“Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                       
12-09-2023, 19:46
Türkiyənin Baş prokuroru Azərbaycana rəsmi səfərə gəldi


Türkiyənin Baş prokuroru Azərbaycana rəsmi səfərə gəldi

Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Türkiyənin Baş prokuroru Bəkir Şahin ölkəmizə rəsmi səfərə gəlib.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün Baş prokuror Kamran Əliyevlə türkiyəli həmkarı arasında baş tutan görüş zamanı iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub.
K.Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Bəkir Şahin təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi ətrafında müzakirələr aparılıb.
Görüşdə həmçinin Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı iştirak edib.
12-09-2023, 18:53
Ceyhun Bayramov Cenevrədə daha bir görüş keçirdi


Ceyhun Bayramov Cenevrədə daha bir görüş keçirdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Daren Tanq ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan ilə ÜƏMT arasında uğurlu əməkdaşlığın inkişafı vurğulanıb.
Nazir baş direktora Azərbaycanda əqli mülkiyyət sahəsində həyata keçirilən davamlı islahatlar barədə məlumat verib.
12-09-2023, 18:36
İtaliya daşqınlara məruz qalmış Liviyaya yardım göndərir


İtaliya daşqınlara məruz qalmış Liviyaya yardım göndərir

İtaliya şiddətli daşqınlara məruz qalmış Liviyaya yardım üçün mülki müdafiə qüvvələrini səfərbər edəcək.
Bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.
İtaliyanın Baş naziri Ciorcia Meloni Liviyanın şimal-şərqini vuran “Daniel” siklonu nəticəsində çoxsaylı insan tələfatı və dağıntılardan kədərləndiyini bildirib, təbii fəlakət qurbanlarının ailələri və yaxınlarına başsağlığı verib, həmrəyliyini ifadə edib. Onun sözlərinə görə, İtaliya fövqəladə vəziyyətin təsirlərinin mümkün olan ən yaxşı şəkildə aradan qaldırılmasında Liviya xalqına yardım etmək üçün mülki müdafiə qüvvələrini aktivləşdirib.
Qeyd edək ki, Liviyada daşqınlar nəticəsində həlak olanların sayı 3 min nəfəri ötüb, minlərlə insan isə itkin düşüb.
12-09-2023, 17:57
Polşanın Baş nazirindən Avropa Komissiyasına ultimatum


Polşanın Baş nazirindən Avropa Komissiyasına ultimatum

Polşanın Baş naziri Mateuş Moraveyski Ukraynadan taxıl idxalına qoyulan qadağanın uzadılması məsələsi ilə bağlı Avropa Komissiyasına ultimatum göndərib.
Bu barədə onun özü keçirilən brifinqdə danışıb.
"Mən AK-yə ultimatum göndərdim. Ya 4 növ Ukrayna taxılının idxalına qoyulan qadağa sentyabrın 15-də uzadılacaq, ya da biz özümüz bu qadağanı uzadacağıq", - baş nazir qeyd edib.
Xatırladaq ki, bir sıra Şərqi Avropa ölkələri Ukrayna taxılının idxalını yasaqlayıb.
12-09-2023, 17:42
Bayrağımızı öpən türk polisi mükafatlandırıldı


Bayrağımızı öpən türk polisi mükafatlandırıldı

Xəbər verdiyimiz kimi, sentyabrın 8-də Avropa çempionatının (AVRO 2024) seçmə mərhələsi çərçivəsində Türkiyə ilə Ermənistan arasında keçirilən matç zamanı girişdə Azərbaycan bayrağına göstərdiyi ehtiramla sosial mediada diqqət çəkən polis əməkdaşı mükafatlandırılıb.
Ramazan Şahin "İhlas" agentliyinə danışıb.
O, Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu, Türkiyə bayrağı ilə necə davranırsa, Azərbaycan bayrağına da o cür davrandığını bildirib.
Qeyd edək ki, Düzce valisi Səlçuq Aslan Şahinə sertifikat təqdim edib və həssas davranışına görə təşəkkür edib.
Yerli polis stadiona gələn azarkeşin üzərinə baxış keçirən zaman Azərbaycan bayrağını görüb və dövlət rəmzimizi öpərək böyük ehtimanını göstərib. Polis əməkdaşlarının bu davranışı alqışla qarşılanıb.
12-09-2023, 17:06
İmirli (Əmirli) kənd orta məktəbinin 70 yaşı tamam olur

