29-05-2023, 19:23
Niaqara şəlaləsi bayrağımızın rəngləri ilə işıqlandırıldıABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ABŞ-da fəaliyyət göstərən Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) və Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı əsasında ABŞ vaxtı ilə saat 22:30-da baş tutan bu möhtəşəm hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini çəlb edib. ACMA üzvləri və Kanadada yaşayan soydaşlarımız Azərbaycan bayraqlarını dalğalandıraraq hadisəni izləyiblər. Həmvətənlərimiz xalqımızın birlik və həmrəyliyinin rəmzi olan “Yallı” milli rəqsimizin sədaları altında rəqs edib, bayram sevinclərini şəlalənin füsünkar görüntüsünün fonunda foto çəkdirən ziyarətçilərlə bölüşüblər. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında məlumat verilib. Niaqara şəlaləsi ABŞ vaxtı ilə səhər saatlarına qədər Azərbaycanın dövlət bayrağının parlaq rəngləri ilə işıqlandırılıb.
29-05-2023, 19:16
İlham Əliyev xanımı ilə dünya çempionatının açılışında iştirak etdiMayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər. Taekvondo üzrə dünya çempionatının açılışını izləmək üçün dövlət başçısı və birinci xanım “Baku Crystal Hall”a gəldilər. Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu ilə görüşdülər. Çunqvon Çu birinci xanım Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmər və sertifikatını təqdim etdi. Dövlət başçısı və birinci xanım Dünya Taekvondo Federasiyasının prezidenti ilə söhbət etdilər. Sonra taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi keçirildi. Açılış mərasimində əvvəlcə iştirakçı komandaların paradı oldu. Sonra Dünya Taekvondo Federasiyasının himninin sədaları altında qurumun bayrağı səhnəyə gətirildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra hakimlər, idmançılar və məşqçilərin andiçmə mərasimi oldu. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsipinə və ideallarına riayət edilməsinin ən yüksək prioritet olduğunu bir daha xatırladıb. Mərasimdə çıxış edən Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu Bakıda olmaqdan və dünya çempionatının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirdi. Pandemiyadan sonra taekvondo yarışlarının keçirilməsinin önəmini xüsusi vurğulayan Çunqvon Çu dedi: “Bakıya - taekvondonun evinə qayıtmaq çox xoşdur. Bakını taekvondonun evi adlandırmaq ona görədir ki, uzun illər ərzində Azərbaycanda müxtəlif taekvondo tədbirləri təşkil olunub. Azərbaycan, həmçinin parataekvondonun yarandığı ölkədir. Sonralar parataekvondo daha da populyarlaşaraq Paralimpiya Oyunlarının proqramına salınıb”. Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində taekvondonun ölkəmizdə geniş populyarlıq qazandığını vurğulayan Çunqvon Çu bildirdi ki, bu diqqət nəticəsində illər ərzində Azərbaycan taekvondoçuları müxtəlif yarışlarda medallar qazanıblar. Prezident İlham Əliyevin Dünya Taekvondosunun 6-cı dan Fəxri Qara kəmər və sertifikatı ilə təltif olunduğunu xatırladan Çunqvon Çu Birinci-vitse prezident Mehriban xanım Əliyevanın da 8-ci dan Fəxri Qara kəmər və sertifikatı ilə təltif edilməsindən məmnunluğunu ifadə etdi. O, Bakıda keçirilən 26-cı dünya çempionatının tarixdə uğurlu və mötəbər tədbir kimi qalacağına ümidvar olduğunu bildirdi. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax videomüraciətində 50 il əvvəl 17 üzv assosiasiya ilə fəaliyyətə başlayan Dünya Taekvondo Federasiyasının hazırda 213 üzvü əhatə edərək dünyanın ən böyük idman federasiyalarından birinə çevrildiyini dedi. Taekvondonun 2000-ci ildən Olimpiya idman növü olduğunu vurğulayan T.Bax qurumun ötən müddətdə Çunqvon Çunun rəhbərliyi ilə sürətli inkişaf yolu keçərək, həm taekvondonu, həm də idman dəyərlərini müvəffəqiyyətlə təbliğ etdiyini bildirdi. O, Taekvondo Humanitar Fondunun da dünyada qaçqınların idmana cəlb olunmasında mühüm rol oynadığını dedi, federasiyanın Beynəlxalq Olimpiya Komitəsi ilə birlikdə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə sanballı töhfələr verdiyini diqqətə çatdırdı. Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxışında taekvondoçularımızın mötəbər beynəlxalq yarışlarda uğurlu çıxışları, iradə və əzmkarlıqları ilə zirvələri fəth etdiklərini vurğuladı. Qeyd etdi ki, məhz bunun nəticəsində taekvondo respublikamızda geniş populyarlıq qazanıb və gənclərimizdə idmanın bu növünə dərin maraq yaranıb. K.Heydərov 100 illik yubileyinin geniş qeyd olunduğu Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə idmana daim yüksək diqqət və qayğı göstərdiyini xatırlatdı. Bildirdi ki, bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa olunub. Hazırda Azərbaycan beynəlxalq idman aləmində nüfuzlu idman ölkəsi kimi tanınır. Azərbaycanda irimiqyaslı yarışların təşkilinin artıq ənənəyə çevrildiyini, ölkəmizin dünya, Avropa çempionatlarına, I Avropa və IV İslam Həmrəyliyi oyunlarına uğurla ev sahibliyi etdiyini vurğulayan federasiya prezidenti dünya çempionatının təşkilini və Dünya Taekvondosunun 50 illiyinin qeyd olunmasını Azərbaycana həvalə etdiyi üçün Dünya Taekvondo Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirdi. O, həm iştirakçı ölkələrin, həm də idmançıların sayına görə rekord göstəricinin qeydə alındığı bu çempionatın Bakıda keçirilməsinin taekvondonun Azərbaycanda təbliği işinə böyük təkan verəcəyini dedi. Sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə 26-cı dünya çempionatını açıq elan etdi. Açılış mərasimində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Ümummilli Liderin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına diqqət və qayğısını əks etdirən film nümayiş olundu. Dünya çempionatının açılış mərasimi bədii hissə ilə davam etdi.
