Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
21-09-2023, 18:31
Yasamal rayonunda Narkomaniyaya qarşı maarifləndirici tamaşa göstərilib

Yasamal rayonunda Narkomaniyaya qarşı maarifləndirici tamaşa göstərilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə «Miqrasiya Sahəsinin
İnkişafı» İctimai Birliyi tərəfindən icra edilən «Narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirləri» layihəsi çərçivəsində, 2
saylı Bakı Baza Tibb Kollecində Bakı Uşaq və Gənclər Teatrının təqdimatında «Həyatla Oyun» tamaşası göstərilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla başlayan tədbirdə çıxış edən layihə rəhbəri Vidadi Fətullayev, 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı,bu sahədə ölkəmizdə hüquq-mühafizə orqanları və müvafiq dövlət qurumları tərəfindən görülən işlər, 102 və 802 qaynar xəttləri haqqında məlumat verdi, narkomaniya və tütündən istifadəyə qarşı mübarizə və maarifləndirmə işlərində dövlət qurumları ilə yanaşı ictimaiyyətin də fəal rol almasının vacib olduğunu qeyd etdi və gəncləri narkomaniya bəlasına və zərərli vərdişlərə qarşı birlikdə mübarizə aparmağa çağırdı. Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin azyaşlılarla iş üzrə şöbəsinin məsul işçisi Emin Babayev dövlətimizin gənclərə qayğısından, Yasamal rayonu ərazisində gənclər arasında narkomaniyaya qarşı həyata keçirilən maarifləndirmə tədbirlərindən və onların əhəmiyyətindən danışdı və tələbələrə uğurlar arzuladı.Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov, təmsil etdiyi qurumun fəaliyyəti, narkotik vasitələrin insan sağlamlığına zərərləri barədə məlumat verdi və maarifləndirici tamaşanı hazırlayan teatrın yaradıcı heyətinə təşəkkürlərini bildirdi.
Maarifləndirici buklet və kitabçaların paylandığı tədbirin davamında, aktyorların yüksək peşəkarlıqla təqdim etdiyi tamaşa tədbir iştirakçıları tərəfindən böyük maraqla və alqışlarla qarşılandı.

Vidadi Fətullayev
«Miqrasiya Sahəsinin İnkişafı» ictimai birliyinin sədri




21-09-2023, 17:53
Rusiyada benzin və dizelin ixracına məhdudiyyətlər tətbiq olundu


Rusiyada benzin və dizelin ixracına məhdudiyyətlər tətbiq olundu

Rusiya benzin və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Bu barədə Rusiya Nazirlər Kabinetinin saytında qeyd olunub.
Məlumata görə, Rusiyanın baş naziri Mixail Mişustinin sözügedən sənədi imzalamasına səbəb daxili bazarda qiymətlərin sabitləşdirilməsi zərurəti olub.
Məhdudiyyətlərin təfərrüatları barədə məlumat verilməyib.
21-09-2023, 17:42
Ukrayna və Polşanın dövlət başçıları görüşdü


Ukrayna və Polşanın dövlət başçıları görüşdü

Ukrayna və Polşanın dövlət başçıları Volodimir Zelenski və Anjey Duda Litva prezidenti Gitanas Nausedanın vasitəçiliyi ilə Nyu-Yorkda görüşüblər.
Danışıqlar zamanı Ukrayna taxılının Polşa vasitəsilə daşınmasının sadələşdirilməsi və Litva ərazisindən tranzitin artırılması müzakirə olunub.
Nausda ölkələr arasında fikir ayrılıqlarının mümkün qədər tez həll edilməli olduğunu vurğulayıb:
“Ukrayna və Polşa arasındakı fikir ayrılıqları ümumi, ən vacib məqsəd naminə mümkün qədər tez həll edilməlidir - Avropanı Rusiyanın təcavüzkar siyasətindən qorumaq. Dəstək verməkdə Polşanın mövqeyi müstəsnadır. Həll yolları tapılmalıdır, çünki böhranın daha da dərinləşməsi məsuliyyətsizlik olardı”.
Həmçinin məlum olub ki, Polşanın baş naziri Mateuş Moraveyskinin Ukraynaya silah göndərilməsinin dayandırılması ilə bağlı bəyanatı Polşa Xarici İşlər Nazirliyi üçün sürpriz olub, çünki o, bunu departamentlə əlaqələndirməyib.
21-09-2023, 16:52
Sülhməramlıların Qarabağda həlak olması ilə bağlı araşdırma aparılır - Peskov


