8-06-2023, 14:02
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşü təxirə salındıAzərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib. "Azərbaycan tərəfinin xahişi ilə Vaşinqtonda planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır. Görüşün yeni tarixi barədə ictimaiyyətə lazımi məlumat veriləcək", - Ermənistan XİN rəsmisi qeyd edib.
8-06-2023, 13:40
Türk lirəsi ucuzlaşaraq minimum səviyyəyə endiTürkiyənin milli valyutası olan lirə ucuzlaşaraq tarixi minimuma enib. Hazırda bir dolların məzənnəsi 23,3 - 23,4 lirə arasında dəyişir. Ümumilikdə lirə iyunun 5-dən başlayaraq kəskin dəyər itirməkdədir. Analitiklər devalvasiyanı Mərkəzi Bankın maliyyə və fond bazarında intervensiya aparmaması ilə əlaqələndirirlər. Qeyd edək ki, yerli iqtisadçılar Türkiyə lirəsinin 7,5 faiz ucuzlaşdığı çərşənbə gününü milli valyuta üçün son 1,5 ilin ən pis günü hesab edir. İyunun 7-də milli valyutanın dəyəri bir dollara nisbətdə 23,5 lirəyə qədər ensə də, hərraclar 23,3 lirə səviyyəsində bağlanıb.
8-06-2023, 13:26
Birləşmiş Ərəb Əmirliyi dördgünlük iş həftəsinə keçirBirləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İnsan Resursları üzrə Federal Qurumunun müəyyən etdiyi yeni iş qaydalarına əsasən, bu ölkədə federal hökumət işçiləri dördgünlük iş həftəsinə keçmək hüququ qazanacaqlar. İyulun 1-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, dövlət işçilərinin artıq təyin olunmuş həftəlik iş saatları dörd gün ərzində gündəlik 10 saatdan və ya həftədə 40 saatdan çox olmayacaq. Məlumata görə, yeni iş rejimi həm işçinin, həm də işəgötürənin razılığını tələb edir. Özəl sektorda çalışanlar üçün isə heç bir qayda müəyyən edilməyib. Bildirilib ki, dördgünlük məhdud iş rejimi BƏƏ-də dövlət işçiləri üçün yeni İnsan Resursları qanununda nəzərdə tutulan bir sıra iş modellərdən biridir. Bu plan həm ölkə daxilində, həm də xaricdə çalışan hökumət işçilərinə uzaqdan işləməyə və hibrid işə də imkan verir. BƏƏ-nin rəsmiləri deyiblər ki, İnsan Resursları haqqında yeni qanun çevik iş modelləri hazırlamaq və dövlət qurumlarını daha səmərəli etmək üçün nəzərdə tutulub. Bu federal qərardan əvvəl Şarja Əmirliyi 2022-ci il yanvarın 1-dən işçilər və tələbələr üçün dördgünlük iş həftəsini tətbiq etməyə başlayıb. Hazırda digər Körfəz ölkələri də qısa iş həftəsinin tətbiqi imkanlarını araşdırır. Bu ilin martında Səudiyyə Ərəbistanının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi iş həftəsini qısaltmaq üçün üçgünlük istirahət rejiminin tətbiqi imkanını nəzərdən keçirdiyini açıqlayıb.
8-06-2023, 13:12
“WhatsApp”da yeni funksiya yaradıldı“WhatsApp” messencerində yeni funksiya yaradılıb. İstifadəçilər artıq messencerdə kanallar yarada biləcəklər. Kanallar xəbərləri izləməyə imkan verəcək. Funksiya ilkin olaraq Kolumbiya və Sinqapurda istifadə ediləcək, yaxın aylarda isə digər ölkələrdə aktivləşdiriləcək. Messencerdə kanalların adminləri izləyicilərə məzmun göndərə biləcək. Kataloq axtarışı və ya dəvət vasitəsilə istənilən kanalı tapmaq mümkün olacaq. Abunəçilər adminin telefon nömrəsini və ya profil şəklini görməyəcəklər. Heç kim istifadəçinin hansı kanallara abunə olduğunu görə bilməyəcək və abunəçi telefon nömrələri administratorlar da daxil olmaqla kanaldakı hər kəsdən gizlədiləcək.
8-06-2023, 12:58
Sabahın hava proqnozuSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
8-06-2023, 12:41
Ukrayna prezidenti Xersona səfər etdiUkrayna prezidenti Volodimir Zelenski Xersona səfər edib. Bu barədə o, özünün teleqram kanalında məlumat yayıb. Məlumata görə, Zelenski Xersonda iclas keçirib, "Koxovka" su elektrik stansiyasının partladılması nəticəsində yaranan daşqınlar zamanı itkilərin hesablanması və insanlara kompensasiya verilməsi üçün vəsaitin ayrılmasının vacibliyini qeyd edib. İclasda regionda yaranmış əməliyyat şəraiti, əhalinin potensial daşqın zonalarından təxliyəsi, fövqəladə vəziyyətin aradan qaldırılması kimi məsələlər müzakirə olunub.
8-06-2023, 12:01
BQXK Azərbaycanda saxlanılan erməni hərbiçilərlə görüşdüBeynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bu yaxınlarda Azərbaycan Ordusu tərəfindən saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər. Bu barədə BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Məlumata görə, görüş iyunun 7-də baş tutub. Qeyd olunub ki, saxlanılan şəxslərlə təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. "Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - açıqlamada vurğulanıb.
8-06-2023, 11:55
İranlı həkimlər müalicəyə gedən azərbaycanlıları “tələyə” salmağa çalışırİrana gedən azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi xidmət orqanlarının əməkdaşları olması barədə iddialar yayılıb. Yeni həkimlər azərbaycanlı xəstələri “tələyə” salmağa çalışırlar. Hətta onları casusluğa cəlb edirlər. Buna görə də İrana müalicə üçün gedən azərbaycanlılardan diqqətli olmaları, yeni və tanımadıqları həkimlərlə ünsiyyət qurmamaları xahiş olunur.
8-06-2023, 11:39
“Barselona” Neymarı geri qaytarmağa qərar verdiLionel Messini heyətinə qata bilməyən “Barselona”nın yeni hədəfi bəlli olub. İspaniya nəhəngi Neymarı geri qaytarmağa qərar verib. PSJ-nin braziliyalı ulduzunun keçidində əsas problem onun maaşının yüksək olmasıdır. PSJ də transfer üçün böyük məbləğ tələb edə bilər. Qeyd edək ki, PSJ-dən ayrıldıqdan sonra azad agent olan Messi “İnter Mayami”yə keçəcəyini açıqlayıb.
8-06-2023, 11:06
İran 2 atom elektrik stansiyasının tikintisinə başladıİran Buşəhrdə 2 atom elektrik stansiyasının tikintisinə başlayıb. IRNA-nın məlumatına görə, buşəhrdə hər birinin gücü 1800 meqavat olan 2 atom elektrik stansiyasının tikintisinə başlanılıb. Qeyd edilib ki, sözügedən layihələrdə bir nəfər də olsun xarici işçi yoxdur və bu atom elektrik stansiyalarının icra əməliyyatlarının bütün mərhələləri iranlı mütəxəssislər tərəfindən həyata keçirilir.