Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
15-11-2023, 17:24
Paşinyan: “İrəvan KTMT-dən çıxmaq üçün zəmin hazırlamır, əksinə..”


Paşinyan: “İrəvan KTMT-dən çıxmaq üçün zəmin hazırlamır, əksinə..”

"İrəvan KTMT-dən çıxmaq üçün zəmin hazırlamır, əksinə özünə və bloka düşünmək üçün vaxt verir".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.
"Bu, Ermənistan hakimiyyətinə və KTMT-yə gələcək addımlar barədə qərar verməyə imkan verəcək. Təşkilatla münasibətlər baxımından əsas fundamental problem onun Ermənistanda məsuliyyət sahəsini müəyyən etməkdən faktiki imtina etməsidir. İrəvan KTMT missiyasını göndərməkdən imtina etməyib, onun harada fəaliyyət göstərəcəyini müəyyənləşdirməyi xahiş edib.
Blok İrəvanın Ermənistanın təhlükəsizliyinə təhdidlərlə bağlı çoxsaylı bəyanatlarına cavab verməyib. İndi hakimiyyət təhlükəsizlik sahəsində əlaqələri şaxələndirir, yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtarır. Hökumət KTMT-dən çıxmaq barədə qərar qəbul olunmayana qədər kursun dəyişməsi barədə açıqlama vermək niyyətində deyil, əks halda dissonansa səbəb olacaq", - Paşinyan söyləyib.
Qeyd edək ki, Paşinyan Belarus prezidentinə görüşdə iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kreml Paşinyanın KTMT-nin Minskdə keçiriləcək iclasında iştirak etməyəcəyinə təəssüflənir.
"Belə görüşlər qeydləri müqayisə etmək və fikir mübadiləsi aparmaq üçün yaxşı səbəbdir. Moskva başa düşür ki, hər bir hökumət və ya dövlət başçısının öz iş qrafiki və şəraiti ola bilər. KTMT aktual olaraq qalır və blok çərçivəsində təşkil olunan görüşlər bu qarşılıqlı fəaliyyət formatına olan tələbatı göstərir", - o bildirib.
15-11-2023, 17:13
Fələstinə hər zaman diqqət ayırmışıq - Mehriban Əliyeva


Fələstinə hər zaman diqqət ayırmışıq - Mehriban Əliyeva

"Azərbaycan hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırışları dəstəkləyir və son gərginliklə əlaqədar oktyabr ayında BMT Baş Assambleyasında qəbul edilmiş qətnamənin lehinə səs vermişdir".
Bu barədə Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciətində bildirilib.
Müraciətdə, həmçinin qeyd edilib: “Ölkəmiz beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllinin tərəfdarıdır. 2019-ci ildən etibarən Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Fələstin məsələsinə daim diqqət ayırmışıq. İnanıram ki, bu il Ramallah şəhərində ölkəmizin Təmsilçilik Ofisinin fəaliyyətə başlaması Azərbaycan-Fələstin əlaqələrinin inkişafına təkan verəcəkdir”.
Son on il ərzində Azərbaycanın BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi xətti ilə dəfələrlə humanitar və maliyyə yardımı göstərdiyini xatırladan Birinci xanım Mehriban Əliyeva vurğulayıb: “Eyni zamanda, Azərbaycan Fələstinə siyasi və maliyyə dəstəyinin cəlb edilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bunların sırasında Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransını və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransını qeyd etmək istərdim. Azərbaycan dövlətinin verdiyi təqaüd əsasında fələstinli gənclər ölkəmizdə ali təhsil alırlar. Azərbaycan tərəfindən Fələstində inşa ediləcək məktəb Fələstin xalqına dəstəyimizin növbəti təzahürü olacaqdır”.
15-11-2023, 16:43
Ermənistanın XİN Başçısı Avropa Parlamentinin sədriylə görüşdü


