22-08-2023, 14:57
İranın yeni PUA-sı təqdim olunduİran hakimiyyəti yerli istehsal edilən "Mohajer-10" zərbə tipli pilotsuz uçuş aparatını (PUA) təqdim edib.
Bu barədə "Isna" agentliyi məlumat yayıb.
İddiaya görə, PUA 2000 km uçuş məsafəsinə malikdir və 7 km hündürlükdə uça bilir.
"Mohajer-10"un maksimal yanacaq ehtiyatı 450 litr, maksimum yük çəkisi 300 kq, sürəti isə 210 km/saatdır. PUA elektron müharibə, kəşfiyyat sistemləri ilə təchiz olunub və müxtəlif növ sursatları, o cümlədən "Qaem" və "Almas" bombalarını daşıya bilir.
Qeyd edək ki, İran "Mohajer-6" da daxil olmaqla Rusiyaya PUA-lar tədarük edib.
22-08-2023, 14:33
Ehtiyatda olan hərbiçilərin təlimə çağırılmasıyla bağlı açıqlama verildiSon günlər sosial şəbəkələrdə ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərə çağırıldığı ilə bağlı məlumatlar paylaşılır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “Qafqazinfo”ya açıqlamasında yayılan iddialara münasibət bildirib.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına müvafiq olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu kimi təlimlər il ərzində bir neçə dəfə təşkil oluna bilər. Ona görə də hər hansı bir narahatlığa əsas yoxdur”, - açıqlamada qeyd olunur.
22-08-2023, 14:05
Ermənistan istənilən qərəzsiz, neytral və obyektiv vasitəçilikdə maraqlıdır"Biz danışıqlar platformaları arasında fərq qoymuruq".
Bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan belçikalı həmkarı Haca Labiblə İrəvanda keçirdiyi brifinqdə deyib.
"Ermənistan istənilən qərəzsiz, neytral və obyektiv vasitəçilikdə maraqlıdır. Bu platformalarda əldə olunan razılaşmaların işləməsi və həyata keçirilməsi bizim üçün vacibdir.
Təəssüflər olsun ki, bəzən razılıq əldə olunsa da, həyata keçmir", - Mirzoyan əlavə edib.
22-08-2023, 13:59
Nəşi kütləvi məzarlıqlarda tapılanlara şəhid statusunun verilməsiylə bağlı açıqlama"Hazırda kütləvi məzarlıqda tapılanların dəfn mərasimlərinin təşkili istiqamətində işlər həyata keçirilir və yaxın günlərdə mərhələli şəkildə dəfn mərasimləri təşkil olunacaq".
Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
Şöbə rəisi əlavə edib ki, onlara şəhid statusunun verilməsi müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupundan bildirilib ki, 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib. Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. İki qalıq artıq dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.
22-08-2023, 13:40
Bu qrupa verən 675 abituriyent 600-dən çox bal topladıBirinci ixtisas qrupunun RK altqrupunda 262, Rİ altqrupunda isə 413 nəfər olmaqla ümumilikdə 675 abituriyent 600-dən çox bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Məlumata görə, bu il I qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar.
Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. İxtisas seçimi bütün qruplar üzrə avqustun 28-i saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər.
22-08-2023, 13:17
Bolqarıstan Ukraynaya 100 zirehli maşın göndərirBolqarıstan Ukraynaya təxminən 100 sovet tipli zirehli maşın verməyi düşünür.
Bu barədə ölkənin müdafiə naziri Todor Taqarev bildirib.
Qeyd olunub ki, tədarük prosesi sentyabrın sonunda başlaya bilər.
Xatırladaq ki, bu gün Ukrayna prezidenti Volodimir Zelenski Bolqarıstan baş naziri ilə taxıl dəhlizi və ölkəsinin müdafiəsi ilə bağlı müzakirələr aparıb.
22-08-2023, 13:00
Kəlbəcər və Gədəbəy rayonları atəşə tutulduAvqustun 22-i saat 12:00-dan 12:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli, Aşağı Şorca və Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə və Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
22-08-2023, 12:50
Mirziyoyev xanımıyla Şəhidlər xiyabanını ziyarət etdiAzərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Şəhidlər xiyabanını ziyarət ediblər.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Şavkat Mirziyoyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
22-08-2023, 12:47
Qarabağdan 7 nəfəri müalicə üçün Ermənistana aparıldıBu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qarabağdan 7 nəfəri müalicə üçün Ermənistana aparıb.
Bu barədə BQXK-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, əvvəllər müalicə olunmaq üçün İrəvana göndərilən daha 7 nəfər müşayiətçiləri ilə birlikdə Xankəndiyə qaytarılması planlaşdırılır.
22-08-2023, 12:36
Zelenski Yunanıstanın Baş naziriylə görüşdüUkrayna prezidenti Volodimir Zelenski Yunanıstanın paytaxtı Afinada Bolqarıstanın baş naziri Nikolay Denkovla görüşüb.
Tərəflər taxıl dəhlizini müzakirə ediblər.
Zelenski Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanın hərtərəfli dəstəyinə görə Nikolay Denkova təşəkkür edib. Prezident və baş nazir Ukraynanın qorunması üçün gələcək əməkdaşlığı da nəzərdən keçiriblər.
Bolqarıstanın baş naziri avqustun 23-də Kiyevdə üçüncü sammiti keçiriləcək Krım Platformasını prinsipial olaraq dəstəklədiyini bir daha təsdiqləyib.