Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                       
16-06-2023, 18:06
Ukraynanın 54 yaşayış məntəqəsi su altında qaldı


Ukraynanın 54 yaşayış məntəqəsi su altında qaldı

Xerson, Dnepropetrovsk və Nikolayevdə Kaxov SES-i partlatdıqdan sonra 54 yaşayış məntəqəsi su altında qalıb. Bunu Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat katibi Aleksandr Xorunji deyib. "Hazırda Kaxovska SES-in işğalçıları tərəfindən törədilən partlayışdan ən çox zərər çəkmiş Xerson, Nikolayev və Dnepropetrovsk vilayətlərində 54 yaşayış məntəqəsi su altında qalıb, onlardan 17-si Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisindədir", - o bildirib.
16-06-2023, 17:22
Türklər İranın çoxəsrlik düşmənləridir - Rəisinin xanımı


Türklər İranın çoxəsrlik düşmənləridir - Rəisinin xanımı

İran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələm Əl-Hadi türklər və monqolları İranın çoxəsrlik düşmənləri adlandırıb. Bu barədə o, Venesuelada yerli telekanallardan birinə müsahibəsində deyib. "Tarix boyu bu ölkələr İrana hücum edib", - deyə İranın birinci xanımı bildirib. Cəmilə Ələm Əl-Hadinin sözləri sosial şəbəkələrdə geniş əks-sədaya səbəb olub.
16-06-2023, 16:57
Moskva bu məsələdə veto hüququna malik ola bilməz - Stoltenberq


Moskva bu məsələdə veto hüququna malik ola bilməz - Stoltenberq

"NATO-nun qapısı rəsmi Kiyevin üzünə açıqdır". Bunu NATO baş katibi Yens Stoltenberq deyib. O vurğulayıb ki, Ukrayna gələcəkdə NATO-nun üzvü olacaq və buna özü qərar verəcək: "Moskva bu məsələdə veto hüququna malik ola bilməz". Stoltenberqin sözlərinə görə, NATO-Ukrayna Şurasının yaradılması da nəzərdə tutulub ki, burada qarşılıqlı maraq doğuran mövzular və təhlükəsizliklə bağlı məsələlər müzakirə olunacaq.
16-06-2023, 16:44
Rusiyanın 6 şəhəri Ermənistanla qardaşlaşır


Rusiyanın 6 şəhəri Ermənistanla qardaşlaşır

Rusiyanın Uray, Sestroretsk və Zlatoust şəhərləri Ermənistanın Mehri, Gorus və Qacaran şəhərləri ilə qardaşlaşacaq. Qafanda belə müqavilələrin bağlanması niyyəti haqqında protokol imzalanıb. Protokola əsasən, şəhər administrasiyaları yol xəritələri və fəaliyyət planları hazırlayacaq. Birgə mədəni və iqtisadi layihələrin icrası da buna daxildir.
16-06-2023, 16:33
Gürcüstanın sabiq prezidenti aktiv siyasətə qayıdır


Gürcüstanın sabiq prezidenti aktiv siyasətə qayıdır

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili aktiv siyasətə qayıtdığını açıqlayıb. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. O, bu gündən etibarən aktiv şəkildə siyasətlə məşğul olacağını bəyan edib. Saakaşvili bildirib ki, o, aktiv şəkildə Gürcüstan siyasətində, Ukraynada gedən proseslərdə iştirak edəcək. “Mən əsasını qoyduğum “Vahid Milli Hərəkat” partiyası da daxil olmaqla bütün milli, anti-Rusiya Avropa qüvvələrini birləşməyə çağırıram”, - sabiq dövlər başçısı qeyd edib. Xatırladaq ki, Saakaşvili 2021-ci ildə Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və oktyabrın 1-də Tbilisidəki evində həbs edilib. O, dəfələrlə aclıq aksiyası keçirib. Sabiq lider səhhətində ağır problemlər yarandıqdan sonra siyasətdən getdiyini bildirib.
16-06-2023, 16:21
Rusiya sabitliyi pozmaq üçün Zaporojeni partlatmaq niyyətindədir - Zelenski