Ermənistanın XİN Başçısı Avropa Parlamentinin sədriylə görüşdü

Buseldə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 15-də Avropa Parlamentinin sədri Roberta Metzola ilə görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ararat Mirzoyan və Roberta Metzola Aİ-Ermənistan hərtərəfli tərəfdaşlıq gündəliyinin əsas istiqamətləri və onun dərinləşdirilməsi üçün birgə səylər barədə fikir mübadiləsi aparıblar.
Tərəflər Avropa Parlamenti ilə Ermənistan Respublikasının Milli Məclisi arasında əməkdaşlığı genişləndirmək üçün əlavə addımlar atmağa hazır olduqlarını bildiriblər. Nazir Mirzoyan Ermənistanda demokratiyaya ardıcıl güclü dəstəyin, bölgədə sülhün bərqərar olması üçün real səylərə dəstək verilməsinin vacibliyini qeyd edib. Ermənistanın bu istiqamətdəki yanaşmalarına toxunan nazir Mirzoyan vurğulayıb ki, beynəlxalq tərəfdaşların fəal iştirakı və Azərbaycanın oktyabrda Qranadada qəbul edilmiş bəyanatla təsdiq edilmiş prinsiplərə sadiqliyi ilə regionda sülhə nail olmaq mümkün olacaq.
15-11-2023, 16:24
Bu halda Kiyev təhlükəli vəziyyətdə qala bilər


Bu halda Kiyev təhlükəli vəziyyətdə qala bilər

ABŞ yardımı təsdiqləməsə, Kiyev təhlükəli vəziyyətdə qalacaq.
Bu sözləri Nümayəndə Palatasının demokratlardan seçilən üzvü Adam Smit Siyasi Müdafiə Sammitində deyib.
Koqnresmenin sözlərinə görə, Kiyev dözə bilər, lakin onların mövqeyi o qədər də güclü olmayacaq.
"Əgər biz onları ağlabatan vaxt çərçivəsində resurslarla təmin etməsək, onlar çox təhlükəli vəziyyətdə olacaqlar", - Smit bildirib.
O əlavə edib ki, ABŞ-da anti-Ukrayna ritorikasının əsas səbəbi Donald Trampdır.
15-11-2023, 16:13
Prezident xanımıyla birlikdə açılışda iştirak etdi


Prezident xanımıyla birlikdə açılışda iştirak etdi

Xəbər verdiyimiz kimi, noyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının açılışında iştirak ediblər.
Butov.az açılışdan fotoları təqdim edir:












15-11-2023, 15:56
Almaniya Putin haqqında yazılan kitabların satışını dayandırdı


Almaniya Putin haqqında yazılan kitabların satışını dayandırdı

Almaniyada nəşriyyat jurnalist Hubert Zaypelin Rusiya prezidenti Vladimir Putin haqqında yazdığı kitabların satışını dayandırıb.
DPA bu barədə “Hoffmann und Campe” nəşriyyatının redaktorlarına istinadən məlumat yayıb.
Məlum olub ki, kitabların yazılması üçün Aleksey Mordaşev pul ödəyib. Qərar KİV-də müəllifin rusiyalı milyarderlə əlaqəli ofşor şirkətlərdən pul alması barədə xəbərlərdən sonra verilib. Nəşriyyat qeyd edib ki, bu faktdan onların xəbəri olmayıb və təsdiqlənərsə, nəşriyyat Zaypeli məhkəməyə verə bilər.
15-11-2023, 15:20
Qəzzaya yarım çən yanacaq verildi


Qəzzaya yarım çən yanacaq verildi

Humanitar yardımın daşınması üçün Qəzzaya yarım çən yanacaq verilib.
Bunu BMT-nin Fələstin Qaçqınlarına Yardım və Anklavda İşin Təşkili üzrə Yaxın Şərq Agentliyinin direktoru Tomas Uayt bildirib.
O qeyd edib ki, bununla belə su təchizatı və xəstəxanalar üçün yanacaq yoxdur.
Qeyd edək ki, Fələstin-İsrail qarşıdurması 7 oktyabrdan bəri davam edir. İndiyə kimi hər iki tərəfdən minlərlə insan həyatını itirib.
15-11-2023, 15:11
XİN Fələstini təbrik etdi