Sülhməramlıların Qarabağda həlak olması ilə bağlı araşdırma aparılır - Peskov

“Rusiya sülhməramlılarının Qarabağda həlak olması ilə bağlı araşdırma aparılır".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağdakı insanlara kömək etmək üçün hər cür səy göstəriblər: "Rusiya Federasiyası Qarabağda davamlı atəşkəsə və evakuasiya edilmiş mülki şəxslərin geri qaytarılması ehtimalına ümid edir".
Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, Qarabağda nəqliyyat dəhlizlərinin açılması ilə bağlı hələlik heç bir konkretlik yoxdur. Peskov bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlamaq üçün bütün ilkin şərtlər var.
21-09-2023, 16:40
Pakistanda parlament seçkilərinin tarixi açıqlandı


Pakistanda parlament seçkilərinin tarixi açıqlandı

Pakistanda parlament seçkiləri 2024-cü il yanvarın sonuncu həftəsinə təyin edilib.
Bu barədə Pakistan Seçki Komissiyası məlumat yayıb.
Açıqlamada seçkilərin keçiriləcəyi günlə bağlı dəqiq məlumat verilməyib.
Seçkilərdə 127 milyon şəxs səs verəcək.
21-09-2023, 16:31
Xaricdə təhsil almış şəxslərin peşə tanınması üzrə imtahan keçiriləcək


Xaricdə təhsil almış şəxslərin peşə tanınması üzrə imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi 1 oktyabr 2023-cü il tarixində xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək.
Bu barədə DİM-dən xəbər verilib.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.
İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçilər ixtisasları üzrə proqramla müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.
Təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunacaq. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.
İmtahan 1 oktyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) kompüter vasitəsilə keçiriləcək.
Qeyd edək ki, imtahanda iştirak edəcək ərizəçilərə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvafiq məlumat verilir.
21-09-2023, 16:22
XİN-dən Fransaya tutarlı cavab


