Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
28-10-2023, 13:05
Çörəyin qiyməti ucuzlaşdı


Çörəyin qiyməti ucuzlaşdı

Azərbaycanda çörəyin qiymətində azalma müşahidə edilib.
60 qəpiyə satılan zavod çörəyinin qiyməti artıq 55 qəpikdir.
Bu da çörəyin qiymətinin daha 5 qəpik azalması deməkdir. Qeyd edək ki, son bir ayda Azərbaycanda un bahalaşıb.
Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində bir manata yaxın artım olub. Bu da ölkədə çörəyin qiymətinə necə təsir edəcəyi barədə suallara səbəb olurdu.
Xatırladaq ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.
28-10-2023, 12:51
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.
28-10-2023, 12:36
Qazaxıstanda matəm elan olundu


Qazaxıstanda matəm elan olundu

Qazaxıstanda Karaqanda yerləşən mədəndə baş verən parlayış qurbanlarının xatirəsinin yad edilməsi üçün oktyabrın 29-u matəm elan olunub.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. O, həmçinin hadiə yerinə gedib.
Qeyd edək ki, hadisə nəticəsində 21 nəfər həlak olub.
28-10-2023, 12:15
Vətən bizi səsləyir

ADPU-da “Qərbi Azərbaycana doğru - Vətən bizi səsləyir” mövzusunda tədbir keçirilib - FOTOLAR

Oktyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qərbi Azərbaycan İcması (QAİ) ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qərbi Azərbaycana doğru - Vətən bizi səsləyir” mövzusunda tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ictiami-siyasi xadimlər, elmi-pedaqoji ictimaiyyətin nümayəndələri və Qərbi Azərbaycan ziyalıları iştirak ediblər.
Tədbirdən əvvəl Filologiya fakültəsi tərəfindən hazırlanan “Zəfər guşəsi”nin açılışı olub. Guşə iki hissədən ibarətdir, - birinci hissədə Pedaqoji Universitetin Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş tələbə və məzunlarının adları əks olunub, ikinci hissədə isə “Dəmir yumruq” ətrafında Şuşa qalasının işğaldan azad olunmasını əks etdirən möhtəşəm kompozisiya tədqim olunur. Qeyd edək ki, ADPU-nun tələbə və məzunlarından I Qarabağ müharibəsində adları məlum olan 29 nəfər, Vətən müharibəsində 14 nəfər, 2022-ci ilin sentyabr döyüşlərində isə 1 məzunu şəhid olmuşdur. Onlardan 3 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır, 3 nəfəri isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Sonra ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın dəstəyi və təşəbbüsü ilə keçirilən tədbirdə iştirakçılar, Qərbi Azərbaycanın folklor sənəti nümunələri, tarixi, etnoqrafiyası ilə bağlı kompozisiyalar, kitab sərgisi və Dərələyəz mahalının tanınmış simalarının fotoşəkilləri ilə tanış olub, universitetdəki Heydər Əliyev muzeyini ziyarət ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda Dövlət Bayrağını ucaltmasını xatırladaraq, bu gün xalq olaraq möhtəşəm tarixi dövr yaşadığımızı vurğulayıb.
O bildirib edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətinin layiqli sərkərdəsi olan cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan öz gücü hesabına ərazi bütövlüyü və suverenliyini bərpa etdi, bu gün nəinki Qarbağ və Şərqi Zəngəzura qayıdırıq, eyni zamanda Qərbi Azərbaycana qayıdış konsepsiyasının reallaşdırılmasına başlanılıb.
Vurğulanıb ki, 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının yeni inzibati binasındakı nitqində Prezident İlham Əliyev İcma ziyalılarının qarşısında qərbi azərbaycanlıların öz tarixi vətənlərinə qayıda bilməsi üçün Azərbaycan dövlətinin köməyinə arxalana biləcəyini bəyan etdi. Ölkə başçısının bəyanatı 1997-ci ildə Prezident Heydər Əliyevin imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmandan irəli gələn vəzifələrin icrasına yönələn addımların davamı idi.

