Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
3-11-2023, 15:58
Ərdoğan Tokayevə TOGG elektromobili hədiyyə etdi


Ərdoğan Tokayevə TOGG elektromobili hədiyyə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə TOGG elektromobili hədiyyə edib.
Bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatının X Zirvə Toplantısından sonra Türkiyəyə qayıtmaq üçün Nursultan Nazarbayev adına Hava Limanına gedib, burada Tokayevə TOGG təqdim edib.
Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.
TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib. TOGG 2023-cü ilin yanvar-avqust aylarında T10X modeli ilə 3 min 400 tədarükü tamamlayaraq elektrikli avtomobil seqmentinin lokomotiv markası olmağı bacarıb.

3-11-2023, 15:35
Səfirimiz Gürcüstanın DİN rəhbəriylə görüşdü


Səfirimiz Gürcüstanın DİN rəhbəriylə görüşdü

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb.
Məlumatı Gürcüstan DİN yayıb.
Bildirilib ki, Faiq Quliyev Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Daxili İşlər Nazirliyinin nümayəndəliyinin rəhbəri, polis polkovniki Adil Bağırovu Vaxtanq Qomelauriyə təqdim edib.
Vaxtanq Qomelauri Adil Bağırovu polis attaşesi təyin edilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib.
Məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında hüquq-mühafizə sahəsindəki intensiv əməkdaşlığın vacibliyini vurğulayıblar.
“Tərəflər həmçinin perspektivlər barədə də danışıblar və gələcəkdə müxtəlif istiqamətlərdə əməkdaşlığı fəal şəkildə davam etdirməyə hazır olduqlarını bildiriblər”, - qurumun məlumatında bildirilib.
3-11-2023, 14:19
İranda güclü yanğın - 32 nəfər öldü


İranda güclü yanğın - 32 nəfər öldü

İranın şimalındakı Gilan əyalətinin Ləngərud şəhərində yerləşən narkoloji reabilitasiya mərkəzində güclü yanğın baş verib.
Hadisə nəticəsində azı 32 nəfər ölüb, 16 nəfər yaralanıb.
İlkin araşdırmalara görə, yanğına səbəb qızdırıcının alışması olub. Yanğın daha sonra mərkəzin qalan hissəsinə sıçrayıb.
Hadisəyə görə mərkəzin direktoru və bir neçə digər məsuliyyətli şəxs həbs edilib.
3-11-2023, 14:10
Bütün türk dövlətləri üçün vahid əlifba yaradılsın - Ərdoğan


Bütün türk dövlətləri üçün vahid əlifba yaradılsın - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün türk dövlətləri üçün vahid əlifbanın yaradılması təşəbbüsü ilə çıxış edib.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin Astanada keçirilən 10-cu liderlər sammitində deyib.
Onun sözlərinə görə, bu, dövlətlər arasında humanitar əlaqələri gücləndirər.
“Dil bizim birliyimiz üçün çox vacibdir, ortaq əlifba çox vacibdir. Prezidentlərin dəstəyi də çox önəmlidir. Ali Təhsil Şurasımız təşkilatın katibliyinə öz tövsiyələrini verdi. Ümid edirik ki, bu, yüksək qiymətləndiriləcək”, - deyə Ərdoğan bildirib.
O, 2024-cü ildə vahid əlifbanın yaradılmasına başlamaq üçün işə çağırıb. Türkiyə prezidentinin sözlərinə görə, bütün türk ölkələri qarşılaşdıqları problemlərlə effektiv şəkildə mübarizə aparmaq üçün birlikdə olmalıdırlar.
3-11-2023, 13:31
Nazir bağçalara ayrılan vəsaiti açıqladı


Nazir bağçalara ayrılan vəsaiti açıqladı

Maliyyə naziri Samir Şərifov bağçalarda ərzaq təminatı üçün ayrılan vəsaitin azaldılması ilə bağlı məsələyə aydınlıq gətirib.
Milli Məclisdə büdcə müzakirəsi zamanı nazir bu vəsaitin azalmasını təsdiqləyib.
"Doğurdan da azalma var. Amma söhbət maddələrdən gedir. Hazırda Elm və Təhsil Nazirliyi tək ərzaq xərcləri maddəsi üzrə bağçalarda qidalanma məsələlərini həll etmir, eyni zamanda isti yemək verilməsi yolu ilə ketrinq şirkətlərini bu işlərə cəlb edirlər. Artıq bağçalara isti yeməklər çatdırılır”, - deyə nazir bildirib.
3-11-2023, 13:08
İnternetin sürəti və qiyməti ilə bağlı vəziyyət yaxşı deyil - Deputat


