Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
7-06-2023, 17:12
Nazir erməni təxribatlarının sülhün lənginməsinə səbəb olduğunu bildirdi


Nazir erməni təxribatlarının sülhün lənginməsinə səbəb olduğunu bildirdi

7 iyun 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına səfəri çərçivəsində bu ölkənin xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Vlaxovski ilə görüşüb. XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov və nazir Miroslav Vlaxovski arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Görüşdə tərəflər iki ölkə arasında siyasi, iqtisadi, energetika, turizm, təhsil, kənd təsərrüfatı, hüquq-müqavilə və mədəni-humanitar sahələrdə mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıb. Bu il diplomatik əlaqələrin 30 illiyinin qeyd olunduğu, bu çərçivədə bir sıra mədəni tədbirlərin keçiriləcəyi diqqətə çatdırılıb. Geniştərkibli görüş zamanı aparılan hərtərəfli müzakirələr zamanı əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edən tərəflər, diplomatik təmsilçiliklərin genişləndirilməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsi də daxil olmaqla ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarını müzakirə ediblər. Nazir C.Bayramov həmkarını post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, Ermənistanla sülh müqaviləsi üzrə aparılan danışıqların cari statusu və Ermənistan tərəfinin müxtəlif bəhanə və təxribatlarla bu prosesi ləngitməsi, eləcə də mina təhdidləri barədə məlumat verilib. İşğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və yenidənqurma işləri və bu prosesdə Slovakiya şirkətlərinin iştirakı qeyd olunub. Bununla yanaşı, minaların təmizlənməsi sahəsində Slovakiyanın müvafiq mina təmizləyən avadanlıqların əldə edildiyi, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib. Slovakiya naziri Azərbaycanla ikitərəfli münasibətlərə olduqca böyük əhəmiyyət verildiyini və bu əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. O, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda davamlı sülhün təmin olunması istiqamətində Avropa İttifaqı tərəfindən həyata keçirilən səylərə ölkəsinin dəstəyini diqqətə çatdırıb. Geniş tərkibli görüşdən sonra, nazirlər Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Sazişi imzalayıblar. Daha sonra keçirilmiş mətbuat brifinqində media nümayəndələrinin suallarını cavablandıran nazirlər keçirilən ikitərəfli görüş zamanı müzakirə olunan mövzular və əldə olunan nəticələr barədə məlumat veriblər, jurnalistlərin suallarını cavablandırıblar. Hər iki nazir Azərbaycan-Slovakiya əlaqələrinin həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli formatlar çərçivəsində daha da inkişaf etdirilməsinə dair qətiyyət ifadə ediblər.
7-06-2023, 17:07
Baş nazir Soçiyə işgüzar səfərə çıxdı


Baş nazir Soçiyə işgüzar səfərə çıxdı

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak üçün Soçiyə işgüzar səfərə gəlib. Nazirlər Kabinetindən verilən məlumata görə, Baş nazir, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında və III Avrasiya Konqresində qonaq qismində iştirak edəcək. Bundan əlavə, səfər çərçivəsində Ə.Əsədovun xarici həmkarları ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.
7-06-2023, 16:54
Ərdoğan rusiyalı həmkarıyla telefon danışığı apardı


Ərdoğan rusiyalı həmkarıyla telefon danışığı apardı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Türkiyə PA-nın Kommunikasiya İdarəsi məlumat yayıb. Söhbət zamanı Rusiya-Ukrayna müharibəsi ətrafında müzakirə aparılıb. Ərdoğan Nova Kaxkova su anbarının vurulmasını araşdırmaq üçün komissiya yaratmağı təklif edib.
7-06-2023, 16:33
Ukrayna xalqıyla aramızda müharibə yoxdur, ABŞ-ın açıq təcavüzü var - Patruşev


