“Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                       
14-09-2023, 14:27
Ermənistanın sabiq prezidentinin cinayət işinə xitam verildi


Ermənistanın sabiq prezidentinin cinayət işinə xitam verildi

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan barəsində açılmış cinayət işinə xitam verilib.
Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluq Sarkisyan barəsində Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə iş açmışdı. Keçmiş prezidentin 2008-2018-ci illərdə Almaniyanın Baden-Baden şəhərinə səfəri, bu səfərin məqsədi və dövlət vəsaitinin mümkün mənimsənilməsi araşdırılırdı.
Serj Sarkisyanın 10 illik hakimiyyətdə olduğu müddətdə hər il hökumət təyyarəsi ilə Almaniyanın Baden-Baden şəhərinəhansı məqsədlə uçduğu yoxlanılıb.
Məlum olub ki, Sarkisyanın sözügedən əməllərində cinayət əlaməti yoxdur.
14-09-2023, 14:14
Putin Təhlükəsizlik Şurasının daimi üzvləriylə görüş keçirdi


Putin Təhlükəsizlik Şurasının daimi üzvləriylə görüş keçirdi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans vasitəsilə görüş keçirib.
Bu barədə Kremlin saytında məlumat yayılıb.
Görüşdə qonşu ölkələr və Rusiyanın müttəfiqləri ilə diplomatik münasibətlərin inkişafı, o cümlədən uzaq xaricdəki ölkələrlə münasibətlərdə Rusiyanın maraqlarının təmin edilməsi məsələləri müzakirə edilib.
İclasda Mixail Mişustin, Valentina Matvienko, Vyaçeslav Volodin, Dmitri Medvedev və başqaları iştirak ediblər.
14-09-2023, 00:45
Liviyada daşqınlar nəticəsində ölənlərin sayı 8 mini keçdi


Liviyada daşqınlar nəticəsində ölənlərin sayı 8 mini keçdi

Liviyanın şimal-şərq bölgələrində yağan yağış və daşqınlar nəticəsində ölənlərin sayı 8 mini ötüb.
Bu barədə “Al-Arabiya” telekanalına açıqlamasında ölkənin Nümayəndələr Palatasının müşaviri deyib.
Onun sözlərinə görə, hazırda 10 mindən çox itkin düşən var.
Qeyd edək ki, sentyabrın 10-da Liviyanı cənginə alan “Daniel” siklonu ölkənin şərq rayonlarına son 40 ilin ən güclü yağışlarını gətirib. Nəticədə Binqazi, Beyda, Merc, Suse və Derna şəhərlərinə ciddi zərər dəyib. Təbii fəlakət minlərlə insanın həyatına son qoyub
14-09-2023, 00:27
Qəzada ölən digər hərbiçilərimizin şəkilləri


Qəzada ölən digər hərbiçilərimizin şəkilləri

Xəbər verdiyimiz kimi, bu gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Fotoda Nihad Namazov



Fotoda: Həsənov Elgün

14-09-2023, 00:07
Soyuq Müharibədən sonra yaranan dünya nizamının bitdi - Blinken


Soyuq Müharibədən sonra yaranan dünya nizamının bitdi - Blinken

ABŞ dövlət katibi Antoni Blinken Soyuq Müharibədən sonra yaranan dünya nizamının bitdiyini deyib.
Bu barədə o, Cons Hopkins Universitetində mühazirə oxuyarkən deyib.
Onun sözlərinə görə, onilliklər boyu davam edən nisbi geosiyasi sabitlik öz yerini Rusiya və Çin daxil olmaqla avtoritar qüvvələrlə artan qarşıdurmaya verib.
“Hazırda yaşadığımız şey Soyuq Müharibədən sonra yaranmış dünya nizamının gücünün sınağından daha çox şeydir. Bu, onun sonudur, bir gecədə baş vermədi", - Blinken vurğulayıb.
Dövlət katibi Rusiyanın Ukraynaya qoşun yeritmək qərarını BMT Nizamnaməsində təsbit olunmuş dünya nizamı üçün ən ciddi təhdid adlandırıb. Siyasətçi Çini dünya düzəninə ən ciddi uzunmüddətli təhdid kimi təqdim edib və onun fikrincə, dünyanın geosiyasi strukturunu dəyişmək üçün hərbi, diplomatik və iqtisadi imkanlara malikdir.
13-09-2023, 23:42
Bir qrup şəxs İranı Olimpiadada iştirakdan kənarlaşdırmağı xahiş etdi


