Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
18-10-2023, 13:35
Türkiyə XİN-dən Azərbaycana təbrik mesajı


Türkiyə XİN-dən Azərbaycana təbrik mesajı

Türkiyə Xarici İşləri Nazirliyi Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bu barədə Türkiyə XİN “X” platformasında paylaşım edib.
“Müstəqilliyinin bərpasının 32-ci ildönümündə Can Azərbaycanı təbrik edirik!”, – paylaşımda qeyd edilib.
18-10-2023, 12:44
Füzulidə inzibati binanın inşası üçün 12 hektardan çox sahə ayrılıb


Füzulidə inzibati binanın inşası üçün 12 hektardan çox sahə ayrılıb

Prezident İlham Əliyevin oktyabrın 16-da Füzuli şəhərində təməlini qoyduğu inzibati binanın inşası üçün şəhərin mərkəzi ərazisində 12 hektardan çox sahə ayrılıb.
Bunu şəhərə təşkil olunmuş mediaturda Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov bildirib.
O qeyd edib ki, inzibati binanın inşası üçün isə 4,4 hektardan çox ərazi nəzərdə tutulub. Burada parad meydanı, bir hektar sahədə park inşa olunacaq. Bundan başqa, digər regional qurumlar üçün də ərazi nəzərdə tutulub. Beş mərtəbədən ibarət inzibati binada ən müasir şərait yaradılacaq.
18-10-2023, 12:20
Kreml Paşinyanın Avropa Parlamentindəki son çıxışını pislədi


Kreml Paşinyanın Avropa Parlamentindəki son çıxışını pislədi

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki son çıxışını tam məsuliyyətsizlik və provokativ hesab edir.
Bu barədə “Ria Novosti”yə Moskvadakı yüksək rütbəli mənbə bildirib.
Paşinyanın xüsusən də Rusiya-Ermənistan münasibətləri ilə bağlı fikirləri təxribat xarakterli çıxış kimi qiymətləndirilib.
“Biz Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı fikirlərini tamamilə məsuliyyətsiz və təxribat xarakterli hesab edirik”.
“Biz görürük ki, onlar Ermənistanı necə 3 nömrəli Ukraynaya (Moldovanı 2 nömrəli Ukrayna hesab etsək) çevirməyə çalışırlar, Paşinyan isə Vladimir Zelenskinin yolu ilə sıçrayış edir”, - mənbə əlavə edib.
18-10-2023, 12:03
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz yağışda fasilə olacaq.
Cənub-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa qalxacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.
17-10-2023, 23:05
Füzuli Şəhəri Günü möhtəşəm atəşfəşanlıqla başa çatdı


Füzuli Şəhəri Günü möhtəşəm atəşfəşanlıqla başa çatdı

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə keçirilən Şəhər günü maraqlı konsert və təqdimatlarla yadda qalıb.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbir çərçivəsində günün sonunda "Natiq" ritm qrupu və müğənni Murad Arifin Füzuli sakinləri üçün konsert proqramları təqdim olunub.
Tamaşaçılar ifaları hərarətlə qarşılayıblar. Füzuli Şəhəri Günü möhtəşəm atəşfəşanlıqla başa çatıb.
17-10-2023, 22:49
Jurnalist intihar edən həyat yoldaşıyla bağlı yayılan xəbərlərə rəy bildirdi


Jurnalist intihar edən həyat yoldaşıyla bağlı yayılan xəbərlərə rəy bildirdi

Tanınmış jurnalist Türkan Məmmədli ötən gün intihar edən həyat yoldaşı Orxan Məmmədli ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
O, bu barədə özünün instaqram hesabında paylaşım edib.
“Faciəmdən reytinq tutanlara haqqımı halal etmirəm. Orxanı sevib ailə qurmuşam, gözəl ailəm olsun deyə daima çabalamışam. İki gözəl oğlumuz var, rəsmən boşanmamışdıq. Onun vəfatı mənə çox ağır gəlir. İnsanlığınız olsun, qoyun dərdimi çəkim. Dünyam uçub, siz şər-böhtan, reytinq hayındasınız. Orxanın ruhunu incitməyin” - T.Məmmədli yazıb.
17-10-2023, 21:16
18 yaşım olanda Xaçaturyanın işgəncələrinə məruz qalmışam - Xocalı sakini


