmi” mükafatına layiq görülən müğənni “möhtəşəm bir il keçirib”.
Hazırda dünya turunda olan qadın sənətçi ifa etdiyi musiqi sayəsində 1 milyard dollardan çox gəlir əldə edib.

6-12-2023, 16:49
İşğaldan azad olunmuş kəndlər qazlaşdırılır - VİDEO


İşğaldan azad olunmuş kəndlər qazlaşdırılır - VİDEO

İşğaldan azad olunmuş bir neçə kəndin qazlaşdırılması üçün daşıyıcı qaz kəmərlərinin tikintisi işləri həyata keçirilir.
SOCAR “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Füzuli rayonu işğal dövründə erməni terrorundan ən çox ziyan görən ərazilərimizdəndir. Qələbədən sonra işğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası və yenidən qurulması istiqamətində hərtərəfli işlər görülür.
Məlumata görə, görülən işlərin davamı olaraq Füzuli rayonunun Dövlətyarlı və Dədəli kəndlərinin təbii qazla təmin edilməsi üçün daşıyıcı qaz kəmərlərinin tikintisi işləri aparılır. Dövlətyarlı kəndinin daşıyıcı qaz kəmərinin tikintisi üçün ümumi uzunluğu 4050 metrədək müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunur. Diametri 325 mm olan xüsusi izolyasiya olunmuş polad boru kəməri Quruçay çayının aşağı hissəsindən keçiriləcək, digər daşıyıcı kəmərə birləşdiriləcək.
“Dədəli kəndinə də daşıyıcı qaz kəmərinin çəkilişi işləri icra olunur. İlk olaraq ANAMA tərəfindən kəmərin keçəcəyi dəhliz boyunca ərazilər minalardan təmizlənib, daha sonra qaz kəmərinin çəkilişi işlərinə başlanılıb. Kəndə daşıyıcı qaz kəmərinin çəkilişi üçün ümumi uzunluğu 14 500 metrədək müxtəlif diametrli polietilen borulardan istifadə olunub ki, artıq işlərin yaxın günlərdə tamamilə yekunlaşacağı nəzərdə tutulub”, - məlumatda qeyd olunur.


6-12-2023, 16:38
Avropa İttifaqının rəhbərliyi Çinə getdi


Avropa İttifaqının rəhbərliyi Çinə getdi

Avropa İttifaqının rəhbərliyi Çinə səfər edib.
Bu barədə Çinin Aİ-dəki səfiri Fu Cong "X" hesabında bildirib.
Aİ Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell artıq Çinə çatıb.
Qeyd edək ki, Çinin paytaxtı Pekində 24-cü Aİ-Çin sammiti keçiriləcək. Bu, 2019-cu ildən bəri ilk Aİ-Çin sammiti olacaq.
6-12-2023, 15:47
Qızılcaya yoluxan şəxsı hava-damcı yolu ilə həssas insanları yoluxdurur


Qızılcaya yoluxan şəxsı hava-damcı yolu ilə həssas insanları yoluxdurur

“Qızılca virusu yalnız insanlarda xəstəlik törədir. Qızılcaya yoluxan şəxsı hava-damcı yolu ilə həssas insanları yoluxdurur”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib.
O bildirib ki, qızılcaya yoluxan şəxslə təmas olmadan belə qapalı məkanlarda yoluxma mümkündür: “İnkubasion dövr minimal 6, maksimal isə 21 gündür”.
T.Eyvazov söyləyib ki, qızılcaya digər bakterial fəsadların qoşulması faktı olarsa, antibiotik təyin edilə bilər: “Fəsadlardan olmadan antibiotik təyini olmaz. Qızılcaya qarşı ən effektiv qoruyucu vasitə peyvənd olunmaqdır. Belə olan halda xəstəlik yüngül keçirilir və ağırlaşma olmur”.
Nazirlik rəsmisi qeyd edib ki, əgər hamilə qadın əvvəllər qızılcaya yoluxubsa, ikinci dəfə yoluxması mümkün deyil.
T.Eyvazov xatırladıb ki, qızılcaya yoluxan şəxsdə sonradan ömürlük immunitet formalaşır: “Təkrar yoluxma çox nadir halda baş verə bilər”.
O vurğulayıb ki, qızılca əleyhinə peyvəndin tərkibində yumurta zülalı olmadığından allergiyası olanların vaksinasiyası qorxulu deyil.
6-12-2023, 15:32
Ermənistan yaxşı qonşu olarsa suverenliyini qoruyub saxlayar - Prezident