İmirli (Əmirli) kənd orta məktəbinin 70 yaşı tamam olur

Sədri olduğum Müvəkkil Hüquq Mərkəzinin "Qərbi Azərbaycan haqqında həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərçivəsində Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Vedibasar mahalının Hortun, Göyçə mahalının Mollalı kəndindən, Bərdə rayonunun İmirli kəndində deportasiya edilmiş şəxslərlə bağlı araşdırmalar zamanı maraqlı və əlamətdar fakt ortaya çıxdı. Bərdə rayonunun İmirli (Əmirli) kənd orta məktəbinin 1953-cü ildə təşkil olunması ilə bağlı maraqlı fakta rast gəldim. Məktəbin yaradıcısı böyük əmim İsa Vəkilovun 2001-ci ildə qeydə aldığı şəxsi xatirələrində İmirli kəndinə köçmələri, ilk ibtidai orta məktəbin təşkil olunması ilə bağlı dəqiq tarix qeyd edilib. İsa Vəkilov İmirli kəndindəki dörd illik ilk ibtidai məktəbi 1953-cü ildə təşkil etdiyini, məktəbin kəndin Məscidində yerləşdiyini qeyd edib.
Beləliklə mənim də təhsil aldığım İmirli kənd orta məktəbinin bu il yaradılmasının 70 ili tamam olur. İmirli kənd orta məktəbinin yaradıcısı pedaqoq İsa Vəkilovu yaxından tanıyaq.
Vəkilov İsa Əhməd oğlu 1925-ci ildə Şərur-Dərələyəz qəzasının Civə kəndində anadan olub. Atası Əhməd bəy Vəkilov Qazax-İrəvan-Şərur-Dərələyəz qəzasında məskunlaşmış Şərur-Dərələyəz qəzasının naibi olmuş Hüseynalı Sultan Vəkilovun oğlu Həsənalı Sultanın ailəsindəndir. Həsənalı Sultan Vəkilov Şərur-Dərələyəz qəzasının ən böyük mülkədarı olub (ifadə araşdırıcı Ənvər Cingizoğluya məxsusdur, Soy jurnalı, № 5(49) 2011-ci il Bakı). Anası Danzikli Həsən bəy Vəkilovun qızı Şəhrəbanu xanımdır. Əhməd bəy Vəkilovun Sidiqə, Leyla, Səltənət adlı qızları, İsa, Musa, Mustafa, Məhəmməd, Əhəd adlı oğlanları olub. İsa Vəkilov ilk ibtidai orta təhsilini Çivə kəndində alıb. Bir neçə il Çivə kəndidə daxil olmaqla Dərələyəzin bir neçə kəndində müəllimlik edib. Sonra Yerevan Pedeqoji Texnikumunu bitirib.
1951-ci ildə Bərdə rayonunun İmirli kəndinə deportasiya ediliblər. 1953-cü ildə İmirli kəndində ilk orta məktəbi (sonra isə kənddə ilk mağazanı da o açıb) təşkil edib. Həmin məktəbdə ilk təhsil alan şəxslərdən biri də İmirli kənd orta məktəbin tam orta məktəbə çevrilməsini təşkil etmiş Əhməd Məmmədovun həyat yoldaşı Fətəliyeva Şölə Həsən qızı (20 fevral 1944-cü ildə Göyçə mahalının Mollalı-Alçalı kəndində doğulub) hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayır. Şübhəsiz ki, bu təhsil ocağında oxuyan hər bir şəxsin məktəbin yaradıcısı İsa Vəkilovu, məktəbimizi tam orta məktəbə çevirmiş Əhməd Məmmədovun parlaq xatirəsini yad etmək vəfa borcu hesab olunmalıdır. Hər iki parlaq ziyalımızı rəhmətlə anırıq!

Məktəbimizin fəaliyyətinə toxunarkən Azərbaycan torpaqları uğrunda şəhid olmuş məzunlarımızdan başlamaq yerinə düşərdi. Qarabağ savaşında onlarla İmirli kənd orta məktəbinin məzunu iştirak edib. İmirli kənd orta məktəbinin məzunu olmuş 4 nəfər isə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub:
1) Rəhman Abbasov (kəndin ilk şəhidi, məktəb hazırda şəhidimizin adını daşıyır),
2) Əsgər Məmmədov (Xocalı polisi tərkibində vuruşub),
3) İlqar Calalov (baş leytenant atəşkəs dövründə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub),
4) Murad Musayev (44 günlük Zəfər müharibəsi zamanı şəhid olub).
Qeyd etməliyik ki, İmirli kənd orta məktəbi həm də bir çox alimlər yetişdirib. Gəlin alimlərimizlə tanış olaq:
Akademik Əliquliyev Rasim Məhəmməd oğlu texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü. AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru.
Əliquliyev Ramiz Məhəmməd oğlu texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü.
Professor Süleymanov Qəzənfər Salman oğlu hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti «Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment» kafedrasının professorudur.
Dosent, tarix üzrə fəlsəfə doktoru Məmmədov Vurğun Rəhim oğlu ( XIX əsrin sonu XX əsrin əvvələrində Azərbaycanın yazıçı və maarifçilərinin əsərlərində xalq məişətinin əksi-(Ü.Hacıbəyov və Ə.Haqverdiyev)).
Tarix üzrə fəlsəfə doktoru Calalova Leyla Qədir qızı ( XVIII əsrin son rübündə Azərbaycan-Rusiya ticarət əlaqələri).
Fəlsəfə üzrə fəlsəfə doktoru Eyvazova Şirinxanım Qulam qızı. (ХХ əsr Azərbaycan ədəbi-bədii və fəlsəfi fikrində inam və idrakın dialektikası)
Şübhəsiz 70 yaşlı bir təhsil ocağının yetişdirdiyi faydalı insanlar içərisində Azərbaycanda və ölkəmizdən kənarda tanınan şəxslər az deyil.

