“Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                       
19-09-2023, 15:40
[center]Yeni quraşdırılmış reklam lövhəsi aşdı - Bir nəfər xəsarət aldı[/center]


Yeni quraşdırılmış reklam lövhəsi aşdı - Bir nəfər xəsarət aldı

Naxçıvanda yeni quraşdırılan reklam lövhəsi aşıb, xəsarət alan var.
Hadisə bu gün şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Yeni quraşdırılan reklam lövhəsinin aşması nəticəsində 1963-cü il təvəllüdlü Naxçıvan şəhəri Tumbul kənd sakini Qafarova Zimilə Həsən qızı xəsarət alıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
19-09-2023, 15:37
Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı


Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Gündəliyə Azərbaycanın lokal antiterror tədbirləri daxil edilib.
19-09-2023, 15:32
Latviya Belarusla olan sərhəd-keçid məntəqəsini bağladı


Latviya Belarusla olan sərhəd-keçid məntəqəsini bağladı

Latviya Belarusla sərhəddə yerləşən "Silene" sərhəd-keçid məntəqəsinin işini dayandırıb.
Bu barədə "Deutsche Welle" məlumat yayıb.
Bildirilib ki, Belarus-Latviya sərhədindəki iki sərhəd-keçid məntəqəsindən biri olan “Silene” bağlanıb.
Bu qərarı Latviya hökuməti qəbul edib. Sərhədin qanunsuz keçilməsi hallarının çox olması ilə əlaqədar buraxılış məntəqəsinin fəaliyyətinin dayandırılması qərara alınıb. Başqa yerlərdə sərhədin mühafizəsinə 40-50-yə yaxın sərhədçi göndəriləcək.
Bu keçid məntəqəsindən gündə orta hesabla 600 nəfər və 85-87 yük maşını keçirdi. Belarus-Latviya sərhədində ikinci “Qriqorovşina-Paternieki” keçid məntəqəsi fəaliyyətini davam etdirəcək.
19-09-2023, 15:23
Şuşa yolunda minaya düşən mülki şəxslərin fotosu


Şuşa yolunda minaya düşən mülki şəxslərin fotosu

Xəbər verdiyimiz kimi, bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb.
Bildirilib ki, nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.
Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı müvafiq araşdırma aparılır.
Butov.az həlak olan şəxslərin fotolarını təqdim edir:

19-09-2023, 15:06
Mirzoyan norveçli həmkarıyla Cəbubi Qafqazı müzakirə etdi


Mirzoyan norveçli həmkarıyla Cəbubi Qafqazı müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan norveçli həmkarı Anniken Huiltfeldtlə görüşüb.
Bu barədə erməni nazir X-də paylaşım edib.
Bildirilib ki, görüş BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində ABŞ-da baş tutub.
Qeyd olunub ki, tərəflər ikitərəfli siyasi dialoqu və Norveçin Ermənistandakı islahatlara dəstəyini müzakirə ediblər. Məlumata görə, həmçinin Cənubi Qafqazdakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
19-09-2023, 14:57
Xocalı və Qırmızı Bazar istiqamətində ermənilərin döyüş mövqeləri darmadağın edildi


Xocalı və Qırmızı Bazar istiqamətində ermənilərin döyüş mövqeləri darmadağın edildi

Xocalı rayonu və Qırmızı Bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri bölmələrimizin sərrast atəşi nəticəsində məhv edilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.



19-09-2023, 14:32
Erməni silahlı qüvvələri Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılmalıdır - XİN


Erməni silahlı qüvvələri Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılmalıdır - XİN

"Erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılmalı, qondarma rejim buraxılmalıdır".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanatında qeyd olunub.
"Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır", - bəyanatda vurğulanıb.
19-09-2023, 14:24
Qarabağdakı mülki ermənilərə çağırış olundu


Qarabağdakı mülki ermənilərə çağırış olundu

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir.
Tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi ən son yaydığı məlumatda bəyan edib.
"Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırırıq. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır.
Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq.
Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq.
Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb",- Müdafiə Nazirliyi bildirib.
19-09-2023, 14:22
Zaxarova Rusiyanın dördtərəfli görüşlə bağlı təklif almadığını bildirdi


Zaxarova Rusiyanın dördtərəfli görüşlə bağlı təklif almadığını bildirdi

"Rusiya Federasiyası Türkiyədən Ermənistan-Azərbaycan nizamlanması üzrə dördtərəfli görüşün keçirilməsi ilə bağlı rəsmi təkliflər almayıb".
Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.
19-09-2023, 14:21
Zaxarova: “Moskva İrəvanla çoxşaxəli əməkdaşlığın inkişafına sadiqdir”


Zaxarova: “Moskva İrəvanla çoxşaxəli əməkdaşlığın inkişafına sadiqdir”

"Moskva İrəvanla çoxşaxəli əməkdaşlığın inkişafına sadiqdir".
Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
"Rusiya ikitərəfli və regional gündəmdə qarşılıqlı anlaşmanın dərinləşməsinin tərəfdarıdır. Moskvanın KTMT üzrə müttəfiqi ilə əlaqələri inkişaf etdirməyə, Ermənistanın cənubunda humanitar, sosial-iqtisadi mövcudluğunu gücləndirməyə ciddi münasibətinin təsdiqlərindən biri yeni Rusiya diplomatik missiyasının yaradılmasıdır.
Sentyabrın əvvəlində bir qrup rusiyalı diplomat Baş Konsulluğun açılışına hazırlaşmaq üçün Qafan şəhərinə gedib. Bu, regionlararası əlaqələrin qurulmasını, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqəni sadələşdirəcək, işgüzar əlaqələrin imkanlarını genişləndirəcək", - deyə o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!