Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
31-05-2023, 18:29
İsrailin “BioPharmax” şirkəti Azərbaycanda zavod tikir


İsrailin “BioPharmax” şirkəti Azərbaycanda zavod tikir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) İsrailin tibb məhsullarının istehsalı üzrə aparıcı şirkətlərindən biri olan “BioPharmax”ın rəhbər heyəti ilə görüş keçirilib. Görüşdə “BioPharmax” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin icraçı direktorları Ramal Şalmiyev, Yossi Tzabari, “BioPharmax Group”un direktoru Yakov Kobi Shriki və şirkətin digər məsul şəxsləri iştirak ediblər. Qonaqları salamlayan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır: “İsrail-Azərbaycan əlaqələri siyasi, iqtisadi, hərbi-texniki, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə yüksələn xətt üzrə inkişaf edib, dostluq əlaqələrimiz daha da möhkəmlənib”. Səhiyyə sahəsində də İsrail-Azərbaycan arasında sıx əlaqələr qurulduğunu qeyd edən V.Qurbanov bildirib ki, tibb kadrlarının bilik və bacarıqlarının, səhiyyə idarəetmə modelinin təkmilləşdirilməsi, dərman və tibbi ləvazimatlarla təchizat sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində də uğurlu işlər görmək mümkündür. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə keçirilən “Medinex” – Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisində də “BioPharmax” şirkətinin uğurla iştirak etdiyini vurğulayan İcraçı direktor şirkəti bu il də sərgidə aktiv şəkildə təmsil olunmağa dəvət edib: “Əczaçılıqda İsrailin güclü sənaye potensialının mövcudluğu, məhsullarının keyfiyyəti, vaksin, antibiotik istehsalı sahəsindəki təcrübəsi, innovasiyaların geniş tətbiqi də bizim üçün çox önəmlidir və bu amillərin qarşılıqlı əməkdaşlıqda faydalı olacağına inanıram”. “BioPharmax” şirkətinin vitse-prezidenti Yossi Tzabari təmsil etdiyi şirkətin TƏBİB-lə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, Ələt Azad İqtisadi Zonasında “BioPharmax”ın Azərbaycandakı nümayəndəliyinin tikintisi davam etdirilir. Burada 50 adda tibbi məhsul istehsalı nəzərdə tutulur. İlk növbədə insulin istehsalı planlaşdırılır. Yossi Tzabari istehsal etdikləri məhsullar haqqında ətraflı məlumat verib. Bildirilib ki, “Biofarmaks Afezco” şirkəti yerli istehsal, eləcə də biofarmasevtik məhsulların ixracı üçün beynəlxalq qabaqcıl biotexnologiyaların tətbiqini həyata keçirir. “BioPharmax” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin icraçı direktoru Ramal Şalmiyev də çıxışında şirkətin əczaçılıq sənayesi sahəsində dünya liderlərindən olduğunu söyləyib: “Şirkət biotexnologiya, əczaçılıq və sintez API istehsalçıları üçün istehsalat müəssisələri və sistemlərinin qlobal layihə və tikinti xidmətləri təchizatçısıdır. 40 ildən artıqdır ki, “BioPharamax” bütün dünya sənaye liderlərinə xidmət göstərir, proses mühəndisliyi və texnologiya transferi ilə bağlı layihələrdə unikal imkanlar əldə edib.“BioPharmax Afezco” isə 2022-ci ildə yaradılıb. İsrail və dünya biotexnoloji şirkətləri ilə əməkdaşlıq edir. Şirkətdə insulin, peyvəndlər və IV məhlulların istehsalı üzrə qlobal standartlara uyğun qabaqcıl istehsal zavodu qurulacaq, məhsulların Azərbaycanda və bütün MDB ölkələrində satışı planlaşdırılır. Şirkət Azərbaycanı regionda biofarmasevtika mərkəzinə çevirmək öhdəliyi götürmüşdür”. Görüş zamanı əczaçılıq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub.
31-05-2023, 18:04
Prezident Zirvə Toplantısında iştirak üçün Moldovaya getdi


Prezident Zirvə Toplantısında iştirak üçün Moldovaya getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib. Kişineu şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısını rəsmi şəxslər qarşılayıblar.