Səməd Vəkilov

12-09-2023, 15:55
Rusiya Xankəndiyə 15 ton humanitar yük göndərdi


Rusiya Xankəndiyə 15 ton humanitar yük göndərdi

Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən Xankəndiyə ümumilikdə 15 ton humanitar yük çatdırılıb.
Bu barədə təşkilatın sədri Pavel Savçuk "Sputnik Armenia"ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq yardımlar paylanılır və bundan sonra təşkilatın nümayəndələri Rusiyaya qayıdacaq.
Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam-Əsgəran-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postundan keçərək Xankəndinə gedib.
Xatırladaq ki, yük avtomobilinin keçidi üç gündür gecikdirilirdi.
12-09-2023, 14:39
Erməni fraksiyanın rəhbəri Rusiyayla bağlı açıqlama verdi


Erməni fraksiyanın rəhbəri Rusiyayla bağlı açıqlama verdi

Ermənistan parlamentinin müxalif “Şərəfim Var” fraksiyasının rəhbəri Hayk Mamicanyan Rusiya ilə bağlı açıqlama verib.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya yeganə geosiyasi oyunçudur ki, Qarabağdakı "seçki"lərə heç bir mənfi münasibət bildirməyib.
Mamicanyan düşünür ki, bu fakt, eləcə də ictimai və qeyri-ictimai bəyanatlar qondarma qurumun "heç bir müttəfiqinin olmaması ilə bağlı hakimiyyət tərəfindən irəli sürülən tezisi təkzib edir".
12-09-2023, 14:18
Azərbaycandan qorxduqları üçün Şahramanyanı təbrik etmədilər - Sabiq nazir


Azərbaycandan qorxduqları üçün Şahramanyanı təbrik etmədilər - Sabiq nazir

Ermənistanın sabiq müdafiə naziri, parlamentdəki müxalif “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan baş nazir Nikol Paşinyanın və hakimiyyətdəki digər rəhbər şəxslərin Qarabağdakı separatçı rejimin qondarma "prezident"i olan Samvel Şahramanyanı təbrik etməmələrinə münasibət bildirib.
Ohanyan bunu qorxu ilə əlaqələndirib.
"Ermənistan hakimiyyəti Samvel Şahramanyanı Azərbaycanla və beynəlxalq aləmdə əldə olunan razılaşmalardan qorxduğu üçün təbrik etməyib. Cəsur liderlər təbrik edərdilər. Rusiya Federasiyasından Qarabağa humanitar yüklərin çatdırılmasına gəlincə, bu addım Laçın dəhlizinin tam açılmasına töhfə verəcək", - deyə o qeyd edib.
"Rusiya tərəfi də addımlar atmalıdır", - Ohanyan əlavə edib. O hesab edir ki, qondarma rejim "daha müstəqil və azad quruma" çevrilməlidir.
12-09-2023, 14:06
Ermənistanın “blokada” iddialarının əsassızdır - Ceyhun Bayramov


Ermənistanın “blokada” iddialarının əsassızdır - Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov İsveçrədə BQXK prezidenti Miryana Spolyariç Eqqer ilə görüşü zamanı Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə BQXK vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan paralel istifadənin zəruriliyi vurğulayıb.
Nazir əldə olunmuş razılıqlara baxmayaraq, Ermənistanın və onun yaratdığı qondarma rejimin bu razılıqları kobud şəkildə pozduğunu xatırladıb.
XİN rəhbəri hazırda Laçın yolundan gündəlik əsasda hər iki istiqamətdə erməni sakinlərin keçidinin təmin edildiyi halda Ermənistanın “blokada” iddialarının əsassız olduğunu diqqətə çatdırıb.
Ümumiyyətlə, Azərbaycan vasitəsilə əraziyə yüklərin daşınmasına maneçilik törədilməsinin siyasi manipulyasiya olduğu, Ermənistanın separatçılığı qızışdırmaq cəhdlərinin tərkib hissəsi olduğu qeyd edilib.
Görüş zamanı həmçinin 44 günlük müharibədən sonra Ermənistanın Laçın yolu vasitəsilə mina və silahların daşınması, hərbi qulluqçuların rotasiyası kimi qanunsuz fəaliyyətləri xatırlanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!