XİN-dən Fransaya tutarlı cavab

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona tərəfindən səsləndirilən olduqca məsuliyyətsiz açıqlamalar bölgədə mövcud reallıqların təhrif edilməsinə yönəlib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Avropa və xarici işlər nazirinin Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinə qarşı görülən antiterror tədbirlərinin nəticələri ilə bağlı fikirlərinə dair şərhinə cavab olaraq bildirilib.
Qeyri-qanuni erməni silahlı qüvvələrinin mümkün hərbi təxribatlarının və terror aktlarının qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən öz suveren ərazilərimizdə həyata keçirilən yerli antiterror tədbirləri, beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə reallaşdırılıb.
Fransanın Ermənistan rəhbərliyi tərəfindən erməni silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsini, hərbi-siyasi təxribatların törədilməsini, o cümlədən Ermənistan Baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə 2 sentyabr tarixində ünvanladığı məsuliyyətsiz təbrik mesajını qınamaq əvəzinə, Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri separatizm və Ermənistan daxilindəki revanşist qüvvələrin təşviqdən başqa bir şey deyil.
Fransanın BMT Təhlükəsizlik Şurasının öncəki iclaslarında Azərbaycanı təkləmək cəhdlərinin uğursuzluğa düçar olmasına baxmayaraq, bu ölkənin növbəti dəfə Təhlükəsizlik Şurasından bölgəni məhdud şəkildə anlayan siyasəti və mövcud həqiqətlərin danılması üçün istifadə etmək cəhdi təhlükəli olmaqla yanaşı, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinə xidmət etmir.
Azərbaycan heç vaxt dinc erməni sakinləri hədəf almayıb, erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası prosesini həyata keçirməyə və Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində onların hüquq və təhlükəsizliyinin təmin edilməsinə sadiqdir. Bu xüsusda, Fransanın erməni sakinlərin mövcud olmayan «kütləvi deportasiyası» ilə bağlı iddiası yalnız bu ölkənin Azərbaycana qarşı növbəti ittihamları səsləndirməsi üçün mövcudluğuna ümid bəslədiyi bir düşüncədir.
Bütün qeyri-qanuni silahlı birləşmələrin qısa zaman ərzində tam tərksilah edilməsi və çıxarılması, habelə qanunsuz qondarma rejiminin buraxılması, mərkəzi hökumət nümayəndələri ilə yerli erməni sakinlər arasında onların Azərbaycanın Konstitusiyası çərçivəsində bərabərhüquqlu vətəndaşlar kimi cəmiyyətimizə reinteqrasiyası ilə bağlı məzmunlu dialoq üçün şəraitin yaradılmasının açarıdır.
Bunun da öz növbəsində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə də müsbət töhfə verəcəyini hesab edirik.
Erməni sakinlər ilə Azərbaycan rəsmiləri arasında birbaşa dialoqun, bölgədə tərksilah və demilitarizasiyanın praktiki baxımdan icrasına başlanılması ilə müşayiət olduğu bir vaxtda beynəlxalq ictimaiyyət, xüsusilə Fransa tərəfindən vəziyyətin dəyərləndirilməsi dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətə əsaslanan beynəlxalq hüquq normalarına uyğun olmalıdır.
21-09-2023, 16:16
İrəvanda etiraz aksiyaları kütləvi həbslərə səbəb oldu


İrəvanda etiraz aksiyaları kütləvi həbslərə səbəb oldu

İrəvanda dünən keçirilən etiraz aksiyalarına görə kütləvi həbslər başlayıb.
Ermənistan İstintaq Komitəsi etiraz aksiyalarında iştirak edənlərdən bəzilərinin həbs edilməsi barədə xəbərləri təsdiq edib.
Komitə bildirib ki, kütləvi iğtişaşlar zamanı 3 polis və 6 vətəndaş yaralanıb. Hökumət binasının pəncərə və qapıları zədələnib.
28 iştirakçı kütləvi iğtişaşlarda iştirak etməkdə şübhəli bilinərək həbs edilib, onlardan 2-si azyaşlı, 1-i başqa ölkənin vətəndaşı, 9-u Qarabağ ermənisi, qalanları isə Ermənistan sakinləridir. Komitə qeyd edir ki, həbs edilənlərdən 6 nəfəri əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunublar.
Qeyd edək ki, sentyabrın 20-də parlament müxalifəti baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üzrə hərəkətləri əlaqələndirəcək komitə yaradıb.
21-09-2023, 15:57
Yevlax görüşünün detalları açıqlandı


Yevlax görüşünün detalları açıqlandı

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası açıqlama yayıb.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb.
Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.
Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib.
Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb.
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.
Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.
21-09-2023, 15:13
Elçin Əmirbəyov: “ Biz sülh sazişi layihəsini Ermənistan tərəfinə vermişik”


Elçin Əmirbəyov: “ Biz sülh sazişi layihəsini Ermənistan tərəfinə vermişik”

Yevlax şəhərində rəsmi Bakının və Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüş İrəvanla sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər.
Bunu Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov "Sky News Arabia" telekanalına bildirib.
E.Əmirbəyovun sözlərinə görə, müqavilə layihəsi artıq Ermənistana verilib.
“Biz sülh sazişi layihəsini Ermənistan tərəfinə vermişik və indi onların cavabını gözləyirik. Ermənilərin Qarabağ ərazisindən repatriasiyasına gəlincə, bu, Azərbaycanın daxili işi olduğu üçün sazişin əsaslandığı prinsip deyil”, - Əmirbəyov deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!