“Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                       
4-08-2023, 14:02
“Neftçi” – “Beşiktaş” oyununun hakimləri bəlli oldu


“Neftçi” – “Beşiktaş” oyununun hakimləri bəlli oldu

“Neftçi” – “Beşiktaş” oyununun hakimləri müəyyənləşib.
Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçını isveçrəli hakimlər idarə edəcək.
Avqustun 10-da Bakıda baş tutacaq qarşılaşmada Lukas Fahndrix fit çalacaq. Ona Yonas Erni və Guillom Mayre kömək edəcək. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.
Qeyd edək ki, matç “Bakcell Arena”da keçiriləcək.

4-08-2023, 13:17
Ermənilərin 67%-dən çoxu Paşinyana etibar etmir


Ermənilərin 67%-dən çoxu Paşinyana etibar etmir

Ermənistan vətəndaşlarının 67%-dən çoxu ölkənin Baş naziri Nikol Paşinyana etibar etmir.
Bu, “GALLUP Beynəlxalq Assosiasiyası”nın keçirdiyi sorğunun nəticəsində məlum olub.
Təşkilatın Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan mətbuat konfransında deyib ki, Paşinyanın iyulun 25-i keçirdiyi mətbuat konfransını vətəndaşların 65%-i izləyib.
Respondentlərin 16,1%-i "Paşinyanın cavablarına etibar etmək olarmı" sualına müsbət cavab verib: “Belə ki, sorğu iştirakçılarının 14,5 faizi bu suala güman ki, etibar etdiklərini, 13,1 faizi etibar etmədiklərini, 54,4 faizi isə tamamilə etibar etmədiklərini bildiriblər. 1,8% isə cavab verməkdə çətinlik çəkib”.
Respondentlərin fikrincə, təhlükəsizlik məsələləri ölkədə ən ciddi problemdir.
4-08-2023, 13:05
Litva Belarusla sərhəddəki bir neçə keçid məntəqəsini bağlamağa hazırlaşır


Litva Belarusla sərhəddəki bir neçə keçid məntəqəsini bağlamağa hazırlaşır

Litva Belarusla sərhəddəki bir neçə keçid-buraxılış məntəqəsini bağlamağa hazırlaşır.
Bunu Litva seyminin (parlament) milli təhlükəsizlik və müdafiə komitəsinin sədri Laurinas Kasçyunas bildirib. Onun sözlərinə görə, bəzi məntəqələrin bağlanması zaman məsələsidir və bu, mütləq baş verəcək.
“Əgər vəziyyət pisləşərsə, onda sərhədin tam bağlanması barədə də qərar qəbul olunacaq”, - komitə sədri Litva milli televiziyası və radiosunun efirində belə deyib.
Avqustun 3-də Litva Prezidenti Gitanas Nauseda Belarusla sərhədin mühafizəsinin gücləndirildiyini və onu bağlamağa hazır olduqlarını bəyan edib. “Biz Belarusla sərhədi bağlamaq barədə düşünürük, lakin bunu Polşa və Latviya ilə razılaşdırmaq lazımdır", - deyə o bildirib.
4-08-2023, 12:46
Gürcüstanda torpaq sürüşməsi insanların ölümünə səbəb oldu


Gürcüstanda torpaq sürüşməsi insanların ölümünə səbəb oldu

Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, xilasedicilər bu gün daha 4 nəfərin cəsədini torpaq altından çıxarıblar. Bununla da təbii fəlakət qurbanlarının sayı 6 nəfərə çatıb.
Xilasedicilər 210 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər. Daha 15 nəfər itkin düşmüş hesab olunur.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə Raça bölgəsində fövqladə qərargah yaradılıb. Xilasetmə əməliyyatları davam edir.
Xatırladaq ki, avqustun 3-də günorta saatlarında Şovi ərazisində torpaq sürüşməsi baş verib, çaylar daşıb, yollar, körpülər, kurort zonasındakı kotteclər dağılıb.
4-08-2023, 12:15
Sabahın havası


Sabahın havası

Avqustun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.
3-08-2023, 23:23
“Neftçi” qələbə qazandı


“Neftçi” qələbə qazandı

“Neftçi” bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında qələbə qazanıb.
Oyun “Bakcell Arena”da baş tutub.
Hər hissədə bir qol vuran “Neftçi” növbəti mərhələyə adlayıb. Komandanın qollarının müəllifləri Sayef və Matias olublar. Komanda növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, bu cütün qalibi “Beşiktaş” və “Tirana” arasında duelin güclüsü ilə qarşılaşacaq.
3-08-2023, 22:40
Suriyada saxlanılan 16 nəfər Azərbaycana gətirildi