XİN Fələstini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fələstini Milli Gün münasibətilə təbrik edib.
Bu barədə qurumun “X” hesabında yazılıb.
“Fələstini Milli Günü münasibəti ilə təbrik edirik! Milli bayramınız mübarək!”, - XİN-in təbrikində qeyd olunub.
15-11-2023, 14:57
44 günlük Vətən müharibəsi iştirakçısının şəhid statusu bərpa edildi


44 günlük Vətən müharibəsi iştirakçısının şəhid statusu bərpa edildi

44 günlük Vətən müharibəsi iştirakçısı Röyal Verdiyevin şəhid statusunun ləğv edilməsi ilə bağlı işə yenidən baxılıb.
Verdiyev Röyal Qabil oğlunun ailəsi şəhid statusunun bərpası ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə qarşı iddia qaldırıb.
İddiaçı tərəfin vəkili Əziz Qənbərli bildirib ki, R.Verdiyev 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib. O, Cəbrayıl, Qubadlı, Laçın rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. R.Verdiyev döyüş bölgəsində əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan güllədən həlak olub. O, 2020-ci ilin 3 dekabrında Daşkəsən Rayon Şəhidlər Xiyabanında dəfn edilib. Xidmət vaxtı həlak olduğuna görə Verdiyevə şəhid, ailəsinə şəhid ailəsi statusu verilib.
Lakin 1 il sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi R.Verdiyevin şəhid statusunun ləğv edilməsi, ailəsinə verilən müavinətlərin dayandırılması tələbi ilə iddia qaldırıb. Xidmət iddiasını belə əsaslandırıb ki, R.Verdiyevlə bağlı təkrar araşdırma aparılıb, onun şəhidlik statusunun ləğv edilməli olduğu qənaətinə gəlinib.
İnzibati orqanın hərbçinin cinayət nəticəsində həlak olması barədə məktubundan sonra-2021-ci ilin oktyabr ayında onun şəhid statusu ləğv edilib, həmin vaxtdan ailəsinə verilən müavinətlər dayandırılıb.
İddiaçı tərəf bununla bağlı ilk olaraq Gəncə İnzibati Məhkəməsinə müraciət etsə də, məhkəmə onların iddia tələbini rədd edib. Gəncə Apellyasiya Məhkəməsinin hakimi Azər Bayramov isə həmin qərardan verilmiş şikayəti qismən təmin edib və işi yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə qaytarıb.
Hakim Hüseynovun sədrliyi ilə işə yenidən baxılıb. Məhkəmə bu dəfə əvvəlki qərarını dəyişib, iddianı təmin edib. Qərara əsasən, inzibati orqanın məktubu qanunsuz hesab edilib. Bununla da Röyal Verdiyevin şəhid statusu yenidən bərpa edilib. Bundan əlavə, yeni qərara görə, 2 il ərzində dayandırılmış müavinət tam həcmdə şəhidin ailəsinə ödənilməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamları ilə Röyal Verdiyev "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
15-11-2023, 14:40
“Baykar” şirkətindən Qəzzaya 286 milyon lirəlik yardım


“Baykar” şirkətindən Qəzzaya 286 milyon lirəlik yardım

Türkiyənin "Baykar" şirkətinin Qəzzaya ayırdığı 286 milyon lirəlik humanitar yardım Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Türkiyə Diyanət Vəqfinə nağd ianə şəklində çatdırılıb.
Bu barədə "Baykar" şirkətinin sözçüsü İlker Akgüngör məlumat verib.
Bildirilib ki, fələstinlilərə göndərilməsi nəzərdə tutulan yardım paketində qida, dərman və tibbi dəstək avadanlıqları da daxil olmaqla humanitar yardım ləvazimatları olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!