8-06-2023, 17:43
Son sutka ərzində düşmən 945 hərbçisini və 33 tankını itirib - ŞoyquUkrayna Silahlı Qüvvələrinin xüsusi təlim keçmiş ehtiyat qüvvələri Zaporojye istiqamətindəki mövqeləri yarma tapşırığını yerinə yetirə bilməyib. Bu barədə Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. “Bu gün saat 01:30-da Zaporojye istiqamətində düşmən 1500 nəfərə qədər canlı qüvvə və 150 zirehli texnikadan ibarət 47-ci mexanikləşdirilmiş briqadanın qüvvələri ilə müdafiəmizi yarmağa cəhd edib. Kəşfiyyat qüvvələri düşməni vaxtında aşkar edib, artilleriya, aviasiya və tank əleyhinə silahlardan istifadə edərək qabaqlayıcı zərbələr endirib", - nazir deyib. Onun sözlərinə görə, Ukrayna ordusunun dörd istiqamətdə qarşısı alınıb. "Düşmənin 4 istiqamətdə də qarşısı alınıb. Qarşı tərəf xeyli itki verərək geri çəkilib. Son sutka ərzində düşmən 945 hərbçisini və 33 tankını itirib", - nazir vurğulayıb.
8-06-2023, 17:38
Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının toplantısı başladıTürkiyədə Milli Təhlükəsizlik Şurasının toplantısı başlayıb. İclasa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir. Toplantıda İraq və Suriyanın şimalında həyata keçirilən terrorla mübarizə əməliyyatları başda olmaqla, strateji, regional və milli təhlükəsizlik mövzularının müzakirə olunması gözlənilir.
8-06-2023, 16:33
Ermənistanla keçiriləcək Vaşinqton görüşünün təxirə salınmasına XİN-dən reaksiyaXəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. Məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan yayıb. O bildirib ki, görüş Azərbaycanın müraciətinə əsasən təxirə salınıb. Həmçinin qeyd olunub ki, görüşün yeni tarixi barədə ictimaiyyətə məlumat veriləcək. Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə açıqlamasında məlumatı təsdiqləyib. O deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. "Ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq. Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur", - XİN rəsmisi qeyd edib.
8-06-2023, 16:19
İranla sazişin bağlanması əlaqələrin genişləndirilməsi üçün stimul olacaq - PaşinyanErmənistanın baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında logistikanın gücləndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı və rəqəmsal texnologiyaların inkişafı haqqında danışıb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. O vurğulayıb ki, Avrasiya nəqliyyat məkanının inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi ittifaqın təkmilləşdirilməsində xüsusi rol oynayır. "İrəvan strateji istiqamətlərin inkişafı üçün lazım olan hər şeyi edir. İranla azad ticarət sazişinin bağlanması isə əlaqələrin genişləndirilməsi üçün stimul olacaq. Aİİ artıq iqtisadi əlaqələrin möhkəmləndirilməsində, biznesin və investisiyaların stimullaşdırılmasında xüsusi rol oynayır və bundan sonra da irəliləyəcək. Ermənistan ittifaqın daxili bazarının fəaliyyətinin təmin edilməsinə yönəlmiş vasitəçilik prosedurlarının tətbiqini və inkişafını dəstəkləyir", - deyə Paşinyan söyləyib. "Gələcəkdə yeni maneələrin qarşısını almaq üçün karbon neytrallığının təmin edilməsi və “yaşıl gündəmə” keçid üzrə işləri davam etdirmək lazımdır", - o əlavə edib.
8-06-2023, 16:10
İlham Əliyev ƏDV-lə bağlı fərman imzaladıPrezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, xaricdə çap olunmuş pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı ƏDV-dən azad edilib.
8-06-2023, 16:00
ABŞ postsovet məkanının bütün dövlətlərinə təyziqlər edir - PatruşevABŞ keçmiş SSRİ ölkələri arasında konstruktiv münasibətləri pozmaq məqsədi ilə postsovet məkanının bütün dövlətlərinə misli görünməmiş təzyiqlər edir. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev KTMT ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib. "ABŞ-ın əsas məqsədi keçmiş SSRİ ölkələrinin konstruktiv münasibətlərini pozmaq, həmçinin MDB, Aİİ və KTMT çərçivəsində inteqrasiya proseslərinə mane olmaqdır. Buna görə də şantaj, hiylə və təhdid yolunu tuturlar. Bununla da maraqları ilə hesablaşmağı belə düşünmədikləri maksimum sayda dövlətləri öz dairələrinə cəlb etməyə çalışırlar", - deyə Rusiya rəsmisi ABŞ-ı ittiham edib.
8-06-2023, 15:51
MDB Şurasının növbəti iclası Ermənistanda baş tutacaqMüstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası Ermənistanda keçiriləcək. Bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov Şuranın Bakıda keçirilən 86-cı iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, növbəti iclas 2023-cü ilin ikinci yarısında, təxminən oktyabrda İrəvanda keçiriləcək. "Bu tədbirə hazırlıq artıq başlayıb” - general deyib.
8-06-2023, 15:38
Rusiya Ermənistanda AES tikintisinin maliyyələşməsinə hazırdır - Mişustin"Rusiya Ermənistan da daxil olmaqla, Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) tərəfdaşları ilə onların ərazisində atom elektrik stansiyasının tikintisinin maliyyə məsələlərini müzakirə etməyə hazırdır". Bunu Rusiyanın baş naziri Mixail Mişustin “Avrasiya mənim evimdir” sərgisində deyib. "Həmçinin aqreqatların gücü ilə bağlı parametrləri də müzakirəyə hazırıq", - o əlavə edib. Sərgidə Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib. “Rosatom” pavilyonunda nümayəndə heyətlərinin rəhbərlərinə Rusiya-Belarusun birgə layihəsi olan dünyanın ən yeni və ən səmərəli atom elektrik stansiyasının layihəsi haqqında məlumat verilib. Bu atom elektrik stansiyasında 1200 meqavat gücündə iki enerji bloku var. Hazırda Belarus AES-in birinci bloku artıq istismara verilib, ikincisi sınaqdan keçirilir.
8-06-2023, 15:10
Ermənistan nümayəndələri MDB-nin Bakıda keçirilən iclasında iştirak edirErmənistanın nümayəndələri MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasında iştirak edirlər. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, Ermənistan nümayəndə heyətinə Milli Təhlükəsizlik Xidmətinin Müdafiə Qüvvələrinin komandanı vəzifəsini icra edən şəxs rəhbərlik edir. Belə ki, Arman Maralçyan vəzifədən getdikdən sonra yeni rəhbər təyin olunmayıb. Məlumata görə, Ermənistanın nümayəndələri Moskvadan Bakıya uçublar. Qedy edək ki, Bakıda Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-ci iclası keçirilir.
8-06-2023, 14:29
ABŞ Ermənistanı Rusiyaya yardım etməkdə günahlandırırABŞ Ermənistanı Rusiyaya sanksiyalardan yayınmaq üçün yardım etməkdə günahlandırır. Bu barədə "Politico" nəşri məlumat yayıb. ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O'Brayen qeyd edib ki, Rusiyaya əsas mikroçiplərin və elektronikanın idxalı müharibədən əvvəlki səviyyəyə qayıdıb. O'Brienin fikrincə, problem ondan ibarətdir ki, Avropa şirkətləri materialları başqa ölkələrə, onlar da öz növbəsində həmin ləvazımatları Rusiyaya satırlar. Qeyd olunub ki, Rusiyaya ABŞ sanksiyalarından yayınmağa kömək edən ölkələr arasında BƏƏ, Gürcüstan və Ermənistan da var.