Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
18-10-2023, 18:18
Azərbaycan və İran XİN Başçıları görüşdü


Azərbaycan və İran XİN Başçıları görüşdü

18 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, çoxtərəfli regional əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Son zamanlar iki ölkə arasında artan ikitərəfli təmasların, ikitərəfli iqtisadi komissiya çərçivəsində keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub. Bu təmasların iki ölkə arasında gündəkdə duran bəzi məsələlərin həlli üçün də vacib olduğu bildirilib.
Nazir Ceyhun Bayramov, post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gündəliyinin perspektivləri, habelə Qarabağ bölgəsində görülən anti-terror tədbirlərindən sonra bölgədə həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.
Sülh gündəliyinin irəlilədilməsi istiqamətində yaranmış imkanlardan bəhs edən nazir Ceyhun Bayramov, xüsusilə bölgədə nəqliyyat və kommunikasiyaların inkişafı və genişləndirilməsi istiqamətində 6 oktyabr 2023-cü il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”nun imzalanmasının əhəmiyyətini qeyd edib.
Ölkəmizin bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, regional əməkdaşlığın təşviqində qərarlı olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
18-10-2023, 18:08
Ərdoğan bayram münasibətilə Azərbaycanı təbrik etdi


Ərdoğan bayram münasibətilə Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Türkiyə lideri bununla bağlı sosial şəbəkədə paylaşım edib.
“Dünyada tayı bərabəri olmayan bir qardaşlığa sahib olduğumuz Can Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibətilə ürəkdən təbrik edirəm. Prezident İlham Əliyev qardaşıma və bütün Azərbaycan xalqına bu qürur günü vəsiləsi ilə Türkiyənin salamını çatdırıram”, - o qeyd edib.
18-10-2023, 17:57
Amsterdamda Xankəndidə bayrağımızın ucaldılması şərəfinə poçt markaları çap edildi


Amsterdamda Xankəndidə bayrağımızın ucaldılması şərəfinə poçt markaları çap edildi

Niderland Krallığının Amsterdam şəhərində Azərbaycanın Xankəndi şəhərində şanlı Azərbaycan Bayrağının dalğalanmasını əks etdirən poçt markaları çap edilib.
Amsterdamda yaşayan diaspor fəalı Səltənət Rəvanqızının təşəbbüsü ilə “Azərbaycanın inciləri” layihəsi çərçivəsində buraxılan markanın üzərində “Qarabağ Azərbaycandır!” və “Xankəndi” sözləri yazılıb.
Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.
Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmasına yerli ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə həyata keçirilib.
Qeyd edək ki, indiyədək “Azərbaycan inciləri” layihəsi çərçivəsində Amsterdamda “Heydər Əliyev - 100”, “Xarı bülbül”, “Şuşa”, “Nizami Gəncəvi - 880”, “Üzeyir Hacıbəyov”, “Fikrət Əmirov”, “Cövdət Hacıyev”, “Əminə Dilbazi”, “Rəşid Behbudov”, “İsmayıl Şıxlı”, “Sakit Məmmədov”, “Albert Aqarunov”, “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov” adlı markalar çap edilib.
18-10-2023, 17:42
Avropa İttifaqından Azərbaycanla bağlı təbrik paylaşımı


Avropa İttifaqından Azərbaycanla bağlı təbrik paylaşımı

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan xalqını təbrik edib.
Bu barədə Aİ Nümayəndəliyinin "Facebook" hesabında paylaşım edilib.
"Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan xalqını 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Azərbaycana sülh və əmin-amanlıq arzu edirik", paylaşımda qeyd olunub.
18-10-2023, 17:05
Türkiyədə 3 günlük matəm elan olundu