İnternetin sürəti və
qiyməti ilə bağlı vəziyyət yaxşı deyil - Deputat


Azərbaycanda internetin sürəti və qiyməti ilə bağlı vəziyyət yaxşı deyil.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentdə büdcə müzakirələri zamanı deyib.
O qeyd edib ki, bu sahədə işlər görülür, müsbət irəliləyiş var.
"Amma xaricə gedəndə və orada interneti istifadə edəndə fərqi daha yaxşı başa düşürük. Bu problemin həll edilməsi ilə bağlı xərclər çox vaxt vətəndaşların üzərinə qoyulur. Şirkətlər xəttlərin dəyişdirilməsi, avadanlıqların alınması üçün vətəndaşlardan vəsait istəyir. Büdcədən vəsait ayrılır, ancaq tam nəticə əldə edə bilmirik. Bu sahədə nəzarət artırılmalıdır”, - deputat vurğulayıb.
3-11-2023, 13:03
Mirziyoyevə Türk Dünyasının Ali Ordeni təqdim edildi


Mirziyoyevə Türk Dünyasının Ali Ordeni təqdim edildi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib.
Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə türk xalqlarının inkişafında böyük xidmətlərinə görə Türk Dünyasının Ali Ordenini təqdim edib.


3-11-2023, 12:53
Blinken İsrailə yenidən səfər etdi


Blinken İsrailə yenidən səfər etdi

ABŞ dövlət katibi Antoni Blinken İsrailə yenidən səfər edib.
AFP-nin məlumatına görə, o, səhər saatlarında Təl-Əvivə enib.
Blinken səfəri zamanı Qəzza zolağında fələstinli mülki şəxslərin müdafiəsini müzakirə etmək niyyətindədir.
Onu müşayiət edən AFP jurnalistinin sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar və təhlükəsizlik kabinetinin iclasında iştirak planlaşdırılır.
3-11-2023, 12:31
Sabahın havası


Sabahın havası

Noyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Gecə və səhər zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-22° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.
3-11-2023, 12:06
Fransa ilə çoxşaxəli əməkdaşlığı davam etdirəcəyik -  Mirzoyan


Fransa ilə çoxşaxəli əməkdaşlığı davam etdirəcəyik - Mirzoyan

"Ermənistan Fransa ilə çoxşaxəli əməkdaşlığı davam etdirəcək".
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bunu parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin ilkin müzakirəsi zamanı deyib.
“Əlbəttə, biz digər dostlarımızla, məsələn, Fransa ilə çoxşaxəli əməkdaşlığımızı davam etdirəcəyik. Yüksək rütbəli məmurların qarşılıqlı səfərləri mütəmadi olaraq baş verir. Söhbət davam edir və davam edəcək”, - Mirzoyan bildirib.
O vurğulayıb ki, Ermənistan Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirməyə davam edəcək. Nazir Ermənistanın sərhədlərinin sabitliyi və təhlükəsizliyinin təmin edilməsində Aİ-nin mülki müşahidə missiyasının rolunu xüsusi qeyd edib.
“Biz şərti olaraq Avropa İttifaqı ilə əməkdaşlıq üçün yeni platformalar, yeni istiqamətlər, məsələn, siyasi dialoq və təhlükəsizlik dialoqu müəyyənləşdiririk”, - Mirzoyan bildirib.
Onun sözlərinə görə, Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi çərçivəsində həm Ermənistan, həm də Avropa İttifaqı tərəfindən yerinə yetirilməli olan öhdəliklər var. Bu kontekstdə nazir viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun başlandığını xatırladıb.
"Ermənistan da ABŞ-la münasibətlərə böyük önəm verir", - Mirzoyan söyləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!