15-11-2023, 14:33
ABŞ İsrailə hər gün sursat və raketlər göndərirPentaqon ictimaiyyətə açıqlama vermədən İsrailə hərbi yardımın həcmini artırıb.
Bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Bildirilir ki, İsrailə “demək olar ki, hər gün” sursat və raketlər verilir.
Məlumata görə, Pentaqon İsrail Müdafiə Qüvvələrinin "Apaçi" hücum helikopterləri üçün lazerlə idarə olunan raketlər, həmçinin 155 mm-lik mərmilər, gecəgörmə cihazları, bunkerlərin məhv edilməsi üçün döyüş sursatları tələbini yerinə yetirib.
15-11-2023, 14:18
Rusiya xilasediciləri MDB və digər ölkələrin vətəndaşlarına kömək edir"Rusiya Federasiyasının xilasediciləri həmişə yalnız Rusiya vətəndaşlarına deyil, həm də MDB və digər ölkələrin vətəndaşlarına kömək edirlər".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Bir gün öncəki söhbətində Putin Misir prezidenti ilə Fələstin-İsrail münaqişəsinin həllində vasitəçilik imkanlarını müzakirə etməyib. Qəzza zolağından vətəndaşların təxliyəsi işi davam edir, bu həm Fövqəladə Hallar Nazirliyi, həm də diplomatlar üçün asan iş deyil. Kreml Finlandiya hakimiyyətinin Rusiya ilə əvvəlki yaxşı münasibətlərdən qəsdən uzaqlaşma yolunu seçdiyinə görə dərin təəssüf hissi keçirir", - deyə o söyləyib.
Peskov Danimarkanın Rusiya nefti daşıyan tankerləri saxlamaqla bağlı mümkün planlarına cavab olaraq, beynəlxalq naviqasiya qaydalarına riayət edilməsinin zəruriliyini xatırladıb.
15-11-2023, 14:06
Ərdoğan:"Ermənistan Qarabağ savaşında dərsini aldı""Ermənistan Qarabağ savaşında dərsini aldı".
Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdəki çıxışı zamanı deyib.
"Ermənistan dərsini aldı, yerinə oturduldu", - deyə o əlavə edib.
Ərdoğan daha sonra İsraili tənqid edib.
15-11-2023, 13:52
2024-cü il Avropa çempionatının rəsmi topu təqdim olunduFutbol üzrə 2024-cü il Avropa çempionatının rəsmi topu təqdim olunub.
Qitə çempionatının oyunları zamanı istifadə ediləcək top “Fussballliebe” adlanır.
Alman dilindən tərcümədə "Futbol sevgisi" mənasını verən top hərəkətin hər bir elementi ilə bağlı məlumat verən və hakimlərin qərarvermə prosesini asanlaşdıran “Connected Ball” texnologiyası ilə təchiz olunub. Top maksimum sürətli və dəqiq oyuna imkan verir.
“Fussballliebe”nin dizaynı topun hərəkətini və oyunun enerjisini əks etdirir. Qırmızı, mavi, yaşıl və narıncı rənglərin istifadəsi həm iştirakçı ölkələrin turnirə gətirdiyi canlılığı, həm də bütün dünyada azarkeşlərin böyük sevgisini qazanan futbolun sadəliyini göstərir.
Qeyd edək ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Qitə birinciliyində 24 komanda mübarizə aparacaq.
15-11-2023, 13:49
Erməni deputat: “KTMT-nin iclasına getmirik, lap yaxşı edirik”“KTMT-nin iclasına getmirik, lap yaxşı edirik”.
Bunu parlamentin hakim "Mülki müqavilə" partiyasından olan deputatl Qaqik Melkonyan deyib.
"Bu, Ermənistanın KTMT-dən çıxması deməkdirmi" sualına Melkonyan belə cavab verib: “Yox, çıxmırıq”.
Xatırladaq ki, Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə söhbətində KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcəyini bildirib.
15-11-2023, 13:38
Hərbi qulluqçumuz dəm qazından öldüNaxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
N saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Xələfov Nemət İlham oğlu yaşadığı mənzildə dəm qazından zəhərlənərək vəfat edib.
N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış.
Faktla bağlı araşdırma aparılır.
15-11-2023, 13:25
İran Qarabağın Azərbaycanın olmasının tərəfdarıdır - Səfirİranın prinsipial mövqeyi daima Qarabağın Azərbaycanın olmasından yana olub.
Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sosial şəbəkə hesabında bildirib.
"Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb. Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyi təmini yalnız Azərbaycanın suverenliyi və qanunları ilə məna tapır", - səfir qeyd edib.
15-11-2023, 13:09
Mirzoyan Brüsselə rəsmi səfərə gedirErmənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsselə gedir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.
Onun sözlərinə görə, bu gün xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfərə gedir.
15-11-2023, 12:42
Sabahın hava proqnozuNoyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 11-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
14-11-2023, 23:20
Eli Koen: "Quterreş regionda heç bir sülh prosesini təşviq etmir" İsrailin xarici işlər naziri Eli Koen Qəzzada dərhal atəşkəsə çağıran BMT-nin baş katibi Antonio Quterreşi tənqid edib.
Bu barədə o, Cenevrədə çıxış edən zaman danışıb.
Nazir deyib ki, Quterreş BMT-nin rəhbəri olmağa layiq deyil.
"Quterreş regionda heç bir sülh prosesini təşviq etmir", - İsrailin xarici işlər naziri bildirib
O, BMT baş katibinin İrana çox yaxın olduğunu vurğulayıb.