Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
10-08-2023, 21:47
İş yerində günvurmadan öldü


İş yerində günvurmadan öldü

Hacıqabul sakini iş yerində günurmadan ölüb.
Hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.
Fermalardan birində işləyən Hacıqabul rayonunun Talış kənd sakini günvurmadan elə iş yerində ölüb.
Meyit Şirvan morqunda müayinə edilib.
Qeyd edək ki, bu gün Hacıqabulda günvurmadan ölən ikinci şəxsdi.
Bundan əvvəl daha bir şəhər sakini yaşadığı evin həyətində günvurmadan ölüb.
Faktla bağlı araşdırma aparılır.
10-08-2023, 21:16
Ceyhun Bayramov ATƏT sədri ilə telefon danışığı apardı


Ceyhun Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

10 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Şimali Makedoniyanın xarici işlər naziri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı ATƏT çərçivəsində əməkdaşlıq məsələləri, Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesi və bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatların sülh prosesinin irəliləməsinin qarşısının alınmasına hesablandığını diqqətə çatdırıb. Xüsusilə, Ermənistanın bölgədə sabitliyin bərqərar edilməsi, erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya səylərinə təhdid törədən Laçın sərhəd keçid məntəqəsinə qarşı törətdiyi təxribatlarının bu ölkənin sülh prosesində maraqlı olmadığını göstərdiyi bildirilib.
Nazir Ceyhun Bayramov, Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət”, “blokada” kimi iddialar irəli sürməsinin heç bir əsasının olmadığını, erməni sakinlərin tələbatlarının ödənməsi üçün tərəfimizdən təklif olunan “Ağdam-Xankəndi” yolunun fəaliyyətinə maneələr törədilməsinin də məsələnin Ermənistanın təqdim etdiyi kimi humanitar xarakterli deyil, siyasi olduğunu nümayiş etdirdiyini diqqətə çatdırıb.
Ermənistanın 30 ilə yaxın hərbi işğalının, post-münaqişə dövründə isə beynəlxalq hüquq normalarına və öhdəliklərinə zidd olaraq Laçın yolundan hərbi məqsədlər, təbii resurslarımızın Ermənistana daşınması, mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə etməsinin qəbuledilməzliyi, bu təxribatçı addımların qarşısının alınması üçün Laçın sərhəd buraxılış məntəqəsinin əhəmiyyəti nazir C.Bayramov tərəfindən qeyd olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
10-08-2023, 21:03
“Neftçi” - “Beşiktaş” qarşılaşması başladı


“Neftçi” - “Beşiktaş” qarşılaşması başladı

“Neftçi” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda İstanbulun “Beşiktaş” komandası ilə qarşılaşır.
“Neftçi Arena”da keçirilən oyunda “Ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu start heyətdə İvan Brkiç, Mark Tamaş, Yuri Matias, İsmayıl Zülfüqarlı, Azər Salahlı, Ataa Caber, Fərid Yusifli, Emin Mahmudov, Kenni Sayef, Kilan Lebon və Andre Şinyaşikiyə şans verib.
Şenol Günəşin komandasının ilk “11-liyi”ndə isə Mert Günok, Omar Kolli, Daniel Emerti, Umut Meraş, Valentin Rosye, Amir Haciahmetoviç, Gedson Fernandeş, Salih Uçan, Cekson Muleka, Onur Bulut və Vensan Abubakar yer alıblar.
Görüşü isveçrəli baş hakim Lukas Fandrix idarə edir.
10-08-2023, 20:45
Qasırğa səbəbindən 10 mindən çox insan təxliyə olundu


Qasırğa səbəbindən 10 mindən çox insan təxliyə olundu

Cənubi Koreyada “Kanun” qasırğasının daşqın və torpaq sürüşməsinə səbəb olması nəticəsində 10 mindən çox insan təxliyə edilib.
Qasırğa ölkənin cənub-şərq sahillərindən quruya çatdıqdan sonra bəzi bölgələrdə, xüsusilə cənub və şimal sahillərində sel və torpaq sürüşmələri baş verib.
Qasırğa səbəbindən ölkənin 14 hava limanında 355 reys və 412 qatar reysi ləğv edilib, ümumilikdə 490 avtomobil yolu bağlanıb.
Səlahiyyətlilər 10 min 641 nəfərin sığınacaqlara təxliyə edildiyini, 1579 məktəbdə təhsilin dayandırıldığını və ya təhsilin onlayn keçiriləcəyini açıqlayıb.
Digər tərəfdən ölkənin cənub-şərqindəki Daegu şəhərində güclü yağış və külək nəticəsində bir nəfərin öldüyü, bir nəfərin isə itkin düşdüyü bildirilib.
10-08-2023, 20:17
ATƏT sədri Azərbaycan və Ermənistan XİN Başçılarıyla danışdı


ATƏT sədri Azərbaycan və Ermənistan XİN Başçılarıyla danışdı

Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla telefon danışığı aparıb.
Bu barədə Buyar Osmani Tvitterdə paylaşım edib.
O, Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Laçın yolundakı vəziyyəti müzakirə edib.
10-08-2023, 19:43
Koronovirusun yeni variantı əhali üçün böyük risk yaratmır - ÜST