Bu, XIX əsrin sonları - XX əsrin əvvəllərindən bugünkü Ermənistan Respublikasının ərazisindən azərbaycanlıların minillik tarixi ərazilərindən zorla çıxarılması ilə başlayan və 100 ildən artıq davam edən prosesə qarşı hüquqi-siyasi mübarizənin başlanğıcı idi. Biz yüz minlərlə azərbaycanlının beynəlxalq konvensiyalarla təsbit olunan əzəli haqqına qovuşacağına inanırıq.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı v.i.e., QAİ-nin Dərələyəz mahalının Keşkənd rayonu üzrə icma sədri, prof. Mahirə Hüseynova və Paşalı rayonu üzrə icma sədri Faiq Xudayev mövzu ətrafında geniş məruzələr etdi. Məruzələrdə Qərbi Azərbaycan irsinin araşdırılması, Respublika və beynəlxalq səviyyədə təbliği bu gün informasiya və elm cəbhələrimizin önündə duran vacib vəzifələr kimi qeyd olunmuşdur. Bu istiqamətdə əsaslı elmi araşdırmaların aparılmasında mərhum akademik Həsən Mirzəyevin miqyaslı tətqiqatlarının mühüm mənbə rolunu oynadığı məruzəçilərin çıxışlarında xüsusi vurğulanmışdır.
Tədbirdə çıxış edənlərdən Milli Məclisin deputatları Fəzail Ağamalı, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, İcma nümayəndələrindən Səməd Vəkilov və Məhəmməd Rəsuloğlu, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, akademik Abel Məhərrəmov və başqaları əzəli torpaqlarımıza qayıdışla bağlı ali təhsil müəssisələrində bu tip geniş maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulamış, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğuna təşəkkür etmişlər.


Tədbir incəsənət nümayəndələri və Filologiya fakültəsində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvlərinin ifasında bədii hissə ilə davam etmişdir.
Sonda Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub, xatirə şəkili çəkdirilib.

[center]



28-10-2023, 09:00
Qazaxıstanda 11 şaxtaçı həlak oldu


Qazaxıstanda 11 şaxtaçı həlak oldu

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində 11 şaxtaçı həlak olub.
Bu barədə “Arcelormittal Temirtau” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qəza zamanı Kostenko şaxtasında 252 nəfər olub, 205 şaxtaçı səthə çıxarılıb. On bir şaxtaçının cəsədi tapılıb, daha 18 nəfər xəstəxanaya yerləşdirilib. Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib.
Xilasedicilər və hüquq-mühafizə orqanları qəza yerində işləri davam etdirir. Operativ qərargah yaradılıb. Karaqanda vilayətinin administrasiyasının rəhbəri, “Arcelormittal Temirtau” SC-nin baş direktoru və respublika baş prokurorunun birinci müavini şaxtaya gəliblər.
28-10-2023, 00:57
Rusiya İrəvanla əlaqələrə fasilə verdiyini bildirib - Kommersant


Rusiya İrəvanla əlaqələrə fasilə verdiyini bildirib - Kommersant

Rusiya və Ermənistan ikitərəfli münasibətlərin qiyabi aydınlaşdırılması formatında ilişib qalıblar.
Bunu "Kommersant" deyib.
Məqalədə bildirilir ki, dövlət başçıları təmasda deyil, iki ölkənin nümayəndələri mütəmadi olaraq ittihamlar mübadiləsi aparırlar.
Ermənistanın baş naziri Nikol Paşinyan media vasitəsilə siqnallar verir ki, İrəvan təhlükəsizlik sektorunda Rusiyanı əvəz edəcək qüvvə axtarır.
Moskva Ermənistan hakimiyyəti ilə dialoq yolu ilə deyil, müxtəlif yollarla izah etməyə çalışır ki, bunun alternativi yoxdur
Rusiyanın dövlət qurumlarındakı mənbə “Kommersant” İrəvanla “əlaqələrə fasilə verildiyini” bildirib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Nikol Paşinyana müsahibəsinə əsaslanan bəyanatı sübut edir.
28-10-2023, 00:42
Qaribaşvili Azərbaycan və Ermənistanla üçtərəfli görüşündən yazdı