Ukrayna xalqıyla aramızda müharibə yoxdur, ABŞ-ın açıq təcavüzü var - Patruşev

"ABŞ Rusiya Federasiyası və Belarusa qarşı elan olunmamış müharibə aparır, Qərb siyasətçiləri bu haqda açıq danışırlar". Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. "Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılması Kiyev tərəfindən planlaşdırılan növbəti terror aktıdır. Rusiya və Ukrayna xalqları arasında müharibə yoxdur, yalnız ABŞ-ın açıq təcavüzü var. Ukrayna ətrafında böhranın davam etməsi ABŞ-dan başqa heç kimə sərfəli deyil. Ukraynadakı vəziyyət müdafiə sahəsində Rusiya-Belarus əməkdaşlığının dərinləşməsini vacib edir", - katib iddia edib. "BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası göstərdi ki, Avropa Vaşinqtonun göstərişi ilə hərəkət edən ukraynalı millətçilərin cinayətlərini dəstəkləyir. ABŞ, Böyük Britaniya və onların Kiyevin fəaliyyətini əlaqələndirən NATO tərəfdaşları Kaxovka SES ilə bağlı vəziyyətə görə məsuliyyət daşımalıdırlar", - Patruşev iddialarını davam etdirib.
7-06-2023, 16:17
Ərdoğan ukraynalı həmkarıyla telefon danışığı apardı


Ərdoğan ukraynalı həmkarıyla telefon danışığı apardı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Türkiyə PA-nın Kommunikasiya İdarəsi məlumat yayıb. Söhbət zamanı Rusiya-Ukrayna müharibəsi ətrafında müzakirə aparılıb. Ərdoğan Nova Kaxkova su anbarının vurulmasını araşdırmaq üçün komissiya yaratmağı təklif edib. Ədalətli sülh üçün danışıqlar yolunun əhəmiyyətinə diqqət çəkilib.
7-06-2023, 16:09
Mişustin: “Rusiya Ermənistanla əməkdaşlığa böyük əhəmiyyət verir”


Mişustin: “Rusiya Ermənistanla əməkdaşlığa böyük əhəmiyyət verir”

"Rusiya Federasiyası Ermənistanla əməkdaşlığa böyük əhəmiyyət verir". Bunu Rusiyanın baş naziri Mixail Mişustin ermənistanlı həmkarı Nikol Paşinyanla Soçidə keçirdiyi görüşdə deyib. "Biz dağ-mədən sənayesinin energetika sektorunda, aqrar-sənaye kompleksində və s. sahələrdə yeni birgə layihələrin həyata keçirilməsində maraqlıyıq. Hazırda Rusiya Federasiyasının 70-ə yaxın subyekti Ermənistanla işləyir, birbaşa əlaqələr var. Keçən il Ermənistanda Rusiya regionlarının nümayəndələrinin iştirakı ilə 24 işgüzar missiya təşkil olunub”, - Mişustin bildirib.
7-06-2023, 15:55
Türkiyənin parlament iclasında təyin olunan yeni rəsmi nümayəndələr and içdi


Türkiyənin parlament iclasında təyin olunan yeni rəsmi nümayəndələr and içdi

Türkiyə parlamentinin iclası keçirilir. İclasa müvəqqəti spiker vəzifəsini tutan MHP lideri Devlet Bahçeli sədrlik edir. İclasda ölkənin yeni vitse-prezidenti Cevdet Yılmaz və nazirlər and içiblər. Parlamentin bugünkü toplantısının gündəliyində yeni spikerin seçilməsi məsələsi də var. Türkiyənin yeni hökumətinin tərkibi aşağıdakı kimidir:

Vitse-prezident: Cevdet Yılmaz

Ədliyyə naziri: Yılmaz Tunç

Ailə və sosial xidmətlər naziri: Mahinur Özdemir Göktaş

Əmək və sosial nüdafiə naziri: Vedat Işıkhan

Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri: Mehmet Özhaseki

Xarici işlər naziri: Hakan Fidan

Enerji və təbii sərvətlər naziri: Alparslan Bayraktar

Gənclər və ndman naziri: Osman Aşkın Bak

Xəzinə və maliyyə naziri: Mehmet Şimşek

Daxili işlər naziri: Ali Yerlikaya

Mədəniyyət və turizm naziri: Mehmet Nuri Ersoy

Milli təhsil naziri: Yusuf Tekin

Milli müdafiə naziri: Yaşar Gülər

Səhiyyə naziri: Fahrettin Koca

Sənaye və texnologiya naziri: Mehmet Fatih Kaçır

Kənd təsərrüfatı və meşə təsərrüfatı naziri: İbrahim Yumaklı

Ticarət naziri: Ömer Bolat

Nəqliyyat və infrastruktur naziri: Abdulkadir Uraloğlu
7-06-2023, 15:51
İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı saziş imzalandı


İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı saziş imzalandı

Azərbaycan və Slovakiya arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı saziş imzalanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Slovakiyaya işgüzar səfəri çərçivəsində Azərbaycan və Slovakiya arasında ikiqat vergitutmanın aradan qaldırılması və gəlirlərə görə vergidən yayınmanın qarşısının alınması haqqında Saziş imzalanıb. “Bu, ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək”, - məlumatda qeyd olunub.

7-06-2023, 15:32
Paşinyan rusiyalı həmkarıyla görüşdü


Paşinyan rusiyalı həmkarıyla görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Mixail Mişustinlə görüşüb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, görüş Soçidə baş tutub. Danışıqların detalları hələlik açıqlanmayıb.
7-06-2023, 13:31
Təqdim edilmiş sifarişlər üzrə hazırda borc yoxdur - Nazir müavini


Təqdim edilmiş sifarişlər üzrə hazırda borc yoxdur - Nazir müavini

"Dövlət büdcəsi çərçivəsində təqdim olunmuş sifarişlər 1-2 gün ərzində icra olunur və bu günə bizdə icra olunmamış sifariş yoxdur". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə nazirinin müavini Azər Bayramov azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən daxil olan şikayətlərə münasibət bildirərkən deyib. “Təqdim edilmiş sifarişlər üzrə hazırda bir qəpik belə borc yoxdur. Bizim planlaşdırdığımız büdcə xərclərimiz beş ayda 103% icra olunub. Resurs baxımından dövlət büdcəsinin gəlirlərini nəzərə alaraq bizim heç bir problemimiz yoxdur. Qanunuvericiliklə daxil olan öhdəliklərin maliyyələşdirilməsində probemimiz yaşanmır. Qarabağdakı podratçılarla bağlı problem başqa istiqamətdədir. Bu, açılmış vəsaitlərlə görülmüş işlərin tam uyğun olmamasındadır. Biz keçən il qənaət olunmuş bütün vəsaitləri, təqribən 1,5 milyard manat vəsaiti əlavə olaraq sırf işğaldan azad edilmiş ərazilərin bərpasındakı tikinti işlərinə ayırdıq. Bu il təqdim etdiyimiz dürüstləşmədə planlaşdırlan məbləğin 3/2-si yenə o istiqamətdədir", - Azər Bayramov vurğulayıb.
Nazir müavini qeyd edib ki, sifarişçi ilə podratrçı arasında münasibətlər normal tənzimlənməlidir: "Onların gördüyü işin büdcədə nəzərdə tutulub-tutulmaması müəyyənləşdirilməlidir. Amma bizə büdcə çərçivəsində təqdim olunmuş sifarişlər dərhal bir-iki gün ərzində icra olunur və bu günə bizdə icra olunmamış sifariş yoxdur”. İqtisadiyyat nazirinin müavini Elnur Əliyev də bildirib ki, Qarabağda icraolunmamış sifariş yoxdur: “Nəzərdə tutulan hər bir işin ödənişi edilib. Podratçı şirkətlər belə problemlərlə üzləşir və İqtisadiyyat Nazirliyinə müraciət edir ki, bizim pulumuzu verin. İnvestisiya proqramında nəzərdə tutulan işlər üzrə bütün ödənişlər edilib. Bəzən olur ki, proqramda nəzərdə tutulandan kənar işlər görülür və həmin işlər cari il üçün proqramda olmur. Sonra da podratçılar deyir ki, pulumuzu verin”. Qeyd edək ki, deputat Elnur Allahverdiyev Qarabağda fəaliyyət göstərən şirkətlərə büdcədən ödənişlərdə gecikmələrin olduğunu və bununla bağlı narazılığın yaşandığını açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!