Koronovirusun yeni variantı əhali üçün böyük risk yaratmır - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyasının omikron ştamının EG.5 "Eris" adlı yeni variantının dünyada sürətlə yayıldığını bildirib.
Bu barədə təşkilatın məlumatında bildirilir.
ÜST hesab edir ki, koronavirusun yeni versiyası qlobal səviyyədə əhali üçün böyük risk yaratmır.
Məlumatda bildirilir ki, EG.5 ilk dəfə fevralın 17-də qeydə alınıb. O vaxtdan bəri dünya miqyasında yoluxma hallarda artım müşahidə olunur.
Təşkilatın məlumatına görə, dünyada koronavirus infeksiyasının bu variantının aktiv şəkildə yayılmasına baxmayaraq, EG.5-in əhali üçün yaratdığı risk aşağı səviyyədə qiymətləndirilir.
10-08-2023, 19:12
Kolleclərə elektron sənəd qəbulu başlayır


Kolleclərə elektron sənəd qəbulu başlayır

Avqustun 14-ü saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək.
Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, müraciətçilər "portal.edu.az" saytı üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Qeydiyyat prosesi avqustun 23-ü saat 18:00-da yekunlaşacaq.
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
10-08-2023, 18:21
FHN Lənkəran çimərlikləriylə bağlı xəbərdarlıq etdi


FHN Lənkəran çimərlikləriylə bağlı xəbərdarlıq etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, yenə də qeyri-çimərlik ərazilərdən istifadəyə rast gəlinir ki, bu da bir sıra hallarda faciələrin yaşanmasına səbəb olur.
Nazirlikdən verilən məlumata görə, Lənkəran rayonunun Sütəmurdov kəndində ən yaxın xilasetmə məntəqəsindən 6 kilometr aralıdakı qeyri-çimərlik ərazidən istifadənin təhlükəli sualtı relyefə, sürətli sualtı axına və digər təhlükəli xüsusiyyətlərə görə həyat və sağlamlıq üçün birbaşa risk yaratması barədə yerli vətəndaşlar arasında təşkil olunan təbliğat xarakterli tədbirlərə baxmayaraq, təəssüflə bildirməliyik ki, son günlər ərzində həmin ərazidə 4 nəfər batıb. FHN-in dalğıc-xilasediciləri batan şəxslərin cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bununla əlaqədar, FHN-in Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilsediciləri Lənkəran rayonunun Sütəmurdov kəndində qeyri-çimərlik ərazidə son günlər yaşanan faciələr səbəbindən müvafiq təhlükəsizlik tədbirləri görüb, ərazinin təhlükəsi barədə məlumatlandırıcı lövhələr quraşdırılıb və girişi qadağa edən lentləmə işləri aparılıb.
Bundan əlavə, ərazidə istirahət edən vətəndaşlarla maarifləndirici xarakterli söhbətlər edilib.
10-08-2023, 18:21

Türk coğrafiyasının genişlənməsi strateji maraqlarımıza uyğundur


Türk coğrafiyasının genişlənməsi strateji maraqlarımıza uyğundur

Rusiyada mövcud olan Muxtar Respublikaların hədəflərində nə durur?
Freedom televiziya kanalında Rusiyada mövcud olan Muxtar Respublikaların gələcək taleyi ilə bağlı maraqlı müzakirələr aparılırdı.
Regionun, dünyanın siyasi gündəmini diqqətlə izləyən və aktual məsələləri hər zaman gündəmə gətirən bu televiziyanın ötən günkü müzakirəsi post-Putin dövrünə həsr olunmuşdu. İmperiya iddialarının girovuna çevrilən, keçmiş SSRİ məkanında hər zaman separatizmi qızışdıran Rusiyanın tərkibində yaşayan xalqların kifayət qədər problemləri olduğu məlumdur. Təbii resurslarına görə, çox zəngin ərazilərdə yaşayan bu xalqların güzəranının yaxşı olmadığı Freedom TV müzakirəsində bir daha bəlli oldu.
Hətta Buryatiya Respublikasının nümayəndəsi Rusiya ərazisindəki bütün muxtar respublikaların müstəqil dövlət qurmaq üçün çox dəqiq və aydın planlarının olduğunu detalllı şəkildə izah etdi.
Məlum məsələdir ki, Rusiya öz ərazisində olan bütün muxtar respublikarın o cümlədən nəhəng Tatarısanın hüquqlarını məhdudlaşdırmışdı. Hətta Tatarısatının prezidentlik institutunu ləgv edərək adı çəkilən muxtar respublikanın rəhbərini rəis adlandırmışdı. Şimal qonşumuzun bütün bu cəhdləri görünür əbəsdir. Rusiyada yaşayan xalqlar, mövcud olan Muxtar Respublikalar yaranmış tarixi şəraitdən istifadə edib öz gələcəklərini müəyyən edəcəyi şübhəsizdir. Türk coğrafiyasının genişlənməsi millət olaraq bizim strateji maraqlarımıza uyğundur. Biz bu proseslərə ən azından hazırlıqlı olmalıyıq.

Əkrəm Bəydəmirli
10-08-2023, 18:13
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi növbəti layihəsinin icrasına başladı


“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi növbəti layihəsinin icrasına başladı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2023-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Kəlağayı əlvan qıyqacı” mövzusunda ədəbi-bədii gecələrin təşkili layihəsinə start verildi.
Layihə üç ay (01.08.2023 – 01.11.2023) müddətinə icra olunacaq. Layihənin icrasında əsas məqsəd Azərbaycan kəlağayısının əvvəlki şan-şöhrətini özünə qaytarmaq üçün onu xalq arasında, xüsusilə də yeniyetmə və gənclər arasında təbliğ etməkdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!