Qaribaşvili Azərbaycan və Ermənistanla üçtərəfli görüşündən yazdı

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın Baş naziri Əli Əsədov və erməni həmkarı Nikol Paşinyanla üçtərəfli görüşü haqda yazıb.
Bu haqda Qaribaşvili feysbuk hesabında paylaşım edib.
“Tbilisi İpək Yolu Forumu” çərçivəsində Ermənistan və Azərbaycanın Baş nazirlərini qəbul etmək imkanım olduğuna görə çox şadam, biz Cənubi Qafqazın gələcəyini və hamımızın qarşılıqlı mənafeyi naminə həyata keçiriləcək irimiqyaslı regional layihələri müzakirə etdik. BMT tribunasında bəyan etdiyim sülh təşəbbüsü çərçivəsində, ölkələrimizin rifahı naminə regionda sülh, sabitlik və iqtisadi inkişaf istiqamətində səylərimizi davam etdirməyə hazırıq”, - Qaribaşvili bildirib.
28-10-2023, 00:13
Ermənistanın Bərdəni atəşə tutmasından 3 il keçir


Ermənistanın Bərdəni atəşə tutmasından 3 il keçir

Ermənistanın Vətən müharibəsinin gedişində Bərdəni növbəti dəfə atəşə tutmasından 3 il ötür.
2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib.
Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Xatırladaq ki, oktyabrın 27-si saat 16 radələrində isə təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndi ağır artilleriyadan atəşə tutulub. Nəticədə 5 dinc sakin həlak olub, 13 nəfər yaralanıb.
Vətən müharibəsinin gedişində - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək 5, 8, 27, 28 oktyabr və 7 noyabrda Bərdə rayonunun müxtəlif silahlardan, raket və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaq, 8-i qadın, 19-u kişidir.
27-10-2023, 23:54
HƏMAS atəşkəs müqabilində girovları azad edəcək


HƏMAS atəşkəs müqabilində girovları azad edəcək

HƏMAS beş günlük atəşkəs müqabilində əcnəbi girovları azad edəcək.
Bunu HƏMAS lideri Əli Barakeh "Financial Times" qəzetinə deyib.
O əlavə edib ki, İsrail vətəndaşlarının azad edilməsi üçün əlavə şərtlər qoyulacaq.
Bərakeh HƏMAS-ın əsir götürdüyü İsrail əsgərlərini azad etməyəcəyini və onları əsir mübadiləsi üçün buraxacağını bildirib.
İsrailin məlumatına görə, HƏMAS yaraqlıları 229 nəfəri girov saxlayır.
27-10-2023, 22:17
İsrail ordusu Qəzza zolağında quru fəaliyyətini genişləndirdi


İsrail ordusu Qəzza zolağında quru fəaliyyətini genişləndirdi

İsrail ordusunun sözçüsü Daniel Hajari Qəzza zolağında quru qüvvələrinin fəaliyyətinin genişləndirildiyini açıqlayıb.
Bu barədə "Ynet" portalı məlumat yayıb.
Bir saat əvvəl Qəzza sakinləri bildiriblər ki, İsraildən kütləvi hava hücumu həyata keçirilir. Qəzza zolağında internet bağlantısı yoxdur. Sektorun sərhəddində İsrail tankları və artilleriyasına rast gəlinib.
“İsrail Hərbi Hava Qüvvələri yeraltı hədəflərə və terror infrastrukturlarına hücumda çox fəaldır. Son bir neçə gün ərzində həyata keçirdiyimiz hücum fəaliyyətindən sonra quru qoşunları bu gün axşam saatlarında fəaliyyətini genişləndirir”, - deyə İsrail ordusunun sözçüsü bildirib.
"Biz Qəzzada və ətrafında irəliləməyə davam edəcəyik", - sözçü əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!