8-06-2023, 10:43
Ukraynanın Kardaşinka kəndi su altında qaldıUkraynanın "Kaxovka" su elektrik stansiyasının (SES) partladılması nəticəsində Rusiyanın işğal etdiyi Kardaşinka kəndi su altında qalıb. Bu barədə "ASTRA" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, daşqın nəticəsində kənd sakinləri böyük təhlükə ilə üzləşiblər. "Beş nəfərdən ibarət ailəm oradadır. Biri xərçəng xəstəsi olan iki nənəm, əmim arvadı 13 yaşlı oğlu ilə kənddə qalıb. Çarəsizlikdən dağa sığınan çox sayda adam var. Bəziləri deyir ki, artıq ölənlər var", - Kardaşinkada qalan sakinlərin yaxınları bildiriblər. Hazırda vəziyyətin acınacaqlı olduğunu deyən yerli vətəndaşlar dövlət qurumlarından kömək istəyiblər.
8-06-2023, 10:24
Ruslar Dneprin sol sahilində olan mövqeylərini itirdilər"Kaxovka" Su Elektrik Stansiyasının partlaması nəticəsində Rusiya hərbçiləri Dneprin sol sahilində olan mövqeylərini itiriblər. Bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat verib. Analitiklərin fikrincə, "Kaxovka" su elektrik stansiyasının bəndinin dağıdılması cəbhədə Xerson sektorunun coğrafiyasını və topoqrafiyasını xeyli dəyişib. Daşqın Dnepr çayının şərq sahilində hazırlanmış Rusiya müdafiə mövqelərini, xüsusən, Qola Pristan və Aleşkidəki bir sıra mövqeləri ciddi şəkildə dağıdıb.
8-06-2023, 10:04
Ukraynanın Xerson vilayətini su basdıRusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətinin 600 kv. km sahəsini su basıb. Bunu Xerson vilayətinin dövlət administrasiyasının başçısı Aleksandr Proskudin bildirib. Onun sözlərinə görə, Dnepr çayının sağ sahilinin 32 faizini, sol sahilinin isə 68 faizini su basıb. Aleksandr Proskudin deyib ki, həmin ərazidə suyun səviyyəsi 5,61 metrdir. Ərazidən 1999 nəfər təxliyə edilib. O, bu prosesin davam etdiyini deyib. Qeyd edək ki, Ukraynada Kaxovka SES-in bəndi partladılıb.
7-06-2023, 22:53
Güclü leysan İsmayıllı-Lahıc yolunu bağladıBu gün axşam saatlarında yağan güclü leysan xarakterli yağışdan sonra İsmayıllı-Lahıc yolu bağlanıb. Sel səbəbindən avtomobil yolunun hərəkət hissəsi lil qatı və daşlarla örtülüb. Sel suları qəsəbəyə və ətraf kəndlərə gedən qaz xətlərini zədələyib, elektrik dirəklərini aşırıb. Hazırda Lahıca elektrik enerjisi və qazın verilişi dayandırılıb. Eyni zamanda, sel suları Yuxarı Zərnava kəndində gedən yolu da keçilməz edib. Paralel olaraq rayon ərazisindən keçən Girdiman çayının suyunda da artım müşahidə olunur.
7-06-2023, 21:19
Ukrayna hələlik əks-hücum əməliyyatına başlamayıb - Oleksiy DanilovUkrayna Silahlı Qüvvələri hələlik əks-hücum əməliyyatına başlamayıb. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib. O, əminliklə deyib ki, əməliyyat başlayanda hamı bundan xəbər tutacaq. “Bütün bunlar doğru deyil. Hər şeyin nə vaxt başlayacağına ordumuz qərar verəcək. Biz əks-hücuma başlayanda hamı bu barədə biləcək, görəcəklər", - Danilov deyib. Qeyd edək ki, bundan əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu Ukrayna ordusunun 5 istiqamətdə hücuma başladığını bildirmişdi.
7-06-2023, 20:03
Türkiyə Böyük Millət Məclisinə yeni spiker təyin edildiTürkiyə Böyük Millət Məclisinə (TBMM) yeni spiker seçilib. Bu barədə “TRT haber” məlumat yayıb. Bildirilir ki, bu vəzifəyə AKP və MHP-nin namizədi Numan Kurtulmuş layiq görülüb. O, səsvermənin ilk turunda deputatların 317-sinin səsini qazanıb. Bu, yetərsay olmadığı üçün sədr seçimi 2-ci tura qalıb. Bu turda da yetərli say olmayıb. N.Kurtulmuş bu mərhələdə 321 səs ala bilib. Üçüncü səsvermədə isə N.Kurtulmuş TBMM sədri seçilib.