Suriyada saxlanılan 16 nəfər Azərbaycana gətirildi

3 avqust 2023-cü il tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 16 nəfərin repatriasiyası həyata keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Qeyd edilib ki, repatriantların 3-ü qadın və 13-ü uşaqdır. Uşaqlardan bir nəfəri hər iki valideynini itirib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi baş tutub.
Bu prosesin reallaşmasına Türkiyə Respublikası tərəfindən dəstək verilib. Belə ki, əvvəl vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, razılıq əsasında onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin olunub.
İraq və Suriyadan Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin repatriantların vətənə qayıdışı üçün Türkiyə Respublikasına ezam edilib.
Sözügedən şəxslərin ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və onlar ölkəmizə müvafiq təyyarə biletləri ilə təmin edilib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini davam etdirir.
3-08-2023, 22:31
Ukraynalı hərbiçilərin övladlarının ilk qrupu Azərbaycana yola salındı


Ukraynalı hərbiçilərin övladlarının ilk qrupu Azərbaycana yola salındı

Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk Ukraynadan Azərbaycana istirahətə gedən ukraynalı hərbçilərin övladlarının ilk qrupunu yola salıb.
Ukrayna Ali Radasından verilən məlumata görə, valideynləri hazırda cəbhədə olan, o cümlədən Ukraynanın həlak olmuş hərbçilərinin uşaqları da daxil olmaqla, Kiyevdən Bakıya 30 uşaq yola düşüb. İki həftə ərzində onları zəngin istirahət proqramı, ölkə ilə tanışlıq və psixoloji reabilitasiya gözləyir.
“Hazırda bu uşaqların ən çox ehtiyacı olan şey budur - diqqət, qayğı, daha çox gülümsəmək. Birinci qrup uşaqlar getdi. Bu il daha ikicisi olacaq. Biz, həmçinin Azərbaycanda Ukrayna hərbçilərinin reabilitasiyası və protezləşdirilməsi üzrə kompleks proqramın işə salınmasına hazırlaşırıq”, - deyə Olena Kondratyuk bildirib.
Vitse-spiker qeyd edib ki, Azərbaycan Ukraynanın dost və strateji tərəfdaşıdır, ona görə də valideynlər, qohumlar və müşayiətçilər narahat olmasın.
“Onlar bizi yaxşı başa düşürlər və müharibə uşaqları ilə işləməkdə böyük təcrübəyə malikdirlər. Uşaqlara xoş istirahətlər, həmyaşıdları ilə dostluq etmək, yeni bir şey kəşf etmək və sadəcə yaxşı vaxt keçirməyi və müsbət emosiyalar qazanmağı arzulayıram!” - deyə Ali Radanın müavini vurğulayıb.
3-08-2023, 21:42
İranın XİN Başçısı pakistanlı həmkarıyla görüşdü


İranın XİN Başçısı pakistanlı həmkarıyla görüşdü

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian avqustun 3-də İslamabadda pakistanlı həmkarı Bilaval Bhutto Zərdari ilə görüşüb.
Bu barədə IRNA agentliyi məlumat yayıb.
Görüş zamanı ikitərəfli əlaqələr, o cümlədən ticarət əlaqələrinin genişləndirilməsi, ölkələr arasında əsirlərin mübadiləsi və sərhəd təhlükəsizliyi müzakirə olunub.
Daha sonra İran və Pakistanın xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçirəcəyi bildirilib.
3-08-2023, 21:21
Bərdə-Ağdam dəmir yolunun 90 faizi tamamlanıb


Bərdə-Ağdam dəmir yolunun 90 faizi tamamlanıb

Tarixi Bərdə-Ağdam dəmir yolu xəttində yenidənqurma işləri sürətlə davam etdirilir.
Uzunluğu 47,1 kilometr olan yolun 90 faiz layihələndirilməsi yerinə yetirilib.
Uzunölçülü relslər 100 faiz quraşdırılıb, 128 mühəndis qurğusunun tikintisi başa çatdırılıb, onlardan 2-si müxtəlif ölçülü körpülərdir.
Ümumilikdə tikinti işlərinin 70 faizi tamamlanıb və layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!