18 yaşım olanda Xaçaturyanın işgəncələrinə məruz qalmışam - Xocalı sakini

Hələ 18 yaşım olanda Vaqif Xaçaturyanın işgəncələrinə məruz qalmışam.
Bunu Xocalı rayonunun Meşəli kənd sakini Məmməd Kazımov deyib.
M.Kazımov fikirlərinə belə davam edib: “Xankəndidə sürücülük məktəbini bitirmişəm. Meşəlidən olan tanışlarımla imtahan verməyə getmişdik. Qəfildən yolumuzu 50-60 nəfər kəsdi, bizi Xankəndi şəhər polis şöbəsinə apardılar. Orada amansız işgəncələrə məruz qaldıq. Şöbədə olduğumuzun səhəri günü Vaqif Xaçaturyan da gəldi. Elə bildim ki, Meşəlidən olduğu üçün bizə kömək edə bilər. Polislərdən birindən bizim kim olduğumuzu soruşdu. Dedilər ki, Meşəlidəndirlər. Polis məni göstərib dedi ki, bu uşağı nə qədər döyürük xeyri yoxdur, elə Qarabağ bizimdir qışqırır. Bundan sonra Vaqif Xaçaturyan mənə işgəncə verməyə başladı. Axırda biçaqla ayaq damarımı kəsdi ki, qanaxmadan ölüm. Növbəti gün bizi rus mayor xilas elədi. Bizi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə qoyub qayıtdılar”.
1991-ci ilin dekabrında baş verən Meşəli hadisələrindən danışan həmsöhbətim deyib: “O zaman özünümüdafiə dəstəsində döyüşçü idim. Bilirdim ki, Xaçaturyan qarşı tərəfin dəstə rəhbəridir. Biz onların rabitə aparatlarına qoşulurduq, Xaçaturyanı səsindən tanıyırdıq. Onlar bundan əvvəl rayonun Cəmilli kəndinin sakinlərinə divan tutmuşdular. Bizi təhdid edirdi ki, Meşəlini Cəmillidən də betər edəcəyik. Azərbaycan dilində deyirdi ki, əlilləri, qocaları, qadınları kənddən çıxarın. Biz Vaqifi səsindən tanıyırdıq, həm də qarşı tərəfdən girov götürüb onlardan söz alırdıq. Etiraf edirdilər ki, qruplardan birinin rəhbəri Vaqif Xaçaturyandır. Ümumilikdə, Xocalı hadisələrində 46 nəfər yaxınımı itirmişəm. Danmağına baxmayaraq, Vaqif Xaçaturyan təkcə Meşəlidə deyil, digər ərazilərdə də insanlara işgəncə verib”.
17-10-2023, 20:32
Ermənistan və İranın XİN Başçıları telefon danışığı apardı


Ermənistan və İranın XİN Başçıları telefon danışığı apardı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
İran XİN rəhbərinin təşəbbüsü ilə baş tutan telefon danışığında iki ölkə liderləri səviyyəsində müzakirə olunan istiqamətlər və formatlar üzrə əməkdaşlıq, eləcə də Ermənistan-İran ikitərəfli gündəliyinin təşviqi müzakirə olunub.
Telefon danışığı zamanı tərəflər Cənubi Qafqaz və Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi də aparıblar.
17-10-2023, 20:07
Gürcüstan hərbi aviasiyasını modernləşdirib - Müdafiə naziri


Gürcüstan hərbi aviasiyasını modernləşdirib - Müdafiə naziri

Gürcüstan hərbi aviasiyasının əhəmiyyətli hissəsi bərpa olunub və modernləşdirilib.
Bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze parlamentdə çıxışı zamanı bildirib.
Nazir deyib ki, hərbi təyyarə və helikopterlərin əhəmiyyətli hissəsi artıq yenilənib. Onun sözlərinə görə, ölkədə hərbi aviasiyanın bərpası və modernləşdirilməsi baxımından mühüm addımlar atılıb. Bu proses hazırda fəal şəkildə davam edir və gələcəkdə də davam etdiriləcək.
Bu gün Gürcüstanın hərbi aviasiyasında SU-25, UH-1H helikopterləri, həmçinin Mİ-8, MTV və Mİ-24 tipli helikopterlər saz vəziyyətdədir.
Həmçinin L39 və AN-2 döyüş təlimçilərinin hazırlanmasına, təlim təyyarələrinin bərpasına başlanılıb və yaxın vaxtlarda işlər başa çatdırılacaq.
17-10-2023, 19:37
Ukrayna ilk dəfə Rusiyaya qarşı bu raketlərdən istifadə etdi


Ukrayna ilk dəfə Rusiyaya qarşı bu raketlərdən istifadə etdi

Oktyabrın 17-də Ukrayna ilk dəfə Rusiya ordusuna qarşı ABŞ istehsalı ATACMS raketlərindən istifadə edib.
Bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Məsələ ilə yaxından tanış olan məmurların nəşrə verdiyi məlumata görə, bir neçə gün əvvəl gizli şəkildə Ukraynaya təxminən 160 km mənzilli ATACMS raketləri göndərilib. Bildirilir ki, ötən gecə Ukrayna silahlı qüvvələri bu raketlərlə Berdyansk aerodromunda və Luqanskda rus hərbçilərinə zərbə endirib.
“Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov "Telegram"da bildirib ki, Zaporojye vilayətinin Berdyansk şəhərində Amerika ATACMS operativ-taktiki raketinin M74 kasetli sursatları aşkar edilib. Onun sözlərinə görə, Berdyanskı vurmaq üçün GLSDB raketlərindən də istifadə edilib.
Rusiya Federasiya Şurasının Zaporojye vilayəti üzrə üzvü Dmitri Roqozin də bölgədə tapılan ATACMS raketinin elementləri barədə məlumat verib və onların fotoşəkillərini dərc edib. Onun sözlərinə görə, ötən gecə Ukrayna hərbçiləri bu raketlərlə Berdyansk ətrafına hücum ediblər.
Bu gün səhər saatlarında Ukrayna prezidenti Volodimir Zelenski Berdyanska zərbə endirərkən yeni növ silahdan istifadə edilməsinə eyham vurub və Rusiya qoşunlarının “logistikasını və bazalarını məhv edən” hər kəsə təşəkkür edib. “Bəzi tərəfdaşlarımıza təşəkkür edirəm. Razılaşdığımız kimi effektiv silahdır”, - o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!