Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
5-06-2023, 11:57
Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyil


Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyil

"Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyil". Bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı bildirib. "Biz Qarabağ ermənilərindən onların gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Statusun müəyyən edilməsi məsələsinə də biz iddia etmirik və buna cəhd də etmirik". Mirzoyanın sözlərinə görə, Ermənistan-Azərbaycan nizamlanması prosesində İrəvanın danışdığı yeganə şey Qarabağ əhalisi ilə rəsmi Bakı arasında dialoq mexanizminin yaradılması ilə bağlıdır: "İrəvan bu dialoq üçün platforma yaratmalıdır".
5-06-2023, 11:48
Rusiya ilə Ermənistan arasında nüvə sənayesi üzrə əməkdaşlıq artır


Rusiya ilə Ermənistan arasında nüvə sənayesi üzrə əməkdaşlıq artır

"Rusiya texnologiyaları Ermənistanda yeni atom elektrik stansiyasını sıfırdan olmamaq şərtilə tikməyə imkan verəcək". Bunu "Rosatom"un mütəxəssisi İlya Vergizayev İrəvanda nüvə texnologiyalarının inkişafına dair konfransda bildirib. "Ermənistan və Rusiya arasında stansiyaların tikintisi və istismarı üçün ümumi normativ baza mövcuddur ki, bu da mövcud stansiyadan yeni stansiyaya problemsiz keçidə imkan verəcək. Stansiyanın həm reaktoru, həm də digər aqreqatları son 30 ildə yenilənmiş sovet texnologiyaları əsasında tikilib", - mütəxəssis deyib. "Bundan əlavə, “Rosatom” hələ də Ermənistan AES-in yerləşdiyi ərazinin xüsusiyyətləri haqqında sovet məlumatlarını saxlayıb. Həmçinin Ermənistanın nüvə sənayesi Rusiya Federasiyasının istehsal və tədqiqat mərkəzləri ilə əlaqələr saxlayır", - o əlavə edib.
5-06-2023, 11:37
İranın Rusiyaya silah satdığını sübut edən müqavilə aşkarlandı


İranın Rusiyaya silah satdığını sübut edən müqavilə aşkarlandı

İranın Rusiyaya silah satdığını sübut edən müqavilə ortaya çıxıb. Silah müqaviləsi adı açıqlanmayan təhlükəsizlik mənbəyi tərəfindən "Sky News" agentliyinə təqdim edilib. Agentlik iddia edir ki, 14 sentyabr 2022-ci il tarixində imzalanan 16 səhifəlik sənəd dəyəri 1 milyon dollardan çox olan silah satışını ehtiva edir. Müqavilə artilleriya və tank mərmiləri, eləcə də raket hissələrinin satışını əhatə edir. Mənbə sənədin 100% həqiqi olduğunu bildirib. "Sky News" sənədləri may ayında Britaniyaya səfər edən Ukraynanın Baş naziri Denis Şmıqala və Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə göstərdiyini bildirib.






5-06-2023, 11:10
Bankomatların faiz dərəcələri camaatı incidir - Deputat


Bankomatların faiz dərəcələri camaatı incidir - Deputat

“Bankomatların faiz dərəcələri camaatı incidir”. Bunu Milli Məclisin İqtisadi siyast, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib. "Bankları idarə edən şəxslər sərin, rahat kabinetində oturub işlərini görürlər. Amma rayonlarda olan şəxslər bankomatların faiz dərəcələrindən əziyyət çəkirlər. Hər bankda bir faiz müəyyənləşib. Bunu standart 1,5 faiz edin, camaat əziyyət çəkməsin. Vətəndaş pul çıxarmaq istəyir, gərək şəhərin o başına getmək üçün 3 avtobus dəyişsin. Bu da cammatı yorur. Ona görə bankomatdan pul çıxarmaq üçün faizləri standart etmək lazımdır”,- deyə deputat bildirib.
4-06-2023, 22:28
Varşavada hökumət əleyhinə etiraz aksiyası keçirildi


Varşavada hökumət əleyhinə etiraz aksiyası keçirildi

Polşanın paytaxtı Varşavada hökumət əleyhinə etiraz aksiyası keçirilib. Yürüşə “Vətəndaş Platforması” müxalifət partiyası rəhbərlik edib. Məlumata görə, yürüşdə 500 min insan iştirak edib. 38 milyonluq ölkənin Krakov və digər şəhərlərində böyük izdiham toplaşıb. Aksiyada “Həmrəylik” hərəkatının lideri, keçmiş prezident Lex Valesa, “Vətəndaş Platformasının” lideri, keçmiş baş nazir Donald Tusk da iştirak edib.
4-06-2023, 22:28
Varşavada hökumət əleyhinə etiraz aksiyası keçirildi