31-05-2023, 17:58
Ərdoğan Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcək


Ərdoğan Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 1-də Moldovanın paytaxtı Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcək. Bu barədə “Politico” nəşri məlumat yayıb. Ərdoğanın sammitdən imtina etməsinin səbəbi açıqlanmayıb. Lakin ehtimal olunur ki, Türkiyə lideri iyunun 3-də keçiriləcək andiçmə mərasimi ilə əlaqədar Moldovaya getməmək qərarına gəlib. Qeyd edək ki, Avropa Siyasi Birliyinin sammitinə Avropa İttifaqının 27 ölkəsi, Böyük Britaniya, Türkiyə və Qərbi Balkan regionunun 6 ölkəsi daxil olmaqla, 40 Avropa ölkəsinin rəhbərləri dəvət olunub. Azərbaycan və Ermənistan liderləri də toplantıda iştirak edəcəklər.
31-05-2023, 17:51
Daha bir qazimiz sağalaraq Vətənə geri döndü


Daha bir qazimiz sağalaraq Vətənə geri döndü

Ağır yaralanan və "YAŞAT" Fondu tərəfindən Türkiyəyə müalicə üçün göndərilən qazi Həşimov Qismət Razim oğlu sağalaraq Vətənə qayıdıb. Bu barədə "YAŞAT" Fondundan məlumat verilib. Qazinin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin ediləcək. Bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

31-05-2023, 17:30
Vladimir Putin heç bir müharibəni uduzmayıb - Polşa Prezidenti


Vladimir Putin heç bir müharibəni uduzmayıb - Polşa Prezidenti

Rusiya Prezidenti Vladimir Putin müharibəni uduzmayıb. Bunu Polşa Prezidenti Anjey Duda "The Wall Street Journal"a müsahibəsində deyib. "Bu gün deyirlər ki, Vladimir Putin müharibəni uduzdu. Onun məğlubiyyəti isə Finlandiyanın NATO-ya qoşulmasıdır. Baxmayaraq ki, uzun illər fin xalqı neytrallıqdan əl çəkib-çəkməməkdə tərəddüd edirdi. Xanımlar və cənablar, Vladimir Putin heç bir müharibəni uduzmayıb", - deyə Duda bildirib. O, həmçinin vurğulayıb ki, Rusiya ordusu Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənara çıxarılanda Putin uduzacaq. "Bu arada Rusiya getdikcə daha çox səfərbər olur, iqtisadiyyatı hərbi müstəviyə keçir, təbliğat isə əhalini zombiləşdirir", - Prezident əlavə edib.
31-05-2023, 17:17
İranın Kərəc həbsxanasında 3 məhkum edam edildi


İranın Kərəc həbsxanasında 3 məhkum edam edildi

İranın Kərəc şəhərinin həbsxanasında 3 məhkum edam edilib. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Edam edilən şəxslərin narkotik maddələrin alverində ittiham olunduğu bildirilir. Qeyd edək ki, son 1 ay ərzində İran həbsxanalarında 130-dan çox məhkum edam olunub.
31-05-2023, 17:03
Paşinyana andiçmə mərasimində iştrak üçün dəvət göndərilmədi