Rusiya sabitliyi pozmaq üçün Zaporojeni partlatmaq niyyətindədir - Zelenski

Rusiya Ukraynada sabitliyi pozmaq üçün Zaporojye atom elektrik stansiyasını partlatmaq niyyətindədir. Bunu Amerikanın NBC News telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib. Zelenski Rusiyanın dünyanın Kiyevə təzyiq göstərməsində maraqlı olduğunu qeyd edib: "Bununla da Rusiya “münaqişənin dayandırılmasını gözləyir". "Qərbin texnikasını hissə-hissə Ukraynaya verməsi yalnız müharibənin müddətini uzadır. Hazırda tərəfdaşlarımızın balansında olan hərbi texnika bizə kütləvi şəkildə təhvil verilsə, qalib gəlmək ehtimalımız daha yüksəkdir", - deyə prezident bildirib.
16-06-2023, 16:19
İran səfiri Zəncandakı iş adamlarıyla görüşdü


İran səfiri Zəncandakı iş adamlarıyla görüşdü

İranın Ermənistandakı yeni səfiri Mehdi Sübhani Zəncan əyalətində iş adamları ilə görüşüb. O, regionun mədəni və sivilizasiya baxımından ortaq ölkələrlə işgüzar əməkdaşlığını genişləndirməyə çalışdığını qeyd edib. Səfir bildirib ki, İranın Ermənistanla keçən il ticarəti 500 milyon dollardan az olub və bu il 7 dəfə artmalıdır. "Ermənistanda kommersiya ofisi açmaqla daimi bazarlar yaratmaq, kənd təsərrüfatı və sənaye məhsullarını təqdim etmək mümkündür. Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür ki, bu, 200 milyon əhalisi olan bazara qapı deməkdir", - o əlavə edib.
16-06-2023, 14:58
Laçın sərhəd-buraxılış məntəqəsi erməniləri narahat edir - XİN


Laçın sərhəd-buraxılış məntəqəsi erməniləri narahat edir - XİN

Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin təsis edilməsi ilə Azərbaycana qarşı təcavüz törətmiş və 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamış Ermənistanın vəziyyəti gərginləşdirən addımlardan və yoldan istifadə etməklə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlərdən məhrum olması bu ölkəni narahat etməkdədir. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait mövcuddur və məntəqə təsis edilən gündən yüzlərlə sakin bu yoldan sərbəst şəkildə istifadə etdiyi məlumdur. 15 iyun tarixində Ermənistan tərəfindən bu məntəqəyə və sərhədçilərimizə qarşı törədilmiş təxribatın da məqsədi, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə kölgə salmaq, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törətməkdir.
16-06-2023, 14:50
Zakir Həsənov erməni təxribatının qarşısını almaqla bağlı göstərişlər verdi


Zakir Həsənov erməni təxribatının qarşısını almaqla bağlı göstərişlər verdi

Müdafiə naziri Zakir Həsənov orduya Ermənistan tərəfindən törədilə biləcək təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olmaq barədə göstərişlər verib. Bu barədə nazir MN-də keçirilən kollegiya iclasında bildirib. Qeyd olunub ki, Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib. General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulmasının, habelə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni hərbi daşımaların və uzunmüddətli fortifikasiya qurğularının quraşdırılması cəhdlərinin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən bundan sonra da zəruri cavab tədbirlərinin görülməsi, qarşı tərəfin fəaliyyətinin daim müşahidə edilməsi və istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.
16-06-2023, 14:17
Ukraynanın NATO-ya daxil olması mümkün deyil - Stoltenberq


Ukraynanın NATO-ya daxil olması mümkün deyil - Stoltenberq

Müharibə zamanı Ukraynanın NATO-ya daxil olması mümkün deyil, alyans ölkələri və Kiyev də bunu başa düşür. Bunu NATO-nun baş katibi Yens Stoltenberq "France 5" telekanalına müsahibəsində deyib. "Bütün NATO ölkələri Ukraynanın təşkilata üzv olacağı ilə razılaşır, lakin alyans dövlətlərindən heç biri, hətta Ukrayna belə, müharibə zamanı ölkənin təşkilata daxil olmasını gözləmir. Bütün müttəfiqlər bir mövzuda həmfikirdir ki, alyansın qapıları açıqdır. Biz bunu Finlandiya və İsveçi inteqrasiya etməklə nümayiş etdirmişik”, - Stoltenberq bildirib. O, həmçinin alyansa üzv ölkələrin Vilnüsdə iyulun 11-12-də keçiriləcək sammitində müzakirə ediləcək Ukrayna üçün təhlükəsizlik təminatlarına toxunub. "Biz vəziyyətin təkrarlanmaması üçün çoxsaylı müzakirələr aparırıq. Biz əmin olmaq istəyirik ki, müharibə bitərsə, Rusiyanın yeni hücumlarına qədər qısa fasilə olmayacaq. Ukrayna qarşısında öhdəliklərimiz yerinə yetirilməlidir", - NATO Baş katibi vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!