Varşavada hökumət əleyhinə etiraz aksiyası keçirildi

Polşanın paytaxtı Varşavada hökumət əleyhinə etiraz aksiyası keçirilib. Yürüşə “Vətəndaş Platforması” müxalifət partiyası rəhbərlik edib. Məlumata görə, yürüşdə 500 min insan iştirak edib. 38 milyonluq ölkənin Krakov və digər şəhərlərində böyük izdiham toplaşıb. Aksiyada “Həmrəylik” hərəkatının lideri, keçmiş prezident Lex Valesa, “Vətəndaş Platformasının” lideri, keçmiş baş nazir Donald Tusk da iştirak edib.
4-06-2023, 22:10
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu


Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Bu gün saat 18:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
4-06-2023, 21:40
Erməni silahlı dəstələrinin təxribat cəhdi baş tutmadı


Erməni silahlı dəstələrinin təxribat cəhdi baş tutmadı

Saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
4-06-2023, 21:33
İlin sonuna qədər sülh müqaviləsi bağlana bilər - Qriqoryan


İlin sonuna qədər sülh müqaviləsi bağlana bilər - Qriqoryan

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi bağlamaq imkanının olduğunu bildirib. Bu barədə o, Ermənistan İctimai Televiziyasının efirində danışıb. “Danışıqlar çox intensiv gedir. Əgər biz bu intensivliyi qoruyub saxlaya bilsək və beynəlxalq birlikdən güclü yardım olsa, o zaman ilin sonuna qədər sülh müqaviləsinin bağlanması ehtimalı var”, - deyə Qriqoryan vurğulayıb. Onun sözlərinə görə, Ermənistan tərəfi mümkün qədər tez sülh sazişi bağlamaqda qərarlıdır.
4-06-2023, 21:20
Bişkekdə keçirilən yarışda güləşçilərimiz 4 medal qazandı


Bişkekdə keçirilən yarışda güləşçilərimiz 4 medal qazandı

Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə reytinq seriyasının üçüncü mərhələsi başa çatıb. Yarışın sonuncu günündə 5 sərbəst güləşçimiz mübarizə aparıb. Onlardan dördü mükafatçılar sırasında yer alıb. Turnirdə 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Cəbrayıl Qadjiyev təsnifat mərhələsində misirli Amr Hussen (3:2), səkkizdəbir finalda isə Bəhreyni təmsil edən Maqomedrasul Asluevlə (5:4) gərgin keçən qarşılaşmalarda sevinən tərəf olub. Yığmamızın üzvü daha sonra gürcüstanlı Otari Baqauridən (4:1) güclü olmaqla adını yarımfinala yazdırıb. Tacikistanlı Maqomet Yevloyevlə gərgin keçən görüşdə sonuncu xal prinsipinə əsasən, (3:3) qələbə qazanan güləşçimiz finala adlayıb. Bu çəki dərəcəsində mübarizə aparan digər güləşçilərimiz mübarizəyə səkkizdəbir finaldan başlayıb. Turan Bayramov çinli Fenq Lu (7:0), Xadjimurad Qadjiyev isə qazaxıstanlı Darxan Yessengali (10:0) üzərində böyük hesablı qələbə əldə ediblər. T.Bayramov dörddəbir finalda türk Olimpiya və ikiqat dünya üçüncüsü, üçqat Avropa çempionu Soner Demirtaşı 10:5 hesabıyla, X.Qadjiyev isə monqolustanlı Suldxuu Olonbayarı tam üstünlüklə məğlub edərək yarımfinala yüksəliblər. Finalın bir addımlığında yığmamızın üzvləri üz-üzə gəliblər. Komanda yoldaşına 7:4 hesabı ilə qalib gələn T.Bayramov finalda iştirak hüququ qazanıb. Xadjimurad Qadjiyev bürünc medal uğrunda Soner Demirtaşla qarşılaşıb və təcrübəli rəqibini 12:7 hesabı ilə məğub edərək üçüncü yeri tutub. Finalda isə Turan Bayramov və Cəbrayıl Qadjiyev güləşiblər. Gərgin keçən qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılan T.Bayramov qızıl, C.Qadjiyev isə gümüş medal qazanıblar. Millimizin üzvü Abubakr Abakarov (86 kq) ilk görüşdə monqolustanlı Bat Byambasuren üzərində inamlı qələbə qazanıb – 7:0. A.Abakarov dörddəbir finalda qırğızıstanlı Nurtilek Karipbayevi 5:0 hesabı ilə üstələyərək yarımfinala vəsiqə qazanıb. Güləşçimiz qazaxıstanlı Azamat Dauletboku da (3:2) məyus edərək finala yüksəlib. Ancaq A.Abakarov zədələndiyi üçün Bəhreyni təmsil edən Maqomed Şaripovla həlledici görüşə çıxmayıb və gümüş medalla kifayətlənib. Beləliklə, sərbəst güləşçilər yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Qeyd edək ki, turnirdə I kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!