7-06-2023, 20:00
Ceyhun Bayramov Slovakiyanın Baş naziri ilə görüşdüİyunun 7-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində Slovakiyanın Baş naziri Lüdovit Odor ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan və Slovakiya arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, turizm, humanitar və s. sahələr üzrə əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. C.Bayramov iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib. Bu istiqamətdə, əlaqələrin daha da inkişafı istiqamətində Azərbaycan və Slovakiya arasında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb və səfər çərçivəsində imzalanmış sazişin əhəmiyyəti qeyd olunub. C.Bayramov işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, Slovakiya şirkətlərinin və sərmayədarlarının da görülən işlərə verə biləcəyi mümkün töhfədən danışıb. Baş nazir Lüdovit Odor Slovakiyanın Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
7-06-2023, 18:47
Şuşa tarixdə ilk dəfə avrokuboklarda təmsil olunacaqAzərbaycan idmanı tarixində ilk yaşanacaq. Erməni işğalçılardan azad edilən Şuşa tarixdə ilk dəfə avrokuboklarda təmsil olunacaq. Bu ilkə kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu imza atacaq. Cəmi 1 il öncə yaradılan və ilk mövsümündə Azərbaycan çempionatının, həmçinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirin gümüş mükafatçısı 2023/24 mövsümündə avrokuboklarda debüt edəcək. “Xarı Bülbül Şuşa” “Çağırış kuboku”nda mübarizə aparacaq. Şuşalıların yarışda iştirakı ilə bağlı Avropa Voleybol Konfederasiyasına sifariş göndərilib. Bu, yeni mövsümdə ölkəmizi təmsil edəcək yeganə komanda olacaq.
7-06-2023, 18:36
İlk dəfə olaraq sülh əlçatandır - XİN başçısıErmənistan və Azərbaycan arasında təxminən otuz ildir davam edən silahlı münaqişənin başa çatması və hər iki dövlətin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət etmək öhdəliyi götürməsi ilə iki ölkə öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq sülh əlçatandır. Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib. Nazir bildirib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat əsasında silahlı münaqişə sona çatdıqdan sonra, 30 illik hərbi işğal dövründə Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparır: "Münaqişənin başa çatması sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəlilədilməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoyuluşu üçün imkan və real perspektivlər gündəmə gətirir". "Azərbaycan bu yanaşma ilə Ermənistana münaqişədən sonrakı normallaşma gündəliyini təklif edib. Hər iki tərəf bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmətə əsaslanan dövlətlərarası münasibətlərin çərçivəsini təşkil edəcək ikitərəfli sazişin mətni üzərində danışıqlar aparır. Son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişinyovda keçirilən danışıqlar tərəflərin əsas narahatlıqları daha yaxşı başa düşməsinə xidmət edib və bəzi məsələlərlə bağlı fikir ayrılıqlarını daraltmağa kömək edib", - nazir vurğulayıb.
7-06-2023, 17:28
Polşa Ukrayna vasitəsilə Rusiyanı məhv etməyə çalışır - ZaxarovaPolşa Ukrayna vasitəsilə Rusiyanı müstəqil dövlət kimi məhv etmək istəyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova gündəlik brifinqdə bildirib. Polşanın Baş naziri Mateuş Moravetskinin ittihamlarına cavab verən Zaxarova rəsmi Varşavanın sərgilədiyi mövqeyi tənqid edib. XİN rəsmisinin sözlərinə görə, Polşa öz geosiyasi vəzifələrini Ukrayna vasitəsilə həll etməyə çalışır ki, bu da Rusiyanın müstəqil dövlət kimi məhv edilməsi məqsədi daşıyır.
Qeyd edək ki, Polşanın Baş naziri Mateuş Moravetski Ukraynadakı münaqişənin Avropanın geosiyasi xəritəsini dəyişməyə, eləcə də Avropa İttifaqının sərhədlərini genişləndirməyə imkan verdiyini deyib. Rusiya onun fikirlərini işğal planı kimo dəyərləndirib.