Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
29-08-2023, 17:06
Rusiya və Türkiyə XİN Başçılarının görüş tarixi və yeri bəlli oldu


Rusiya və Türkiyə XİN Başçılarının görüş tarixi və yeri bəlli oldu

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidanın görüş tarixi və yeri məlum olub.
Bu barədə TASS mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, nazirlər avqustun 31-də Moskvada danışıqlar aparacaqlar.
29-08-2023, 16:34
Baş nazir notariuslarla bağlı yeni qərar imzaladı


Baş nazir notariuslarla bağlı yeni qərar imzaladı

Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qüvvədə olan təlimata görə, notariuslar daşınmaz əmlakın alqı-satqısı, pul vəsaitlərinin, qiymətli kağızların, bank və ya qiymətli kağız hesablarının və ya digər əmlakın idarə olunması, habelə hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin alqı-satqısı ilə əlaqədar əməliyyatlarla bağlı notariat hərəkətləri aparılarkən əməliyyatın predmeti olan pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallarda, həmçinin, bu əməliyyatlar siyahısı maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də, göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən, bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivləri ilə bağlı həyata keçirildikdə, yaxud xarici dövlətlərin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla bağlı olduqda, bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.
Dəyişikliyə əsasən, notariuslar daşınmaz əmlakın alqı-satqısı, pul vəsait- lərinin, qiymətli kağızların və ya digər əmlakın, habelə bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması, habelə hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı ilə əlaqədar əməliyyatlarla bağlı notariat hərəkətləri aparılarkən əməliyyatın predmeti olan əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallarda, həmçinin bu əməliyyatlar yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də, həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə və ya “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə bağlı həyata keçirildikdə, yaxud xarici dövlətlərin siyasi nüfuzlu şəxslərinin əmlakı ilə bağlı olduqda, bu barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.
29-08-2023, 16:12
“İnşaatçılar” stansiyası yaxınlığında qadın tanışı tərəfindən bıçaqlandı


“İnşaatçılar” stansiyası yaxınlığında qadın tanışı tərəfindən bıçaqlandı

Bakıda, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında qadın tanışı tərəfindən bıçaqlanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis göndərilib.
Məlumata görə, cinayət əməlini törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
29-08-2023, 15:41
Paşinyan Makronla bir sıra məsələləri müzakirə etdi


Paşinyan Makronla bir sıra məsələləri müzakirə etdi

Ermənistan Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər regionda vəziyyəti müzakirə ediblər.
Stabillik və sülhün təmin edilməsi üçün səylərin vacibliyi vurğulanıb.
29-08-2023, 14:12
Prezident İraqa yeni səfir təyin etdi


Prezident İraqa yeni səfir təyin etdi

Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
29-08-2023, 13:54
Rusiyanın Ay proqramı davam etdirilməlidir - Peskov


Rusiyanın Ay proqramı davam etdirilməlidir - Peskov

"Putin heç vaxt Şolts və Makronla Qərbin anti-Rusiya sanksiyaları mövzusunu müzakirə etməyib".
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.
"Kremldə Priqojinin dəfn mərasimi ilə bağlı heç bir məlumat yoxdur və Putinin orada iştirakı gözlənilmir. Kiyev Qərbi Moskva ilə mümkün qədər dərindən münaqişəyə sürükləmək üçün mümkün və mümkün olmayan hər şeyi edir. Luna-25 missiyasının uğursuzluğu saçınızı qoparmaq üçün bir səbəb deyil, səbəbləri təhlil etməli və yeni bir cəhd üçün onları aradan qaldırmalısınız. Rusiyanın Ay proqramı davam etdirilməlidir. Kreml Roma Papasının böyük Rusiyanın irsi haqqında sözlərini alqışlayır, nə yaxşı ki, pontifik Rusiya tarixini bilir", - sözçü belə deyib.
29-08-2023, 13:36
Çinə yeni səfir təyin edildi


Çinə yeni səfir təyin edildi

Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının Sərəncamı ilə Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

29-08-2023, 13:24
İraqda qəza: İranlı zəvvarları daşıyan avtobus aşdı


İraqda qəza: İranlı zəvvarları daşıyan avtobus aşdı

İraqda iranlı zəvvarları daşıyan avtobus aşıb.
Bu barədə məlumatı İranda Ərbəin Mərkəzi Qərargahının sözçüsü Cavad Təşəkküri açıqlayıb.
Onun sözlərinə görə, avtobusun aşması nəticəsində Ərbəin ziyarətinə yollanan 20 iranlı zəvvar həlak olub, çox sayda insan isə yaralanıb.
Yaralılar arasında üç azyaşlının da olduğu qeyd olunub.
Qəzanın səbəbləri açıqlanmayıb.
29-08-2023, 13:09
Sabahın havası - Yağış yağacaq, şimşək çaxacaq


Sabahın havası - Yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Şimal-qərb küləyinin 15-18 m/s, gecəyə doğru arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.
29-08-2023, 12:49
Ukrayna-Belarus sərhədində partlayış


Ukrayna-Belarus sərhədində partlayış

Ukrayna-Belarus sərhədində tank əleyhinə minalar partlayıb.
Bu barədə NEXTA məlumat yayıb.
Partlayış Ukrayna tərəfdə, Belarusun Sloveçno keçid məntəqəsindən 800 metr aralıda baş verib.
Versiyalardan biri ildırım vurmasıdır. Partlayış nəticəsində dəmir yolu dağılıb, körpünün dayaqları zədələnib. Zərərçəkənlər barədə məlumat yoxdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!