Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                       
15-06-2023, 15:09
Şimali Koreya dənizə ballistik raket buraxdı


Şimali Koreya dənizə ballistik raket buraxdı

Şimali Koreya Yapon dənizi istiqamətinə ballistik raket buraxıb. Bu barədə NEXTA məlumat yayıb. Faktı Yaponiya və Cənubi Koreya Müdafiə Nazirlikləri də təsdiqləyib.
15-06-2023, 14:42
Təxribata cəhd edən erməni hərbiçilər zərərsizləşdirildi


Təxribata cəhd edən erməni hərbiçilər zərərsizləşdirildi

Ermənistan ordusunun təxribata cəhd edən iki hərbçisi zərərsizləşdirilib. Bu gün Laçın dövlət sərhədindən buraxılış məntəqəsi istiqamətində Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçunu yaralamış Ermənistan silahlı qüvvələrinin 2 snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.
Qeyd edək ki, iyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub.
15-06-2023, 14:21
Ərdoğandan Milli Qurtuluş Günüylə bağlı təbrik mesajı


Ərdoğandan Milli Qurtuluş Günüylə bağlı təbrik mesajı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib. Bu barədə Türkiyə dövlət başçısı özünün twitter səhifəsində paylaşım edib. “Qardaşımız, can dostumuz, qədim yol dostumuz Azərbaycanın 15 iyun - Milli Qurtuluş Gününü ən səmimi arzularımızla təbrik edirəm. Bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salamlarını çatdırıram”, - Ərdoğan bildirib.
15-06-2023, 13:44
Pakistan  44 günlük Vətən müharibəsində bizə güclü dəstək verib - Prezident


Pakistan 44 günlük Vətən müharibəsində bizə güclü dəstək verib - Prezident

Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib. “Biz Pakistana minnətdarıq ki, işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı bizə güclü dəstək verib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir. Bu məhz işğal səbəbindən baş verib. Bu isə qardaş ölkə mövqeyidir. Buna görə mən minnətdaram”, - deyə dövlətimizin başçısı bildirib.
15-06-2023, 13:30
Sabiq türk nazirlərə yeni vəzifələr verildi


Sabiq türk nazirlərə yeni vəzifələr verildi

Türkiyədə AKP-dən millət vəkili seçilən keçmiş nazirlərə parlamentdə vəzifə verilib. Sabiq daxili işlər naziri Süleyman Soylu daxili işlər komissiyasına, keçmiş ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ətraf mühit komissiyasına, həmçinin keçmiş sənaye və texnologiya naziri Mustafa Varank sənaye, ticarət, enerji, təbii sərvətlər, informasiya və texnologiyalar komissiyasına sədr seçilib.
Sabiq Milli Müdafiə Naziri Hulusi Akar isə Milli Müdafiə Komissiyasının sədri postuna layiq görülüb.
15-06-2023, 13:24
Kəşmir məsələsində Pakistanı hər zaman dəstəkləyirik - İlham Əliyev


Kəşmir məsələsində Pakistanı hər zaman dəstəkləyirik - İlham Əliyev

Azərbaycan Kəşmir məsələsində Pakistanı hər zaman dəstəkləyib və bu dəstək davam edəcək. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib. Bu dəstəyin bütün beynəlxalq təşkilatlarda davam etdirildiyini söyləyən dövlət başçısı vurğulayıb ki, qarşılıqlı dəstək xalqlarımızı daha da yaxınlaşdırır.
15-06-2023, 13:12
Sabiq erməni müavin saxlanıldı


Sabiq erməni müavin saxlanıldı

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan saxlanılıb. Bu barədə onun vəkili Tiqran Atanesyan "Sputnik Armenia"ya bildirib. Qeyd olunub ki, Aşotyan Ermənistan İstintaq Komitəsinə aparılıb. Məlumata görə, müxalifətçi təhsil naziri olarkən tibb universiteti üçün alış-veriş zamanı vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunur.
Xatırladaq ki, Ermənistan Respublika Partiyasına ölkənin eks-prezidenti Serj Sarkisyan sədrlik edir.
15-06-2023, 13:07
Prezident Azərbaycan-Pakistan münasibətindən danışdı


Prezident Azərbaycan-Pakistan münasibətindən danışdı

Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib. Pakistanın Baş naziri ilə təmaslarının müntəzəm olduğunu və ötən il müxtəlif beynəlxalq tədbirlər çərçivəsində iki dəfə görüşdüklərini vurğulayan dövlətimizin başçısı bildirib: “Mən minnətdaram ki, cənab Baş nazir mənim səfərimi qəbul edib və ölkəmizə rəsmi səfərə gəlib”.
15-06-2023, 12:59
NATO Ukrayna hərbçilərinə F-16 təyyarələrində təlim keçir - Stoltenberq


NATO Ukrayna hərbçilərinə F-16 təyyarələrində təlim keçir - Stoltenberq

"NATO müttəfiqləri artıq Ukrayna hərbçilərinə F-16 təyyarələrində təlim keçməyə başlayıblar". Bunu hərbi alyansın baş katibi Yens Stoltenberq Ramşteyn formatında keçiriləcək görüşdən əvvəl jurnalistlərlə ünsiyyət zamanı bildirib. O qeyd edib ki, təlimlərin başlanması Ukraynaya təyyarələrin verilməsinə də imkan yaradır.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
15-06-2023, 12:43
Avropada qazın qiyməti 440 dollara çatır


Avropada qazın qiyməti 440 dollara çatır

Avropada qazın 1000 kubmetrinin qiyməti 440 ABŞ dollarına yaxınlaşır. 15 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 437,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (427,8 dollar) ilə müqayisədə 2,4% çoxdur. Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!