29-05-2023, 19:07
Müdafiə Nazirliyindən məlumat - Emənilər növbəti təxribata əl atdılar Mayın 29-u Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.
29-05-2023, 17:55
Ukraynanın bərpasına 400 milyon dollar lazım olacaqUkraynaya müharibədən sonra bərpa üçün 400 milyard dollar lazım olacaq. Bunu Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı nazirinin müavini Sergey Derkaç deyib. "Dünya Bankı hesablayıb ki, Ukraynaya müharibə nəticəsində dəymiş zərər 130 milyard dolları ötüb. Yenidənqurma üçün bizə 400 milyard dollardan çox lazım olacaq. Bu zərərlər hər gün yetirilir", - nazir müavini bildirib. Onun sözlərinə görə, Ukraynada mülki infrastruktur daha çox zərər görüb: "8 milyondan çox insan ölkəni tərk edib. Ölkəmizdə 6 milyon daxili köçkün var. Əsas vəzifəmiz bütün insanları evlərinə qaytarmaqdır. Lakin onları evlərinə qaytarmaq üçün bizə yaxşı yollar, sərhəd keçid məntəqələri, buraxılış imkanları lazımdır, onların evlərini bərpa etməliyik. Bütün bu obyektlər müharibə bitəndə deyil, elə indi bərpa olunmalıdır".
29-05-2023, 17:38
Paşinyan yenidən Moskvaya işgüzar səfərə gedirErmənistanın baş naziri Nikol Paşinyan iyunun 7-9-da yenidən Moskvaya işgüzar səfərə gedəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov jurnalistlərə bildirib. "Onu Rusiya Federasiyası Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustin qəbul edəcək", - Paltov deyib. Qeyd edək ki, Nikol Paşinyan sonuncu dəfə mayın 25-də Moskvada olmuşdu.
29-05-2023, 16:13
"Çelsi" klubunun yeni baş məşqçisi bəlli olduİngiltərənin "Çelsi" klubunun yeni baş məşqçisi bəlli olub. "Zadəganlar" Mauritsio Poçettinoya tapşırılıb. Argentinalı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Qeyd edək ki, Mauritsio Poçettino son olaraq 2021/2022 mövsümündə Fransanın PSJ klubunun sükanı arxasında olub.
29-05-2023, 15:44
Tələblərimiz yerinə yetirilməsə, taxıl sazişi fəaliyyətini dayandıracaq - Lavrov"Rusiya tərəfinin tələbləri yerinə yetirilməsə, taxıl sazişi fəaliyyətini dayandıracaq". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, sövdələşmənin bir hissəsi olaraq, ixrac edilən 30 milyon tonun 3%-dən az hissəsi ən yoxsul ölkələrə çatdırılıb. Nazir əlavə edib ki, Rusiya ilə BMT arasında memorandum ümumiyyətlə yerinə yetirilmir: "Əgər BMT-nin baş katibi Antoniu Quterreş memorandumda öz tələb etdiyi hər şeyi yerinə yetirə bilsəydi, o zaman ərzaq və gübrə bazarına təsir daha müsbət olardı”. “Qara dəniz təşəbbüsünün gələcək taleyinə gəlincə, hər şey olduğu kimi qalsa - və görünür, belə də olacaq - onun artıq fəaliyyət göstərməməsindən danışmaq lazım gələcək”
29-05-2023, 15:15
İrəvan və Bakı çərçivə sazişi imzalaya bilər - Erməni ekspert"İrəvan və Bakı hərtərəfli sülh sazişi deyil, çərçivə sazişi və ya yol xəritəsi imzalaya bilər". Bunu "Sputnik Armenia"ya erməni siyasi ekspert Vigen Akopyan deyib. "Hazırda tam şəkildə sülhün əldə olunmasından söhbət gedə bilməz, əgər tərəflər razılaşarsa, o zaman sənəd mərhələli olacaq. Hazırkı şəraitdə sənədin imzalanması Ermənistan üçün sərfəli deyil", - ekspert söyləyib. "Üstəlik, heç bir saziş ölkələr arasında sülhə tam zəmanət vermir", - o əlavə edib.
29-05-2023, 13:29
İspaniyada növbədənkənar seçkilər keçiriləcəkİspaniya parlamenti buraxılacaq və ölkədə növbədənkənar seçkilər keçiriləcək. Bu barədə İspniyanın Baş naziri Pedro Sançez məlumat verib. O, qərarın tezliklə veriləcəyini və iyul ayında növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirib
29-05-2023, 12:54
Tokayevdən Lukaşenkoya cavab Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Belarusdan olan həmkarı Aleksandr Lukaşenkonun Astananın ittifaq dövlətinə qoşulması barədə təklifinə münasibət bildirib. Bu barədə TASS məlumat yayıb. O bildirib ki, respublikanın İttifaq dövlətinə qoşulmasına gərək yoxdur, çünki Avrasiya İqtisadi İttifaqı kimi birlik fəaliyyət göstərir. "Lukaşenko bizə İttifaq dövlətinə daxil olmağı təklif etdi. Mən bu zarafatı yüksək qiymətləndirdim. Buna gərək yoxdur. Çünki burada başqa inteqrasiya birlikləri, ilk növbədə Avrasiya İqtisadi İttifaqı var", - Tokayev əlavə edib.