Bir qrup şəxs İranı Olimpiadada iştirakdan kənarlaşdırmağı xahiş etdi

Bir qrup şəxs Beynəlxalq Olimpiya Komitəsindən (BOK) İranı idmanda ayrı-seçkiliyə yol verməmək prinsipini pozduğuna görə 2024-cü il Paris Olimpiadasında iştirakdan kənarlaşdırmağı xahiş edib.
Bu barədə AFP məlumat yayıb.
Qeyd edək ki, İranda qadınların güləş, boks, üzgüçülük, voleybol və gimnastika ilə məşğul olması qadağandır.
13-09-2023, 22:54
Türkiyə və Gürcüstanın XİN-ləri arasında bir sıra məsələlər müzakirə olundu


Türkiyə və Gürcüstanın XİN-ləri arasında bir sıra məsələlər müzakirə olundu

İstanbulda Türkiyə və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nümayəndə heyətlərinə Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya və Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq ediblər.
Məsləhətləşmələr zamanı tərəflər Gürcüstan ilə Türkiyə arasında mövcud strateji tərəfdaşlığı və fəal ikitərəfli əməkdaşlığı müsbət qiymətləndirib, yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Türkiyə tərəfi Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin NATO-ya inteqrasiyasına bir daha güclü dəstəyini ifadə edib.
Görüşdə Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyət müzakirə olunub. Həmin ərazilərdə təhlükəsizlik problemləri və ağır humanitar vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verib. Bundan əlavə, regiondakı mövcud problemlər və onların həlli yollarına da diqqət yetirilib. Regional sabitliyin və sülhün təşviqində Gürcüstan və Türkiyənin rolu nəzərdən keçirilib.
Eyni zamanda, Gürcüstan və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və investisiyaların cəlb edilməsi perspektivləri vurğulanıb. Mövcud proseslər nəzərə alınmaqla, çoxtərəfli əməkdaşlığın, mühüm birgə regional layihələrin həyata keçirilməsinin vacibliyi və iki ölkənin tranzit-nəqliyyat potensialından tam istifadə edilməsinin zəruriliyi qeyd olunub.
13-09-2023, 22:18
Qəza nəticəsində həlak olan hərbiçimizin fotosu yayıldı


Qəza nəticəsində həlak olan hərbiçimizin fotosu yayıldı

Xəbər verdiyimiz kimi, bu gün hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində 3 hərbçimiz həlak olub.
Həlak olan hərbi qulluqçulardan biri Əliyev Taleh Saleh oğludur.
O, Zərdab rayon Gödəkqobu kəndindəndir.
Şəhid olan hərbçimizin fotosunu təqdim edirik:

13-09-2023, 21:40
“Qarabağ” klubuna yeni mətbuat katibi təyin olundu


“Qarabağ” klubuna yeni mətbuat katibi təyin olundu

“Qarabağ” Futbol Klubunda yeni təyinat gerçəkləşib.
Anar Hacıyev klubun mətbuat xidmətinin rəhbəri təyin olunub.
O, bu il iyunun 13-dən vakant olan postu tutub. A. Hacıyev bunadək “Qəbələ” İdman Klubunun Media və Marketinq meneceri vəzifəsində çalışıb.
13-09-2023, 20:47
Simonyan vəzifəsindən azad edildi


Simonyan vəzifəsindən azad edildi

Ermənistanın Probasiya Xidmətinin rəhbəri Gevorq Simonyan vəzifəsindən azad edilib.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan qərar imzalayıb.
Simonyan sentyabrın 15-də vəzifəsindən uzaqlaşdırılacaq.
Xatırladaq ki, o, 2019-cu ildə Probasiya Xidmətinə rəhbər təyin edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!