Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
29-08-2023, 21:57
Bir qrup erməni Qarabağda sülhməramlılara hücum etdi


Bir qrup erməni Qarabağda sülhməramlılara hücum etdi

Bir qrup erməni Ağdam - Xankəndi yolunda Rusiya sülhməramlılarını avtomobilinə hücum edib.
Müvafiq görüntüləri teleqram kanallarında yayılıb.
Ermənilər iddia edir ki, sülhməramlıların avtomobilində azərbaycanlı olub və o, sülhməramlıların formasını geyinib.
Erməni bloger Mika Badalyan həmin şəxsin sülhməramlıların fotoqrafı olduğunu bildirib.
29-08-2023, 21:44
Sel suları Giləzi-Xızı yolunu bağladı


Sel suları Giləzi-Xızı yolunu bağladı

Xızıda yağan qısamüddətli leysan yağışları bir sıra fəsadlar törədib.
Sel suları nəticəsində yaranan palçıq kütləsi Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə dolub. Bu səbəbdən hazırda yol bağlanıb.
Hadisə şahidlərinin bildirdiyinə görə Giləzi-Xızı avtomobil yolunun 6-10-cu kilometrliklərində avtomobillərdə köməksiz vəziyyətdə qalanlar var.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun və digər müvafiq icra strukturlarının nümayəndələri cəlb olunub.
29-08-2023, 21:21
Fransa Prezidenti İlham Əliyevə zəng etdi


Fransa Prezidenti İlham Əliyevə zəng etdi

Avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Prezidentin Mətbuat Xidmətindən bildirilib.
Telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub.
Dövlətimizin başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir.
Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir.
Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.
Eyni zamanda, Prezident İlham Əliyev bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü qeyd edib.
Prezident Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib.
29-08-2023, 20:39
Ermənistanın Vaqif Xaçaturyanla bağlı müraciəti rədd edildi


Ermənistanın Vaqif Xaçaturyanla bağlı müraciəti rədd edildi

Avropa Məhkəməsi sülh və insanlıq əleyhinə cinayətləri törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanla bağlı Ermənistanın müraciətini də rədd edib.
Bunu Azərbaycan Republikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib.
Ç.Əsgərov qeyd edib ki, bu, bir ayda Ermənistanın rədd edilmiş artıq dördüncü müraciətidir.
29-08-2023, 20:20
AzQAC Ağdam-Xankəndi postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdırırlar


AzQAC Ağdam-Xankəndi postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdırırlar

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolunun üzərindəki postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdırırlar.
Çadırlarda AzQAC əməkdaşları, könüllülər gecələyəcək və istirahət edəcəklər.
Qurumun əməkdaşları qeyd ediblər ki, onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki TIR Ağdam-Xankəndi yolunun üzərində dayanıb.
Humanitar yardımın Xankəndiyə çadırılması ilə bağlı qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar və onlardan müvafiq cavab gözləyirlər.
29-08-2023, 19:33
52 nəfər laçınlının yurd həsrəti sona çatdı


52 nəfər laçınlının yurd həsrəti sona çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Avqustun 29-da Laçına növbəti köç prosesi gerçəkləşib. Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələr doğma elinə qovuşmağın sevincini yaşayıb.
Laçın şəhəri bu gün 13 ailəyə qucaq açıb və daha 52 nəfər laçınlının yurd həsrəti sona çatıb.
Otuz bir ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdikləri Laçının gözəl mənzərəsini seyr ediblər. Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən ailələrə evlərin açarları təqdim olunub və onlar sevinc hissi ilə açarları təhvil alıblar.
Bununla da Laçın şəhərində 247 ailə, yəni 956 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.


