Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
4-11-2023, 18:43
Cüdoçumuz Avropa çempionatında finala vəsiqə qazandı


Cüdoçumuz Avropa çempionatında finala vəsiqə qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
73 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Moldovadan olan Petru Pelivana qalib gəlib.
Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) medal şanslarını itiriblər.
Qeyd edək ki, Avropa çempionatı noyabrın 5-də başa çatacaq. Yarışda 11 idmançı ilə təmsil olunan Azərbaycanın 5 cüdoçusu ötən gün medal qazana bilməyib.
4-11-2023, 17:37
Dardanel boğazında gəmilərin hərəkəti dayandırıldı


Dardanel boğazında gəmilərin hərəkəti dayandırıldı

Türkiyənin Çanaqqala vilayətindən keçən Dardanel boğazında ekstremal hava şəraiti ilə əlaqədar gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Bu barədə TRT məlumat yayıb.
Buna səbəb görmə məsafəsinin minimuma enməsidir. Hava şəraitinin normallaşmasından sonra qadağa ləğv olunacaq.
Bununla gəmilərin Dardanel boğazında hərəkəti bərpa olunacaq.
4-11-2023, 16:35
İsrail tərəfi ilə heç bir əlaqəm yoxdur - Ərdoğan


İsrail tərəfi ilə heç bir əlaqəm yoxdur - Ərdoğan

“Hazırda İsrail tərəfi ilə heç bir əlaqəm yoxdur”.
Bunu jurnalistlərə Qazaxıstandan qayıdarkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın İsrail tərəfi ilə yanaşı, Fələstin və HƏMAS ilə də danışıqlar aparır.
“Deyə bilərəm ki, Benyamin Netanyahu heç kimin danışa biləcəyi həmsöhbət deyil, biz onu silmişik”, - Ərdoğan İsrailin baş naziri haqda bildirib.
4-11-2023, 16:20
Xankəndidə Zəfər Gününə həsr olunan hərbi parada hazırlıq gedir


Xankəndidə Zəfər Gününə həsr olunan hərbi parada hazırlıq gedir

Xankəndi şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunan hərbi parada hazırlıq gedir.
Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə Zəfər paradına çıxacaq şəxsi heyətin hazırlıq məşqləri yer alıb.
4-11-2023, 16:12
Blinkendən Livanın Baş nazirinə təşəkkür


Blinkendən Livanın Baş nazirinə təşəkkür

ABŞ dövlət katibi Antoni Blinken Livanın baş naziri səlahiyyətlərini icra edən Nəcib Mikatiyə ölkəsini İsraillə müharibədən kənarda saxlamaq səylərinə görə təşəkkür edib.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Blinken livanlı həmsöhbətinə deyib ki, əslində bu, Livan xalqının istəmədiyi müharibədir.
ABŞ dövlət katibi Vaşinqtonun Qəzza zolağında mülki şəxslərə humanitar yardım göstərmək səylərini də müzakirə edib.
4-11-2023, 15:43
Rayonlarda işsizliklə bağlı vəziyyət kifayət qədər gərgindir - Deputat


Rayonlarda işsizliklə bağlı vəziyyət kifayət qədər gərgindir - Deputat

"Rayonlarda işsizliklə bağlı vəziyyət kifayət qədər gərgindir”.
Bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
“Heç də hamı aldığı aktivləri sona çatdırmaq üçün fəaliyyət göstərmir. Sizdə elə rəqəmlər varmı ki, verdiyiniz aktivlərin neçə hissəsi aidiyyəti üzrə istifadə olunur? Misal olaraq, kim ona verilən heyvanı kəsir və bununla da sahibkarlıq bitir. Təklif edirəm ki, bank sistemi ilə əlaqə quraraq aktivlərdən yaxşı yararlananlara aşağı faizlə kreditlər verilsin. Bunu aradan qaldırmaq üçün xeyli iş görmək lazımdır”, - o bildirib.
4-11-2023, 14:49
Nazir orta aylıq əməkhaqqından danışdı


Nazir orta aylıq əməkhaqqından danışdı

İlin sonuna orta aylıq əməkhaqqının məbləğində nə qədər artım olmasını biləcəyik.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
“Yaradılmış sığorta ehtiyatının investisiyaya yönəldilməsi məsələsi Prezidentin imzaladığı müvafiq fərman və sərəncamlara uyğun olaraq avqust ayından başlayıb: “Noyabr ayının 1-dək 600 milyon manat, son bir həftə ərzində də təxminən əlavə 200 milyon manat yerləşdirilib. Maliyyə qurumları ilə aktiv əməkdaşlıq edirik. Vəsaitlər əsasən ölkənin kapital bazarlarında yerləşdirilir”.
3-11-2023, 22:30
Mina terrorunun qurbanlarının sayı açıqlandı


Mina terrorunun qurbanlarının sayı açıqlandı

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münaqişədən sonra ölkədə qalan mina probleminin həll olunmamasından növbəti dəfə narahatlığını bildirib.
Nazirliyin "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş rəsmi açıqlamada Ermənistan silahlı qüvvələri tərəfindən yerləşdirilmiş minaların “Azərbaycan vətəndaşlarını öldürmək və şikəst etmək”də davam etdiyi bildirilir.
XİN bildirib ki, Tərtər rayonunda bu yaxınlarda baş vermiş mina partlayışı nəticəsində 24 yaşlı mülki vətəndaşın ayağı amputasiya olunub. Münaqişə bitdikdən sonra mina terroru qurbanlarının sayı 336 nəfərə çatıb.
3-11-2023, 21:46
Millimiz rəqibinə məğlub oldu


Millimiz rəqibinə məğlub oldu

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununa çıxıb.
Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Yığmamızın qollarını Eşqin Tağıyev vurub.
Azərbaycan millisi üçüncü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.
3-11-2023, 20:55
Rusiya və İranın XİN Başçıları danışıqlar apardı


Rusiya və İranın XİN Başçıları danışıqlar apardı

Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlar aparıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə olunub.
Lavrov Abdullahianla Qəzza zolağında davam edən silahlı qarşıdurmadan narahat olduqlarını bildiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!