Paşinyana andiçmə mərasimində iştrak üçün dəvət göndərilmədi

Növbəti dəfə Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminin iyunun 3-də keçirilməsi dəqiqləşib. Andiçmə mərasiminə Türk dövlətlərinin liderləri, Rusiya, ABŞ, Misir və Ukrayna daxil olmaqla bir sıra ölkələrin rəhbərləri dəvət olunub. Digər qonşu ölkələrdən fərqli olaraq, Ermənistanın Baş naziri Nikol Paşinyana mərasimdə iştirak üçün dəvət göndərilməyib. Bundan əlavə, Putin rəsmi dəvətlilər sırasında olsa da, onun Türkiyəyə andiçmədən sonra gedəcəyi bildirilir. Ukrayna Prezidenti Volodimir Zelenski isə Ərdoğanın dəvətini qəbul edərək, Ankaraya səfər edəcəyini təsdiqləyib. Qeyd edək ki, mayın 28-də keçirilən ikinci tur seçkilərində Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçilib.
31-05-2023, 14:36
Ukrayna haqqında heç nə Ukraynasız danışılmamalıdır - Leyen


Ukrayna haqqında heç nə Ukraynasız danışılmamalıdır - Leyen

"Rusiya qoşunları çıxarılmadan Ukraynada atəşkəs sülh gətirə bilməz”. Bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib. "İndi sülh planları və atəşkəs ətrafında çox danışılır. Bunda ilk növbədə bir prinsip olmalıdır: Ukrayna haqqında heç nə Ukraynasız danışılmamalıdır. Biz Ukrayna ilə birlikdə ədalətli sülh istəyirik, bu sülh işğalçı üçün mükafat olmayacaq, lakin BMT Nizamnaməsinin prinsiplərinə və Ukrayna xalqının öz gələcəyinin sahibi olmaq hüququna uyğun olacaq. Münaqişəni donduran atəşkəs davamlı sülh gətirməyəcək. Biz bilirik ki, münaqişə hər an yenidən alovlana bilər. Ədalətli dünya Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasının nəticəsi olmalıdır”, - o vurğulayıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
31-05-2023, 13:53
İstənilən halda Rusiya lazımi səviyyədə təmsil olunacaq - Peskov


İstənilən halda Rusiya lazımi səviyyədə təmsil olunacaq - Peskov

"Putinin ŞƏT sammitində iştirakının müxtəlif variantları hazırlanır, lakin istənilən halda Rusiya lazımi səviyyədə təmsil olunacaq". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O, həmçinin bildirib ki, Kreml Kosovada vəziyyətin gərginləşməsindən narahatdır və hadisələrin inkişafını diqqətlə izləyir: "Rusiya Federasiyası Serbiyanı dəstəkləyir, hesab edir ki, Kosova serblərinin hüquq və mənafelərinə hörmət edilməlidir. Kosovada vəziyyətin gərginləşməsi ilə bağlı Putin və Vuçiç arasında təmas planları yoxdur, lakin diplomatik kanallar vasitəsilə əlaqə daim davam edir". "Kütləvi informasiya vasitələri Moskvaya hücum edən PUA sayı barədə əsas məlumat mənbəyi ola bilməz, siz Müdafiə Nazirliyinin məlumatlarına diqqət yetirməlisiniz", - sözçü əlavə edib. "Putin və Ərdoğan telefon danışığında yaxın gələcəkdə şəxsi görüş keçirmək niyyətlərini təsdiqləyiblər. Putinlə Ərdoğanın görüşünün tarixi və yeri razılaşdırılır", - Peskov qeyd edib.
31-05-2023, 13:47
Baş nazirin müavini İrəvana səfər etdi


Baş nazirin müavini İrəvana səfər etdi

Macarıstanın baş naziri Viktor Orbanın müavini Zolt Şeymen İrəvana səfər edib. Səfər çərçivəsində o, Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirib. Söhbət zamanı diplomatik münasibətlərin bərpası və ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyinə toxunulub. Bu kontekstdə İrəvan və Budapeşt arasında birbaşa uçuşların bərpasına yönəlmiş addımlara nəzər yetirilib. Görüşdə həmçinin regional və beynəlxalq problemlər, iqtisadiyyat, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, Laçın dəhlizi ətrafındakı vəziyyət və Qarabağ məsələsi müzakirə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!