29-08-2023, 18:56
Priqojinin dəfni “qapalı formatda” keçirildi


Priqojinin dəfni “qapalı formatda” keçirildi

"Vaqner" muzdlularının təsisçisi Yevgeni Priqojin 2023-cü il avqustun 29-da Sankt-Peterburqdakı Poroxovski qəbiristanlığında dəfn edilib.
Bu barədə "Kommersant" nəşri yazıb.
Dəfn mərasimi “qapalı formatda” keçirilib. Vida mərasimi yalnız qohumların və yaxın dostların iştirakı ilə baş tutub.
“Yevgeni Viktoroviçlə vidalaşma qapalı formatda baş tutdu. Vidalaşmaq istəyənlər Poroxovskoye qəbiristanlığını ziyarət edə bilərlər", - "Concord" qrupunun mesajında deyilir.
Avqustun 23-də Rusiyanın Tver vilayətində “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb. Priqojinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında Priqojinin özü və onun sağ qolu, “Vaqner”in komandiri Dmitri Utkin də var. "Vaqner"ə yaxın teleqram kanalları təyyarənin raketlə vurulduğunu iddia edib.
24 saatlıq sükutdan sonra Rusiya prezidenti Vladimir Putin təyyarədəki 10 nəfərin hamısının ailələrinə “səmimi başsağlığı” verib və Priqojini “istedadlı iş adamı” adlandırıb.
29-08-2023, 18:23
Azərbaycan Dəmir Yolları BMT-nin Qlobal Sazişinə qoşuldu


Azərbaycan Dəmir Yolları BMT-nin Qlobal Sazişinə qoşuldu

"Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2023-cü ilin avqust ayından etibarən Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub. Qlobal Sazişə qoşulmaqla ADY hazırda nəqliyyat sahəsində dünyanın 500-ə yaxın nüfuzlu şirkətinin yer aldığı təşəbbüsdə Azərbaycanı təmsil edən ilk şirkət olub.
Dəmir yolu infrastrukturunun müasirləşdirilməsi, rahat və təhlükəsiz hərəkət təminatını hədəfləyən ADY öz fəaliyyətini qlobal dayanıqlılıq məqsədlərinə uyğunlaşdıraraq Azərbaycanın regionun əsas nəqliyyat habına çevrilməsi istiqamətində ciddi səy göstərir.
Belə ki, bu təşəbbüsə qoşulmaqla ADY ekoloji, sosial və korporativ idarəetmə (ESG) sahələri istiqamətində fəaliyyət proqramını daha da təkmilləşdirərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, eləcə də ölkə iqtisadiyyatına töhfə verməyi planlaşdırır.
BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş öz üzvlərini strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçilərin hüquqları, ətraf mühit və korrupsiyaya qarşı mübarizə ilə bağlı prinsiplərə uyğunlaşdırmaq və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə töhfə verməyi təşviq edir. Saziş 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını birləşdirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir.
29-08-2023, 18:11
Gürcüstanda yanacağın qiyməti qalxdı


Gürcüstanda yanacağın qiyməti qalxdı

Son günlər dünya bazarında neftin qiymətinin qalxması fonunda Gürcüstanın əksər yanacaqdoldurma məntəqələrində avtomobil yanacağının (benzin, dizel və qaz) qiymətində artım müşahidə olunur.
Əksər yanacaqdoldurma məntəqələrində benzinin qiyməti növündən asılı olaraq 30-35 tetri (13-15 sent) artıb.
Hazırda bəzi yanacaqdoldurma məntəqələrində bir litr “nano super” yanacağının qiyməti 3,70 lari (1,42 ABŞ dolları), “Force super” 3,65 lari, “Regular” isə 2,70 lariyə satılır.
Dizel yanacağının qiyməti isə 2,90 laridən 3,07 lari arasında dəyişir.
İqtisadçı ekspertlərin fikrincə, bu artım ölkə daxilində dolların yenidən bahalaşması və larinin dəyər itirməsi ilə əlaqədardır.
Ekspertlər hesab edirlər ki, benzinin qiyməti inflyasiyanın artmasına və istehlak mallarının da qiymətlərinin bahalaşmasına təsir edəcək.
29-08-2023, 17:48
Sertifikasiyadan kəsilən müəllimlər işə qəbul imtahanında iştirak edəcək


Sertifikasiyadan kəsilən müəllimlər işə qəbul imtahanında iştirak edəcək

Sertifikatlaşdırmadan kəsilən müəllim yenidən müəllimlərin işə qəbulu imtahanlarında iştirak edə bilər.
Bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Müəllimlərin sertifikatlaşdırılması" mövzusundan danışarkən deyib.
Qeyd edək ki, ötən il keçirilən sertifikatlaşdırma prosesində uğur qazanmayan ibtidai sinif müəllimləri üçün bu gün imtahan keçirilib:.
Bugünkü imtahanda 1 939 müəllim iştirak edib. Yaşı 60-dan aşağı müəllimlərin bu gün keçirilən imtahanda davamiyyəti 93 % təşkil edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!