Ermənistan yaxşı qonşu olarsa suverenliyini qoruyub saxlayar - Prezident

Əgər Ermənistan yaxşı qonşu olmaq və dəstək vermək bacarığını nümayiş etdirərsə, bu yolla öz suverenliyini qoruyub saxlaya bilər.
Bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda söyləyib.
“Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab edirlər ki, bununla xilas olunacaqlar. Bu, belə deyil. Onlar, sadəcə, digər böyük qardaşı qazanacaqlar. Bu böyük qardaş əvvəlki qardaşdan yaxşı olacaq? Səmimi olaraq deyək ki, bu, belə deyil. O uzaqdadır, bölgəyə o qədər də bağlı olan qardaş deyil və özünün siyasi, bəlkə də şəxsi ambisiyalarının, ideyalarının dalınca gedir. Ən azı Ermənistan öz tərəfindən iradəsini bildirməlidir. Bu, sülh üçün ilk şərtdir”, - deyə dövlətimizin başçısı əlavə edib.
6-12-2023, 15:26
Prezident: “Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır”


Prezident: “Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır”

"Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır. Bizim göstərə biləcəyimiz nailiyyətlər çoxdur".
Bunu Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda deyib.
Konfransın Bakıda keçirilməsi üçün müəyyən problemlərin oluduğunu deyən dövlətimizin başçısı tezliklə müəyyən problemlərin həllinə nail olunacağına ümid etdiyini bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, bu, sülh istiqamətində növbəti mühüm addım ola bilər
6-12-2023, 15:17
Nazirlikdən valideynlərə çağırış


Nazirlikdən valideynlərə çağırış

Peyvənd nəticəsində qızılcaya yoluxmanın sayında kifayət qədər azalma olub. Odur ki, peyvənd kifayət qədər effektivdir.
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib.
O xatırladıb ki, Milli təqvim planında 11 infeksiyanın idarə olunması yer alıb: “Qızılca peyvəndi də həmin sıradadır. Valideynlərə çağırış edirəm ki, övladlarınızı vaxtında peyvənd təqviminə uyğun şəkildə vaksinasiyadan keçirin”.
6-12-2023, 15:03
Rusiya delimitasiya prosesinə hər cür kömək göstərməyə hazırdır


Rusiya delimitasiya prosesinə hər cür kömək göstərməyə hazırdır

"Rusiya Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası üçün lazım olan kartoqrafik materialları verməyə hazırdır".
Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
"Moskva İrəvan və Bakı nümayəndələrinin sərhəddə son görüşünü alqışlayır. Rusiya Federasiyası delimitasiya prosesinə hər cür kömək göstərməyə hazırdır, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşündə təsdiqləyib", - o əlavə edib.
"Üçtərəfli işçi qrupu çərçivəsində razılaşmaların əldə olunmasında sonrakı ləngimələr Ermənistan da daxil olmaqla, region ölkələrinin maraqlarına zidd olacaq", - Zaxarova bildirib.
6-12-2023, 14:48
Azərbaycanda vəziyyət sabitdir - Prezident


Azərbaycanda vəziyyət sabitdir - Prezident

Azərbaycanda vəziyyət sabitdir. Bizim daxili vəziyyətimiz xarici amillərdən asılı deyil. Əlbəttə, sərhədlərimizin hüdudlarından kənarda baş verən proseslər ciddi narahatlıq doğurur. Biz bunu hər zaman nəzərə almalıyıq.
Bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda danışıb.
Dövlətimizin başçısı, həmçinin deyib: “Daxili risklərə gəldikdə, elə bir ciddi risk və çağırışlarımız yoxdur. Ərazilərimizin və sərhədlərimizin düzgün müdafiə edilməsi üçün zəruri layihələr həyata keçiririk ki, hər hansı xarici risklərdən özümüzü sığortalayaq”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!