Türkiyədə 3 günlük matəm elan olundu

Qəzzadakı müharibədə həyatını itirənlərlə bağlı Türkiyədə 3 günlük matəm elan olunub.
Bu barədə hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) məlumat yayıb.
Bildirilib ki, Qəzzadakı xəstəxanaya hücumla əlaqədər ölkədə matəm elan olunur. Bu barədə Prezident sərəncam imzalayıb.
Sabah bir çox yerlərdə bayraqlar yarıya endiriləcək.
Qeyd edək ki, Qəzzadakı xəstəxanaya dünən hücum olub. Hadisə nəticəsində 400-dən çox adam ölüb. HƏMAS və İsrail bir-birilərini ittiham edirlər.
18-10-2023, 16:53
Kral İlham Əliyevə təbrik məktubu göndərdi


Kral İlham Əliyevə təbrik məktubu göndərdi

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqilliyinin Bərpası Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq.
Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik.
Zati-alinizə xoş arzularımızı və ehtiramımızı bildiririk".
18-10-2023, 16:51
XİN Başçısı İsrail-Fələstin münaqişəsindən danışdı


XİN Başçısı İsrail-Fələstin münaqişəsindən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələrlə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında iştirak edib.
Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən iclasda çıxış edən nazir, Azərbaycanın son hadisələrdən və İsrail-Fələstin münaqişəsi zonasında artan eskalasiyadan dərin narahatlığını vurğulayıb.
XİN rəhbəri, təcili de-eskalasiyaya və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib.
18-10-2023, 16:46
Oğul Koçaryanın vəkili: "Məhkəmənin hərəkətləri qanunsuzdur"


Oğul Koçaryanın vəkili: "Məhkəmənin hərəkətləri qanunsuzdur"

"Məhkəmənin hərəkətləri qanunsuzdur".
Bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Levonun vəkili Erik Aleksanyan jurnalistlərə müvəkkilinə qarşı məhkəmə prosesi haqqında danışarkən söyləyib.
O bildirib ki, hakim bu gün müdafiəçilərin bütün vəsatətlərini rədd edib: "O, imtinaya və açıq iclas keçirməyə razı olmayıb. Məhkəmə və istintaq zamanı baş verənlərin hüquq və ədalətlə heç bir əlaqəsi yoxdur".
Qeyd edək ki, oğul Koçaryan sentyabrda müxalifətin Ermənistan hakimiyyətinə qarşı itaətsizlik aksiyalarından birində saxlanılıb.
18-10-2023, 16:39
İsrail və HƏMAS arasındakı münaqişə fərqli bir müharibədir - Bayden


İsrail və HƏMAS arasındakı münaqişə fərqli bir müharibədir - Bayden

İsrail və HƏMAS arasındakı münaqişə fərqli bir müharibədir.
Bunu İsrailə səfər etmiş ABŞ prezidenti Co Baydenlə görüşən Benyamin Netanyahu söyləyib.
İsrailin baş naziri Benyamin Netanyahu ölkəsi ilə Qəzza zolağında Fələstinin Həmas hərəkatı arasında münaqişənin çətin və uzunmüddətli olacağını deyib.
Netanyahu, həmçinin qeyd edib ki, İsrail Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün işi davam etdirəcək və Fələstin anklavında mülki itkiləri minimuma endirmək üçün səylərini davam etdirəcək.
18-10-2023, 16:29
Şuşada seysmik stansiya istifadəyə veriləcək


Şuşada seysmik stansiya istifadəyə veriləcək

Türkiyə Daxili İşlər Nazirliyinin tabeliyindəki Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) Agentliyinin (AFAD) AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) hədiyyə etdiyi quyudibi seysmik stansiyanın quraşdırılması istiqamətində texniki işlər davam etdirilir.
Bununla bağlı RSXM-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov Şuşada səfərdə olub.
Hazırda quyudibi stansiyanın yerləşdiriləcəyi quyunun qazılması prosesi davam edir. Şuşa seysmik stansiyasının bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, RSXM tərəfindən Qarabağda, eləcə də digər ətraf rayonlarda da seysmik və geofiziki stansiyasının quraşdırılması nəzərdə tutulur və hazırda bu istiqamətdə işlər davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!